Azərbaycan Respublikası adından QƏTNAMƏ Yevlax Rayou İş № 2(039)-1035/2021 31.05.2021 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əlizadə Ruslan Əliyar oğlunun sədrliyi Cəlilov Ruslan Elmi oğlunun katibliyi İddiaçı Cavabdeh iştirakı ilə İddiaçı Cavabdeh qarşı «yaşayış sahəsinə köçürülmə və istifadə hüquqlarının tanınması» tələbinə dair iddiası üzrə işə Yevlax Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı «yaşayış sahəsinə köçürülmə və istifadə hüquqlarının tanınması» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, X2 ilə birgə nikahlarından doğulmuş 04 oktyabr 2010-cu il təvəllüdlü X6, 28 avqust 2013-cü il təvəllüdlü X4, 25 fevral 2015-ci il təvəllüdlü X7 və 12 aprel 2019-cu il təvəllüdlü X3 ilə birlikdə onun cavabdehə məxsus Yevlax rayonu, Nərimanabad kəndində yerləşən yaşayış evinə köçürülmələrinə, həmin evdə istifadə hüquqlarının tanınması, yaşayış və yardımçı sahələrdən cavabdehlə birlikdə istifadə qaydalarının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ünvanlayaraq, X2 ilə birgə nikahlarından doğulmuş 04 oktyabr 2010-cu il təvəllüdlü X6, 28 avqust 2013-cü il təvəllüdlü X4, 25 fevral 2015-ci il təvəllüdlü X7 və 12 aprel 2019-cu il təvəllüdlü X3 ilə birlikdə onun cavabdehə məxsus Yevlax rayonu, Nərimanabad kəndində yerləşən yaşayış evinə köçürülmələrinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəmə iclasında iddianı müdafiə edərək izah etdi ki, X2 ilə rəsmi ailə qurmuşlar. Birgə nikahlarından 04 oktyabr 2010-cu il təvəllüdlü X6, 28 avqust 2013-cü il təvəllüdlü X4, 25 fevral 2015-ci il təvəllüdlü X7 və 12 aprel 2019-cu il təvəllüdlü X3 adlı dörd uşaqları olmuşdur. Ailə münasibətləri baş tutmadığından Yevlax Rayon Məhkəməsinin 25 avqust 2020-ci il tarixli 2(039)-1143/2020 saylı qətnaməsi ilə nikahları pozulmuş və uşaqlar onun yanında saxlanılmışdır. Onu gəlin köçdüyü evdən çıxarmışlar. Hazırda da həmin evə köçmək istəyir. İddiaçı məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh izah etdi ki, İddiaçı onun gəlinidir. Hazırda Samirənin və nəvələrinin onun evinə köçürülməsinə razıdır. İddianı qəbul edir. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. İşə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilən 07 may 2019-cu il tarixli AZlV 256581 saylı doğum haqqında şəhadətnamənin surətindən məlum olur ki, X3 12 aprel 2019-cu il tarixdə anadan olmuş, atası X1 anası İddiaçıdır. İşə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilən 16 dekabr 2014-cü il tarixli AZ-lll 454913 saylı doğum haqqında şəhadətnamənin surətindən məlum olur ki, X6 04 oktyabr 2010-cu il tarixdə anadan olmuş, atası X1 anası İddiaçıdır. İşə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilən 16 dekabr 2014-cü il tarixli AZ-lll 454915 saylı doğum haqqında şəhadətnamənin surətindən məlum olur ki, X4 28 avqust 2013-cü il tarixdə anadan olmuş, atası X1 anası İddiaçıdır. İşə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilən 10 mart 2015-ci il tarixli AZ-lll 489323 saylı doğum haqqında şəhadətnamənin surətindən məlum olur ki, X7 25 fevral 2015-ci il tarixdə anadan olmuş, atası X1 anası İddiaçıdır. İşə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilən Yevlax RPŞ-si tərəfindən 13 noyabr 2012-ci il tarixdə verilmiş, AZE seriyalı ******** saylı şəxsiyyət vəsiqəsinin surətindən məlum olur ki, Cavabdeh xx xxxxxx 1960-cı il tarixdə Yevlax rayonu, Nərimanov kəndində anadan olmuş, Yevlax rayonu, Nərimanabad kəndində qeydiyyatdadır. İşə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilən torpağın mülkiyyətə verilməsinə dair JN-072A, kod 90112028 saylı şəhadətnamənin surətindən məlum olur ki, Yevlax rayonu, Nərimanabad kəndində Cavabdeh məxsus 0.06 hektar torpaq sahəsi vardır. İşə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilən Yevlax Rayon Məhkəməsinin 25 avqust 2020-ci il tarixli 2(039)-1143/2020 saylı qətnaməsinin surətindən məlum olur ki, İddiaçı ilə cavabdeh X1 arasında Yevlax rayon Qeydiyyat şöbəsində 16 dekabr 2014-cü il tarixdə bağlanmış nikah pozulması; nikah pozularkən tərəflərin birgə nikahlarından olmuş 04 oktyabr 2010-cu il təvəllüdlü X6, 28 avqust 2013-cü il təvəllüdlü X4, 25 fevral 2015-ci il təvəllüdlü X7 və 12 aprel 2019-cu il təvəllüdlü X3 adlı uşaqlar İddiaçı himayəsində saxlanılması qət edilmişdir. İşə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilən Yevlax ŞİHB-nın Səmədabad kənd İƏD-si üzrə nümayəndəliyi tərəfindən 31 may 2021-ci il tarixdə verilmiş, 549 saylı arayışdan məlum olur ki, Cavabdeh Yevlax rayonu, Nərimanabad kəndində özünə məxsus fərdi yaşayış evində tək yaşayır. Beləliklə, məhkəmədə aydın oldu ki, X1 ilə İddiaçı rəsmi nikah qeydindən keçməklə evlənmişlər. Birgə nikahlarından dörd uşaqları olmuşdur. Ailə qurduqdan sonra Yevlax rayonu, Nərimanabad kəndində yerləşən Cavabdeh məxsus evdə yaşamağa başlamışlar və cavabdehlərlə birlikdə təsərrüfatı birgə idarə etmişlər. Ailə münasibətləri baş tutmadığından nikahları məhkəmə qətnaməsi ilə pozulmuş və nikah pozulduqdan sonra cavabdeh iddiaçını azyaşlı uşaqları ilə birlikdə mübahisəli yaşayış evinə buraxmırlar. Hazırda Cavabdeh iddianı qəbul edir və iddiaçının övladları ilə birlikdə həmin evə köçürülmələrinə razıdılar. Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 53-cü maddəsində göstərilir ki, icarədar ilə birlikdə yaşayan ailə üzvüləri onunla bərabər yaşayış sahəsinin icarə müqaviləsindən irəli gələn hüquqlara malikdirlər və bütün vəzifələri yerinə yetirməlidirlər. İcarədarın ailə üvüləri icarədarın arvadı (əri), onların uşaqları və valideynləri hesab olunur. İcarədar ilə birlikdə yaşayıb onunla ümumi təsərrüfat aparan digər şəxslər də icarədarın ailə üzvüləri hesab edilə bilərlər. Azərbaycan Respublikası Konstitusiyasının 43-cü maddəsinin 1-ci bəndində göstərilir ki, heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz. Azərbaycan Respublikası Konstitusiyasının 32-33-cü və “İnsasn hüquqları və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasının 8-ci maddəsinə əsasən hər kəs öz şəxsi və ailə həyatına, mənzilə və yazışma sirrinə hörmət hüququna malikdir. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara qərəzsiz, obyektiv, məcmu halda hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia təmin edilməli, İddiaçı X1 ilə birgə nikahlarından olmuş 04 oktyabr 2010-cu il təvəllüdlü X6, 28 avqust 2013-cü il təvəllüdlü X4, 25 fevral 2015-ci il təvəllüdlü X7 və 12 aprel 2019-cu il təvəllüdlü X3 adlı uşaqlarla birlikdə onun Cavabdeh məxsus Yevlax rayonu, Nərimanabad kəndində yerləşən yaşayış evinə köçürülməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə iş üzrə sübutlara Azərbaycan Respublikasının MPM-nin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Azərbaycan Respublikasının MPM-nin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 191.3-cü maddəsinə əsasən Cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ : İddia təmin edilsin. İddiaçı 04 oktyabr 2010-cu il təvəllüdlü X6, 28 avqust 2013-cü il təvəllüdlü X4, 25 fevral 2015-ci il təvəllüdlü X7 və 12 aprel 2019-cu il təvəllüdlü X3 ilə birlikdə Cavabdeh məxsus Yevlax rayonu, Nərimanabad kəndində yerləşən yaşayış evinə köçürülsün. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Yevlax Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamə qanuni qüvvəyə mindikdən sonra icra edilir. Sədrlik edən Ruslan Əlizadə
Məhkəmə qərarları › İş №2(039)-1035/2021
Yevlax Rayon Məhkəməsi Qətnamə — İş №2(039)-1035/2021
31.05.2021 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver