Məhkəmə qərarları › İş №2(038)-7/2024

Yardımlı Rayon Məhkəməsi Qətnamə — İş №2(038)-7/2024

03.09.2024 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Yardımlı rayonu İş № 2(038)-7/2024 03.09.2024 YARDIMLI RAYON MƏHKƏMƏSİ GİRİŞ HİSSƏ: X26 Azad oğlunun sədrliyi, məhkəmə iclasının katibi Quliyev Tahir Binyatali oğlunun katibliyi, iddiaçı Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Milli Hidrometeorologiya Xidmətinin nümayəndəsi X20, cavabdehlər Cavabdeh1 nümayəndəsi X15, Cavabdeh2 və Cavabdeh4 Ehtimad oğlunun iştirakı ilə, iddiaçı Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Milli Hidrometeorologiya Xidmətinin cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 Ehtimat oğlu və Cavabdeh4 Ehtimad oğluna qarşı «çəpərə alınaraq zəbt olunmuş torpaq sahəsinin boşaldılmasına və cavabdehlərə və üçüncü şəxslərə həmin sahədən istifadənin qadağan edilməsi» tələbinə dair mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə TƏSVİRİ HİSSƏ: MÜƏYYƏN ETDİ: İddiaçı Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Milli Hidrometeorologiya Xidməti iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Ekologiya və Təbiib Sərvətlər Nazirliyi yanında Milli Hidrometeorologiya Xidmətinin balansında olan Yardımlı HMS-nın Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Cəlilabad Ərazi idarəsi tərəfindən verilən xx/xx/2012-ci il tarixli Daşınmaz Əmlakın Texniki pasportunda qeyd edilən **********54-12101 reyestr nömrəli əmlak kompleksinin yerləşdiyi ərazidə çəpərə alınaraq zəbt edilmiş torpaq sahəsinin boşaltmasına dair qətnamə qəbul çıxarılmasını xahiş etmişdir. Daha sonra iddiaçının nümayəndəsi iddia ərizəsinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, iş üzrə cavabdeh «X6» adının dəqiqləşdirilərək «Cavabdeh1» kimi qəbul edilməsini xahiş etmişdir. Daha sonra məhkəmənin xx.xx.2024-cü il tarixli hazırlıq iclasında Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin yanında Daşınmaz Əmlakın Dövlət X22 Şəxsi müstəqil tələb irəli sürməyən üçüncü şəxs kimi işə cəlb edilmişdir. İddia ərizəsi onunla əsaslandırmışdır ki, qanunsuz məskunlaşma, dövlət əmlakının mənimsənilməsi və torpaq sahəsinin zəbt edilməsi faktlarının araşdırılması məqsədi ilə Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Milli Hidrometeorologiya Xidmətinin əmrinə əsasən Hidrometeorologiya Xidməti əməkdaşları tərəfindən X5 Mərkəzinin (CRHM) X2 baxış keçirilmişdir. Əraziyə baxış zamanı müəyyən olmuşdur ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Milli Hidrometorologiya Xidmətinin balansında olan Yardımlı HMS-nın Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Cəlilabad Ərazi idarəsi tərəfindən verilən xx/xx/2012-ci il tarixli Daşınmaz Əmlakın Texniki pasportunda qeyd edilən **********54-12101 reyestr nömrəli əmlak kompleksinin yerləşdiyi ərazidə olan torpaq sahəsi qanunsuz olaraq çəpərə alınaraq zəbt edilmişdir. Baxış zamanı müəyyən edilmişdir ki, X5 Mərkəzinin (CRHM) X1 ərazisinə müdaxilə yeni meteoroloji stansiyanın quraşdırılması üçün müvafiq təlimatlara ziddir və stansiyanın operativ fəaliyyət göstərməsində çətinliklər yaradır. Milli Hidrometeorologiya Xidməti X1 ərazisini qanunsuz çəpərləyən şəxs və ya şəxslərin kimliyini müəyyən etmək üçun Yardımlı rayon Polis şöbəsinə də müraciət ünvanlamışdır. Mövcud inzibati binanın ərazisində olan torpaq sahəsinin yerləşdiyi Cənub, Şimal, Şm-Şm.Q hissələrindən vətəndaşlar Cavabdeh2 hasara alaraq ağac əkmiş, X10 metal torla, Cavabdeh3 və Cavabdeh4 tərəfindən qeyriqanuni tikanlı məftil ilə hasara alınmışdır. Qanunsuz olaraq çəpərə alınmış Cənub RHMnın X3 strateji əhəmiyyətli dövlət obyekti olmaqla, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Milli Hidrometeorologiya Xidməti tərəfindən həmin bölgəyə aid olan müvafiq məlumatların ötürülməsi funksiyasını həyata keçirir. X2 çəpərə alınaraq qanunsuz zəbt olunmuş torpaq sahəsinin könüllü boşaldılması ilə bağlı Milli Hidrometeorologiya Xidməti tərəfindən vətəndaşlar X10, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 xx.xx.2023-cü il tarixli, 3-14/2-3/2023 nömrəli, məktublar ünvanlanmışdır. Cənub RHM-nın Yardımlı HMS-nın yerləşdiyi əraziyə baxış zamanı aşkar edilmiş qanun pozuntularını nəzərə alaraq Ekologiya və Təbii Sərvətlər Nazirli yanında Milli Hidrometeorologiya Xidməti məhkəməyə müraciət etmək və bu qanun pozuntularını qanun çərçivəsində həll etmək qərarına gəlmişdir. Cavabdeh2 xx.xx.2023-cü il tarixli məhkəmə iclasında yazılı izahatını təqdim edərək bildirmişdir ki, ona qarşı irəli sürülmüş iddia əsassızdır. Belə ki, xx.xx.1985-ci il tarixdə Yardımlı qəsəbəsində Yardımlı rayon XDS TK Komitəsi yanında həyətyanı torpaq sahəsi seçən və ayıran quzey adlı torpaq sahəsindən ona 0,07 ha fərdi yaşayış evi tikmək üçün torpaq sahəsi ayırıb verilmişdir. Onun 0,07 ha həyətyanı və 0,22 ha bələdiyyə ehtiyyat fondundan torpaq sahəsi vardır. Bu torpaqlardan təyinatı üzrə istifadə edir. İddiaçı Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Milli Hidrometeorologiya Xidmətinin nümayəndəsi X20 ərizə təqdim edərək iddia tələbinin bir daha dəqiqləşdirilməsi, araşdırılması və zəruri sənədlərin toplanılması üçün geri qaytarılması zərurətinin yarandığını, bu səbəbdən də iddia ərizəsinin baxılmamış saxlanmaqla sənədlərin geri qaytarılmasını xahiş etmişdir. Cavabdehlər Cavabdeh1 nümayəndəsi X15, Cavabdeh2 və Cavabdeh4 Ehtimad oğlu məhkəmə iclasında ayrı-ayrılıqda izahat verərək iddia ərizəsinin baxılmamış saxlanmasına etiraz etdiklərini bildirdilər və işə mahiyyəti üzrə baxılıb iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdilər. Məhkəmə iclasında Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin yanında Daşınmaz Əmlakın Dövlət X22 Şəxsin 8 saylı Cəlilabad Ərazi İdarəsinin mütəxəssisi X9 izahat verərək bildirmişdir ki, iş üzrə mübahisəli torpaq sahəsinə baxış keçirərək, bu barədə 15 dekabr 2023-cü il tarixli mütəxəssis rəyini o yazmışdır. Rəyə əlavə edilmiş mübahisəli torpaq sahəsinin yerquruluşu planında «dama»lı cizgi ilə göstərilən sahə Yardımlı Hidrometerologiya müəssisəsinin faktiki istifadəsində olan 0,49 ha torpaq sahəsidir. Qalın xəttlə göstərilən 0,85 ha torpaq sahəsi torpaqların elektron kadastr uçotu informasiya sistemində Yardımlı Hidrometerologiya müəssisəsinin dövlət mülkiyyətində olan sahədir. Yardımlı Hidrometerologiya müəssisəsinin faktiki istifadəsində 0,49 ha torpaq sahəsi vardır. Yardımlı Hidrometerologiya müəssisəsinin torpaq sahəsi barədə texniki pasport ilə torpaqların elekrton kadastr uçotu informasiya sistemi elektron sistemi baza məlumatllarında uyğunsuzluq vardır. Həmin uyğunsuzluğun aradan qaldırılması üçün Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Milli Hidrometeorologiya Xidməti Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsə rəsmi müraciət etməlidir. TƏDQİQ EDİLMİŞ SÜBUTLAR: Daşınmaz Əmlakın Dövlət Reyestr Xidməti yanında Cəlilabad Ərazi İdarəsinin Daşınmaz Əmlakın Texniki Pasportundan görünür ki, ünvan 3 ünvanında yerləşən cəmi 490,3 kv.m tikilialtı sahə və 101,9 kv.m ümumi faydalı sahənin hüquq subyekti X4 Müəssisəsidir. xx.xx.2023-cü il tarixli aktdan görünür ki, HMS-nın 1 ha ərazisi ayrılaraq mərz nişanları ilə göstərildi. Stansiyanın göstərilmiş ərazisində faktiki olaraq qonşuları tərəfindən müdaxilə var və zəbtolma aşkar olunmuşdur. Yardımlı HMS-nın giriş hissəsində olan qonşu Cavabdeh2 tərəfindən hasara alınmış və zəbt edilmişdir. ərazinin digər tərəfindən Yardımlı şəhər sakini X10 tərəfindən zəbt edilərək metal tor vasitəsilə hasara alınmışdır. Ərazisinin şərq tərəfindən isə Yardımlı şəhər sakini Cavabdeh4 tərəfindən tikanlı məftillə hasara alınan zəbt olunma halı aşkar olunmuşdur. xx.xx.2023-cü il tarixli aktdan görünür ki, Yardımlı rayon Hidrometeoroloji stansiyasının 1,0 ha ərazisi texniki pasporta əsasən ayrılaraq mərz nişanları ilə göstərilmişdir. JN – 438A saylı torpağa mülkiyyət hüququna dair dövlət aktından görünür ki, X11 və onun ailə üzvləri X7, Cavabdeh3, X16 və Cavabdeh4 Yardımlı rayon Aqrar İslahat Komissiyasının 21 aprel 1999-cu il tarixli 3/5 saylı Qərarı ilə 0.10 ha kənd təsərrüfatı məhsulları təyinatlı pay torpağı verilmişdir. JN – 683A saylı torpağa mülkiyyət hüququna dair dövlət aktından görünür ki, Cavabdeh2 və onun ailə üzvləri X8, X18, X21 və X12 Yardımlı rayon Aqrar İslahat Komissiyasının 21 aprel 1999-cu il tarixli 3/5 saylı Qərarı ilə 0.6 ha kənd təsərrüfatı məhsulları təyinatlı pay torpağı verilmişdir. xx.xx.1985-ci il tarixli Yardımlı Rayon XKS İK komitəsi yanında həyətyanı torpaq sahəsi seçən və ayıran komissiyalar T.X.Məmmədov, J.Abdulov, M.Əkbərov, A.Rzayev, Ə.Bədirov, Ə.Əzizov tərəfindən Yardımlı qəsəbə sakini Cavabdeh2 öz iştirakı ilə tərtib edilmiş aktdan görünür ki, Yardımlı rayon XDS İK-nin 6 dekabr 1983-cü il tarixli 12/231 №li qərarına əsasən Cavabdeh2 qəsəbədən fərdi yaşayış evi tikmək üçün quzey adlı torpaq sahəsindən 007 ha ölçülüb ona verilmişdir. Verilmiş torpaq sahəsi şərqdən Əməşov Etimadın həyətyanı torpaq sahəsi ilə, qərbdən boş sahə ilə, cənubdan torpaq yol ilə, şimaldan asudə torpaq sahəsi ilə hüdudlanmışdır. xx.xx.1993-cü il tarixdə rayonun baş memarı H.Ağaşov, rayonun yer quruluşçusu F.Səlimov, Yardımlı qəsəbə ərazi nümayəndəsi M.Ataşov və Yardımlı qəsəbə sakini Cavabdeh1 tərəfindən tərtib edilmiş aktdan görünür ki, Yardımlı qəsəbə sakini Cavabdeh1 öz iştirakı ilə ona fərdi yaşayış evi tikmək məqsədilə qəsəbənin hava idarəsi yerləşən sahəsinin üst hissəsindən 0,10 ha torpaq sahəsi ölçülüb təhkim edilmişdir. Verilmiş torpaq sahəsi 33x33 metr nisbətində olmaqla şimaldan hava idarəsi ilə, cənubdan boş sahə ilə, şərqdən dərə ilə, qərbdən sahəyə çıxan maşın yolu ilə hüdudlanmışdır. Yardımlı Rayon Yardımlı Bələdiyyəsinin xx.xx.2023-cü il tarixli, 55 №-li məktubundan görünür ki, Cavabdeh2 həqiqətən Yardımlı şəhəri, Nizami küçəsində 0,07 ha həyətyanı və 0,22 ha bələdiyyə ehtiyat fondundan zəbt torpaq sahəsi vardır. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin yanında Daşınmaz Əmlakın Dövlət X22 şəxsinin 8 saylı Cəlilabad Ərazi İdarəsinin məhkəməyə xx.xx.2024-cü il tarixdə daxil olmuş mütəxəssis rəyindən görünür ki, qərardadda qoyulmuş suallar tərəflərin və mütəxəssislərin iştirakı ilə yerində araşdırıldı. İddiaçının iddia etdiyi torpaq sahəsinin döngə nöqtələrinin koordinatları naturadan plana alınaraq kameral şəraitdə Torpaqların elektron kadastr uçotu informasiya sistemi baza məlumatından istifadə edilməklə baxılmışdır. Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Milli Hidrometeorologiya Xidmətinin balansında olan 1 hektar torpaq sahəsinin cizgiləri Texniki pasportdakı koordinatlar ilə Torpaqların elektron kadastr uçotu informasiya; sistemində yerləşmə vəziyyəti və natura arasında uyğunsuzluq səbəbindən müəyyən etmək mümkün deyil. Texniki pasportdakı koordinatlar, Torpaqların elektron kadast uçotu informasiya sistemində yerləşmə vəziyyəti və naturada yerləşmə vəziyyəti rəyə əlavə olunmuş yerquruluşu planında göstərilmişdir. İddiaçının naturada göstərdiyi cavabdehlər X6, Cavabdeh2 və Cavabdeh4 faktiki istifadələrində olan torpaq sahəsinin cizgiləri ayrı-ayrılıqda müəyyən edildi. 3,4,6.Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Mil Hidrometeorologiya Xidmətinin balansında olan 1 hektar torpaq sahəsinin Texniki pasportdakı koordinatlar ilə Torpaqların elektron kadastr uçotu informasiya sistemində yerləşmə vəziyyəti və natura arasında uyğunsuzluq səbəbindən 3, 4 və 6-cı sualları cavablandırılması mümkün deyil. 5. Tədqiqat obyektinə baxış zamanı iddiaçının nümayəndəsi Cavabdeh3 mübahisəli ərazidə torpaqdan istifadə etmədiyini bildirdi. ƏSASLANDİRİCİ HİSSƏ: İddia tələbindən görünür ki, iddiaçı Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Milli Hidrometeorologiya Xidmətinin balansında olan Yardımlı HMS-nın Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Cəlilabad Ərazi idarəsi tərəfindən verilən xx/xx/2012-ci il tarixli Daşınmaz Əmlakın Texniki pasportunda qeyd edilən **********54- 12101 reyestr nömrəli əmlak kompleksinin yerləşdiyi ərazidə çəpərə alınaraq zəbt edilmiş torpaq sahəsinin boşaldılmasını tələb edir. Məhkəmə hesab edir ki, iddia tələbinin qanuni əsasını Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2-ci maddəsi təşkil edir. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Mülki hüquq nəzəriyyəsinə görə ənənəvi olaraq iki klassik iddia növündən, yəni vindikasiya və neqator iddiasından istifadə edilir. Mülki Məcəllənin 157.2-ci maddəsi əşya hüquqlarının vindikasiya qaydasında müdafiə edilməsini tənzimləyir. Mülki hüquq nəzəriyyəsində vindikasiya iddiası adlanır. Vindikasiya iddiası dedikdə, öz əşyası üzərində faktiki sahibliyi itirən mülkiyyətçinin həmin əşyanı naturada özgəsinin (başqa şəxsin) qanunsuz sahibliyindən geri tələb etməsi başa düşülür. Qeyd olunan hüquq normasının dispozisiya şərtinə görə:

1. Şəxs tələb edilən əmlakın mülkiyyətçisi olmalı

2. Mülkiyyətçi öz əşyası üzərində faktiki sahibliyi itirməli

3. Mülkiyyətçinin sahiblikdən məhrum olduğu əşya başqa şəxsin (özgəsinin) sahibliyinə keçməli

4. Özgə şəxsin əşyaya faktiki sahibliyi qanunsuz olmalı

5. Mülkiyyətçinin sahiblikdən məhrum olduğu və özgəsinin qanunsuz sahibliyinə keçdiyi əşya naturada saxlanmalı

6. Geri tələb olunan əşya yalnız fərdi əlamətləri ilə müəyyən edilən əşya (fərdimüəyyən əşya) olmalı

7. Əşyanın mülkiyyətçisi və faktiki sahib bir-birilə öhdəlik hüquq münasibətlərində, məsələn, müqavilə münasibətlərində olmamalı Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra MPM-nin) 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-nin 77-ci maddəsi sübutetmə vəzifəsinin bölüşdürülməsinin ümumi qaydasını, sübutetmə prosessində məhkəmənin mövqeyini müəyyənləşdirir və mülki prosessin çəkişmə xarakteri daşımasını təsbit edir. İddiaçı iddiasının əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Cavabdeh isə iddiaya qarşı etirazını əsaslandıran faktları sübut etməlidir. Məhkəmə MPM-nin 77.1 və Mülki Məcəllənin 157.2-ci maddəsinin tələbi baxımından hesab edir ki, Mülki Məcəllənin 157.2-ci maddəsində nəzərdə tutulmuş yuxarıda qeyd olunan dispozisiya şərtləri tam şəkildə mövcud olduğu halda iddia əsaslı hesab edilə bilər. MPM-nin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi «Mahmudov Rusiyaya qarşı» iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, «affirmanti, non neganti incumbit probation» (yəni, sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur.Sübut kifayət qədər güclü,aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Sübutları qiymətləndirən zaman məhkəmə «əsaslı şübhələr yaratmayan» sübut standartını qəbul edir. Belə sübut kifayət qədər inandırıcı, aydın və bir-birinə uyğun gələn məntiqi nəticələrin və ya faktlarla bağlı oxşar, təkzib edilməyən ehtimalların mövcudluğundan irəli gələ bilər («Avşar Türkiyəyə qarşı» iş üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin qərarı № 25657/94, §282) İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin «Kraska İsveçrəyə qarşı» iş üzrə xx.xx.1993-cü il tarixli qərarında ifadə etdiyi hüquqi mövqeyə görə Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndinin təsir dairəsi digər məsələlərlə yanaşı məhkəmə üçün öz qərarına aid olub-olmamasına qabaqcadan qiymət vermədən tərəflərin təqdim etdiyi bütün müraciətləri, dəlilləri və sübutları hərtərəfli araşdırmaq öhdəliyi yaradır (§ 30). Avropa Məhkəməsi “Qavazov Bolqarıstana qarşı” 06 mart 2008-ci il tarixli qərarında qeyd etmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir. MPM-nin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-nin 218.3-cü maddəsinə əsasən işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarılmalıdır. Mübahisəli torpaq sahəsinin iddiaçıya məxsus olub-olmamasının, yəni Mülki Məcəllənin 157.2-ci maddəsinin 1-ci dispozisiya şərtinin mövcud olub-olmamasının müəyyən edilməsi üçün Yardımlı Rayon Məhkəməsinin 16 noyabr 2023-cü il tarixli qərardadı ilə, məhkəmə-tikinti texniki ekspertizası təyin edilmiş, ekspertizanın keçirilməsi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin mütəxəssisləri cəlb olunmaqla Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinə həvalə edilmişdir. İş materiallarından müəyyən edilir ki, mübhisəli torpaq sahəsinə mütəxəssis tərəfindən baxış keçirilmiş, mütəxəssis tərəfindən verilmiş rəyə əsasən Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Milli Hidrometeorologiya Xidmətinin balansında olan 1 hektar torpaq sahəsinin cizgiləri Texniki pasportdakı koordinatlar ilə Torpaqların elektron kadastr uçotu informasiya sistemində yerləşmə vəziyyəti və natura arasında uyğunsuzluq səbəbindən müəyyən etmək mümkün olmamışdır. Göründüyü kimi istər iddiaçının təqdim etdiyi sübutlar, istərsə də məhkəmənin qərardadı əsasında əldə edilən sübutlar hazırki iddia üzrə MM-nin 157.2-ci maddəsinin 1ci dispozisiya şərtinin mövcudluğunu təsdiq etmir. Bununla əlaqədar məhkəmə qeyd edir ki, MPM-nin 77.1-ci maddəsinin tələbi baxımından iddianın əsaslılığını təsdiq edən sübutların təqdim edilməsi cavabdehin deyil, ilk növbədə iddiaçının vəzifəsidir. İddia tələbi üzrə MM-nin 157.2-ci maddəsinin 1-ci dispozisiya şərtinin mövcudluğu təsdiq edilmədiyindən məhkəmə digər dispozisiya şərtlərinin yoxlanılmasına zərurət görmür. Belə ki, yuxarıda qeyd edildiyi kimi iddia bütün dispozisiya şərtlərinin tam şəkildə mövcudluğu sübut edildiyi halda əsaslıdır. Həmin şərtlərdən birinin mövcud olmaması iddianın təmin edilməsini istisna edir. Məhz buna görə də məhkəmə hazırki iddia üzrə MM-nin 157.2-ci maddəsində nəzərdə tutulmuş digər dispozisiya şərtlərinin yoxlanılmasına heç bir zərurət görmür. Qeyd olunanlardan məhkəmə belə qənaətə gəlir ki, iddiaçı o halda Mülki Məcəllənin 157.2-ci maddəsinə əsasən cavabdehlər tərəfindən qanunsuz istifadə edilən torpaq sahəsinin boşaldılmasını tələb edə bilər ki, cavabdehlər məhz ona məxsus olan torpaq sahəsini qanunsuz istifadə etmiş olsunlar, yəni iddiaçının tələb etməyə subyektiv hüququ mövcud olmuş olsun. Həmin halları isə sübut etmək vəzifəsi MPM-nin 77.1-ci maddəsinin tələbi baxımından iddiaçının üzərinə düşür ki, iddiaçı da qeyd olunan sübutları məhkəməyə təqdim etməmiş, təqdim edilmiş sübutlar isə iddianın təmin edilməsi üçün kifayət deyildir. Belə ki, MPM-nin 81-ci maddəsinə əsasən qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Qeyd olunan prosessual hüquq normasının məzmununu hazıki iş üzrə tətbiq edərək məhkəmə onu da qeyd edir ki, tərəflər arasında mübahisə iddiaçıya məxsus olduğu iddia edilən torpaq sahəsinin cavabdehlərin qanunsuz istifadəsindən iddiaçıya geri qaytarılmasıdır. Mülki Məcəllənin 178-ci maddəsininin tələbinə əsasən torpaq sahəsi daşınmaz əmlak olmaqla həmin əmlaka hüquqlar dövlət reyestrində qeyd alınmalı hüquqlar olduğundan mübahisəli torpaq sahəsinin də məhz iddiaçıya məxsus olubolmamasının, habelə cavabdehlər tərəfindən onun istifadə edilib-edilməsinin, istifadə edildiyi halda hansı hissədə istifadə edilib-edilməməsinin müəyyənləşdirilməsi müvafiq sahədə mütəxxəssis olan şəxslərin rəyləri ilə mümkündür. Məhz buna görə də məhkəmə iddiaçı tərfindən təqdim edilmiş aktları iddianın əsaslılığını təsdiq edən sübut növü kimi qəbul etmir, bununla bağlı məhkəmə qərardadı əsasında təqdim edilmiş mütəxəssis rəyinin verilməsini zəruri hesab etmişdir ki, yuxarıda adıçəkilən rəy ilə də iddianın əsaslılığı sübuta yetirilmir.

NƏTİCƏ HİSSƏSİ:

Beləliklə, məhkəmə MPM-nin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verib, iddia ərizəsində qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə həmin Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmaqla belə nəticəyə gəlir ki, iddianın əsaslılığını təsdiq edən mötəbər sübutlar məhkəməyə təqdim edilmədiyindən, təqdim edilmiş sübutlar isə iddianın təmin edilməsi üçün kifayət etmədiyindən iddiaçı Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Milli Hidrometeorologiya Xidmətinin cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 Ehtimat oğluna və Cavabdeh4 Ehtimad oğluna qarşı «çəpərə alınaraq zəbt olunmuş torpaq sahəsinin boşaldılmasına və cavabdehlərə və üçüncü şəxslərə həmin sahədən istifadənin qadağan edilməsi» tələbinə dair iddiası rədd edilməlidir. Məhkəmə həmçinin onu da qeyd edir ki, MPM-nin 119.1-ci maddəsinə əsasən iddia rədd edildiyindən iddiaçı tərəfindən ödənilmiş mütəxəssis rəyinin dəyəri olan 95 manat sonuncuya aid edilməlidir. Qeyd olunanlara əsasən və MPM-nin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ:

İddiaçı Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Milli Hidrometeorologiya Xidmətinin cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 Ehtimat oğluna və Cavabdeh4 Ehtimad oğluna qarşı «çəpərə alınaraq zəbt olunmuş torpaq sahəsinin boşaldılmasına və cavabdehlərə və üçüncü şəxslərə həmin sahədən istifadənin qadağan edilməsi» tələbinə dair iddiası rədd edilsin. İş üzrə mütəxəssis rəyinin dəyəri üçün ödənilmiş 95 manat iddiaçıya aid edilsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətində Yardımlı Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər.

Hakim: Rəşad Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar