Məhkəmə qərarları › İş №2(039)-103/2022

Yevlax Rayon Məhkəməsi Qətnamə — İş №2(039)-103/2022

18.01.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Yevlax Rayou İş № 2(039)-103/2022 18.01.2022 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Toğrul Məhəmməd oğlunun sədrliyi, Məhkəmə iclas katibi Məmmədəliyeva Səriyyə Qoca qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi doğum faktının müəyyən edilməsinə dair mülki işə, Yevlax Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Ərizəçi, maraqlı şəxs olaraq Maraqlı şəxs qeyd etməklə, Yevlax Rayon Məhkəməsinə ərizə ilə müraciət edərək, övladı Yusifin 03.04.2013-cü ildə Bərdə şəhərində, Məhəmmədin 02.06.2015-ci ildə Bərdə şəhərində, Mustafanın 28.11.2017-ci ildə Yevlax şəhərində anadan olması, uşaqlarının anası özü və atasının Kərimov Anar Vəkil oğlu olması faktının müəyyən edilməsinə dair çıxarılmasını xahiş etmişdir. Ərizəni belə əsaslandırmışdır ki, o, Kərimov Anar Vəkil oğlu ilə 05 noyabr 2011-ci ildə faktiki ailə qurub evlənmiş, rəsmi nikahları yoxdur. Birgə yaşadıqları müddətdə 03.04.2013cü ildə Yusif, 02.06.2015-ci də Məhəmməd və 28.11.2017-ci ildə Mustafa adlı uşaqları anadan olmuşdur. Uşaqlarından Yusif, Məhəmməd Bərdə Rayon Mərkəzi X3, Mustafa isə Yevlax Rayon Mərkəzi X3 dünyaya gəlmişdir. Uşaqları Doğum şöbələrində dünyaya gəldikdən sonra bu barədə tibbi şəhadətnamə almadığına görə onların doğumunu qeydiyyat orqanında qeyd etdirməmişdir. Uşaqlarına doğum haqqında şəhadətnamə verilməsi barədə Maraqlı şəxsnə müraciət etmişdir, lakin tələbi təmin edilməmiş və ona məhkəməyə müraciət etməyini bildirmişlər. Uşaqları Yusifin 03.04.2013-cü ildə və Məhəmmədin 02.06.2015-ci ildə anadan olması barədə müvafıq tibbi sənədlərin verilməsi ilə əlaqədar etdiyim müraciətə cavab olaraq Bərdə Rayon Mərkəzi Xəstəxanasında həmin sənədlərin məhkəmənin sorğusu əsasında verilməsini ona bildirmişdirlər. Uşağı Mustafanın 28.11.2017-ci ildə Yevlax şəhərində anadan olmasını Yevlax Rayon Mərkəzi X6 Şəxsin 12 oktyabr 2021 - ci il tarixli, 12099 saylı arayışı təsdiq edir. Ona görə də doğum faktının müəyyən edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclası zamanı Ərizəçi ərizənin məzmununa uyğun izahat verərək ərizəsinin təmin edilməsini xahiş etmişdir. Maraqlı şəxs Yevlax şəhər qeydiyyat şöbəsinə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq nümayəndəsinin iştirakını təmin etməmiş və bunun səbəbi barədə məlumat verməmişdir. Məhkəmə, qeydiyyat şöbəsinin nümayəndəsinin iştirakı olmadan iclasın keçirilməsini mümkün hesab etmişdir. X9 Vəkil oğlu bildirmişdir ki, Ərizəçi ilə 05 noyabr 2011-ci ildə faktiki ailə qurub evlənmiş, rəsmi nikahları yoxdur. Birgə yaşadıqları müddətdə 03.04.2013-cü ildə Yusif, 02.06.2015-ci də Məhəmməd və 28.11.2017-ci ildə Mustafa adlı uşaqları anadan olmuşdur. Uşaqlarından Yusif, Məhəmməd Bərdə Rayon Mərkəzi X3, Mustafa isə Yevlax Rayon Mərkəzi Xəstəxanasında doğulmuşdur. X1 bildirmişdir ki, Ərizəçi onun qonsusudur. Ərizəçi 2011-ci ildən Anar adlı şəxslə faktiki nikah münasibətlərinə daxil olmuş və həmin münasibətlərdən 03.04.2013-cü ildə Yusif, 02.06.2015-ci ildə Məhəmməd və 28.11.2017-ci ildə Mustafa adlı uşaqları anadan olmuşdur. Uşaqlarından Yusif, Məhəmməd Bərdə Rayon Mərkəzi X3, Mustafa isə Yevlax Rayon Mərkəzi Xəstəxanasında doğulmuşdur. Həmin uşaqlar sağlamdır və ailə olaraq bir evdə yaşayırlar. Qeydiyyat şöbəsi tərəfindən Ərizəçi ünvanlanmış məktubda qeyd edilir ki, 28.11.2017-ci il tarixdə anadan olmuş oğlunuza doğum haqqında şəhadətnamə verilməsi barədə tibbi şəhadətnamələrini təqdim edildikdən sonra doğum haqqında şəhadətnamələr verilə bilər. İcbari Tibbi Sığorta üzrə Dövlət Aqentliyi “Yevlax Rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsi tərəfindən verilmiş arayışlarda qeyd olunur ki, 1972-ci il təvəllüdlü Şamaxı rayon, Göydərə kəndində qeydiyyatda olan X2 ondan ötrü ki, o, həqiqətən də 28.11.2017ci il tarixdən 30.11.2017-ci il tarixə kimi Yevlax rayon Mərkəzi X3 stasionar müalicə almışdır. 28.11.2017-ci il tarixdə oğlan uşağı dünyaya gəlmişdir. Bərdə Rayon Mərkəzi X6 Şəxsi tərəfindən verilmiş arayışlarda qeyd edilir ki, Ərizəçi 03.04.2013-cü il və 23.06.2015-ci il tarixlərdə Bərdə rayon Doğum Evinə hamiləlik diaqnozu ilə daxil olmuş və həmin tarixlərdə vaxtlı doğuşla cinsi oğlan olan diri uşaq olmuşdur. Mülki Prosesual Məcəllə: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. İşə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 104.1. Şahid ona məlum olan məlumatları və halları məhkəməyə şifahi bildirir. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 305.1.1 məhkəmə xüsusi icraat qaydasında hüquqi əhəmiyyət olan faktların müəyyən edilməsi haqqında işlərə baxır. Maddə 307.2.3. doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsi barədə işlərə baxa bilər. Maddə 308 məhkəmə hüquqi əhəmiyyətli olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımı sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Məhkəmə ərizəçinin izahatını, şahidlərin ifadələrini dinləyib, iş materiallarını nəzərdən keçirərək belə qənaətə gəlir ki, şahidlərin ifadəsini və digər sübutları təkzib edən, onların mötəbərliliyini sübut növü kimi şübhə altına alan hallar müəyyən edilmədiyindən istinad edilən normanın tələbləri baxımından həmin ifadələr mötəbər sübut kimi qəbul edilməlidir. Məhkəmə təqdim edilmiş sübutlara hüquqi qiymət verərək belə qənaətə gəlir ki, həmin sübutlarla ərizəçinin faktiki nikah münasibətlərindən 03.04.2013-cü il tarixdə bir oğlan uşağının Bərdə şəhərində, 23.06.2015-ci il tarixdə bir oğlan uşağının Bərdə şəhərində və 28.11.2017-ci il tarixdə bir oğlan uşağının Yevlax şəhərində doğması təsdiqini tapır, bu faktın təsdiq edilməsi ərizəçiyə uşaqlar üçün doğum, habelə atalığın müəyyən edilməsi haqqında şəhadətnamənin alınması üçün gərəkdir, ərizəçi həmin faktı təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməz və bu faktın qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışdır. Bu səbəbdən ərizə həmin hissədə təmin edilməlidir. Lakin qeyd olunmalıdır ki, ərizədə uşaqların anasının özü və atalarının Kərimov Anar Vəkil oğlu olması faktının təsdiq edilməsi qeyd edilsə də, həmin faktın xüsusi icraat qaydasında müəyyən edilməsi mülki prosessual qanunvericiliklə nəzərdə tutulmamışdır. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Ərizəçi Bərdə şəhərində 03 aprel 2013-cü il tarixdə bir oğlan uşağı, Bərdə şəhərində 23 iyun 2015-ci il tarixdə bir oğlan uşağı və Yevlax şəhərində 28 oktyabr 2017-ci il tarixdə bir oğlan uşağı doğması faktı müəyyən edilsin. Bu qətnamə müvafiq doğum akt qeydinin Maraqlı şəxs tərəfindən aparılması üçün əsasdır. Qalan hissədə iddia təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Yevlax Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Toğrul Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar