Azərbaycan Respublikası adından QƏTNAMƏ Yevlax Rayou İş № 2(039)-1041/2025 23.05.2025 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Paşayev Qalib Hidayət oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X2, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı cavabdehə məxsus əşyaların torpaq sahəsindən və fərdi yaşayış evindən çıxarılması tələbinə dair mülki işə Yevlax Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdeh qarşı cavabdehə məxsus əşyaların torpaq sahəsindən və fərdi yaşayış evindən çıxarılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh X4 onu məxsus 1 ədəd divan, 2 ədəd kreslo, 1 ədəd taxt matrası və 1 ədəd uşaq çarpayısı ilə birlikdə hüquqların dövlət qeydiyyat haqqında daşınmaz əmlakın dövlət reyestrindən ********** qeydiyyat nömrəli xx.xx.2024-cü il tarixli çıxarışa əsasən ona (iddiaçıya) məxsus Yevlax şəhəri Dostluq küçəsi 107 ünvanında yerləşən fərdi yaşayış evindən çıxarılmasına dir qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, cavabdeh X6 oğlu X7 ilə rəsmi nikah qeydindən keçməklə evlənmişlər. Cavabdeh həmn vaxt ona məxsus olan Yevlax şəhəri Dostluq küçəsi 107 ünvanında yerləşən fərdi yaşayış evinə göçmüşdür. Yevlax Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(039)-39/2022 saylı qətnaməsi ilə nikahları pozulmuşdur. Nikah pozulsa da, cavabdeh onun evində qalır. Hazırda cavabdehə məxsus 1 ədəd divan, 2 ədəd kreslo, 1 ədəd taxt matrası və 1 ədəd uşaq çarpayısı onun (iddiaçının) evindədir. Cavabdehə dəfələrlə evindən çıxmasını bildirsə də, cavabdeh çıxmaqdan imtna etmişdir. İddiaçı iddianın həcminin azaldılmasına və iddianın dəqiqləşdirilməsinə dair ərizə verərək, Cavabdeh məxsus əmlakların Yevlax şəhəri Dostluq küçəsi 107 ünvanında yerləşən həyətyanı torpaq sahəsindən və evdən çıxarılmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edərək, iddia ərizəsinin və iddianın həcminin azaldılmasına dair ərizənin məzmununa uyğun izahat verərək, iddianın təmin edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İşə baxlmanın vaxtı və yeri haqqında lazımi qaydada məlumat verilməsinə baxmayaraq, Cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə işə Cavabdeh iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materallarını araşdırıb hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, işdə olan Yevlax Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(039)-39/2022 saylı qətnaməsindən görünür ki, həmin qətnamə ilə iddia təmin edilərək, iddiaçı X6 ilə cavabdeh X7 arasında Bərdə regional «ASAN xidmət» mərkəzi qeydiyyat şöbəsində xx.xx.2017-ci il tarixdə bağlanmış nikahın pozulması qət edilmişdir. İşdə olan Yevlax Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(039)- 2378/2022 saylı qətnaməsindən görünür ki, həmin qətnamə ilə iddiaçı X4 cavabdeh X5 qarşı aliment tələbinə dair iddiası qismən təmin edilmişdir. İşdə olan Yevlax Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(039)- 180/2023 saylı qiyabi qətnaməsindən görünür ki, həmin qətnamə ilə iddiaçı X4 cavabdeh X5 qarşı əmlak tələbinə dair iddiası təmin edilmişdir. İşdə olan Yevlax rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X7 ilə X6 arasında olan nikaha xitam verilmiş və bu barədə nikahın pozulması haqqında akt qeydləri kitabında xx.xx.2022-ci il tarixdə, 134 saylı qeydiyyat aparılmışdır. İşdə olan Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi Şəxsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli (********** qeydiyyat nömrəli) çıxarışdan görünür ki, ünvan 2 ünvanda yerləşən 0.035 ha torpaq sahəsi İddiaçı mülkiyyətindədir. Beləliklə, məhkəmə iclasında müəyyən edilmişdir ki, Cavabdeh İddiaçı keçmiş gəlinidir. İddiaçının oğlu ilə ayrıldıqdan sonra Cavabdeh məxsus 1 ədəd divan, 2 ədəd kreslo, 1 ədəd taxt matrası və 1 ədəd uşaq çarpayısı iddiaçının mülkiyyətində olan ünvan 2 ünvanda 0.035 ha torpaq sahəsində yerləşən evdə qalmışdır. İddiaçı tərəfindən tələb edilməsinə baxmayaraq, cavabdeh özünə məxsus həmin əşyları qeyd iddiaçının mülkiyyətində olan torpaq sahəsindən və həmin torpaq sahəsində yerləşən evdən çıxarmaqdan imtina edir. Buna görə də, iddiaçı hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəllənin 217.4. maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası MM-nin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. İnsan Hüquqları və X3 X1 1 saylı Protokolunun 1-ci maddəsində göstərilmişdir ki, hər kəsin mülkiyyətindən maneəsiz istifadə hüququ vardır. Məhkəmə ilk növbədə nəzərə alır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. İşin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə birmənalı nəticə çıxarmağa əsas verməlidir. Beləlikl, məhkəmə hesab edir ki, iddia əsaslı olduğundan təmin edilərək, Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi Şəxsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli (********** qeydiyyat nömrəli) çıxarışa əsasən İddiaçı mülkiyyətində olan ünvan 2 ünvanda yerləşən 0.035 ha torpaq sahəsindən və həmin torpaq sahəsində yerləşən evdən Cavabdeh məxsus 1 ədəd divan, 2 ədəd kreslo, 1 ədəd taxt matrası və 1 ədəd uşaq çarpayısının çıxarılmsına dair qətnamə qəbul edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 213, 216-220 və 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh məxsus 1 ədəd divan, 2 ədəd kreslo, 1 ədəd taxt matrası və 1 ədəd uşaq çarpayısı Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli (********** qeydiyyat nömrəli) çıxarışa əsasən İddiaçı mülkiyyətində olan ünvan 2 ünvanda yerləşən 0.035 ha torpaq sahəsindən və həmin torpaq sahəsində yerləşən evdən çıxarılsın. Cavabdeh 100 (bir yüz) manat dövlət rüsumu alınıb İddiaçı verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Yevlax Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) apelyasiya şikayəti verilə bilər. Hakim:Qalib Paşayev
Məhkəmə qərarları › İş №2(039)-1041/2025
Yevlax Rayon Məhkəməsi Qətnamə — İş №2(039)-1041/2025
23.05.2025 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver