Azərbaycan Respublikası adından QƏTNAMƏ Yevlax Rayou İş № 2(039)-1002/2023 16.10.2023 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Kamil Çingiz oğlunun sədrliyi, Qasımov Nurlan Asif oğlunun katibliyi, İddiaçı Şubay oğlunun, Cavabdeh iştirakları ilə, İddiaçı Şubay oğlunun Cavabdeh qarşı torpaq sahəsindən çıxarılma tələbinə dair mülki işə Yevlax Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Şubay oğlu Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh tərəfindən zəbt edilən, onun mülkiyyətində olan Yevlax rayonu, Balçılı kəndində yerləşən 1,7401 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 0.44 ha hissəsindən sonuncunun dərhal çıxarılması və iddia ərizəsi üçün ödədiyi 101 manat məbləğində dövlət rüsumunun cavabdehdən tutulub ona ödənilməsi barədə qətnamə çıxarılması xahiş etmişdir. İddiaçı tələbini belə əsaslandırmışdır ki, Yevlax rayonu, Balçılı kəndində yerləşən 1,7401 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüququların Dövlət Qeydiyyat haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarşı ilə onun mülkiyyətinə verilmişdir. Qanunla müəyyən olunmuş qaydada mülkiyyətinə verilmiş torpaq sahəsini normal çərçivədə idarə edə bilmir. Hazırda cavabdeh onun torpağının 0.44 ha hissəsini qanunsuz olaraq zəbt etmişdir. Bu hal yolverilməzdir. Onun mülkiyyəti üzərində hüquqlarını məhdudlaşdırır. Ona mənsub olan torpaqdan bilərəkdən çıxmır. Dəfələrlə cavabdehdən qeyd edilən torpaq səhəsindən Salehin çıxmasını tələb etsə də cavabdeh zəbt etdiyi səhədən çıxmaq istəmir. Cavabdehin onun mülkiyyətində olan torpaq sahəsindən çıxmalıdır. Çünki həmin torpaq sahəsi onun mülkiyyətindədir. Məhkəmə iclasında iştirak edən İddiaçı Şubay oğlu iddiasını müdafiə edərək və iddia ərizəsinə uyğun izahat verərək, məhkəmədən iddianın təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddia tələbini qəbul etmədiyini, iddiaçının tələb etdiyi həmin torpaq sahəsinin onun mülkiyyətində və istifadəsində olan Yevlax rayonu, Balçılı kəndində yerləşən 7,96 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin daxilində olduğunu bildirmiş və iddia tələbinin təmin olunmaması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iş materiallarını araşdırıb, tərəflərin izahatlarını dinləyib hesab edir ki, aşağıda qeyd olunan əsaslara görə iddia təmin edilməməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən **********71 №-li çıxarışın surəti ilə müəyyən olunur ki, Yevlax rayonu, Balçılı kəndində yerləşən 1,7401 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi İddiaçı Şubay oğlunun, X1, X3 və X2 adlarına ümumi birgə mülkiyyət kimi qeydə alınmışdır. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəsxi 17 saylı Yevlax ərazi İdarəsinin xx.xx.2022-ci il tarixli məktubundan görünür ki, Yevlax Rayonu Balçılı kəndində yerləşən **********71 reyestr nömrəli çıxarışla İddiaçı mülkiyyətində olan 1.7401 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə idarənin mütəxəssisi tərəfindən baxış keçirilmiş, ərazinin sərhədlərinin döngə nöqtələrinin koordinatları təyin edilmiş və həmçinin mövcud faktiki ölçüləri müəyyən edilərək göstərilmişdir. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəsxi 17 saylı Yevlax ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli rəyindən görünür ki, Yevlax rayonu, Balçılı kəndində yerləşən İddiaçı Şubay oğlunun mülkiyyətində olan 0.44 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin koordinatları müəyyən edilmişdir. Qeyd edilən torpaq sahəsi Cavabdeh tərəfindən naturada istifadə edilmir. İddiaçıya məxsus olan torpaq sahəsi cavabdeh tərəfindən istifadə edilmədiyindən sual üzrə tədqiqat aparılmamışdır. Torpaq Məcəlləsi: Maddə 5.
3. Torpaq sahəsi üzərində mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə torpaq sahəsinə sahib olmaq, torpaq sahəsindən istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin; 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Sahiblik hüququ - əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ bəndində görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. “İnsan hüquqlarının Ümumi Bəyannaməsinin” 18-ci maddəsinə əsasən, hər bir kəs təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq hüququna malikdir. Heç kim öz əmlakından özbaşınalıqla məhrum edilməməlidir. Azərbaycan Respublikasının tərəfdar çıxdığı “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasına əlavə 1 saylı Protokolun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin; 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 50.1-ci maddəsinə əsasən prosesdə tərəflər iddiaçı və cavabdeh hesab edilirlər. Fiziki və hüquqi şəxslər, vəzifəli şəxslər, dövlət orqanları və başqa orqanlar iddiaçı və ya cavabdeh qismində çıxış edə bilərlər. 50.3-ci maddəsinə əsasən iddia tələbinin yönəldiyi fiziki və hüquqi şəxslər cavabdeh hesab olunurlar. 54.1-ci maddəsinə əsasən iddia tələb hüququ olmayan şəxs tərəfindən verildikdə və ya iddiaya cavab verməli olmayan şəxsə verildikdə məhkəmə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər iddiaçının yazılı razılığı ilə iddiaçını və ya cavabdehi əsl iddiaçı və ya cavabdeh ilə əvəz edə bilər. 76-cı maddəsinə əsasən işdə iştirak edən şəxslərin izahatları sübutların bir növü kimi qəbul olunur. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. İddiaçı mülkiyyətlərində olan torpaq sahəsinin cavabdeh tərəfindən zəbt edildiyini bildirsə də, bu halı təsdiq edə biləcək sübutları məhkəməyə təqdim edə bilməmiş, iddia edilən tələb müvafiq mütəxəssis rəyi və iş materiallarilə də təsdiqini tapmamışdır. Eyni zamanda məhkəmə qeyd edir ki, Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəsxi 17 saylı Yevlax ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli rəyində mübahisəli torpaq sahəsinin korordinatlarının müəyyən edildiyi, habelə həmin sahənin Cavabdeh tərəfindən istifadə olunmadığı qeyd olunmuşdur. Qeyd olunanları nəzərə alaraq məhkəmə belə hesab edir ki, İddiaçı Şubay oğlunun Cavabdeh qarşı torpaq sahəsindən çıxarılması tələbinə dair iddiası əsassız olduğundan təmin oluna bilməz. Məhkəmə xərclərinin əvəzi və mütəxəssis rəyinin verilməsinə çəkilmiş xərc isə iddia təmin olunmadığından iddiaçının özünə aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə
QƏT ETDİ:
İddiaçı Şubay oğlunun Cavabdeh qarşı torpaq sahəsindən çıxarılma tələbinə dair iddiası təmin edilməsin. Ödənilmiş 101 (yüz bir) manat dövlət rüsumu və mütəxəssis rəyinin alınması üçün ödənilmiş 104,70 (yüz dörd manat yetmiş qəpik) manat xidmət haqqı iddiaçının özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Yevlax Rayon Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Hakim Kamil Əliyev