Azərbaycan Respublikası adından QƏTNAMƏ Yevlax Rayou İş № 2(039)-1042/2025 15.05.2025 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əlizadə Ruslan Əliyar oğlunun sədrliyi, Vəliyev Rövşən Rafail oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh və maraqlı şəxs Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsin 17 saylı Yevlax Ərazi İdarəsinə qarşı “süni maneələrin aradan qaldırılması” tələbinə dair işə 15 may 2025-ci il tarixdə Yevlax Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh və maraqlı şəxs Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsin 17 saylı Yevlax Ərazi İdarəsinə qarşı “süni maneələrin aradan qaldırılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddia tələbinin təmin edilməsi, mübahisəli torpaq sahəsində çöl ölçmə işlərinin aparılmasına cavabdehin yaratdığı süni maneələrin aradan qaldırılması və üzərində mülkiyyət hüquqlarının qeydiyyata alınmasına Cavabdeh və qeyriləri tərəfindən yaradılacaq süni maneələrin aradan qaldırılması və tərəfindən ödənilmiş 100.4 (bir yüz manat, 40 qəpik) manat dövlət rüsumunun cavabdehdən alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəmənin hazırlıq iclasında təqdim etdiyi dəqiqləşdirmə ərizəsindən görünür ki, iddia tələbinin təmin edilməsi, mübahisəli torpaq sahəsində çöl ölçmə işlərinin aparılmasına cavabdehin yaratdığı süni maneələrin aradan qaldırılması və üzərində mülkiyyət hüquqlarının qeydiyyata alınmasına Cavabdeh tərəfindən yaradılacaq süni maneələrin aradan qaldırılması və tərəfindən ödənilmiş 100.4 (bir yüz manat, 40 qəpik) manat dövlət rüsumunun cavabdehdən alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, mərhum həyat yoldaşı X2 Yevlax şəhər XDS İK-nin xx.xx.1979-cu il tarixli 21 saylı qərarı ilə Yevlax şəhərinin 22-ci kvartalından indiki Yevlax şəhəri, Bakı küçəsindən 450 kv.m torpaq sahəsi ayrılmışdır. X4 vəfat etdikdən sonra həmin torpaq sahəsinin üzərində mülkiyyət hüquqlarının reyestrində qeydiyyata alınaraq hüquqların dövlət reyestrindən çıxarış əldə etmək qərarına gəlmişdir. Məsələ ilə bağlı aidiyyatı üzrə həmin torpaq sahəsinin plan ölçü sənədinin işlənməsi ilə əlaqədar olaraq Daşınmaz əmlakın Dövlət Kadastrı və reystri publik Hüquqi şəxsinin 17 saylı Yevlax Ərazi İdarəsinə müraciət etmişdir. Ərazi idarəsinin nümayəndələrimübahisəli torpaq sahəsinə yerində baxış keçirmək üçün təyin olunmuş vaxtda ünvana gəlmişlər, lakin qaynı Cavabdeh torpaq sahəsinə baxış keçirilməsinə süni maneələr yaradaraq orada hər hansı bir işin görülməsinə şərait yaratmamışdırlar. Bununla da ərazi idarəsinin xx.xx.2024-cü il tarixli 3-21-3-35/2-Q-011xx-xx/2023 nömrəli məktubu ilə ona ərazidə çöl ölçmə işlərinin mövcud səbəblərdən aparılmasının mümkün olmadığını bildirmişlər. İddiaçı məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh məhkəmə iclasında izah etdi ki, iddianın təmin edilməsinə və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsin 17 saylı Yevlax Ərazi İdarəsi tərəfindən çöl ölçmə işlərinin aparılmasına etiraz etmir. Maraqlı şəxs Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsin 17 saylı Yevlax Ərazi İdarəsinə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, cavabdeh və üçüncü şəxsin nümayəndəsi məhkəmə iclasına gəlməmişlər, gəlməmələrinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən Cavabdehnın və üçüncü şəxs Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsin 17 saylı Yevlax Ərazi İdarəsinin nümayəndəsinin məhkəmə iclasına gəlməməsini üzrsüz hesab edir və işə onların iştirakı olmadan baxılmasını mümkün sayır. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarına əlavə olunan və tədqiq edilən 11 may 1976-cı il tarixli İ-ЖГ 369657 saylı nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X3 ilə İddiaçı 11 may 1976-cı il tarixində nikaha daxil olmuşlar. İş materiallarına əlavə olunan və tədqiq edilən Yevlax Rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş 05 oktyabr 2023-cü il tarixli, 2988 saylı arayışdan görünür ki, X3 xx.xx.2021-ci il tarixdə ölmüşdür. İş materiallarına əlavə olunan və tədqiq edilən Azərbaycan Respublikası Milli Arxiv İdarəsi Azərbaycan Respublikası Dövlət Arxivinin Yevlax filialının xx.xx.2023-cü il tarixli 3- 48-2-404/2023 saylı arayışından məlum olur ki, X2 fərdi yaşayış evi tikdirdiyi üçün şəhərin 22-ci kvartalından 450kv.m torpaq sahəsi verilmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsin 17 saylı Yevlax Ərazi İdarəsinin 09 yanvar 2024-cü il tarixli 3-21-335/2-Q-011339/2024 nömrəli məktubun surətindən məlum olur ki, Yevlax şəhəri 22-ci kvartal ərazisində yerləşən mənzilin inventarlaşdırmaq məqsədi ilə mütəxəssis inventarlaşdırıcı ərizədə qeyd olunan ünvana getmişdir. Lakin mübahisə olduğu üçün müayinəyə şərait yaradılmamışdır və inventarlaşma işlərinin aparılması mümkün olmamışdır. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ bəndində görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.1.4-cü maddəsinə əsasən, mülki qanunvericiliyin prinsiplərindən biri də, məhz mülkiyyətin toxunulmazlığıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Azərbaycan Respublikasının Mülki Məcəllənin 164.1-ci maddəsinə əsasən sahibin iradəsi olmadan sahiblikdən məhrum etmə və onu pozma qadağan edilmiş özbaşınalıq sayılır Mülkiyyət hüququ fundamental insan hüquqları sırasında mühum yer tutduğundan (Azərbaycan Respublikasının Konstitusiyasının 29-cu maddəsi, "İnsan Hüquqlarının və X1 haqqında" Avropa Konveniyasının 1 saylı Protokolunun 1-ci maddəsi, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1.2, 6.1.4, 6.1.7-ci maddələri), mülkiyyətçinin hüququ təsbit olunmuş səlahiyyətləri, yəni ona məxsus əmlaka sahib olmaq, öz tələblərinin təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək və üçüncü şəxslərin müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizələrinə görə və maraqlarına uyğun hərəkət etməyinə dair mənafeyi naminə iddiaçının xüsusi mülkiyyətində olan həyətyanı torpaq sahəsi boşaldılaraq, iddiaçının mülkiyyət hüquqları bərpa edilməlidir. Məhkəmə iclasında müəyyən edildi ki, mərhum həyat yoldaşı X2 Yevlax şəhər XDS İK-nin xx.xx.1979-cu il tarixli 21 saylı qərarı ilə Yevlax şəhərinin 22-ci kvartalından indiki Yevlax şəhəri, Bakı küçəsindən 450 kv.m torpaq sahəsi ayrılmışdır. X4 vəfat etdikdən sonra həmin torpaq sahəsinin üzərində mülkiyyət hüquqlarının reyestrində qeydiyyata alınaraq hüquqların dövlət reyestrindən çıxarış əldə etmək qərarına gəlmişdir. Bununla bağlı Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsin 17 saylı Yevlax Ərazi İdarəsinə müraciət etmişdir. Ərizənin icrası ilə əlaqədar Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsin 17 saylı Yevlax Ərazi İdarəsinin mütəxəssisi müəyyən müayinə və ölçü işləri aparmaq üçün həmin həyətə getmişlər, lakin cavabdeh onlara qarşı müayinə və ölçü işləri aparmağa süni manelər törətmişlər. Ona görə də orada inventarlaşma işlərinin aparılması mümkün olmamışdır. Ona görə də məhkəmə hesab edir ki, iddia təmin edilməli, Yevlax şəhəri, 22-ci kvartalında yerləşən torpaq sahəsinə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsin 17 saylı Yevlax Ərazi İdarəsinin əməkdaşları tərəfindən müəyyən inventarlaşdırma işlərinin aparılmasına Cavabdeh tərəfindən yaradılan süni maneələr aradan qaldırılmalıdır. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə iş üzrə sübutlara Azərbaycan Respublikasının MPM-nin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Azərbaycan Respublikasının MPM-nin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Yuxarıda qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İddia təmin edilsin. Yevlax şəhəri 22-ci kvartalda yerləşən torpaq sahəsinə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsin 17 saylı Yevlax Ərazi İdarəsinin əməkdaşları tərəfindən müəyyən inventarlaşdırma işlərinin aparılmasına Cavabdeh tərəfindən yaradılan süni maneələr aradan qaldırılsın. Cavabdeh ödənilmiş 100 (yüz) manat dövlət rüsumu İddiaçın xeyrinə tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Yevlax Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) apelyasiya şikayəti verilə bilər. Sədrlik edən Ruslan Əlizadə
Məhkəmə qərarları › İş №2(039)-1042/2025
Yevlax Rayon Məhkəməsi Qətnamə — İş №2(039)-1042/2025
15.05.2025 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver