Məhkəmə qərarları › İş №2(038)-8/2025

Yardımlı Rayon Məhkəməsi Qətnamə — İş №2(038)-8/2025

30.06.2025 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Yardımlı rayonu İş № 2(038)-8/2025 30.06.2025 YARDIMLI RAYON MƏHKƏMƏSİ GİRİŞ HİSSƏ: X10 sədrliyi, məhkəmə iclasının katibi xx katibliyi, İddiaçı nümayəndəsi Nümayəndə və iddiaçının vəkili Vəkil1, Cavabdeh1 Nazim oğlu və vəkili Vəkil2 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1 Nazim oğlu və Cavabdeh2 qarşı «zəbt edilmiş torpaq sahəsinin boşaldılması və ümumi istifadədə olmuş piyada pilləkənli yolun əvvəlki vəziyyətinə qaytarılması» tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, TƏSVİRİ HİSSƏ: MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh X5 tərəfindən zəbt edilmiş ona məxsus olan 0,0529 ha torpaq sahəsinin zəbtdən azad edilərək ona qaytarılması, ümumi istifadədə olmuş piyada pilləkənli yolun əvvəlki vəziyyətinə qaytarılması və 100(bir yüz) manat dövlət rüsumunun cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Daha sonra iddiaçının nümayəndəsi Nümayəndə ərizə verərək, cavabdehin adının X5 yox, Cavabdeh1 kimi oxunmasını xahiş etmişdir. Daha sonra iddiaçının nümayəndəsi Nümayəndə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra mətndə MPM-nin) 51.3-cü maddəsinə əsasən yazılı ərizə ilə müraciət edərək, Cavabdeh2 da işə cavabdeh qismində cəlb olunmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Yardımlı rayonunda 0,0529 ha torpaq sahasi almışdır. Həmin torpaq sahəsi əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi Hüquqların dövlət qeydiyyatına alınmış ve Daşınmaz əmlakın Dövlət Reyestrində ********** nömrəsi ilə qeydiyyata alınmışdır. **********48 saylı çıxarışla 0,0529 ha torpaq sahasi mənim xüsusi mülkiyyətimdədir. Cavabdeh ona məxsus olan torpaq sahəsini zəbt etmişdir. Dəfələrlə ona məxsus zəbt olunmuş torpaq sahəsinin boşaldılması və ümumi istifadədə olmuş yolun əvvəlki vəziyyətə qaytarılması barədə söhbət etmiş, cavabdeh ona məhəl qoymamış, nə yolu əvvəlki vəziyyətə qaytarmış, nə də ki, zəbt etdiyi torpaq sahəsini boşaltmamışdır. Cavabdeh 2024cü ildən hazırki vaxta qedər ona məxsus torpaq sahəsini qanunsuz şəkildə istifadə edir. Zəbt olunmuş torpaq sahəsinə mütəxəssislər tərəfindən baxış keçirilməsi barədə Daşınmaz Əmlakın Dövlət Resyestri Xidmətinə etdiyi müraciətdən sonra torpaq sahəsinə baxış keçirilmiş və həqiqətən də onun mülkiyyetinə verilmiş torpaq sahəsinin bir hissəsinin cavabdeh tərəfindən zəbt edildiyi müəyyən edilmişdir. Bu barədə akt tərtib edilmiş, lakin dəfələrlə yazılı ve şifahi müraciətlərinə baxmayaraq akt ona təqdim olunmamış, yalnız məhkəmənin sorğusu əsasında aktın mahkəməyə təqdim edə biləcəyi bildirilmişdir. Bundan əlavə onun mülkiyyətinə verilmiş torpaq sahəsi ilə yanaşı olan umumi istifadədə olmuş piyada pilləkanlı yol cavabdeh tərəfindən torpaqlanaraq həyətinə avtomobil yolu çəkmiş və onun torpaq sahəsinə gedən yol bağlanmışdır. Məhkəmə iclasında iddiaçının nümayəndəsi Nümayəndə iddia tələbini müdafiə edib, iddia rmişdir ki, iddianı müdafiə edib, iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək, iddianın tam təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının vəkili Vəkil1 iddia ərizəsini müdafiə edib, ərizədə göstərilənlərə uyğun çıxış etmiş və əlavə olaraq göstərmişdir ki, ekspert rəyi verilmiş və rəydə cavabdehin iddiaçıya məxsus torpaq sahəsini zəbt etdiyi göstərilmişdir. Yol pilləkanla bağlıdır. Avtomobil yolu üçün uyğun deyil. Cavabdeh özbaşına təyinatını dəyişmiş və ora torpaq töküb yol çəkib özü üçün şərait yaratmışdır. İddiaçı isə öz yerindən yol açacağı halda yer itkisi olacaq və istifadəsini çətinləşdirəcək. Cavabdehin vaxtıilə yolu olub və relyefə görə həmən yol normaldır. Oradan tikinti materialları daşınaraq tikinti aparılmışdır. Mübahisəli ərazidə yol salınmış, iddiaçının hüquqları pozularaq zəbt edilmişdir. Zəbtdən azad olunmalı və pilləkan bərpa edilməlidir. İddiaçı torpaq itkisinə məruz qalır. Odur ki, iddia təmin edilməlidir. Məhkəmə iclasında Cavabdeh1 Nazim oğlu iddianı qəbul etməyib, iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmiş və əlavə olaraq izahatında göstərmişdir ki, o hasarı əvvələr setka çəpərin yerindən etmişdir. İddiaçının yerinə müdaxilə etməmişdir. Başqa yolu yoxdur. O öz sahəsinə 2022-ci ildə yolu salmışdır. İcra Hakimiyyətinə demiş və yolu açmışdır. Odur ki, iddianın təmin rədd edilməsini xahiş edir. Məhkəmə iclasında Cavabdeh1 Nazim oğlunun nümayəndəsi və vəkili Vəkil2 iddia ərizəsini qəbul etməyib, iddia rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmiş və əlavə olaraq göstərmişdir ki, cavabdehin evinin çıxarışı vardır. ekspert rəyi alınmış və rəydə torpaq sahəsinin natura ilə faktiki üst-üstə düşdüyü göstərilmişdir. Hasarın yerində setka çəpər olub, yerindən mişar daşından hasar çəkilərək heç bir müdaxilə olmamışdır. Məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilmiş İddiaçı, Cavabdeh2 və cavabdeh tərəfindən müstəqil tələb irəli sürməyən üçüncü şəxs Yardımlı şəhər bələdiyyəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məlumat verməmişlər. İddiaçının özünün nümayəndəsi və vəkili vasitəsilə məhkəmədə təmsil olunmasını, habelə MPM-nin 185.5 və 185.6-cı maddələrinə əsasən işə İddiaçı, Cavabdeh2 və cavabdeh tərəfindən müstəqil tələb irəli sürməyən üçüncü şəxs Yardımlı şəhər bələdiyyəsinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. TƏDQİQ EDİLMİŞ SÜBUTLAR: Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən ********** qeydiyyat №-li, xx.xx.2024-cü il qeydiyyat tarixli, **********48 reyestr №-li çıxarışdan, həmçinin «torpaq sahəsinin plan və ölçü sənədi»ndən görünür ki, ünvan 1 ünvanında yerləşən 0,0529 ha torpaq sahəsi tam mülkiyyət hüququ üzrə İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində 48 nömrəli reyestr kitabının 9 nömrəli vərəqində qeydiyyata alınmışdır. Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən ********** qeydiyyat №-li, xx.xx.2017-ci il qeydiyyat tarixli, **********85-10301 reyestr nömrəli Çıxarışdan və texniki pasportdan görünür ki, ünvan 2 ünvanında bələdiyyə mülkiyyətində olan və Cavabdeh2 istifadəsində olan 0,118 ha torpaq sahəsi üzərində yerləşən 125,6 kv.m ibarət fərdi yaşayış evi tam mülkiyyət hüququ üzrə Cavabdeh2 adına daşınmaz əmlakın dövlət reyestrində 2 nömrəli reyestr kitabının 28 nömrəli vərəqində qeydiyyata alınmışdır. İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Cəlilabad ərazi şöbəsinin Torpaqların idarə edilməsi və istifadəsinə nəzarət sektorunun məsləhətçisi X7 oglunun, Dövlət əmlakının idarə edilməsi və özəlləşdirilməsi sektorunun məsləhətçisi X2, Yardımlı şəhər bələdiyyəsinin sədri X4 oglunun, Yardımlı şəhər sakini Cavabdeh1 oglunun iştirakları ilə tərtib edilmiş xx.xx.2024-cü il tarixli aktdan görünür ki, Yardımlı şəhər sakini Cavabdeh1 oglunun Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinin yanında Əmlak Məsələləri Dövlət Xidmətinə daxil olmuş müraciəti ilə əlaqədar yerində olub əraziyə baxış keçirilmiş, araşdırma zamanı məlum olmuşdur ki, Cavabdeh1 yaşadıqları həyətyanı sahə anası Cavabdeh2 adına olmaqla RX seriyalı, ******* nömrəli çıxarışla 0,118 ha torpaq sahələri vardır. Torpaq sahəsinin plan ölçüsündə onların həyətyanı sahəsinə gedən yol öz əksini tapmışdır. Hal-hazırda onların həyətinə gedən yola heç kəs tərəfindən müdaxilə olunmamışdır və zəbt halı yoxdur. Həmin yol sahəsi ümumi istifadədə olmaqla bələdiyyə mülkiyyətinə və yaşayış məntəqələri təyinatlı torpaqlara aiddir, (kordinatlar: 260723.90; 4310049.0). Vətəndaşlara torpaq qanunvericiliyi izah olunmuş, həmin yolun ümumi istifadədə olduğu üçün hər hansı bir vətəndaş tərəfindən zəbt edilməsi halı torpaq qanunvericiliyinə zidd olduğu bildirilmişdir. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 8 saylı Cəlilabad Ərazi İdarəsinin 25 fevral 2025-ci il tarixli mütəxəssis rəyindən müəyyən olunur ki, qərardadda qoyulmuş suallar tərəflərin mütəxəssislərin iştirakı ilə yerində araşdırılmışdır. İddiaçının iddia etdiyi torpaq sahəsinin döngə nöqtələrinin koordinatları naturada plana alınaraq kameral şəraitdə torpaqların elektron kadastr uçotu informasiya sistemi baza məlumatından istifadə edilməklə baxılmışdır.

1. Torpaqların elektron kadastrı uçotu informasiya sistemi baza məlumatına əsasən İddiaçı **********48 reyestr nömrəli Çıxarışla mülkiyyətində olan 0,0529 ha həyətyanı torpaq sahəsinin «Torpaq sahəsinin planı və ölçüsü» sənədinin koordinat nöqtələri naturadan plana alınmış faktiki istifadə vəziyyəti ilə üst-üstə düşdüyü müəyyən edilərək rəyə əlavə edilmiş yerquruluşu planında göstərilmişdir.

2. Torpaqların elektron kadastrı uçotu informasiya sistemi baza məlumatına əsasən Cavabdeh2 **********85-10301 reyestr nömrəli Çıxarışla istifadəsində olan bələdiyyə mülkiyyətinə aid 0,118 ha fərdi yaşayış evinin altında və ətrafında yerləşən «Torpaq sahəsinin planı və ölçüsü» sənədinin koordinat nöqtələri naturada plana alınmış faktiki istifadə vəziyyəti ilə üst-üstə düşdüyü müəyyən edilərək rəyə əlavə edilmiş yerquruluşu planında öz əksini tapmışdır.

3. Torpaqların elektron kadastrı uçotu informasiya sistemi baza məlumatına əsasən İddiaçı İddiaçı **********48 reyestr nömrəli Çıxarışla mülkiyyətində olan 0,0529 ha həyətyanı torpaq sahəsinin «Torpaq sahəsinin planı və ölçüsü» sənədinin koordinatlarının Cavabdeh2 **********85-10301 reyestr nömrəli Çıxarışla istifadəsində olan bələdiyyə mülkiyyətinə aid 0,118 ha fərdi yaşayış evinin altında və ətrafında yerləşən «Torpaq sahəsinin planı və ölçüsü» sənədinin koordinatları ilə qonşu torpaq sahələri olduğu müəyəynləşdirildi.

4. İddiaçı İddiaçı **********48 reyestr nömrəli Çıxarışla mülkiyyətində olan 0,0529 ha həyətyanı torpaq sahəsinin «Torpaq sahəsinin planı və ölçüsü» sənədinin koordinatlarına görə 14,18 kv.m hissəsini naturada cavabdeh İddiaçı tərəfindən istifadə olunduğu müəyən edilərək ölçüləri və döngə nöqtələrinin koordinatları müəyyən edilərək rəyə əlavə edilmiş yerquruluşu planında göstərilmişdir.

5. Torpaqların elektron kadastrı uçotu informasiya sistemi baza məlumatına əsasən Cavabdeh2 **********85-10301 reyestr nömrəli Çıxarışla istifadəsində olan bələdiyyə mülkiyyətinə aid 0,118 ha fərdi yaşayış evinin altında və ətrafında yerləşən torpaq sahəsinə şimal və cənub istiqamətlərdən yol nəzərdə tutulduğu müəyyən olunaraq rəyə əlavə edilmiş yerquruluşu planında öz əksini tapmışdır.

6. Torpaqların elektron kadastrı uçotu informasiya sistemi baza məlumatına əsasən Cavabdeh2 **********85-10301 reyestr nömrəli Çıxarışla istifadəsində olan bələdiyyə mülkiyyətinə aid 0,118 ha fərdi yaşayış evinin altında və ətrafında yerləşən torpaq sahəsinə ekspertiza baxışı zamanı sözügedən fərdi yaşayış evinə gedən pilləkənli yolun olmadığı müəyyən olundu. Ekspertiza baxışı keçirildiyi vaxtdan əvvəl sözügedən fərdi yaşayış evinə gedən pilləkənli yolun olub-olmadığını təyin etmək yerquruluşu mühəndislərinin səlahiyyətinə aid olmadığından cavablandırmaq mümkün olmadı. Sözügedən mübahisəli torpaq sahəsi Torpaqların elektron kadastrı uçotu informasiya sistemində ümumi istifadədə olan yol kimi göstərildiyi müəyyən edilərək rəyə əlavə edilmiş yerquruluşu planında öz əksini tapmışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin 25 aprel 2025-ci il tarixli, 10/1822 №-li rəyindən görünür ki; Qərardadın birinci sualı üzrə: İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 8 saylı Cəlilabad Ərazi İdarəsinin 25 fevral 2025-ci il tarixli mütəxəssis rəyinə əsasən torpaqların elektron kadastrı uçotu informasiya sistemi baza məlumatına əsasən İddiaçı **********48 reyestr nömrəli Çıxarışla mülkiyyətində olan 0,0529 ha həyətyanı torpaq sahəsinin «Torpaq sahəsinin planı və ölçüsü» sənədinin koordinat nöqtələri naturadan plana alınmış faktiki istifadə vəziyyəti ilə üst-üstə düşdüyü müəyyən edilərək rəyə əlavə edilmiş yerquruluşu planında göstərilmişdir. Qərardadın ikinci sualı üzrə: İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 8 saylı Cəlilabad Ərazi İdarəsinin 25 fevral 2025-ci il tarixli mütəxəssis rəyinə əsasən Torpaqların elektron kadastrı uçotu informasiya sistemi baza məlumatına əsasən Cavabdeh2 **********85-10301 reyestr nömrəli Çıxarışla istifadəsində olan bələdiyyə mülkiyyətinə aid 0,118 ha fərdi yaşayış evinin altında və ətrafında yerləşən «Torpaq sahəsinin planı və ölçüsü» sənədinin koordinat nöqtələri naturada plana alınmış faktiki istifadə vəziyyəti ilə üst-üstə düşdüyü müəyyən edilərək rəyə əlavə edilmiş yerquruluşu planında öz əksini tapmışdır. Qərardadın üçüncü sualı üzrə: İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 8 saylı Cəlilabad Ərazi İdarəsinin 25 fevral 2025-ci il tarixli mütəxəssis rəyinə əsasən Torpaqların elektron kadastrı uçotu informasiya sistemi baza məlumatına əsasən İddiaçı İddiaçı **********48 reyestr nömrəli Çıxarışla mülkiyyətində olan 0,0529 ha həyətyanı torpaq sahəsinin «Torpaq sahəsinin planı və ölçüsü» sənədinin koordinatlarının Cavabdeh2 **********85-10301 reyestr nömrəli Çıxarışla istifadəsində olan bələdiyyə mülkiyyətinə aid 0,118 ha fərdi yaşayış evinin altında və ətrafında yerləşən «Torpaq sahəsinin planı və ölçüsü» sənədinin koordinatları ilə qonşu torpaq sahələri olduğu müəyəynləşdirildi. Qəraradadın dördüncü sualı üzrə: İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 8 saylı Cəlilabad Ərazi İdarəsinin 25 fevral 2025-ci il tarixli mütəxəssis rəyinə əsasən İddiaçı İddiaçı **********48 reyestr nömrəli Çıxarışla mülkiyyətində olan 0,0529 ha həyətyanı torpaq sahəsinin «Torpaq sahəsinin planı və ölçüsü» sənədinin koordinatlarına görə 14,18 kv.m hissəsini naturada cavabdeh İddiaçı tərəfindən istifadə olunduğu müəyən edilərək ölçüləri və döngə nöqtələrinin koordinatları müəyyən edilərək rəyə əlavə edilmiş yerquruluşu planında göstərilmişdir. Qərardadın beşinci sualı üzrə: İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 8 saylı Cəlilabad Ərazi İdarəsinin 25 fevral 2025-ci il tarixli mütəxəssis rəyinə əsasən torpaqların elektron kadastrı uçotu informasiya sistemi baza məlumatına əsasən Cavabdeh2 **********85-10301 reyestr nömrəli Çıxarışla istifadəsində olan bələdiyyə mülkiyyətinə aid 0,118 ha fərdi yaşayış evinin altında və ətrafında yerləşən torpaq sahəsinə şimal və cənub istiqamətlərdən yol nəzərdə tutulduğu müəyyən olunaraq rəyə əlavə edilmiş yerquruluşu planında öz əksini tapmışdır. Qərardadın altıncı sualı üzrə: İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 8 saylı Cəlilabad Ərazi İdarəsinin 25 fevral 2025-ci il tarixli mütəxəssis rəyinə əsasən torpaqların elektron kadastrı uçotu informasiya sistemi baza məlumatına əsasən Cavabdeh2 **********85-10301 reyestr nömrəli Çıxarışla istifadəsində olan bələdiyyə mülkiyyətinə aid 0,118 ha fərdi yaşayış evinin altında və ətrafında yerləşən torpaq sahəsinə ekspertiza baxışı zamanı sözügedən fərdi yaşayış evinə gedən pilləkənli yolun olmadığı müəyyən olundu. Ekspertiza baxışı keçirildiyi vaxtdan əvvəl sözügedən fərdi yaşayış evinə gedən pilləkənli yolun olub-olmadığını təyin etmək yerquruluşu mühəndislərinin səlahiyyətinə aid olmadığından cavablandırmaq mümkün olmadı. Sözügedən mübahisəli torpaq sahəsi Torpaqların elektron kadastrı uçotu informasiya sistemində ümumi istifadədə olan yol kimi göstərildiyi müəyyən edilərək rəyə əlavə edilmiş yerquruluşu planında öz əksini tapmışdır. Ekspertiza tədqiqatının dəyəri 50 manat təşkil edir. Məhkəmə iclasında Şahid1 ifadə verərək verərək bildirmişdir ki, qeyd olunan ünvanda yerləşən maliyyə idarəsində işləmişdir. Orada pilləkənlərdən biri maliyyə şöbəsinə digəri marif şöbəsinə dönürdü. Cavabdehin evinə avtomobil yolu olduğunu bilmir. Avtomobil yolunun olmasının iddiaçının yerinə təsirini bilmir. Məhkəmə iclasında Şahid2 ifadə verərək bildirmişdir ki, o memar işləmişdir. Mübahisəli ərazidə avtomobil yolu yox, pilləkan yolu olmuşdur. Pilləkandan dönüb sağa Maliyyə idarəsinə sola isə Maarif şöbəsinə dönürdü. Cavabdehin evinə piyada yolu var idi. Cavabdehin həyətində o uşaq vaxtı olmuşdur və çay tərəfdən maşın yolu var. Telmanın evinə maşın yolu mövcuddur. Həmin pilləkən təxminən 1.20 və ya 1.40 m olardı. Cavabdehin evində bibisigil qalırmış, onlar evi indiki cavabdehə satmışlar. O memar işləyərkən 1980-ci illərdə cavabdehin atasına avtomobil yolu üçün sənəd vermişdir. Məhkəmə iclasında Şahid3 ifadə verərək bildirmişdir ki, o maliyyə şöbəsində işləmişdir və mübahisəli ərazidə pilləkən olmuşdur. Pilləkandan dönüb sağa Maliyyə idarəsinə sola isə Maarif şöbəsinə dönürdü. Qarşıda isə taxta qapı var idi və oradan Nəcəfxanın evinə yol gedirdi. Həmçinin pilləkəni düşdükdən sonra sağa-sola dönmək üçün yol var idi. Məhkəmə iclasında Şahid4 ifadə verərək bildirmişdir ki, maliyyə şöbəsində 20 il işləmişdir. Mübahisəli ərazidə 10-12 pilləli pilləkən olub. Onların həyətinə gedən maşın yolu görməmişdir.Çayçının üstü, təhsil şöbəsinin aşağısından cavabdehin atasının evinə avtomobil yolu gedirdi. Çayçının aşağı hissəsində yol var idi. Məhkəmə iclasında Şahid5 ifadə verərək bildirmişdir ki, mübahisəli ərazini tanıyırdı. Orada pilləkən var idi və cavabdehin atası Telmanın evinə yol gedirdi. Məhkəmə iclasında müxətəssislər X3 və X1 bildirmişlər ki, məhkəmənin qərardadında qoyulmuş suallar əsasında mübahisəli torpaq sahəsinə baxış keçirmişlər. Baxış zamanı iddiaçının mülkiyyətində olan torpaq sahəsinin 14,18 kv.m hissəsinin cavabdehin faktiki istifadəsində olduğu müəyyən olunmuşdur. Torpaqların elektron kadastrı uçotu informasiya sistemi baza məlumatına əsasən Cavabdeh2 **********85- 10301 reyestr nömrəli Çıxarışla istifadəsində olan bələdiyyə mülkiyyətinə aid 0,118 ha fərdi yaşayış evinin altında və ətrafında yerləşən torpaq sahəsinə gediş-gəliş yolu olduğu müəyyən edilsə də faktiki olaraq mübahisəli yoldan başqa hər hansı digər yol müəyyən olunmamışdır. Mübahisəli torpaq sahəsinə proses iştirakçılarının iştirakı ilə məhkəmə tərəfindən yerində baxış keçirilmiş və Cavabdeh2 **********85-10301 reyestr nömrəli Çıxarışla istifadəsində olan bələdiyyə mülkiyyətinə aid 0,118 ha fərdi yaşayış evinin altında və ətrafında yerləşən torpaq sahəsinə mübahisəli yoldan başqa hər hansı gediş-gəliş yolunun olmadığı müəyyən olunmuş və bu hal videogörüntü vasitəsilə qeydə alınmışdır. Videogörüntülər DVD diskə yazılaraq iş materiallarına əlavə olunmuşdur.

ƏSASLANDİRİCİ HİSSƏ:

Hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn qanuni əsasın tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin əsasın dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Əgər irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılarsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə hüquqlarına görə aradan qalxmırsa) iddia haqlı sayılır, uzlaşmırsa əsassız hesab edilir. İkinci halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur. Bu halda əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. İddiaçının tələbindən görünür ki, qanunla iddiaçının mülkiyyətinə verilmiş gediş gəliş yolunun cavabdehin qanunsuz istifadəsindən azad edilməsi və həmin yolun boşaldılmasını tələb edir. Məhkəmə hesab edir ki, iddia tələbinin qanuni əsasını Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 47-ci maddəsinin 2-ci bəndinin birinci abzası, 47-ci maddəsinin 3-cü bəndi və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2-ci maddəsi təşkil edir. Belə ki, Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 47-ci maddəsinin 2-ci bəndinin birinci abzasında qeyd olunur ki, ümumi istifadədə olan torpaqlar bələdiyyə mülkiyyətinə aid torpaqlar hesab olunur. Həmin Məcəllənin 47-ci maddəsinin 3-cü bəndində göstərilir ki, ümumi istifadədə olan torpaqlara, bir qayda olaraq, şəhərlərin, qəsəbələrin və kənd yaşayış məntəqələrinin — küçələrinin, meydanlarının, yerli əhəmiyyətli və təsərrüfatdaxili yolların, parkların, meşəparkların, sututarların, stadionların, idman meydançalarının və qəbiristanlıqların altındakı torpaqlar, habelə tarlaqoruyucu meşə zolaqlarının, yerli əhəmiyyətli su təsərrüfatı obyektlərinin, hidrotexniki qurğuların, ümumi istifadədə olan digər yerli əhəmiyyətli obyekt və qurğuların yerləşdiyi torpaqlar və əhalinin mal-qarası üçün istifadə olunan örüş sahələrinin torpaqları aiddir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Mülki hüquq nəzəriyyəsinə görə ənənəvi olaraq iki klassik iddia növündən, yəni vindikasiya və neqator iddiasından istifadə edilir. Mülki Məcəllənin 157.2-ci maddəsi əşya hüquqlarının vindikasiya qaydasında müdafiə edilməsini tənzimləyir. Mülki hüquq nəzəriyyəsində vindikasiya iddiası adlanır. Vindikasiya iddiası dedikdə, öz əşyası üzərində faktiki sahibliyi itirən mülkiyyətçinin həmin əşyanı naturada özgəsinin (başqa şəxsin) qanunsuz sahibliyindən geri tələb etməsi başa düşülür. Mülkiyyətçinin sahiblikdən məhrum olduğu və özgəsinin qanunsuz sahibliyinə keçdiyi əşya naturada saxlanmalı – mübahisə predmeti torpaq sahəsi olduğundan iddiaçı əmlakını naturada tələb edir. Geri tələb olunan əşya yalnız fərdi əlamətləri ilə müəyyən edilən əşya (fərdi-müəyyən əşya) olmalı – mübahisənin predmeti olan torpaq sahəsi fərdi müəyyən edilən əşya hesab olunur. Əşyanın mülkiyyətçisi və faktiki sahib bir-birilə öhdəlik hüquq münasibətlərində, məsələn, müqavilə münasibətlərində olmamalı – tərəflər arasında mübahisəli torpaq sahəsi ilə əlaqədar hər hansı öhdəlik münasibətləri mövcud deyil, digər tərəflər bununla əlaqədar tərəflər məhkəməyə hər hansı sübut təqdim etməmişlər. MPM-nin: 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.3-cü maddəsinin tələblərinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. 115.0.1-ci maddəsinə əsasən şahidlərə, ekspertlərə, mütəxəssislərə, tərcüməçilərə verilməli olan məbləğlər məhkəmə məsrəflərinə aid edilir. 119.1-ci maddəsinə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. «Məhkəmə qətnaməsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2005-ci il 24 noyabr tarixli qərarının 2.4-cü bəndinə görə qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Qətnamənin qanuni və əsaslı olmasının şərtlərindən biri iddia tələbinin düzgün müəyyən edilməsi və həmin tələbə baxılmasından ibarətdir. Məhkəmə hesab edir ki, iddia tələbi yalnız yuxarıda qeyd olunan dispozisiya şərtlərinin hamısı mövcud olduğu təqdirdə əsaslıdır. Hazırki işin hallarından isə müəyyən edilir ki, Mülki Məcəllənin 157.2-ci maddəsinin dispozisiya şərtləri yuxarıda qeyd olunanlara əsasən mövcud olduğundan, iddiaçının mülkiyyətində olan torpaq sahəsinin 14,18 kv.m hissəsi cavabdehin qanunsuz istifadəsindən alınmalı və həmin torpaq sahəsi boşaldılmalıdır. Belə ki, bu hal iş materiallarında olan mütəxəssis və ekspertiza rəyləri ilə öz təsdiqi tapmışdır. Məhkəmə iddia tələbinin «ümumi istifadədə olmuş piyada pilləkənli yolun əvvəlki vəziyyətinə qaytarılması» hissəsinə qiymət verərək hesab edir ki, iddia həmin hissədə əsassız olduğundan rədd edilməlidir. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, mübahisəli yol əvvəllər piyada beton pilləkənli yol olmuş, lakin cavabdehin evinə hər hansı avtomobil yolu olmadığından üzəri örtülərək avtomobil yoluna çevrilmişdir. Əvvəla, qeyd olunan ümumi istifadədə olan yol yuxarıda qeyd olunan qanunvercilik normaları baxımından bələdiyyə mülkiyyətinə aiddir. Digər tərəfdən iddiaçı həmin yolun hazırki vəziyyətinin onun hansı hüquq və mənafelərinə təsir etməsi ilə bağlı məhkəməyə hər hansı dəlil gətirməmişdir, yolun əvvəlki vəziyyətə gətirilməsi ilə bağlı ddia qaldırılması üçün subyektiv hüquqa malik olmamışdır. Bundan başqa mübahisəli torpaq sahəsinə yerində baxış zamanı da cavabdehin mülkiyyətində olan fərdi yaşayış evinə hər hansı digər avtomobil yolu faktiki olaraq mövcud deyildir. Eyni zamanda məhkəmə onu da qeyd edir ki, mübahisəli yol hələ 2022-ci ildə cavabdeh tərəfindən avtomobil yoluna çevrilmişdir ki, o zaman həmin torpaq sahəsi iddiaçının mülkiyyətində deyildi. ünvan 1 ünvanında yerləşən 0,0529 ha torpaq sahəsi xx.xx.2024-cü il tarixdə iddiaçının mülkiyyətinə keçmiş və o, həmin torpaq sahəsini hazırki vəziyyətdə qəbul etmişdir. Belə olan halda iddia tələbinin «ümumi istifadədə olmuş piyada pilləkənli yolun əvvəlki vəziyyətinə qaytarılması» hissəsi əsassız olduğundan iddia bu hissədə rədd edilməlidir. Məhkəmə xərcləri ilə əlaqədar məhkəmə aşağıdakıları qeyd edir ki; - iddia qismən təmin edilməli olduğundan, iddianın məhkəmə verilməsi üçün dövlət rüsumu kimi iddiaçı tərəfindən ödənilmiş 100 manat məbləğində pul vəsaitinin ½ hissəsi, yəni 50 manat cavabdehlərdən tutulub iddiaçıya ödənilməli, qalan hissəsi isə iddiaçıya aid edilməlidir. - mütəxəssis rəyinin verilməsinə görə iddiaçı tərəfindən ödənilmiş 95 manat məbləğində pul vəsaitinin ½ hissəsi, yəni 47,50 manat cavabdehlərdən tutulub iddiaçıya ödənilməli, qalan hissəsi isə iddiaçıya aid edilməlidir. - ekspertiza tədqiqatının dəyəri olan 50 manat məbləğində pul vəsaitinin 25 manat hissəsi iddiaçıdan, digər 25 manat hissəsi isə cavabdehlərdən tutularaq dövlət büdcəsinə ödənilməlidir.

NƏTİCƏ HİSSƏSİ:

Qeyd olunanlara məcmu halda qiymət verərək, məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, iddiaçıya məxsus Yardımlı şəhəri Heydər Əliyev prospektində olan 0.0529 ha həyətyanı torpaq sahəsinin 14.18 kv.m hissəsi cavabdehlərin qanunsuz istifadəsindən alınaraq iddiaçıya qaytarılmalı, eyni zamanda iddianın verilməsi üçün ödənilmiş dövlət rüsumunun ½ hissəsi, yəni 50 manat və mütəxəssis rəyinin verilməsinə görə iddiaçı tərəfindən ödənilmiş 95 manatın yarısı, yəni 47.50 manat məbləğində pul cavabdehlərdən müştərək qaydada tutularaq iddiaçıya ödənilməlidir. Ekspertiza təhqiqatının həyata keçirilməsi üçün ödənilməli olan 50 manat xərcin ½ hissəsi iddiaçıya, ½ hissəsi cavabdehə aid edilməlidir. İddia qalan hissədə rədd edilməlidir. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikasının MPM-nin 216- 220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ:

İddia qismən təmin edilsin. İddiaçı mülkiyyətində olan Yardımlı şəhəri, Heydər Əliyev prospekti 120 ünvanında yerləşən 0,0529 ha həyətyanı torpaq sahəsinin 14.18 kv.m hissəsi cavabdehlərin qanunsuz istifadəsindən alınaraq İddiaçı verilsin. İddia qalan hissədə rədd edilsin. İddianın verilməsi üçün iddiaçı tərəfidən ödənilmiş 100 manat dövlət rüsumunun ½ hissəsi, yəni 50 manat və mütəxəssis rəyinin verilməsinə görə iddiaçı tərəfindən ödənilmiş 95 manatın ½ hissəsi, yəni 47,50 manat olmaqla, cəmi 97,50 manat məbləğində pul vəsaiti cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutularaq iddiaçı İddiaçı ödənilsin. Ekspertiza təhqiqatının həyata keçirilməsi üçün ödənilməli olan 50 manat məbləğində pul vəsaitinin 25 manat hissəsi İddiaçı, digər 25 manat hissəsi isə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətində elektron məhkəmə informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

X12

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar