Azərbaycan Respublikası adından QƏTNAMƏ Yevlax Rayou İş № 2(039)-1017/2022 18.05.2022 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əlizadə Ruslan Əliyar oğlunun sədrliyi Məhkəmə iclasının katibi Cəlilov Ruslan Elmi oğlunun katibliyi Ərizəçi iştirakı ilə, Ərizəçi Maraqlı şəxsnə qarşı «doğum faktının müəyyən edilməsi» haqqında işə Yevlax Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi Maraqlı şəxsnə qarşı «doğum faktının müəyyən edilməsi» haqqında ərizə ilə məhkəməyə müraciət edərək, övladları 17 aprel 2016-cı il tarixdə X2, 09 iyul 2017-ci il tarixdə X3, 19 sentyabr 2018-ci il tarixdə X1 və 23 noyabr 2019-cu il tarixdə X4 Yevlax şəhərində anadan olması faktının, yəni doğum faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi məhkəmədə ərizəsini müdafiə edərək izah etdi ki, o, Mahir ilə toy adət ənənəsi ilə evlənib ailə həyatı qurmuşlar. 17 aprel 2016-cı il tarixdə X6, 09 iyul 2017-ci il tarixdə X7, 19 sentyabr 2018-ci il tarixdə X5 və 23 noyabr 2019-cu il tarixdə X8 adlı dörd övladları ev şəraitində dünyaya gəlmişdir. Lakin övladlarına doğum haqqında şəhadətnamə alınmamışdır. Bu barədə Maraqlı şəxsnə müraciət etsə də, ona məhkəməyə müraciət etməsi bildirilmişdir. Bu səbəbdən də hazırki ərizə ilə məhkəməyə müraciət etmişdir. Maraqlı şəxsnə məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, maraqlı orqanın nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişlər. Məhkəmə, Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə maraqlı orqanın nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iclasında şahid qismində dindirilən X9 ifadə verərək göstərdi ki, ərizəçi onun qohumudur. Ərizəçi Mahir ilə el adəti ilə ailə qurmuşdur. Onların birgə yaşayışlarından dörd uşaqları olmuşdur. Uşaqları ev şəraitində olmuşdur. Məhkəmə ərizəçinin və şahidin ifadələrini dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, ərizə təmin edilməlidir. Mülki işdə olan və məhkəmə iclasında tədqiq edilən Maraqlı şəxs tərəfindən verilmiş 12 mart 2022-ci il tarixli 741 saylı məktubdan məlum olur ki, Ərizəçi övladlarının doğumu haqqında tibbi şəhadətnaməsi təqdim edildikdən sonra doğum haqqında şəhadətnamə verilə bilər. Əks halda məhkəməyə müraciət edə bilər. Mülki işdə olan və məhkəmə iclasında tədqiq edilən Yevlax rayon Mərkəzi xəstəxanası publik hüquqi şəxs tərəfindən verilmiş 17 may 2022-ci il tarixli arayışdan məlum olur ki, 17 aprel 2016-cı il tarixdə anadan olmuş X6 müayinədən keçmiş və sağlamdır. Mülki işdə olan və məhkəmə iclasında tədqiq edilən Yevlax rayon Mərkəzi xəstəxanası publik hüquqi şəxs tərəfindən verilmiş 17 may 2022-ci il tarixli arayışdan məlum olur ki, 09 iyul 2017-ci il tarixdə anadan olmuş X7 müayinədən keçmiş və sağlamdır. Mülki işdə olan və məhkəmə iclasında tədqiq edilən Yevlax rayon Mərkəzi xəstəxanası publik hüquqi şəxs tərəfindən verilmiş 17 may 2022-ci il tarixli arayışdan məlum olur ki, 19 sentyabr 2018-ci il tarixdə anadan olmuş X5 müayinədən keçmiş və sağlamdır. Mülki işdə olan və məhkəmə iclasında tədqiq edilən Yevlax rayon Mərkəzi xəstəxanası publik hüquqi şəxs tərəfindən verilmiş 17 may 2022-ci il tarixli arayışdan məlum olur ki, 23 noyabr 2019-cu il tarixdə anadan olmuş X10 müayinədən keçmiş və sağlamdır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 158.1-ci maddəsinə əsasən vətəndaşlıq vəziyyəti aktlarının qeydə alınması həm dövlət mənafeyi və ictimai mənafe üçün, həm də vətəndaşların şəxsi və əmlak hüquqlarının qorunması məqsədilə aparılır. Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı haqqında məlumatlar ailə həyatına dair məlumat hesab olunur və onların əldə edilməsinə məhdudiyyət qoyulur. Bu məlumatlar yalnız qanunvericiliklə nəzərdə tutulmuş hallarda və bu məlumatı əldə etmək hüququna malik şəxslərə təqdim edilir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 158.2-ci maddəsinə əsasən doğum, ölüm, nikahın bağlanması, nikahın pozulması, övladlığa götürmə, atalığın müəyyən edilməsi, adın, ata adının və soyadın dəyişdirilməsi müvafiq icra hakimiyyəti orqanlarında qeydiyyatdan keçirilməlidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 159.2-ci maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanları öz səlahiyyətləri daxilində doğumun, nikahın bağlanmasının, nikahın pozulmasının, övladlığa götürmənin, atalığın müəyyən edilməsinin, adın, ata adının və soyadının dəyişdirilməsinin, ölümün qeydiyyatını aparır, vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatını dəyişir, tamamlayır, düzəldir və ləğv edir, itmiş qeydləri bərpa edir, akt kitablarını saxlayır və vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı haqqında şəhadətnamələr verirlər. Beləliklə, məhkəmədə aydın olur ki, Ərizəçi qeyri rəsmi olaraq ailə qurmuşdur. Birgə yaşayışlarından olmuş uşaqları ev şəraitində doğulmuşdur. Müvafiq Dövlət orqanına müraciət olunaraq lazımi sənədlər alınmamışdır. Bu səbəbdən ərizəçi qeyd edilən ərizə ilə məhkəməyə müraciət etmişdir. Ona görə də məhkəmə, toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, ərizə təmin edilməli, Ərizəçi 17 aprel 2016-cı il tarixdə qız, 09 iyul 2017-ci il tarixdə qız, 19 sentyabr 2018-ci il tarixdə qız və 23 noyabr 2019-cu il tarixdə qız uşaqlarının doğması faktı müəyyən edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 307.2 və 307.2.3-cü maddələrinə əsasən məhkəmə doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsi barədə işlərə baxır. Məhkəmə iş üzrə sübutlara Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, ərizədə qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Azərbaycan Respublikasının MPM-nin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Məhkəmə, şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, maddələrini rəhbər tutaraq, QƏT ETDİ: Ərizə təmin edilsin. Ərizəçi 17 aprel 2016-cı il tarixdə qız, 09 iyul 2017-ci il tarixdə qız, 19 sentyabr 2018-ci il tarixdə qız və 23 noyabr 2019-cu il tarixdə qız uşaqlarının doğması faktı müəyyən edilsin. Bu qətnamə müvafiq doğum akt qeydinin Maraqlı şəxs tərəfindən aparılması üçün əsasdır. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Yevlax Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 01 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamə qanuni qüvvəyə mindikdən sonra icra edilsin. Sədrlik edən Ruslan Əlizadə
Məhkəmə qərarları › İş №2(039)-1017/2022
Yevlax Rayon Məhkəməsi Qətnamə — İş №2(039)-1017/2022
18.05.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver