Azərbaycan Respublikası adından QƏTNAMƏ Yardımlı rayonu İş № 2(038)-712/2025 06.02.2026 YARDIMLI RAYON MƏHKƏMƏSİ GİRİŞ HİSSƏ: X32 (sədrlik edən), məhkəmə iclasının katibi X5, İddiaçı, onun nümayəndəsi-vəkili Nümayəndə1, Cavabdeh1 nümayəndəsi-vəkili Nümayəndə2, müstəqil tələb irəli sürməyən üçüncü şəxslər X33 və X16 (o həmdə digər üçüncü şəxslər X6, X34, X21, X22 və X8 nümayəndəsi kimi) iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh2nə və Cavabdeh3, Cavabdeh1 qarşı «vərəsəlik hüququ haqqında şəhadətnamənin və çıxarışın etibarsız hesab edilməsi, payların müəyyən edilməsi» tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə TƏSVİRİ HİSSƏ: MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Masallı rayon 2 saylı Dövlət Notariat Kontorunun notariusu Cavid Mircavadov tərəfindən təsdiqlənmiş xx.xx.2012-ci il tarixli vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab olunması, mərhum atası X7 miras qalmış Yardımlı rayonu, Ostayır kəndində yerləşən 0.2297 ha torpaq sahəsində 1/5 hissədə və üzərində yerləşən 116.2 kv.m fərdi yaşayış evində tam, həmçinin həmin torpaq sahəsinin mərhum anası X17 məxsus 1/5 hissəsinə onun miras payının müəyyən olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, o, xx.xx.1971-ci ildə Yardımlı rayonu, Ostayir kəndində anadan olmuş və hazırda ünvan 1 ünvanında yaşayır. Mərhum atası X23 və mərhum anası X27 xx.xx.1953-cü ildə nikaha daxil olmuşlar və birgə nikahlarından 9 övladları olmuşdur. Həmin övladlarından X12 vəfat etmiş, hazırda 8 övladı sağdır. Mərhum atası X23 xx.xx.2008-ci ildə və mərhum anam X28 xx.xx.2009-cu ildə vəfat etmişlər. Mərhum atası və anası vəfatından sonra onların bacı və qardaşları olmaqla 8 nəfər birinci növbəli vərəsəsi qalmışdır. Buna baxmayaraq Yardımlı RİHB-nin Ostayır kənd ərazi nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2012-ci il tarixli, 295 saylı arayışa əsasən mərhum atası və anasının ölümündən sonra təkcə bir vərəsəsi, yəni Cavabdeh1 göstərilmiş və nəticədə həmin arayış əsasında xx.xx.2012-ci il tarixdə Masallı rayon 2 saylı Dövlət Notariat Kontorunun notariusu Mircavadov Cavid tərəfindən təsdiqlənmiş qanun üzrə vərəsəlik hüququ şəhadətnaməyə əsasən xx.xx.2008-ci ildə vəfat etmiş atası X9 qanun üzrə vərəsəsi olaraq tanınmışdır. Mərhum atası X7 Yardımlı rayonu, Ostayır kəndində yerləşən 0.2297 ha torpaq sahəsinin 1/5 hissəsi və tam mülkiyyət hüququ üzrə 116.2 kv.m fərdi yaşayış evi miras əmlak olaraq qalmışdır. Atasından qalmış miras əmlakla bağlı kadastrı və reyestr xidmətinin 8 saylı Cəlilabad Ərazi iDarəsi tərəfindən xx.xx.2025-ci il tarixli arayışda verilmişdir. Hazırda Cavabdeh1 başqa digər üçüncü şəxslər olan bacı və qardaşları ona etibarnamə vermişlər və onlar miras əmlakın onun xeyrisə imtina etməyə hazırdırlar. Lakin Cavabdeh1la hazırda miras əmlakın bölünməsi barədə razılıqları yoxdur. Qeyd olunan torpaq sahəsi ümumi birgə mülkiyyətdə olduğu üçün atasının payı 1/5 hissədən ibarətdir, fərdi yaşayış evi isə tam mülkiyyət hüququ üzrə atasına məxsusdur. Həmçinin, həmin torpaqda 1/5 hissədə mərhum anasınında payı vardır və oda vəfat etdiyi üçün həmin payda vərəsəlik qaydasında müəyyən olunmalıdır. Əslində qardaşı Cavabdeh1 özünə məxsus evi vardır və ata mülkiyyətində yaşamamışdır. Cavabdeh1 Rusiya Federasiyasında yaşayır və Azərbaycana mütəmadi gəlmir, atalarının 2008-ci ildə vəfat etdiyi üçün həmin zaman qüvvədə olan Mülki Məcəllənin 1246-cı maddəsi tətbiq olunmalıdır və miras əmlakı faktiki olaraq onun tərəfimdən qəbul olunduğu üçün vərəsəlik şəhadətnaməsi etibarsız hesab olunmalı və onun miras əmlakda payı müəyyən olunmalıdır. Bundan başqa, “Notariat Haqqında” Qanunun 59 və 60-cı maddələri notariusun üzərinə birbaşa vəzifə qoymuşdur ki, mirasın açıldığı yeri və vərəsələrin dairəsini notarius axtarmalıdır. Göründüyü kimi notarius tərəfindən notariat hərəkətləri qanuna uyğun aparılmadığı üçün vərəsəlik şəhadətnaməsi düzgün verilməmiş, digər vərəsələr gizlədilmiş, notarius vərəsələrin dairəsini araşdırmamışdır və nəticədə digər vərəsələrin hüquqlarını pozmuşdur. Onun və digər vərəsələrin vərəsəlik hüququ haqqında şəhadətnamədən əvvəllər məlumatları olmamış, hazırda atalarından qalan miras əmlakı sənədləşdirmək istəyərkən məlum olmuşdur ki, Cavabdeh1 qanunsuz olaraq onları gizlətməklə vərəsəlik hüququ haqqında şəhadətnamə əldə etmişdir. Buna görə də məhkəməyə müraciət etmişdir. Daha sonra İddiaçı məhkəməyə iddia tələbinin həcminin artırılması barədə ərizə ilə müraciət edərək Masallı rayon 2 saylı Dövlət Notariat Kontorunun notariusu Cavid Mircavadov tərəfindən təsdiqlənmiş xx.xx.2012-ci il tarixli vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab olunması, ümumi birgə mülkiyyətdə olan Yardımlı rayonu, Ostair kəndində yerləşən 0.2297 ha torpaq sahəsində payların müəyyən olunması, Yardımlı rayonu, Ostair kəndində yerləşən 0.2297 ha torpaq sahəsində mərhum atası X7 miras qalmış 1/5 hissədə və üzərində yerləşən 116.2 kv.m fərdi yaşayış evində tam hissədə, həmçinin həmin torpaq sahəsinin mərhum anası X17 məxsus 1/5 hissəsinə onun miras payının müəyyən olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəmə iclasında iddia ərizəsinin məzmununa uyğun izahat verərək bildirdi ki, mərhum atası X7 və mərhum anası X10 qalmış miras əmlak Yardımlı rayonu, Ostair kəndində yerləşən 0.2297 ha torpaq sahəsinin 1/5 hissəsindən və həmin torpaq sahəsinin üzərində yerləşən atasına məxsus 116.2 kv.m fərdi yaşayış evindən ibarətdir. Torpaq sahəsi ümumi birgə mülkiyyətdədir, həmin torpaq sahəsi atası, anası, onun, qardaşı və qardaşı oğlunun ümumi birgə mülkiyyətindədir. Buna görə də mərhum ata və anasının payları 1/5 hissədən ibarətdir. Mərhum ata və anasından qalmış miras əmlak onun və bacısı X18 tərəfindən qəbul olunmuş, bacısıda xx.xx.2021-ci ildə vəfat etmişdir. Miras əmlak onun tərəfindən faktiki qəbul olunduğu üçün və digər vərəsələrdə onun tərəfindən qəbul olunmasını təsdiq etdiyi üçün qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə etibarsız hesab olunmalı və miras əmlakda payı müəyyən olunmalıdır. Odur ki, göstərilənləri nəzərə alaraq iddianın təmin olunması barədə qətnamə qəbul olunmasını xahiş etdi. İddiaçının nümayəndəsi (vəkil) Nümayəndə1 izahatında göstərdi ki, İddiaçı mərhum atası Qağaş Camalov və mərhum anası Qutayi Hümbətovadan qalmış miras əmlak İddiaçı və mərhum bacısı Qızılgül Rəfiyeva tərəfindən qəbul olunmuş və idarə olunmuşdur. Qızılgül Rəfiyeva xx.xx.2021-ci il tarixdə vəfat etmiş, mərhum bacısının övladları olmamış və əri X11 miras əmlak açılmazdan öncə, yəni bacısı ölməzdən əvvəl xx.xx.2007-ci ildə vəfat etmişdir. Buna görə də bacısının payı irsi transmisiya qaydasında yaranmamış və ötürülməmişdir. X45 və Mehdi Camalovdan başqa, digər birinci növbəli vərəsələr olan bacı və qardaşları miras əmlakın İddiaçı tərəfindən faktiki qəbul olunmasını etiraf edirlər və onun tərəfindən qəbul olunmasına etiraz etmirlər. Həmçinin torpaq sahəsində İddiaçı payçı olduğu üçün üzərində yerləşən evdə onun tərəfindən miras əmlak kimi qəbul olunmuş və idarə olunmuşdur. Buna baxmayaraq Masallı rayon 2 saylı Dövlət Notariat Kontorunun notairusu Cavid Mircavadov tərəfindən təsdiqlənmiş xx.xx.2012-ci il tarixli vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən Cavabdeh1 mərhum Qağaş Camalovun yeganə vərəsəsi olaraq tanınmışdır. Notariat hərəkətləri “Notariat Haqqında” Qanunun 59cu maddəsinin tələbinə uyğun aparılmamış və vərəsələrin dairəsi müəyyən edilməmişdir. Nəticədə digər birinci növbəli vərəsələrin vərəsəlik hüququ pozulmuşdur. Buna görə də həmin şəhadətnamə etibarsız əqddir və hüquqi nəticə yarada bilməz. Bundan başqa, həmin şəhadətnamə aldatma yolu ilə əldə olunduğu üçün mübahisələndirilən əqddir və İddiaçı hüquqlarının pozulmasını notariat orqanına müraciət etdiyi vaxtdan bilmiş, buna görə də əqdin etibarsızlığı barədə müddət ötürülməmişdir. Odur ki, göstərilənləri nəzərə alaraq iddianın təmin olunması barədə qətnamə qəbul olunmasını xahiş etdi. Üçüncü şəxs X16(o həmdə digər üçüncü şəxslər X34, X21, X22 və X8 nümayəndəsi kimi) məhkəmə iclasında izahatında göstərdi ki, atası X7 və mərhum anası X10 qalmış miras əmlak Yardımlı rayonu, Ostair kəndində yerləşən 0.2297 ha torpaq sahəsinin 1/5 hissəsindən və həmin torpaq sahəsinin üzərində yerləşən atasına məxsus 116.2 kv.m fərdi yaşayış evindən ibarətdir. Həmin miras əmlak valdieynlərin vəfatından sonra mərhum bacıları X18 və İddiaçı tərəfindən idarə olunmuşdur. X18 xx.xx.2021-ci ildə ölmüşdür. Odur ki, o və təmsil etdiyi şəxslər hazırda miras əmlakın tam olaraq İddiaçı tərəfindən qəbul olunmasına etiraz etmirlər. Cavabdeh Masallı Cavabdeh2at Ofisinin notariusu Əlövsət İbrahimov məhkəməyə məktub göndərərək iştirakı olmadan işə baxılaraq qərar qəbul olunmasını xahiş etmişdir. Müstəqil tələb irəli sürməyən üçüncü şəxs üçüncü şəxs Yardımlı rayon Notariat Ofisinin xüsusi notariusu M.Hüseynov məhkəməyə məktub göndərərək iştirakı olmadan işə baxıb qətnamə qəbul olunmasını xahiş etmişdir. Cavabdeh1 məhkəməyə etiraz ərizəsi göndərərək göstərmişdir ki, qardaşı İddiaçı valideynlərinin vəfat etməsindən və həmin vaxtdan mirasın açılmasından məlumatlı olmuş, ümumi iddia müddəti 10 il, müqavilə öhdəlikləri üzrə 3 ildir, iddiaçı 2012-ci ildə verilmiş şəhadətnaməni 13 il sonra (2025-ci ildə) mübahisələndirmişdir. İddiaçı iddia edir ki, digər vərəsələr mirası gizlətmişlər, lakin vərəsəlik qanunla müəyyən olunmuş qaydada həyata keçirilmişdir. İddiaçının öz valideynlərindən, yəni doğulduğu və boya-başa çatdığı evdən, həyətdən xəbərsiz olduğu barədə qeydləri yalandır. Miras əmlak olan ev və torpaq sahəsi 15 ilə yaxındır ki, digər vərəsələrin (cavabdehləri) faktiki sahibliyində və istifadəsindədir. Bu müddət ərzində iddiaçı əmlakın saxlanılması, vergilərin ödənilməsi və ya təmirində iştirak etməmiş, faktiki olaraq mirası qəbul etməkdən imtina etmişdir. İddiaçı həmdə notariat orqanlarını əsassız və qanunsuz hərəkətlərdə günahlandırır. Lakin, xx.xx.2012-ci il tarixli vərəsəlik şəhadətnaməsi verildiyi zaman notarius mövcud sənədlər və müraciət edən vərəsələrin iradəsi əsasında hərəkət etmişdir. “Notariat Haqqında” Qanunun tələbləri pozulmamışdır. İddiaçının 13 il sonra məlumatım olmayıb iddiası hüquqi məntiqlə zidiyyət təşkil edir, çünki daşınmaz əmlakın faktiki vəziyyəti və vərəsələrin orada yaşaması hamıya məlum olan və sübuta ehtiyacı olmayan faktdır. İddiaçı həddi-buluğa çatandan sonra valideynlərinin sağlığında onlara nəinki qayğı göstərməmiş, xəstəlikləri və ehtiacları ilə maraqlanmamışdır. Mərhum atası Qağaş Camalovu və anası Qutayi Hümbətovanı o himayə etmiş, onların son mənzilə yola salınması (dəfn, yas mərasimləri) ilə bağlı bütün maddi və təşkilati yükü təkbaşına çəkmişdir. İddiaçı bu xərclərin heç bir hissəsini ödəməmişdir. 15 il ərzində iddiaçı əmlakın qapısını belə açmadığı halda o evi dağılmaqdan qorumuş, öz şəxsi vəsaiti hesabına orada əsaslı təmir işləri aparmış, əmlakın dəyərini artırmışdır. 15 il ərzində torpaq vergisi, əmlak vergisi və kommunal xidmətlər yalnız onun tərəfindən ödənilmişdir. İddiaçının bu illər ərzində heç bir sahiblik iradəsi olmamışdır. Cavabdeh1 nümayəndəsi-vəkili Nümayəndə2 məhkəmə iclasında izahatında göstərdi ki, Masallı rayon 2 saylı Dövlət Notariat Kontoru tərəfindən verilmiş xx.xx.2012-ci il tarixli vərəsəlik hüququ haqqında şəhadətnamə qanuni əsaslarla verilmişdir və Cavabdeh1 mirası tək vərəsə olaraq qəbul etdiyi üçün şəhadətnamə ona verilmişdir. Həmin şəhadətnamənin verilməsindən 13 il keçmişdir və əqdin etibarsızlığı barədə iddia qaldırmaq üçün müddət qanunla 1 il nəzərdə tutulmuşdur. Cavabdeh1 mərhum atası Qağaş Camalov və mərhum anası Qutayi Hümbətovadan miras qalmış Yardımlı rayonu Ostair kəndində yerləşən 0.2297 ha torpaq sahəsi və 116.2 kv.m fərdi yaşayış evini miras əmlak olaraq qəbul etmişdir və bütün xərclər onun tərəfindən qarşılanmışdır. Odur ki, göstərilənləri nəzərə alaraq iddianın rədd olunmasını məhkəmədən xahiş etdi. Müstəqil tələb irəli sürməyən üçüncü şəxs X33 iddianı qəbul etməyib, iddianın rədd edilməsini xahiş etmişdir. Cavabdeh1 və Cavabdeh3 məhkəmə iclasının yeri və vaxtı barədə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş, gəlməməsinin üzürlü səbəbləri barədə məlumat verməmişdir, məhkəmə işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. TƏDQİQ EDİLMİŞ SÜBUTLAR: Yardımlı rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli nikah haqqında arayışdan görünür ki, X23 ilə X27 arasında 20 dekabr 1953-cü il tarixdə Yardımlı rayon Qeydiyyat şöbəsində 27 saylı nikah bağlanmışdır. Nikah bağlandıqdan sonra qadına Camalova soyadı verilmişdir. Yardımlı rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli ölüm haqqında arayışlardan görünür ki, X23 xx.xx.2008-ci il və X27 xx.xx.2009-cu ildə ölmüşdür. Masallı rayon 2 saylı Dövlət Notariat Kontorunun dövlət notariusu Mircavadov Cavid tərəfindən təsdiqlənmiş xx.xx.2012-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin surətindən görünür ki, xx.xx.2008-ci ildə vəfat etmiş X9 vərəsəsi Cavabdeh1 müəyyən olunmuşdur. Şəhadətnamə verilən miras əmlak "xxxx" ASC-də mərhuma məxsus olmuş 0466 nömrəli hesabda və 0536 nömrəli hesabda olan əmanət pulundan ibarətdir. Yardımlı Rayon İcra Hakimiyyətinin Ostayır inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2012-ci il tarixli, 295 saylı arayışdan görünür ki, Cavabdeh1 atası X23 xx.xx.2008-ci ildə vəfat etmiş, anası X29 xx.xx.2009-cu ildə vəfat etmişdir. Vəfat edən günədək Yardımlı rayonu, Ostayır kəndində yaşamışdır. Onların aşağıdakı varisi qalmışdır. Cavabdeh1 xx.xx.1961. Hüququn ölmüş şəxsə məxsus olması haqqında dövlət reyestrindən arayışdan görünür ki, Yardımlı rayonu, Ostair kəndində 0.2297 ha torpaq sahəsi X23, İddiaçı, X33, X28 və Cavabdeh3 adına ümumi birgə mülkiyyət hüququ üzrə, 116.2 kv.m fərdi yaşayış evi isə X9 adına tam mülkiyyət hüququ üzrə xx.xx.2025-ci il tarixdə qeydiyyata alınmışdır. Yardımlı rayon Notariat Ofisi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli, 145 saylı məktubdan görünür ki, İddiaçı xx.xx.2008-ci il tarixdə vəfat etmiş mərhum atası X9 ölümündən sonra miras qalmış Yardımlı rayonu, Ostayır kəndində yerləşən fərdi yaşayış evinə və həmin evin həyətyanı torpaq sahəsindəki payına dair qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsi barədə xx.xx.2025-ci il tarixli ərizə və əlavə olunmuş sənədlərə baxış keçirərkən müəyyən olundu ki, vərəsəliyin qanunvericilikdə nəzərdə tutulmuş qəbul müddəti keçmişdir. Bundan başqa, hələ 2012-ci ildə Yardımlı rayon dövlət notariat kontoru qardaşı Cavabdeh1 mərhum atasının qanun üzrə tək vərəsəsi kimi tanınmış və bununlada mirası faktiki olaraq qəbul etmişdir. Habelə, qardaşı Cavabdeh1 ilə aralarında çox ciddi əmlak və qeyri-əmlak münasibətləri ilə bağlı mübahisələr mövcuddur. Ona görə də təqdim edilən sənədlər müddətin bərpa edilməsi və digər mübahisələrin həll edilməsi üçün məhkəməyə müraciət olunması ilə əlaqədar geri qaytarılmışdır. Yardımlı rayon İcra Hakimiyyəti başçısının Ostayır inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2026-cı il tarixli, 5-81-30/2-266/2025 saylı arayışdan görünür ki, X23 xx.xx.2008-ci il tarixdə vəfat etmişdir. Mərhumun daimi yaşayış yeri Yardımlı rayonu, Ostair kəndi olmuş, ölənədək onunla birlikdə yaşamış ailə üzvləri aşağıdakı kimi olmuşdur. X19, X30, X34, X33, Cavabdeh1, X21. X3 ailə tərkibindən qeydiyyatdan çıxıb gedən ailə üzvləri aşağıdakılardır: X22, X24, İddiaçı. X3 vəfat etmiş ailə üzvləri aşağıdakılarıdır. X18 və X29-arvadı. X3 yuxarıda qeyd olunan vərəsələrdən başqa digər vərəsələri yoxdur. Yardımlı rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş xx.xx.2026-cı il tarixli arayışdan görünür ki, X20 və X18 arasında nikah haqqında xx.xx.1988-ci il tarixdə 18 nömrəli akt qeydi tərtib olunmuşdur. Yardımlı rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş xx.xx.2026-cı il tarixli arayışdan görünür ki, X20 26 mart 2007-ci ildə ölmüşdür və ölüm haqqında xx.xx.2007-ci ildə 16 nömrəli akt qeydi tərtib olunmuşdur. Yardımlı rayon İcra Hakimiyyəti başçısının Ostayır inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2026-cı il tarixli, 5-81-30/2-10/2026 saylı arayışdan görünür ki, mərhum Rəfiyeva (ölüm xx.xx.2021-ci ildə 113 nömrəli qeydi ilə Yardımlı rayon Qeydiyyat şöbəsində qeydiyyata alınmış) ölənədək Yardımlı rayonu, Ostayır kəndində yaşamış və mərhum əri X20 ilə birgə nikahından övladı olmamışdır. ƏSASLANDİRİCİ HİSSƏ: Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, iddia təmin olunmalıdır. Azərbaycan Respublikası Konstitusiyasının: 13-cü maddəsinin birinci hissəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Dövlət vərəsəlik hüququna təminat verir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 19-cu maddəsinə əsasən dövlət hakimiyyəti orqanının və ya yerli özünüidarə orqanının mülki qanunvericiliyə uyğun gəlməyən, fiziki və ya hüquqi şəxsin mülki hüquqlarını və qanunla qorunan mənafelərini pozan qeyri-normativ xarakterli aktı məhkəmə tərəfindən etibarsız sayıla bilər. 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 223.1-ci maddəsinə əsasən birgə mülkiyyət hüququna əşyanın özgəninkiləşdirilməsi və ya birgə mülkiyyətin əmələ gəlməsinə əsas vermiş ümumiliyin mövcudluğuna son qoyulması ilə xitam verilir. 223.2-ci maddəsinə əsasən birgə mülkiyyətin mülkiyyətçiləri tərəfindən ümumi əşyanın bölünməsi və ya onlardan birinin payının ayrılması mülkiyyətçilərdən hər birinin payı qabaqcadan müəyyənləşdirildikdən sonra həyata keçirilə bilər. 223.3-cü maddəsinə əsasən ümumi əşya bölünərkən və ondan pay ayrılarkən mülkiyyətçilərin payları, əgər onların razılaşmasında ayrı qayda nəzərdə tutulmayıbsa, bərabər sayılır. 324.1-ci maddəsinə əsasən əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. 337.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. 337.2-ci maddəsinə əsasən əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir. 337.3-cü maddəsinə əsasən əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıbsayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. 337.4-cü maddəsinə əsasən etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. 1133-cü maddəsinə əsasən ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. 1134.1-ci maddəsinə əsasənqanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilərlər. 1243.2-ci maddəsinə əsasən vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. 1243.3-cü maddəsinə əsasən vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. 1145-ci maddəsinə əsasən miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır. 1151.1-ci maddəsinə əsasən mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. 1159.1.1-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik zamanı birinci növbədə vərəsələr-ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) sayılırlar. 1159.1.3-cü maddəsinə əsasən bu sonuncuların nəvələri, nəticələri və uşaqları o halda qanun üzrə vərəsə sayılırlar ki, mirasın açıldığı vaxt miras qoyanın vərəsələri olacaq valideynləri sağ olmasın. Onlar qanun üzrə vərəsəlik zamanı onların ölmüş valideyninə çatası paydan bərabər miras alırlar. «Notariat haqqında» Azərbaycan Respublikasının Qanununun 59-cu maddəsinə əsasən notarius qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verərkən sübutlar tələb etmək yolu ilə miras qoyanın ölüm faktını, mirasın açıldığı yeri və vaxtı, şəhadətnamə verilməsi barədə ərizə ilə müraciət edən şəxslərin qanun üzrə vərəsəliyə çağırılmaları üçün əsasların olmasını, miras əmlakın tərkibini və olduğu yeri yoxlamalıdır. Tətbiq olunan maddi hüquq normalarına əsasən məhkəmə qeyd edir ki, X4 və X13 övladları X19, X30, X34, X33, Cavabdeh1, X21, X22, X24, İddiaçı və X18 mərhum valideynlərinin birinci növbə qanun üzrə vərəsələri hesab olunurlar. Lakin Masallı rayon 2 saylı Dövlət Notariat Kontorunun notariusu Cavid Mircavadov tərəfindən xx.xx.2012-ci il tarixdə nnotariat hərəkətləri aparılarkən qanunun tələbləri pozulmuş, vərəsələrin dairəsi müəyyən edilməmiş, ərazi nümayəndəliyi tərəfindən verilmiş arayışda tək vərəsə olan Cavabdeh1 göstərilmiş, nəticə olaraq notariat hərəkətləri zamanı “Notariat haqqında” Azərbaycan Respublikası Qanunun 59-cu maddəsinin tələbləri pozulmaqla qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmiş və şəhadətnamə verilərkən Cavabdeh1 notariat orqanını aldatmaqla digər vərəsələrin mövcudluğunu gizlətdiyi üçün həmin qanun üzrə vərəsəlik haqqında şəhadətnamə etibarsız hala gəlmişdir və özlüyündə hüquqi nəticə yaratmamışdır. Həmin şəhadətnamə etibarsız olduğundan və hüquqi nəticə yaratmadığı üçün mirasın Cavabdeh1 tərəfindən qəbul olunması nəticəsinidə yarada bilməz. Odur ki, iddia vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab olunması hissəsində təmin edilməlidir. Bundan başqa hazırda miras qalmış əmlak ümumi birgə mülkiyyətdə olan torpaq sahəsi və onun üzərində yerləşən tam mülkiyyətdə olan fərdi yaşayış evindən ibarət olduğu üçün ilk öncə torpaq sahəsində paylar müəyyən olunmalıdır. Belə ki, miras qalmış əmlak Yardımlı rayonu, Ostair kəndində yerləşən 0.2297 ha torpaq sahəsinin mərhum Qağaş Camalova və Qutayi Hümbətovaya məxsus hissələrindən və üzərində yerləşən 116.2 kv.m fərdi yaşayış evindən ibarətdir. Həmin torpaq sahəsi X23, İddiaçı, X33, X28 və Cavabdeh3 ümumi birgə mülkyyətindədir, paylar tərəflərin razılaşması əsasında müəyyən edilməmişdir, payçılardan ikisi ölmüşdür və digər payçılar arasında payların müəyyən olunması barədə razılaşma mövcud deyildir. Belə olan halda həmin 0.2297 ha torpaq sahəsi üzərində ümumi birgə mülkiyyətçilərin payları bərabər olduğundan 1/5 hissədə payları müəyyən olunmalıdır. Miras qalan əmlakın müqəddəratının həll edilməsi məsələsi mühüm şəxsi və ictimai əhəmiyyətə malikdir. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin V hissəsi vərəsəlik hüququnun təminatına konstitusion zəmanət verir. Konstitusiyanın bu maddəsi vəsiyyət etmə hüququnu geniş anlamda bəyan edərək, vərəsəlik hüququnun təminatı kimi miras qoymağı,yəni bir tərəfdən vəsiyyət edə bilmək hüququnu, digər tərəfdən vərəsə olaraq mirası qəbul edib ona sahib olmaq hüququnu nəzərdə tutur. Vərəsəlik hüquq institutu ailə ilə əmlak hüquq normaları qrupu arasında mövcud olan mülki hüquq münasibətlərini tənzimləyir. Vərəsəlik institutu müəyyən dərəcədə hər iki normalar qrupunun (ailə və əmlak) spesifik xüsusiyyətlərini özündə əks etdirir. Belə ki, vərəsəlik hüquq institutunun bu xüsusiyyəti həm ona aid olan qaydaların xeyli hissəsinin məcburi xarakter daşımasında, həm də müqavilə azadlığının xüsusi şərtlərlə məhdudlaşdırılmasında özünü göstərir. (Azərbaycan Respblikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1203.1-ci maddəsinin şərh edilməsinə dair” 13 dekabr 2011-ci il tarixli Qərarı) Vərəsəlik-bu hüquq obyektiv hüquq kimi ölmüş şəxsin əmlakının və bununla bağlı hüquq və vəzifələrinin qanun üzrə və ya vəsiyyət üzrə digər şəxslərə keçməsi qaydalarını müəyyənləşdirən hüquq normalarının məcmusudur. Vərəsəlik hüququ subyektiv hüquq olaraq bir tərəfdən miras qoymağı, vəsiyyət edə bilməyi, digər tərəfdən isə vərəsə olaraq mirası qəbul edib ona sahib olmağı nəzərdə tutur. Bu baxımdan vərəsəlik hüququ mülki dövriyyənin iştirakçıları olan fiziki şəxslərin ölməsi hallarında onların sağ ikən qurmuş olduqları hüquqi münasibətlərdən əmələ gəlmiş olan hüquq və öhdəliklərin təyinatı üzrə həyata keçirilməsinə hüquqi şəraiti təmin etmək, həmçinin vərəsəliyin qəbulu öz hüquqi mahiyyəti etibarı ilə vərəsəliyin qətiləşməsi və ondan imtina imkanının aradan qalxması nəticəsində miras qoyanın kreditorları baxımından hüquqi müəyyənliyin imtina müddətindən daha erkən təmin edilməsi üçündür. Vərəsəlik institutu hər bir şəxsə zəmanət verir ki, sağlığında əldə etdiyi əmlak və digər maddi nemətlər ölümündən sonra onun iradəsinə uyğun olaraq ifadə etdiyi vərəsələrinə, iradə ifadə etmədiyi təqdirdə isə qanunla müəyyən edilən vərəsələrinə keçsin. Vərəsəlik hüququ miras qoyanın ölümü ilə onun əmlak hüquqlarının və öhdəliklərinin qanunla müəyyən olunmuş qaydada varislərə keçidini tənzimləyən hüquq institutudur. Mirasın açıldığı an və yer müəyyən olunmaqla, qanun üzrə vərəsəlik qaydası tətbiq olunur. Qanunvericiliyə əsasən, birinci növbəli vərəsələr - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlərdir (övladlığa götürənlər). Vərəsənin mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etməsi barədə ərizə verməsi mirasın qəbul edilməsinin formal üsuludur. Mirasın qəbulu elə bir hərəkətdir ki, bu hərəkətin vasitəsilə vərəsə özünün miras əmlakı əldə etmək və almaq niyyətini ifadə edir, miras qoyanın varisi olmasına özünün hərəkətləri ilə razılığını bildirir. Rəsmi üsulla vərəsə (istər qanun, istərsə də vəsiyyət üzrə vərəsə) mirasın açıldığı yer üzrə notariat kontoruna mirasın qəbulu haqqında yazılı ərizə verdikdə, miras əmlakın mülkiyyətçisi olmaq niyyətini mübahisəsiz olaraq sübut etmiş olur. Qeyri-rəsmi üsul isə miras əmlaka faktiki sahiblik etməklə, yaxud miras əmlakı faktiki idarə etməklə həyata keçirilir. Miras əmlakın faktiki qəbulu isə vərəsənin konkret hərəkətləri və rəftarı ilə onun mirası qəbul etmək niyyətinin açıq-aşkar təsdiqlənməsi və sübut edilməsi kimi qəbul edilir və belə hərəkətlərin məzmunu vərəsə tərəfindən məhz mirası qəbul etmək məqsədi daşıyır. Mirasın faktiki qəbulu üsulu iki cür olur: miras əmlaka faktiki sahiblik etmək və miras əmlakı faktiki idarə etmək. Faktiki sahiblik etmək üsulu ondan ibarətdir ki, onun əsasında vərəsə miras qoyan şəxsin əmlakını faktiki cəhətdən ələ keçirir və ona sahib durur. Miras əmlakı faktiki idarə etmək isə vərəsə tərəfindən elə hərəkətləri nəzərdə tutur ki, bu hərəkətləri adətən mülkiyyətçi öz mənafeyi üçün əmlakın saxlanması və normal təsərrüfatın aparılması üçün etmiş olsun (Konstitusiya Məhkəməsi Plenumunun G.Qəhrəmanovanın şikayəti üzrə 2014-cü il 18 iyul tarixli Qərarı). İş materialları ilə müəyyən olunur ki, X4 və mərhum X27 xx.xx.1953-cü ildə nikaha daxil olmuşlar və birgə nikahlarından 10 övladları olmuşdur. X4 xx.xx.2008-ci ildə və mərhum X28 xx.xx.2009-cu ildə vəfat etmişlər. X1 miras qalmış əmlak Yardımlı rayonu, Ostayır kəndində yerləşən 0.2297 ha torpaq sahəsinin 1/5 hissəsi və tam mülkiyyət hüququ üzrə 116.2 kv.m fərdi yaşayış evi, mərhum X10 qalmış miras əmlak həmin 0.2297 ha torpaq sahəsinin 1/5 hissəsindən ibarətdir. Həmin 0.2297 ha torpaq sahəsi ümumi birgə mülkiyyətdir və İddiaçı mülkiyyətçidir, həmçinin, məhkəmə iclası zamanı İddiaçı mərhum ata və anasından miras qalmış əmlakı idarə etməklə faktiki qəbul etməsi sübuta yetirilmişdir. İş üzrə tərəf olan Tahir Camalov, Ruhiyyə Camalova, Gülnisə Kərimova, Rəmziyyə Əliyeva və Müslüm Camalov valideynlərindən miras qalmış əmlakın İddiaçı tərəfindən idarə olunmasını və faktiki qəbul olunmasını təsdiq etmişlər. Beləliklə İddiaçı mirası faktiki qəbul etmiş vərəsə hesab olunmalıdır. Bundan başqa, Cavabdeh1 məhkəməyə göndərmiş olduğu iddia ərizəsinə etirazında miras əmlakın onun tərəfindən faktiki qəbul olunmasını və idarə olunmasını göstərmiş olsada bununla bağlı məhkəməyə sübut təqdim etməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1134, 1146 və 1252-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərarına əsasən: 1.Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1134, 1145 və 1146-cı maddələrinə uyğun olaraq miras fiziki şəxsin öldüyü və ya ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi gün onun ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır və miras qoyanın öldüyü anda sağ olmuş şəxslər vərəsə ola bilərlər. 2.Eyni gündə ölən və biri digərindən sonra vərəsə olmaq hüququna malik şəxslərlə bağlı irsi transmissiyanın tətbiqi üçün miras qoyanın dəqiq ölüm anı müəyyən edilərək daha sonra ölən şəxs ondan əvvəl ölən şəxsə vərəsə hesab edilir. Bu anı müəyyənləşdirmək mümkün olmadığı təqdirdə eyni gündə ölən şəxslər hüquqi varislik baxımından eyni anda ölmüş şəxslər hesab edilərək hər biri üçün ayrılıqda miras açılır və irsi transmissiyanın tətbiqi istisna edilir. İş materialları ilə müəyyən olunur ki, X3 birinci növbəli vərəsəsi olan X2 Təvəkgül Məmiş oğlu ilə xx.xx.1988-ci ildə nikahlarını qeyd etdirmiş, xx.xx.2021-ci il tarixdə Qızılgül Rəfiyeva və xx.xx.2007-ci il tarixdə Təvəkgül Məmmədov ölmüşlər. Onların birgə nikahlarından övladları olmamışdır. X26 Rəfiyevadan əvvəl öldüyündən, Qızılgül Rəfiyevanın vərəsəsi ola bilməz. Buna görə də Qızılgül Rəfiyevanın miras payı ikinci növbə vərəsə olaraq mirası faktiki qəbul etmiş İddiaçı çatmalıdır. Bu halda irsi transmisiyanın tətbiqi istisna olunur. Azərbaycan Respublikasının Ali məhkəməsinin üç ulduz statuslu 22 noyabr 2023-cü il tarixli qərarına əsasən: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsində xüsusi icraat qaydasında hüquqi əhəmiyyətli faktların müəyyən edilməsi, o cümlədən şəxslərin qohumluq münasibətlərinin, mirasın qəbul edilmə faktının və vərəsəliyin açılma yerinin müəyyən edilməsi mümkün hesab olunsa da, həmin ərizələrə yalnız hüquq haqqında mübahisə olmadığı halda baxıla bilər. Belə olan hallarda iddiaçı hüquq barədə mübahisə edən tərəfə qarşı əldə etmək istədiyi hüquqi nəticənin (məsələn miras payın tanınması, vərəsəlik şəhadətnaməsinin verilməsi vəzifəsinin qoyulması, əmlakın bölünməsi, ziyanın ödənilməsi və s) əldə olunması ilə bağlı iddia irəli sürməli və iddiasının əsası kimi yuxarıda qeyd olunan hüquqi faktların mövcud olduğunu (baş verdiyini) sübuta yetirilməlidir. Hüquq barədə mübahisə olduğu üçün xüsusi icraat qaydasında ərizə verə bilməyən, yaxud belə ərizəsi baxılmamış saxlanılmış iddiaçı iddia icraatı qaydasında birbaşa müvafiq hüququn müəyyən edilməsi (əldə olunması (məsələn ,miras payının müəyyən olunması, hüquq müəyyənedici sənədin verilməsi) barədə tələb irəli sürməli və həmin icraat çərçivəsində iddianın əsasını təşkil edən hüquqi faktı (məsələn mirası qanunla müəyyən olunmuş müddət ərzində faktiki qəbul etdiyini) sübuta yetirməlidir. Göründüyü kimi İddiaçı və qardaşı Cavabdeh1 arasında mirasın qəbulu ilə bağlı mübahisə mövcuddur, İddiaçı mərhum valideynlərindən qalmış miras əmlakın onun tərəfindən faktiki qəbul olunması barədə məhkəməyə kifayət qədər sübutlar təqdim etmiş, Cavabdeh1 tərəfindən mirasın faktiki qəbul olunması barədə məhkəməyə sübutlar təqdim olunmamışdır. Belə olan halda miras əmlakın İddiaçı tərəfindən faktiki qəbul olunması və miras əmlakda torpaq sahəsində hissəvi, fərdi yaşayış evində tam pay hüququ müəyyən olunmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair xx.xx.2021-ci il tarixli qərarına əsasən: 1.Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.2-ci maddəsinə uyğun olaraq, mübahisə edilən əqdlərin etibarsızlığı əqdin mübahisələndirilməsi ilə bağlı iradə ifadəsinin digər tərəfə bildirilməsi ilə şərtləndirilir. Əqdin etibarsızlığı ilə bağlı mübahisə yaranarsa tərəflər məhkəməyə müraciət edə bilərlər. 2.Azərbaycan Respublikası Mülki Məcəlləsinin 354.2-ci maddəsində müəyyən edilmiş müddətlər iradə ifadəsinin zədələnməsi hallarında əqdi mübahisələndirmək hüququnun həyata keçirilməsi ilə bağlı nəzərdə tutulmuş kəsici müddətlərdir. İş materiallarından göründüyü kimi Cavabdeh1 tərəfindən məhkəməyə göndərilmiş etirazda İddiaçı vərəsəlik şəhadətnaməsindən bağlandığı andan məlumatlı olması və əqdin etibarsızlığı ilə bağlı 1 illik iddia müddətinin olmasını göstərmiş və hazırda müddətin ötürüldüyü üçün iddianın rədd olunmasını xahiş etmişdir. Məhkəmə bununla bağlı qeyd edir ki, hazırda mübasibələndirilən qanun üzrə vərəsəlik hüququ haqqında xx.xx.2012-ci il tarixli şəhadətnamə mübahisələndirilən əqd olduğu üçün etibarsızlığı əqdin mübahisələndirilməsi ilə bağlı iradə ifadəsinin digər tərəfə bildirilməsi ilə şərtlənir, belə olan halda iddiaçı əqdin mübahisələndirmə ilə bağlı iradə ifadəsini məhkəməyə xx.xx.2025-ci il tarixdə iddia ərizəsi ilə müraciət etməklə bildirmişdir və Mülki Məcəllənin 354.2-ci maddəsində əqdlərin etibarsızlığı ilə bağlı müəyyən olunmuş 1 illik müddət kəsici müddətdir və məhkəmə tərəfindən tətbiq olunur. Lakin Cavabdeh1 qeyd etdiyi kimi kəsici müddətin keçməsi halları məhkəmədə müəyyən olunmamışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinin tələbinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.4-cü maddəsinin tələbinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. NƏTİCƏ HİSSƏSİ: Qeyd olunanlara məcmu halda qiymət verərək, məhkəmə hesab edir ki, iddia təmin edilməli, mərhum xx.xx.2008-ci ildə ölmüş X7 miras qalmış əmlaka dair Masallı rayon 2 saylı Dövlət Notariat Kontoru tərəfindən verilmiş xx.xx.2012-ci il tarixli, 51 nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə etibarsız hesab edilməli, hüququn ölmüş şəxsə məxsus olması haqqında dövlət reyestrindən xx.xx.2025-ci il tarixli çıxarışa əsasən X9, İddiaçı, X25, X28, Cavabdeh3 ümumi birgə mülkiyyətində olan Yardımlı rayonu, Ostair kəndində yerləşən 0.2297 ha yaşayış məntəqələrinin torpaq sahəsində ümumi birgə mülkiyyətçilərin hər birinin 1/5 hissədə payları müəyyən edilməli, Mərhum xx.xx.2008-ci ildə ölmüş X23 və xx.xx.2009-cu ildə ölmüş X10 miras qalmış hüququn ölmüş şəxsə məxsus olması haqqında dövlət reyestrindən xx.xx.2025-ci il tarixli çıxarışa əsasən Yardımlı rayonu, Ostair kəndində yerləşən 0.2297 ha torpaq sahəsində X23 və X17 məxsus 1/5 hissədə, 0.2297 ha torpaq sahəsinin üzərində yerləşən X14 məxsus 116.2 kv.m fərdi yaşayış evində tam hissədə İddiaçı miras pay hüququ tanınmalıdır. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 233 və 360-cı maddələrinə əsasən, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Mərhum xx.xx.2008-ci ildə ölmüş X7 miras qalmış əmlaka dair Masallı rayon 2 saylı Dövlət Notariat Kontoru tərəfindən verilmiş xx.xx.2012-ci il tarixli, 51 nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə etibarsız hesab edilsin. Hüququn ölmüş şəxsə məxsus olması haqqında dövlət reyestrindən xx.xx.2025-ci il tarixli çıxarışa əsasən X9, İddiaçı, X25, X28, Cavabdeh3 ümumi birgə mülkiyyətində olan Yardımlı rayonu, Ostair kəndində yerləşən 0.2297 ha yaşayış məntəqələrinin torpaq sahəsində ümumi birgə mülkiyyətçilərin hər birinin 1/5 hissədə payları müəyyən edilsin. Mərhum xx.xx.2008-ci ildə ölmüş X23 və xx.xx.2009-cu ildə ölmüş X10 miras qalmış hüququn ölmüş şəxsə məxsus olması haqqında dövlət reyestrindən xx.xx.2025-ci il tarixli çıxarışa əsasən Yardımlı rayonu, Ostair kəndində yerləşən 0.2297 ha torpaq sahəsində X23 və X17 məxsus 1/5 hissədə, 0.2297 ha torpaq sahəsinin üzərində yerləşən X14 məxsus 116.2 kv.m fərdi yaşayış evində tam hissədə İddiaçı miras pay hüququ tanınsın. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsi ilə) Yardımlı Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. X32
Məhkəmə qərarları › İş №2(038)-712/2025
Yardımlı Rayon Məhkəməsi Qətnamə — İş №2(038)-712/2025
06.02.2026 · Vərəsəlik hüququ üzrə mübahisələr - Qanun üzrə vərəsəlik hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver