Azərbaycan Respublikası adından QƏRARDAD Yardımlı rayonu İş № 2(038)-854/2024 13.12.2024 YARDIMLI RAYON MƏHKƏMƏSİ X1, İddiaçı Cavabdeh qarşı «pul» tələbi barədə iddia ərizəsini nəzərdən keçirib, MÜƏYYƏN ETDİM: İddiaçı Cavabdeh qarşı «pul» tələbinə dair iddia ərizəsi ilə Yardımlı Rayon Məhkəməsinə müraciət etmiş, iddia ərizəsi Nümayəndə imzamışdır. Aşağıda qeyd edilənlərə əsasən hesab edirəm ki, iddia ərizəsi, ona əlavə edilmiş sənədlərlə birlikdə geri qaytarılmalıdır. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin: 4.1-ci maddəsinə görə bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. 5.1. Hər hansı fiziki və yaxud hüquqi şəxs öz hüququnun və ya qanunla qorunan mənafeyinin müdafiəsi və yaxud təsdiqi üçün məhkəməyə müraciət etdiyi hallarda məhkəmədə iş başlanılır. 151.1-ci maddəsinə əsasən iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. 149.1-ci maddəsinə əsasən iddia ərizəsi məhkəməyə yazılı şəkildə verilir. O, iddiaçı və ya onun bunu imza etməyə səlahiyyəti olan nümayəndəsi tərəfindən imzalanır. 74.1-ci maddəsinə əsasən nümayəndənin məhkəmədə səlahiyyəti təmsil olunanın adından işin müvəffəqiyyətli həlli üçün zəruri olan bütün prosessual hərəkətlərin edilməsini özündə birləşdirir. 74.2-ci maddəsinə görə iddia ərizəsinin imzalanması, işin arbitraj məhkəməsinə verilməsi, iddia tələblərindən tam və ya qismən imtina edilməsi, iddianın etiraf edilməsi, iddianın predmetinin və ya əsasının dəyişdirilməsi, barışıq sazişi bağlanması səlahiyyətinin başqa şəxsə tapşırılması, mübahisənin mediasiya vasitəsilə həllinə razılıq verilməsi, məhkəmə aktından şikayət verilməsi, məhkəmə aktının məcburi icrası tələbləri, qət olunmuş əmlakın və ya pul məbləğinin alınması ilə əlaqədar nümayəndənin səlahiyyətləri təmsil olunan tərəfin verdiyi etibarnamədə xüsusi göstərilməlidir. 150.1.3-cü maddəsində qeyd edilir ki, iddia ərizəsinin səlahiyyətli şəxs tərəfindən imzalanmasını təsdiq edən sənəd (iddia ərizəsi elektron qaydada verildiyi halda belə səlahiyyətin elektron imza ilə təsdiq edildiyi hal istisna olmaqla) ərizəyə əlavə edilir. 152.1.2-ci maddəsində göstərilir ki, iddia ərizəsi imzalanmadıqda və ya onu imzalamağa hüququ olmayan şəxs tərəfindən, yaxud xidməti vəziyyəti göstərilməyən şəxs tərəfindən imzalandıqda hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. 114.1.3. bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa ödənilmiş dövlət rüsumu da qaytarılır. Qeyd olunan prosessual hüquq normalarının məzmunundan müəyyən olunur ki, bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəməyə müraciət edə bilərlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin tələblərinə riayət etməklə məhkəməyə müraciət etdiyi (iddia ərizəsi verdiyi) hallarda məhkəmədə iş başlanılır. Qanunvericilik hər hansı fiziki və ya hüquqi şəxsin adından onu təmsil edənin, yəni nümayəndənin də məhkəməyə müraciət etmək hüququnu tanınmışdır. Belə ki, MPM-nin 149.1-ci maddəsində iddia ərizəsinin müraciət edənin nümayəndəsi tərəfindən imzalanmasını mümkün hesab etmişdir. Bir şərtlə ki, nümayəndənin bunu imzalamağa səlahiyyəti olsun və bu səlahiyyət ərizəyə əlavə edilmiş səlahiyyəti təsdiq edən sənəddə, yəni etibarnəmədə öz təsdiqini tapmış olsun. MPM şəxsin məhkəmədə nümayəndə ilə təmsil edilməsini müəyyən edən etibarnamələrin digər etibarnəmələrə münasibətdə xüsusi halını müəyyən etmiş, bu hal MPM-nin 74.2-ci maddəsində təsbit olunmuşdur. Həmin normada qeyd edilir ki, təmsil olunan tərəfin verdiyi etibarnamədə iddia ərizəsinin imzalanması səlahiyyətinin nümayəndəyə ötürməsi xüsusi olaraq göstərilməli olan hallardan biridir. Bu tələblərə riayət edilmədiyi halda şəxsin məhkəməyə müraciəti ilə məhkəmədə işin başlanılması istisna olunur və bu iddia ərizəsinin geri qaytarılması üçün əsasdır. İddiaçı Cavabdeh qarşı «pul» tələbinə dair iddia ərizəsindən görünür ki, ərizə Nümayəndə tərəfindən imzalanmış və ərizəyə Sumqayıt şəhər 4 saylı notariat ofisinin xüsusi notariusu tərəfindən təsdiq olunmuş ƏN-İİ 020208 №-li, 7E-28122 reyestr nömrəli etibarnamə əlavə edilmişdir. Həmin etibarnamənin məzmunundan görünür ki, etibarnamədə Nümayəndə MPM-nin 74.2-ci maddəsində nəzərdə tutulmuş xüsusi verilməli olan səlahiyyət, yəni iddia ərizəsinin imzalanması səlahiyyəti verilməmişdir. Bu hal isə iddia ərizəsi üzrə məhkəmədə işin başlanmasını istisna edir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, səlahiyyətli şəxs tərəfindən imzalanmadığından İddiaçı Cavabdeh qarşı «pul» tələbinə dair iddia ərizəsi, ona əlavə edilmiş sənədlərlə, hebelə ödənilmiş 137(bir yüz otuz yeddi) manat dövlət rüsumu ilə birlikdə geri qaytarılmalıdır. Eyni zamanda məhkəmə onu da vurğulayır ki, iddiaçıya izah edilməlidir ki, Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 152.4-cü maddəsinə əsasən iddia ərizəsinin qaytarılmasına səbəb olan yuxarıda qeyd edilən nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Həmin Məcəllənin 152.2 və 152.3-cü maddələrinə əsasən iddia ərizəsinin qaytarılması haqqında hakim qərardad çıxarır. İddia ərizəsinin qaytarılması haqqında qərardaddan şikayət verilə bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 152.1.2, 152.2, 152.3, 114.3, 263, 264, 266-268-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: İddiaçı Cavabdeh qarşı «pul» tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər, habelə iddianın verilməsi üçün dövlət rüsumu kimi ödənilmiş 137(bir yüz otuz yeddi) manat pul vəsaiti İddiaçı geri qaytarılsın. Ödənilmiş dövlət rüsumunun geri qaytarılması hissəsində qərardadın icrası Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Yardımlı Rayonu üzrə Maliyyə Şöbəsinə həvalə edilsin. İddiaçı izah edilsin ki, iddia ərizəsinin geri qaytarılmasına səbəb olan nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Qərardaddan, rəsmi qaydada verildikdən sonra 10(on) gün müddətində elektron məhkəmə informasiya sistemində yaradılmış elektron kabinetdə yerləşdirilməklə Yardımlı Rayon Məhkəməsinə şikayət verilə bilər. X5
Məhkəmə qərarları › İş №2(038)-854/2024
Yardımlı Rayon Məhkəməsi Qərardad — İş №2(038)-854/2024
13.12.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İcarə müqaviləsi üzrə mübahisələr - Digər icarə müqavilələri
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver