Məhkəmə qərarları › İş №2(039)-1047/2021

Yevlax Rayon Məhkəməsi Qətnamə — İş №2(039)-1047/2021

30.06.2021 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Yevlax Rayou İş № 2(039)-1047/2021 30.06.2021 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Cavadova Günay İsmayıl qızının sədrliyi, Qasımov Nurlan Asif oğlunun katibliyi, iddiaçı “xxxx” KB Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X1, Cavabdeh1 iştirakı ilə, İddiaçı “xxxx” KB Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı fərdi yaşayış evindən istifadə hüququna xitam verilməsi tələbinə dair mülki işə Yevlax şəhərində məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı “xxxx” KB Açıq Səhmdar Cəmiyyəti cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə Yevlax Rayon Məhkəməsinə müraciət edərək, “xxxx” KB Açıq Səhmdar Cəmiyyətinin mülkiyyətində olan, Yevlax rayonu Əkşəm kəndində yerləşən 0,3422 ha torpaq sahəsi və onun üzərində yerləşən fərdi yaşayış evindən cavabdehlərin və onların yetkinlik yaşına çatmayan övladları Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 istifadə hüquqlarına xitam verilməsi barədə qətnaməsi çıxarılmasını xahiş etmişdir.(iddia tələbi dəqiqləşdirilmişdir) İddia tələbi onunla əsaslandırılmışdır ki, "xxxx" KB ASC hərrac vasitəsi ilə Yevlax rayonu Əkşəm kəndində yerləşən 0.3422 ha torpaq sahəsi və onun üzərində yerləşən fərdi yaşayış evini almışdır. Bu barədə DƏDRX tərəfindən verilmiş hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən əldə edilmiş çıxarışa əsasən 05.06.2020-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində ********** nömrəsi ilə 16 nömrəli reyestr kitabının 22 nömrəli vərəqində qeydiyyat aparılaraq, Yevlax rayonu Əkşəm kəndində yerləşən 0,3422 ha torpaq sahəsi və onun üzərində yerləşən fərdi yaşayış evinə "xxxx" KB ASC-nin mülkiyyət hüququ təsdiq edilmişdir. “xxxx” KB ASC-nin mükiyyətində olan Yevlax rayonu Əkşəm kəndində yerləşən 0,3422 ha torpaq sahəsi və onun üzərində yerləşən fərdi yaşayış evində hal-hazırda iş üzrə cavabdehlər qeydiyyatdadır və bu şəxslərin həmin fərdi yaşayış evində qeydiyyatda qalması iddiaçı "xxxx" KB ASC-nin mülkiyyət hüquqlarının icrasına müəyyən məhdudiyyətlər yaradır. Belə ki, həmin əmlakın qanuni özgəninkiləşdirilməsi bu şəxslərin iradəsindən asılı edilməkdədir. Lakin qeyd olunan mənzildə hazırda mülkiyyətçisi olan iddiaçı “xxxx” KB ASC ilə cavabdehlər arasında nə qanunla müəyyən edilmiş qaydada razılaşma var, nə də ki belə bir razılaşmanın rəsmi reyestrdə qeydi var. Cavabdehlərin həmin fərdi yaşayış evinə heç bir hüququ yoxdur. Bu səbəbdən keçmiş mülkiyyətçilər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 Yevlax rayonu Əkşəm kəndində yerləşən 0,3422 ha torpaq sahəsi və onun üzərində yerləşən fərdi yaşayış evində qeydiyyatda olması qeyri-qanunidir. Yevlax rayonu Əkşəm kəndində yerləşən 0,3422 ha torpaq sahəsi və onun üzərində yerləşən fərdi yaşayış evi kredit öhdəliyinin təminatı qismində ipoteka ilə yüklü edildiyindən hərrac vasitəsilə satılmışdır. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş cavabdehlər Cavabdeh2 məhkəmə iclasına gəlmədiyindən və gəlmədiyi barədə məhkəməyə heç bir məlumat vermədiyindən məhkəmə Azərbaycan Respublikası Mülki- Prosessual Məcəlləsinin 185-ci maddəsinin tələblərinə əsasən işə onun iştirakı olmadan baxmışdır. Məhkəmə iclasında iddiaçı Bankın nümayəndəsi X2 iddia tələbini müdafiə etdiyini və iddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh1 bildirdi ki, digər Cavabdeh2 onun gəlinidir, istifadə hüququna xitam verilməsi tələb olunan Haxverdi, Dəniz və Abdulla isə Gülnarın uşaqları, onun isə nəvələridir. O, bankla razılaşmaq və borcunu hissə-hissə ödəmək istəyir, lakin Bank ona yüksək məbləğdə ilkin ödəniş etməsini istəyir. Onun bu məbləği ödəməyə imkanı yoxdur və yaşamağa başqa yerləri olmadığı üçün çarəsiz vəziyyətdədirlər. Onlara köməklik göstərilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iş materiallarını araşdırıb, sübutları hərtərəfli tədqiq edərək hesab edir ki, aşağıda qeyd olunan əsaslara görə iddia təmin edilməlidir. İş materiallarında olan Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışdan görünür ki, Yevlax rayonu Əkşəm kəndində yerləşən 0,3422 ha torpaq sahəsi və onun üzərində yerləşən fərdi yaşayış evi xüsusi mülkiyyət hüququ əsasında "xxxx" KB ASC-nin adına 05.06.2020-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən müvafiq olaraq "mülkiyyətçi özgəsinin sahibliyindən öz əmlakını geri tələb edə bilər". Həmin məcəllənin 157.4.-cü maddəsinə əsasən əgər mülkiyyətçi qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər və bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 59.3-cü maddəsinə əsasən ipoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldildikdə və o satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidirlər, bu şərtlə ki, yaşayış evi və ya mənzil ipoteka müqaviləsi üzrə kreditin qaytarılması üçün ipoteka qoyulmuş olsun və ya ipoteka qoyanla birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvləri və digər şəxslər ipoteka müqaviləsi bağlanarkən həmin evə (mənzilə) tutma yönəldildikdə və o satıldıqda onu tərk etmək barədə notariat qaydasında təsdiq edilmiş öhdəlik götürmüş olsunlar. İpoteka müqaviləsi bağlandıqdan sonra həmin evə və ya mənzilə qeydiyyata alınmış şəxslər belə öhdəlik götürmüş sayılırlar. Beləliklə, məhkəmə hesab edir ki, iddia təmin edilməli, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və sonuncunun yetkinlik yaşına çatmayan övladları Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 “xxxx” KB Açıq Səhmdar Cəmiyyətinin mülkiyyətində olan Yevlax rayonu Əkşəm kəndində yerləşən 0,3422 ha torpaq sahəsi və onun üzərində yerləşən fərdi yaşayış evindən istifadə hüquqlarına xitam verilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119, 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdehlər Cavabdeh1, Cavabdeh2 və onun yetkinlik yaşına çatmayan uşaqları Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 “xxxx” KB Açıq Səhmdar Cəmiyyətinin mülkiyyətində olan Yevlax rayonu Əkşəm kəndində yerləşən 0,3422 ha torpaq sahəsi və onun üzərində yerləşən fərdi yaşayış evindən istifadə hüquqlarına xitam verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Yevlax rayon Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Günay Cavadova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar