Azərbaycan Respublikası adından QƏRARDAD Yevlax Rayou İş № 2(039)-1018/2021 30.08.2021 YEVLAX RAYON MƏHKƏMƏSİ Əlizadə Ruslan Əliyar oğlunun sədrliyi Cəlilov Ruslan Elmi oğlunun katibliyi İddiaçı Cavabdeh1 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı «zəbt edilmiş torpaq sahəsindən çıxarılma» tələbinə dair işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı «zəbt edilmiş torpaq sahəsindən çıxarılma» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, mülkiyyətinə verilmiş Yevlax rayonu, Quşçu kəndində yerləşən 1.5267 hektar torpaq sahəsinin zəbt edilmiş 1 hektar hissəsindən cavabdehlər Cavabdeh1 və Cavabdeh2 çıxarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəməyə ərizə təqdim edərək, iddia ərizəsini və ona əlavə edilmiş sənədlərin ona geri qaytarılmasını xahiş etmişdir. Cavabdeh1 məhkəməyə ərizə təqdim edərək, işə mahiyyəti üzrə baxılmasını tələb etmədiyini bildirdi. Cavabdeh2 məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, o, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş və işə onun iştirakları olmadan baxılmasını xahiş etməmişdir. İddiaçının iddia ərizəsinin və ona əlavə edilmiş sənədlərin geri qaytarılmasına dair ərizəsinin dəlillərini, cavabdehin isə işə mahiyyəti üzrə baxılmasını tələb etməməsini nəzərdən keçirib hesab edirəm ki, iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 259.0.11-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması barədə ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. Hesab edirəm ki, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı «zəbt edilmiş torpaq sahəsindən çıxarılma» tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 259, 259.0.11, 260, 263-264, 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı «zəbt edilmiş torpaq sahəsindən çıxarılma» tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın. İddia ərizəsi və ona əlavə edilmiş sənədlər İddiaçı qaytarılsın. Qərardaddan qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Yevlax Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Ruslan Əlizadə
Məhkəmə qərarları › İş №2(039)-1018/2021
Yevlax Rayon Məhkəməsi Qərardad — İş №2(039)-1018/2021
30.08.2021 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver