Azərbaycan Respublikası adından QƏTNAMƏ Yardımlı rayonu İş № 2(038)-80/2025 04.02.2025 YARDIMLI RAYON MƏHKƏMƏSİ GİRİŞ HİSSƏ: X7 sədrliyi, məhkəmə iclasının katibi xx katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi «doğum faktının müəyyən edilməsi» tələbinə dair xüsusi icraat qaydasında verdiyi ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə TƏSVİRİ HİSSƏ: MÜƏYYƏN ETDİ: Ərizəçi xüsusi icraat qaydasında ərizə ilə məhkəməyə müraciət edərək, X1 xx.xx.1990-cı ildə Yardımlı rayon Bürzünbül kəndində doğulması faktını müəyyən edilməsi və doğum haqqında şəhadətnamədə uşağın atası Şahid1, anası Ərizəçi, valideynlərinin milliyəti azərbaycanlı yazılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, xx.xx.1990-cı ildə Yardımlı rayonu, Bürzünbül kəndində ev şəraitində qızı X3 anadan olmuşdur. Atası Şahid1 və anası Ərizəçidır. Onlar xx.xx.1989-cu ildə Hamarkənd ərazi nümayəndəliyində 23 saylı akta əsasən nikahılarını rəsmiləşdirmişlər. Qızı ev şəraitində doğulduğundan tibbi sənəd verilməmiş və bu səbəbdən də qızı üçün doğum haqqında şəhadətnamə alınmamışdır. Müvafiq səbəblərə görə ailəsi ilə birlikdə Bakı şəhərinə köçmüşlər və orada müvəqqəti yaşayırlar. Dəfələrlə tibb müəssisələrinə müraciət edilsə də, ona qızının doğum haqqında tibbi sənəd verilməmişdir. Doğum haqqında şəhadətnamə olmadığından qızı üçün şəxsiyyət vəsiqəsi ala bilməmişdir. Maraqlı şəxsnə müraciət edərək ona doğum haqqında şəhadətnamənin verilməsini xahiş etmişdir. Qeydiyyat şöbəsi doğum haqqında şəhadətnaməni verməmiş və bu barədə məhkəməyə müraciət edilməli olduğu ona izah edilmişdir. Doğum haqqında şəhadətnaməni o başqa qaydada ala bilmir. Qızının ev şəraitində doğulmağını yaxın qohumları təsdiq edə bilər. Məhkəmə baxışında Ərizəçi ərizəni müdafiə edib, ərizəsində göstərilənlərə uyğun izahat vermiş, ərizənin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Maraqlı şəxs nümayəndəsi məhkəmə iclasında bildirmişdir ki, ərizənin təmin edilməsinə etiraz etmir. TƏDQİQ OLUNMUŞ SÜBUTLAR: Məhkəmə iclasında Şahid1 bildirmişdir ki, X1 atasıdır. X5 birgə nikahından üç qızı və bir oğlan övladı doğulmuşdur. Elina xx.xx.1990-cı ildə Yardımlı rayonu, Bürzünbül kəndində doğulmuşdur. Elina doğulduqdan sonra o Rusiya Federasiyasına getiyindən ona doğum haqqında şəhadətnamə almamışlar. Məhkəmə iclasında Şahid2 bildirmişdir ki, X3 xx.xx.1990-cı ildə Yardımlı rayonu, Bürzünbül kəndində doğulmuşdur. Məhkəmə iclasında şahid qismində Şahid3 bildirmişdir ki, Ərizəçi tanıyır və qonşusudur. Hüriyyətin Tərixanla birgə nikahından üç qızı və bir oğlu var. Uşaqlarının adı yadında deyil. X3 xx.xx.1990-cı ildə Yardımlı rayonu, Bürzünbül kəndində doğulmuşdur. Məhkəmə iclasında Şahid4 bildirmişdir ki, Ərizəçi tanıyır və qonşusudur. X2 tanıyır nə vaxt doğulması yadında deyil. Maraqlı şəxs 12 dekabr 2024-cü il tarixli arayışından görünür ki, Şahid1 və Ərizəçi 20 oktyabr 1989-cu il tarixdə Yardımlı rayon Hamarkənd icra nümayəndəlində 23 sayla nikahlarını bağlamışlar. Nikah bağlandıqdan sonra ərə Heydərov, arvada Əliyeva soyadı verilmişdir. Maraqlı şəxs Ərizəçi ünvanlanmış arayışdan görünür ki, doğum haqqında akt qeydi aşkar olmadığından doğum haqqında şəhadətnamənin verilməsindən imtina olunmuşdur. ƏSASLANDİRİCİ HİSSƏ: Məhkəmə ərizəçini və şahidləri dinləyib, məhkəmə baxışında tədqiq edilmiş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam qiymət verərək, belə qənaətə gəlir ki, ərizə təmin edilməlidir. Belə ki, məhkəmə araşdırmaları zamanı müəyyən edimişdir ki, Ərizəçi ilə Şahid1 20 oktyabr 1989-cu il tarixdə rəsmi nikaha daxil olmuş, həmin nikahdan xx.xx.1990-cı il tarixdə Yardımlı rayonu, Bürzünbül kəndində Elina adlı övladları doğulmuşdur. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (bundan sonra MPM-nin) 307.2.3 və 307.2.10-cu maddələrinə əsasən doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının və talığın etiraf olunması faktının müəyyən edilməsi haqqında işlərə məhkəmə xüsusi icraat qaydasında baxır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin: 166.1. Doğum bu barədə məlumat verən şəxsin seçdiyi, doğum faktı məhkəmə qaydasında müəyyən edildikdə isə məhkəmə qətnaməsinin çıxarıldığı yer üzrə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanda (qurumda) dövlət qeydiyyatına alınır. 166.2. Doğumun qeydə alınması üçün valideynlər və ya onlardan biri, valideynlərin müəyyən səbəblərə görə (xəstə olduqda, öldükdə və sair) müraciət etməsi mümkün olmadıqda isə qohumlar, qonşular, uşağın doğulduğu tibb müəssisəsinin müdiriyyəti və yaxud başqa şəxslər müraciət edir. 166.2-1. Doğum faktının müəyyən edilməsi barədə məhkəmənin qətnaməsi qanuni qüvvəyə mindikdən sonra həmin qətnamədən çıxarış dərhal hakim tərəfindən gücləndirilmiş elektron imza ilə təsdiqlənərək «Elektron məhkəmə» informasiya sistemi vasitəsilə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sisteminə ötürülür. 166.3. Doğum haqqında məlumat tibb müəssisəsi tərəfindən dərhal müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma), müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən isə məlumat informasiya sistemi vasitəsilə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sisteminə ötürülür. 166.4. Doğum haqqında məlumatın müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) dərhal ötürülməməsinə və ya düzgün olmayan məlumatın ötürülməsinə görə tibb müəssisəsi, həmin məlumatın məlumat informasiya sistemi vasitəsilə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sisteminə ötürülməməsinə və ya düzgün olmayan məlumatın ötürülməsinə görə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum), habelə üzrlü səbəblər olmadan doğumun qeydə alınması üçün bu Məcəllənin 167-ci maddəsində nəzərdə tutulmuş müddətdə müraciət olunmamasına görə uşağın valideynləri qanunla müəyyən edilmiş qaydada məsuliyyət daşıyırlar. 166.5. Valideynlərin arzusu ilə doğumun qeydiyyatı təntənəli şəraitdə aparıla bilər. 44.1-ci madddəsinə əsasən uşağın anadan mənşəyi (analıq) ananın uşağı tibb müəssisəsində doğmasını təsdiq edən sənəd əsasında, uşaq tibb müəssisəsindən kənarda anadan olduqda doğuma kömək göstərmiş həkimin sənədi əsasında müvafiq icra hakimiyyəti orqanı tərəfindən, bu sənədlər olmadıqda isə şahid ifadələri və digər sübutlar əsasında məhkəmə tərəfindən müəyyən olunur. 44.4-cü madddəsinə əsasən ana öldükdə, fəaliyyət qabiliyyəti olmayan hesab edildikdə, ananın yerini müəyyən etmək mümkün olmadıqda və ya o, valideynlik hüquqlarından məhrum edildikdə, atalıq müvafiq icra hakimiyyəti orqanının razılığı ilə uşağın atasının ərizəsi əsasında, bu razılıq olmadıqda isə məhkəmənin qərarı ilə müəyyən olunur. MPM-nin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə iş üzrə sübutlara MPM-nin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, ərizədə qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə həmin Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. NƏTİCƏ HİSSƏSİ: Yuxarıda qeyd olunanları nəzərə alaraq və qanunvericiliyin göstərilən müddəalarını rəhbər tutaraq məhkəmə belə nəticəyə gəlir ki, ərizə əsaslı olduğundan təmin edilməli, Elina adlı şəxsin xx.xx.1990-cı il tarixdə Yardımlı rayonu Bürzünbül kəndində doğulması faktı müəyyən edilməlidir. Göstərilənlərə əsasən və MPM-nin 216-220, 227, 233, 307, 311 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. X1 xx.xx.1990-cı ildə Yardımlı rayon Bürzünbül kəndində doğulmağı faktı müəyyən edilsin. Doğum haqqında şəhadətnamənin ata qrafasında «Şahid1» atanın milliyəti qrafasında «Azərbaycanlı», ana qrafasında «Ərizəçi», ananın milliyəti qrafasında «Azərbaycanlı» kimi qeyd olunsun. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətində elektron məhkəmə informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. X8
Məhkəmə qərarları › İş №2(038)-80/2025
Yardımlı Rayon Məhkəməsi Qətnamə — İş №2(038)-80/2025
04.02.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver