Azərbaycan Respublikası adından QƏTNAMƏ Yevlax Rayou İş № 2(039)-1020/2021 22.10.2021 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Cavadova Günay İsmayıl qızının sədrliyi, Qasımov Nurlan Asif oğlunun katibliyi, İddiaçı, Cavabdeh Qanboy oğlunun və onun vəkili X1 iştirakı ilə, İddiaçı Cavabdeh Qanboy oğluna qarşı cavabdehin zəbt etdiyi torpaq sahəsindən çıxarılması, maddi ziyanın ödənilməsi tələbinə dair mülki işə Yevlax Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh Qanboy oğluna qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehin, ona və ailəsinə ailəsinə məxsus Yevlax rayonu Qoyunbinəsi kəndi ərazisində yerləşən ümumi birgə mülkiyyətə daxil olan 3,70 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən məcburi qaydada çıxarılması, torpaq sahəsinin əvvəlki vəziyyətə gətirilməsi və 20000 manat maddi ziyanın ödənilməsi tələbinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini belə əsaslandırmışdır ki, Yevlax rayonu Qoyunbinəsi kəndində onun və ailə üzvlərinin ümumi birgə mülkiyyətində 3,70 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi vardır. Mülkiyyət hüquqları JN 281 saylı, 90100028 kodlu torpağa mülkiyyət hüququna dair dövlət aktına əsasən təsbit edilmişdir. Cavabdeh ona və ailəsinə məxsus torpaq sahəsini zəbt edərək ona 20000 manat məbləğində maddi ziyan vurub. Məhkəmə iclasında iştirak edən İddiaçı iddianı müdafiə edərək və iddia ərizəsinə uyğun izahat verərək, məhkəmədən iddianın təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh Qanboy oğlu iddiaya etiraz edərək bildirmişdir ki, hər zaman daşınmaz əmlakın reyestr xidməti tərəfindən ona öz torpaq sahəsi kimi ayrılmış torpaq sahəsindən istifadə edib. İddiaçıya məxsus torpaq sahəsinin onun tərəfindən zəbt edilmədiyini əsas gətirərək iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdırıb, toplanmış və məhkəmə iclasında araşdırılmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan JN-281 kodlu “torpağın mülkiyyət hüququna” dair dövlət aktından müəyyən edilir ki, Yevlax rayonu Aqrar İslahat Komissiyasının 04.07.1998ci il tarixli, 33 nömrəli qərarı ilə Yevlax rayonu Qoyunbinəsi kəndində yerləşən 3,70 ha torpaq sahəsi iddiaçı Əvəz Ağayevə və onun ailə üzvləri olan şəxslərə, o cümlədən iddiaçıya verilmişdir. İş materiallarında olan JN-284 kodlu “torpağın mülkiyyət hüququna” dair dövlət aktından müəyyən edilir ki, Yevlax rayonu Aqrar İslahat Komissiyasının 04.07.1998-ci il tarixli, 33 nömrəli qərarı ilə Yevlax rayonu Qoyunbinəsi kəndində yerləşən 0,60 ha torpaq sahəsi Cavabdeh verilmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin 20 sentyabr 2021-ci il tarixli rəyindən görünür ki, Yevlax rayonu Qoyunbinəsi kəndində yerləşən mübahisəli torpaq sahəsinə mütəxəssisin, iddiaçının və cavabdehin iştirakı ilə baxış keçirilərək iddiaçının göstərdiyi torpaq sahəsinin koordinatları naturada təyin edilmişdir. Həmin koordinatlar Qoyunbinəsi kəndi “Qoyunbinəsi” istehsal kooperativinin ərazisində aparılan torpaq islahatına dair kompleks yerquruluşu lahiyəsində yerləşdirilmişdir. İddiaçının mülkiyyətində olan JN-281 nömrəli Dövlət Aktının JN-281A hissəsindəki 0,46 ha torpaq sahəsinin 0,45 ha hissəsinin cavabdeh tərəfindən istifadə edildiyi müəyyən olunmuşdur. Beləliklə, qeyd olunanlardan müəyyən olunur ki, iddiaçıya məxsus torpaq sahəsinin 0,45 ha hissəsi hər hansı qanuni əsas olmadan cavabdehin istifadə və sahibliyindədir. Buna görə də iddiaçı həmin torpaq sahəsi ilə bağlı hüquqlarını həyata keçirə bilmir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Məhkəmə hesab edir ki, cavabdeh, iddiaçın mülkiyyətində olan torpaq sahəsinin 0,45 ha hissəsini hər hansı qanuni əsas olmadan istifadə etdiyindən iddiaçın tələbi həmin hissədə haqlıdır və cavabdeh iddiaçın mülkiyyətində olan Yevlax rayonu Qoyunbinəsi kəndində yerləşən torpaq sahəsinin həmin-0,45 ha hissəsindən çıxarılmalıdır. İddianın maddi ziyanla bağlı hissəsi ilə əlaqədar isə məhkəmə hesab edir ki, iddiaçı vurulmuş maddi ziyanla bağlı məhkəməyə hər hansı sübut təqdim edə bilmədiyindən həmin hissədə iddia təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh Qanboy oğlu İddiaçı ümumi birgə mülkiyyətində olan Yevlax rayonu Qoyunbinəsi kəndində yerləşən 3,70 hektar torpaq sahəsinin 0,45 hektar hissəsindən çıxarılsın. İddia qalan hissədə təmin edilməsin. Mütəxəssis rəyinin əldə olunması üçün ödənilmiş 200 (iki yüz) manat Cavabdeh Qanboy oğlundan İddiaçı xeyrinə tutulsun, 111 (bir yüz on bir) manat isə İddiaçı özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Yevlax Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Günay Cavadova
Məhkəmə qərarları › İş №2(039)-1020/2021
Yevlax Rayon Məhkəməsi Qətnamə — İş №2(039)-1020/2021
22.10.2021 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver