Azərbaycan Respublikası adından QƏTNAMƏ Yevlax Rayou İş № 2(039)-104/2020 17.02.2020 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əlizadə Ruslan Əliyar oğlunun sədrliyi Məhkəmə iclasının katibi Cəlilov Ruslan Elmi oğlunun katibliyi İlkin iddia üzrə iddiaçı qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı və vəkili X4 İlkin iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh vəkili X5 Müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 17 saylı X11 nümayəndəsi X1 iştirakı ilə, İlkin iddia üzrə iddiaçı qarşılıqlı iddia üzrə cavabdeh (bundan sonra iddiaçı) İddiaçı ilkin iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddiaçı (bundan sonra cavabdeh) Cavabdeh qarşı «torpaq sahəsindən çıxarılma» və Cavabdeh İddiaçı, müstəqil tələb irəli sürməyən üçüncü şəxslər Yevlax rayon Hürüuşağı bələdiyyəsinə və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 17 saylı X6rşı «çıxarışın etibarsız hesab edilməsi» tələbinə dair işə Yevlax Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı «torpaq sahəsindən çıxarılma» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh qanunsuz hərəkətlərinə son qoyulmaqla Yevlax rayon Hürüuşağı bələdiyyəsinin ərazisində yerləşən ona 15 il müddətinə icarəyə verilmiş 15 ha torpaq sahəsinin zəbt edilmiş hissəsinin Cavabdeh geri tələb edilərək qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı Cavabdeh İddiaçı, müstəqil tələb irəli sürməyən üçüncü şəxslər Yevlax rayon Hürüuşağı bələdiyyəsinə və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 17 saylı X6rşı «çıxarışın etibarsız hesab edilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı adına xx xxxx 2017-ci il tarixdə qeydə alınmış ******* saylı çıxarışın etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı Cavabdeh məhkəməyə iddia tələbinin həcminin artırılması barədə ərizə ünvanlayaraq, İddiaçı adına xx xxxx 2017-ci il tarixdə qeydə alınmış ******* saylı çıxarışın, o cümlədən icarə müqaviləsinin və torpaqdan istifadə hüquqlarına dair şəhadətnamənin etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini müdafiə edərək izah etdi ki, onunla Yevlax rayon Hürüuşağı Bələdiyyəsi arasında bağlanmış icarə müqaviləsinə əsasən ona 15 ha torpaq sahəsi icarəyə verilmişdir. Lakin 2015-ci ildən həmin torpaq sahəsinin bir hissəsini Cavabdeh zəbt edərək qanunsuz istifadə edir. İddiaçı məhkəmədən ilkin iddianın təmin edilməsi, qarşılıqlı iddianın isə rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. İddiaçı vəkili X7 iddianı müdafiə edərək izah etdi ki, iddiaçı qanunla müəyyən olunmuş şərtlərə riayət edərək, bələdiyyədən 15 ha torpaq sahəsini icarəyə götürmüş və müvafiq qaydada sənədləşdirmişdir. Cavabdeh həmin torpaq sahəsinin bir hissəsini zəbt edərək istifadə edir. Dəfələrlə cavabdehə torpaq sahəsindən cıxması bildirilsə də, cavabdeh könüllü olaraq torpaq sahəsindən çıxmaqdan imtina etmişdir. İddiaçı vəkili X7 məhkəmədən ilkin iddianın təmin edilməsi, qarşılıqlı iddianın isə rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh vəkili X8 məhkəmədən ilkin iddianın rədd edilməsi və qarşılıqlı iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 17 saylı X11 nümayəndəsi X3 qarşılıqlı iddianı qəbul etməyərək izah etdi ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Yevlax rayon Ərazi İdarəsi tərəfindən tərtib olunmuş seriya RX ******* nömrəli xx.xx.2017-ci il tarixində verilmiş çıxarışın verilməsində heç bir qanun pozuntusuna yol verilməmişdir. İddia tamamilə əsassızdır. Müstəqil tələb irəli sürməyən üçüncü şəxs Yevlax rayon Hürüuşağı bələdiyyəsinə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq nümayəndəsi, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən Yevlax rayon Hürüuşağı bələdiyyəsinin nümayəndəsinin məhkəmə iclasına gəlməməsini üzrsüz hesab edir və işə onun iştirakı olmadan baxılmasını mümkün sayır. Məhkəmə tərəflərin izahatını və tərəflərin çıxışını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, ilkin iddia qismən təmin edilməli, qarşılıqlı iddia rədd edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət qeydiyyati haqqında Daşinmaz Əmlakin Dövlət reyestrindən seriya RX ******* saylı, xx xxxx 2017-ci il tarixli çıxarışın surətindən məlum olur ki, Yevlax rayonu, Hürüuşağı kəndi ərazisində 15 ha ölçüdə torpaq sahəsi icarə müqaviləsi əsasında İddiaçı verilmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Mingəçevir ŞPŞ-si tərəfindən xx xxxx 2014-cü il tarixdə verilmiş AZE seriyalı ******** saylı şəxsiyyət vəsiqəsinin surətindən məlum olur ki, İddiaçı xx xxxxxx 1964-cü il tarixdə Yevlax rayonu, Hürüuşağı kəndində anadan olmuş, Mingəçevir şəhəri, Y.Muradov küçəsi ev 37, mənzil 15-də qeydiyyatdadır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Yevlax rayon Hürüuşağı Bələdiyyəsi tərəfindən xx xxxx 2019-cu il tarixdə verilmiş 03 saylı məktubdan məlum olur ki, İddiaçı məhkəməyə müraciət etməsi bildirilmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Səyyar Asan9 tərəfindən xx xxxxxx 2017-ci il tarixdə verilmiş AZE seriyalı 15765870 saylı şəxsiyyət vəsiqəsinin surətindən məlum olur ki, Cavabdeh xx xxxxxx 1967-ci il tarixdə Yevlax rayonu, Tanrıqulular kəndində anadan olmuş, Yevlax rayonu, Hürüuşağı kəndində qeydiyyatdadır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət qeydiyyati haqqında daşinmaz əmlakin Dövlət reyestrindən seriya RX ******* saylı, xx xxxxx 2016-cı il tarixli çıxarışın surətindən məlum olur ki, Yevlax rayonu, Hürüuşağı kəndi ərazisində 0.8 ha ölçüdə torpaq sahəsi icarə müqaviləsi əsasında Cavabdeh verilmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət qeydiyyati haqqında daşinmaz əmlakin Dövlət reyestrindən seriya RX ******* saylı, xx xxxx 2017-ci il tarixli çıxarışın surətindən məlum olur ki, Yevlax rayonu, Hürüuşağı kəndi ərazisində 6.0 ha ölçüdə torpaq sahəsi icarə müqaviləsi əsasında Cavabdeh verilmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət qeydiyyati haqqında daşinmaz əmlakin Dövlət reyestrindən seriya RX ******* saylı, xx xxxx 2017-ci il tarixli çıxarışın surətindən məlum olur ki, Yevlax rayonu, Hürüuşağı kəndi ərazisində 6.0 ha ölçüdə torpaq sahəsi icarə müqaviləsi əsasında Cavabdeh verilmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Azərbaycan Respublikası torpaqdan müvəqqəti istifadə hüququna dair JN-83xx xxx 90110038 saylı şəhadətnamənin surətindən məlum olur ki, Yevlax rayonu, Hürüuşağı kəndi ərazisində 15 ha ölçüdə torpaq sahəsi icarə müqaviləsi əsasında İddiaçı verilmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Yevlax Rayon Məhkəməsinin xx xxx 2019-cu il tarixli 2(039)-1225/2019 saylı qərardadından məlum olur ki, iş üzrə işin düzgün və obyektiv həll edilməsi üçün Yevlax rayonu, Hürüuşağı kəndində yerləşən torpaq sahələri üst-üstə düşüb-düşməməsi və ilkin iddia üzrə iddiaçının torpağı ilkin iddia üzrə Cavabdeh tərəfindən zəbt olunub-olunmaması və zəbt olunubsa hansı hissəsində zəbt olunması barədə mütəxəssis rəyi alınması; rəyin verilməsi Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinə həvalə edilməsi qərara alınmışdır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən xx xxxxxx 2019-cu il tarixli **********19 saylı məktubla Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidməti tərəfindən məhkəməyə göndərilmiş mütəxəssiz rəyindən görünür ki, Yevlax rayonu, Hürüuşağı kəndi ərazisində yerləşən Daşınmaz Əmlakın Dövlət Reyestrində, ilkin iddia üzrə İddiaçı xx.xx.2017-ci il tarixdə verilmiş RX seriyalı ******* nömrəli çıxarışla qeydiyyata alınmış, **********54 reyestr nömrəli “torpaq sahəsinin planı və ölçüsü” sənədlərinə göstərilən 15.0 ha torpaq sahəsinin cənub-şərq tərəfində yerləşən 1.34 ha hissəsindən Cavabdeh istifadə edir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Yevlax Rayon Məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli 2(039)-1225/2019 saylı qərardadından məlum olur ki, iş üzrə işin düzgün və obyektiv həll edilməsi üçün Yevlax rayonu, Hürüuşağı kəndində yerləşən İddiaçı RX seriyalı ******* saylı çıxarışla verilmiş 15 hektar torpaq sahəsi Cavabdeh xx xxxxxx 1995-ci il tarixdə təhkim aktı ilə verilmiş 30 hektar torpaq sahəsini əhatə edib-etməməsi barədə mütəxəssis rəyi alınması; rəyin verilməsi Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinə həvalə edilməsi qərara alınmışdır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən xx xxxxxx 2019-cu il tarixli **********52 saylı məktubla Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidməti tərəfindən məhkəməyə göndərilmiş arayışdan görünür ki, Yevlax Rayon Məhkəməsi tərəfindən təqdim edilmiş iddiaçının sənədlərinə torpaq sahəsinin məkan göstəricilərini əks etdirən “torpaq sahəsinin planı və ölçüsü” sənədi əlavə edilmədiyindən, həmin torpaq sahəsinin yerini müəyyən etmək mümkün olmamışdır. Bu səbəbdən mütəxəssis qarşısında qoyulmuş sualların cavabdlandırılması mümkün deyildir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən xx xxxxxx 2020-ci il tarixli **********91 saylı məktubla Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidməti tərəfindən məhkəmə sorğusunun cavabından görünür ki, JN-8305 (KOD 90110038) nömrəli torpaqdan müvəqqəti istifadə hüququna dair şəhadətnamə barədə məlumatlar elektron kadastr bazasında mövcuddur. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Yevlax rayon Hürüuşağı Bələdiyyəsinin xx xxxxxxx 2005-ci il tarixli 10 saylı qərarının surətindən görünür ki, Yevlax rayon Hürüuşağı kənd sakini İddiaçı müraciəti nəzərə alınması; Hürüuşağı Bələdiyyəsinin mülkiyyətində olan 15 hektar torpaq sahəsi 30 il müddətinə Yevlax rayonu, Hürüuşağı kənd sakini İddiaçı icarəyə verilməsi; Hürüuşağı Bələdiyyəsi ilə Hürüuşağı kənd sakini İddiaçı arasında torpaq icarə müqaviləsi bağlanaraq təsdiq edilməsi, Qeydiyyata alınması və torpaqdan müvəqqəti istifadə hüququna dair şəhadətnamə alınıb verilməsinə köməklik göstərilməsi üçün Yevlax rayon Torpaq və Xəritəçəkmə şöbəsinə göndərilməsi qərara alınmışdır. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ bəndində görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikasının Konstitusiyasının 71-ci maddəsinin 1-ci bəndinə görə, konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. “İnsan hüquqlarının Ümumi Bəyannaməsinin” 18-ci maddəsinə əsasən, hər bir kəs təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq hüququna malikdir. Heç kim öz əmlakından özbaşınalıqla məhrum edilməməlidir. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyanın” 1 saylı protokolunun «Mülkiyyətin müdafiəsi» haqqında 1-ci maddəsinin 1-ci bəndinin tələbinə görə, hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 67.4-cü maddəsinə görə torpaq sahələri üzərində qeydiyyatdan keçməmiş hüquqların müdafiəsinə və toxunulmazlığına dövlət təminat vermir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 83.1-ci maddəsinə əsasən hüquqi və fiziki şəxslər torpaq sahəsi üzərində hüquqlarını, əgər qanunvericilikdə başqa hallar nəzərdə tutulmamışdırsa, öz istəklərinə uygun həyata keçirirlər. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 84.1-ci maddəsinə əsasən torpaq mülkiyyətçilərinin, istifadəçiləırinin və icarəçilərinin hüquqları qanunla qorunur. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 103.1-ci maddəsinə əsasən torpaq mübahisələri öz səlahiyyətləri daxilində müvafiq icra hakimiyyəti orqanları, bələdiyyələr və məhkəmələr tərəfindən həll edilir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 103.4-cü maddəsinə əsasən rayonların (şəhərlərin) daxilində torpaq üzərində mülkiyyət, torpaqdan istifadə məsələləri üzrə torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin mübahisələrinə müvafiq icra hakimiyyəti orqanı, bələdiyyə və məhkəmə tərəfindən baxılır. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 111.1-ci maddəsinə əsasən torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 111-ci maddəsinin 3-cü bəndində göstərilir ki, özbaşınatutulmuş (zəbtedilmiş) torpaqlarınəvvəlkivəziyyətinə gətirilməsi (oradaolanbinaların, tikililərvə qurğularınsökülməsidə daxilolmaqla) torpaqları zəbtetmiş hüquqivə fizikişəxslərtərəfindənvə yaonlarınhesabınahəyatakeçirilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.1.4-cü maddəsinə əsasən, mülki qanunvericiliyin prinsiplərindən biri də, məhz mülkiyyətin toxunulmazlığıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 146.2-ci maddəsinin tələbinə görə daşınmaz əmlak üzərində sərəncam vermək hüququ həmin əmlakın dövlət reystrində qeydə alındığı tarixdən əmələ gəlir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.1-ci mad.göstərilir ki, daşınmaz əmlaka mülkiyyət hüququ onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 719.2-ci maddəsinə əsasən Torpaq icarəsi müqaviləsi azı üç il müddətinə bağlandıqda bu müqavilə üzrə hüquq münasibətləri o halda qeyri-müəyyən müddətə uzadılır ki, iştirakçılardan biri bu barədə sorğu verdikdən sonra digər iştirakçı həmin münasibətlərin davam etdirilməsindən üç ay ərzində imtina etməsin. Sorğu və imtina yazılı formada tərtib edilməlidir. Əgər sorğuda ona riayət edilməməsinin nəticələri birbaşa göstərilməmişsə və sorğu icarənin üçüncü ili ərzində verilməmişsə, onun qüvvəsi yoxdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 720.3.2-ci maddəsinə əsasən İcarəçi torpaq icarəsi müqaviləsi üzrə hüquq münasibətlərinin davam etdirilməsini icarəyə verənin dərhal ləğvetmə hüququ olduqda tələb edə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 720.4-cü maddəsinə əsasən İcarəçinin torpaq icarəsi müqaviləsi üzrə hüquq münasibətlərinin davam etdirilməsini tələb etdiyi bildirişi yazılı formada tərtib edilməlidir. İcarəyə verənin xahişi ilə icarəçi müqavilə üzrə hüquq münasibətlərinin davam etdirilməsi tələbi üçün əsasları dərhal ona bildirməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 720.5-ci maddəsinə əsasən İcarəyə verən müqavilə üzrə hüquq münasibətlərinin davam etdirilməsindən o halda imtina edə bilər ki, onlara xitam verilməsinə azı bir il qalmış icarəçi hüquq münasibətlərinin davam etdirilməsini tələb etməsin və ya bu Məcəllənin 719.2-ci maddəsinə müvafiq surətdə icarəyə verənin sorğusuna cavab olaraq hüquq münasibətlərini davam etdirməkdən imtina etsin. Əgər ləğvetmə haqqında xəbərdarlıq müddəti 12 ay və ya daha az təyin edilmişdirsə, münasibətlərin davam etdirilməsi tələbinin ləğvetməyə dair bildiriş alındıqdan sonra bir ay ərzində irəli sürülməsi kifayətdir. Mülkiyyət hüququ fundamental insan hüquqları sırasında mühum yer tutduğundan (Azərbaycan Respublikasının Konstitusiyasının 29-cu maddəsi, "İnsan Hüquqlarının və X2 haqqında" Avropa Konveniyasının 1 saylı Protokolunun 1-ci maddəsi, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1.2, 6.1.4, 6.1.7-ci maddələri), mülkiyyətçinin hüququ təsbit olunmuş səlahiyyətləri, yəni ona məxsus əmlaka sahib olmaq, öz tələblərinin təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək və üçüncü şəxslərin müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizələrinə görə və maraqlarına uyğun hərəkət etməyinə dair mənafeyi naminə iddiaçının xüsusi mülkiyyətində olan həyətyanı torpaq sahəsi boşaldılaraq, iddiaçının mülkiyyət hüquqları bərpa edilməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2003-cü il tarixli 2 saylı Plenumunun Qərarının 3-cü bəndində göstərilir ki, torpaq sahələri ilə bağlı mübahisələrə baxıldıqda, hər şeydən əvvəl torpaq sahəsinin hüquqi statusu müəyyən edilməlidir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 5-ci maddəsi Azərbaycan Respublikasında torpaq sahəsi üzərində dövlət, bələdiyyə və xüsusi mülkiyyət növlərini tanıyır və bütün mülkiyyət növlərinin bərabərhüquqlu olmasını və dövlət tərəfindən qorunmasını təsbit edir. Qeyd olunan maddənin 3-cü bəndində qeyd edilir ki, torpaq sahələri üzərində mülkiyyət hüqüqu mülkiyyətçisinin təkbaşına və ya başqaları ilə birlikdə torpaq sahəsinə sahib olmaq, torpaq sahəsindən istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Məhkəmə iclasında müəyyən edildi ki, xx xxxxxxx 2005-ci il tarixdə Yevlax rayon Hürüuşağı Bələdiyyəsi iləİddiaçı arasında 03 saylı torpaq sahəsinin icarəyə verilməsi haqqında müqavilə bağlanmış və müqavilənin şərtlərinə əsasən Yevlax rayon Hürüuşağı Bələdiyyəsinin mülkiyyətində olan 15 ha torpaq sahəsi 15 il müddətinə İddiaçı istifadəsinə verilmişdir. İddiaçı JN-8305 (KOD 90110038) nömrəli torpaqdan müvəqqəti istifadə hüququna dair şəhadətnamə verilmişdir. İddiaçı adına Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət qeydiyyati haqqında daşinmaz əmlakin Dövlət reyestrindən seriya RX ******* saylı, xx xxxx 2017-ci il tarixli çıxarış verilmişdir. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, icarə hüququ əsasında olnun istifadəsində olan torpaq sahəsinin zəbt edilmiş hissəsindən Cavabdeh çıxarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı adına verilmiş seriya RX ******* saylı, xx xxxx 2017-ci il tarixli çıxarışın, habelə xx xxxxxxx 2005-ci il tarixli icarə müqaviləsinin və JN-8305 (KOD 90110038) nömrəli torpaqdan müvəqqəti istifadə hüququna dair şəhadətnamənin ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə tərəfindən alınmış mütəxəssis rəyindən məlum olmuşdur ki, İddiaçı seriya RX ******* saylı, xx xxxx 2017-ci il tarixli çıxarışla verilmiş 15 ha torpaq sahəsinin cənub-şərq tərəfində yerləşən 1.34 ha hissəsindən Cavabdeh istifadə edir. Cavabdeh İddiaçı seriya RX ******* saylı, xx xxxx 2017-ci il tarixli çıxarışla verilmiş 15 ha torpaq sahəsinin onun tərəfindən yaradılmış “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” MMC-nə xx xxxxxx 1995-ci il tarixli təhkim aktı ilə verilmiş 30 hektar torpaq sahisinin bir hissəsinin olmasını bildirmişdir. Məhkəmə tərəfindən Yevlax rayonu, Hürüuşağı kəndində yerləşən İddiaçı RX seriyalı ******* saylı çıxarışla verilmiş 15 hektar torpaq sahəsi Cavabdeh xx xxxxxx 1995-ci il tarixdə təhkim aktı ilə verilmiş 30 hektar torpaq sahəsini əhatə edibetməməsi barədə mütəxəssis rəyi alınması qərara alınmışdır. Yevlax Rayon Məhkəməsi tərəfindən təqdim edilmiş iddiaçının sənədlərinə torpaq sahəsinin məkan göstəricilərini əks etdirən “torpaq sahəsinin planı və ölçüsü” sənədi əlavə edilmədiyindən, həmin torpaq sahəsinin yerini müəyyən etmək mümkün olmamışdır. Bu səbəbdən mütəxəssis qarşısında qoyulmuş sualların cavabdlandırılması mümkün olmamışdır. Məhkəmə sorğusunun cavabında xx xxxxxx 2020-ci il tarixli **********91 saylı məktubla Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidməti JN-8305 (KOD 90110038) nömrəli torpaqdan müvəqqəti istifadə hüququna dair şəhadətnamə barədə məlumatlar elektron kadastr bazasında mövcudd olmasını bildirmişdir. Məhəkəmə hesab edir ki, Yevlax rayon Hürüuşağı Bələdiyyəsi ilə İddiaçı arasında icarə müqaviləsi bağlanarkən, habelə Dövlət reyestrindən seriya RX ******* saylı xx xxxx 2017-ci il tarixli çıxarış verilərkən hər hansı bir pozuntu olmamışdır. Ona görə də məhkəmə hesab edir ki, ilkin iddia qaismən təmin edilməli, İddiaçı icarə müqaviləsi əsasında mülkiyyətində olan 15.0 hektar torpaq sahəsinin cənub-şərq tərəfində yerləşən 1.34 ha hektar hissəsindən Cavabdeh çıxarılmalıdır. Qarşılıqlı iddia rədd edilməlidir. Aparılmış ekspertiza tədqiqatın dəyəri 70.68 manat iddiaçı Cavabdeh alınıb, KapitalBank ASC-nin Xətai filialının, VÖEN **********, müxbir hesabı: AZ37NABZ********************, SWİFT kod AllBAZ2X, Kadastr və Yerquruluşu Lahiyə- Tədqiqat Mərkəzi MMC, hesab AZ 23AllB******************** hesabına keçirilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə iş üzrə sübutlara Azərbaycan Respublikasının MPM-nin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Azərbaycan Respublikasının MPM-nin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Yuxarıda qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İlkin iddia qismən təmin edilsin. İddiaçı icarə müqaviləsi əsasında mülkiyyətində olan 15.0 hektar torpaq sahəsinin cənub-şərq tərəfində yerləşən 1.34 ha hektar hissəsindən Cavabdeh çıxarılsın. Qarşılıqlı iddia rədd edilsin. Aparılmış ekspertiza tədqiqatın dəyəri 70.68 manat iddiaçı Cavabdeh alınıb, KapitalBank ASC-nin Xətai filialının, VÖEN **********, müxbir hesabı: AZ37NABZ********************, SWİFT kod AllBAZ2X, Kadastr və Yerquruluşu Lahiyə- Tədqiqat Mərkəzi MMC, hesab AZ 23AllB******************** hesabına keçirilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Yevlax Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Ruslan Əlizadə
Məhkəmə qərarları › İş №2(039)-104/2020
Yevlax Rayon Məhkəməsi Qətnamə — İş №2(039)-104/2020
17.02.2020 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver