Məhkəmə qərarları › İş №2(039)-1049/2025

Yevlax Rayon Məhkəməsi Qərardad — İş №2(039)-1049/2025

14.03.2025 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Yevlax Rayou İş № 2(039)-1049/2025 14.03.2025 YEVLAX RAYON MƏHKƏMƏSİ Yevlax Rayon Məhkəməsinin hakimi Əlizadə Ruslan Əliyar oğlu, İddiaçı cavabdehlər Cavabdeh1, Ucar rayon Bağman kənd S.Salmanov adına tam orta məktəbinə qarşı biologiya ixtisasi üzrə müəllim işlədiyi Ucar rayon Bağman kənd S.Salmanov adına tam orta ümumtəhsil məktəbində məktəb sənədlərinin ekspertiza edilməsi, 2022-ci ildən başlayaraq “Təbiət” fənninə aid dərs saatlarının qanunsuz bölgüsünə, həmçinin 2024-2025-ci il tədris ilində 11-ci sinifdə sinif rəhbərliyinin qanunsuz ləğvi ilə əlaqədar cəmi 9300 (doqquz min üç yüz) manat məbləğində dəymiş zərərin cavabdeh şəxslərdən tutularaq ona ödənilməsi barədə ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək, MÜƏYYƏN ETDİM: İddiaçı cavabdehlər Cavabdeh1, Ucar rayon Bağman kənd S.Salmanov adına tam orta məktəbinə qarşı biologiya ixtisasi üzrə müəllim işlədiyi Ucar rayon Bağman kənd S.Salmanov adına tam orta ümumtəhsil məktəbində məktəb sənədlərinin ekspertiza edilməsi, 2022-ci ildən başlayaraq “Təbiət” fənninə aid dərs saatlarının qanunsuz bölgüsünə, həmçinin 2024-2025-ci il tədris ilində 11-ci sinifdə sinif rəhbərliyinin qanunsuz ləğvi ilə əlaqədar cəmi 9300 (doqquz min üç yüz) manat məbləğində dəymiş zərərin cavabdeh şəxslərdən tutularaq ona ödənilməsi barədə ərizə ilə məhkəməyə müraciət etmişdir. Ərizədən və ona əlavə edilmiş sənədlərdən görünür ki, ərizə Azərbaycan Respublikası MPM-nin 149-cu maddəsinin tələblərinə uyğun, forma və məzmuna riayət edilmədən tərtib edilmişdir. Belə ki, ərizədən görünür ki, iddiaçı ərizədə Cavabdeh1, Ucar rayon Bağman kənd S.Salmanov adına tam orta məktəbi cavabdeh qismində göstərsə də lakin onların hər birinə qarşı yönələn tələb aydın deyil və Azərbaycan Respublikası MPM-nin 149-cu maddəsinin tələblərini əhəmiyyətli dərəcədə pozmuşdur. Ərizədən həmçinin görünür ki, iddiaçı cavabdehlərə bir-biri ilə əlaqədar olmayan bir neçə tələbi birləşdirilmişdir. Azərbaycan Respublikasının MPM-nin 152.1.7-ci maddəsinə əsasən, bir və ya bir neçə cavabdehə bir-biri ilə əlaqədar olmayan bir neçə tələb birləşdirildikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Azərbaycan Respublikasının MPM-nin 114.1.3-cü maddəsinə əsasən ərizə geri qaytarılarsa ödənilmiş dövlət rüsumu qaytarılır. Azərbaycan Respublikası MPM-nin 149.2-ci maddəsinin tələbinə görə, Ərizədə aşağıdakılar göstərilməlidir: 149.2.1. ərizənin verildiyi məhkəmənin adı; 149.2.2. iddiaçının, onun nümayəndəsinin (əgər iddia ərizəsini nümayəndə təqdim edirsə), cavabdehin və işdə iştirak edən digər şəxslərin, şahidin və məhkəmə iclasına dəvət etmək istədiyi digər şəxslərin soyadı, adı, atasının adı (hüquqi şəxsə münasibətdə adı), şəxsiyyəti eyniləşdirməyə imkan verən digər məlumatlar, yaşayış yeri və ya olduğu yer (həm faktiki, həm də rəsmi qeydə alındığı ünvanı), yazışmaların aparılmasının istənildiyi digər ünvan, olduğu halda – iş yerinin ünvanı, telefon nömrələri, o cümlədən mobil telefon nömrələri, elektron poçt ünvanı, cavabdehin və işdə iştirak edən digər şəxslərin eyniləşdirmə məlumatları (şəxsiyyət vəsiqəsinin seriya nömrəsi və ya VÖEN, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin, xarici hüquqi şəxslərin və ya onların nümayəndəsinin eyniləşdirmə məlumatları); 149.2.3. iddianın predmeti və qiyməti, iddiaçının və ya ərizəçinin tələbləri, onların öz tələblərinin əsası kimi istinad etdiyi fakt və hallar və onları təsdiq edən sübutların siyahısı, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb; 149.2.4. müqavilə ilə və ya həmin kateqoriya işlər üçün qanunla bu nəzərdə tutulmuşsa, cavabdehlə mübahisənin məhkəməyə qədər (pretenziya qaydasında) nizama salınmasına riayət edilməsinə dair məlumat; 149.2.4-1. “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, tərəflərin məhkəməyə müraciət etməzdən əvvəl mediasiya prosesində iştirakı tələb olunduğu halda, həmin tələbə riayət edilməsinə dair məlumat; Azərbaycan Respublikası MPM-nin 152.1-152.1.1-ci maddələrinə əsasən, iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə və ya bu Məcəllənin 150.1.1-ci maddəsində göstərilən sənədlər iddia ərizəsinə əlavə edilmədikdə, hakim iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılır. Ərizə bu məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş forma və məzmunu riayət edilmədən tərtib edildiyindən, ərizə və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. İddiaçıya izah edilməlidir ki, qeyd olunan nöqsanları aradan qaldırdıqdan sonra, təkrarən ərizə ilə məhkəməyə müraciət edə bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 152.1, 152.1.1 və 268-269-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: İddiaçı cavabdehlər Cavabdeh1, Ucar rayon Bağman kənd S.Salmanov adına tam orta məktəbinə qarşı biologiya ixtisasi üzrə müəllim işlədiyi Ucar rayon Bağman kənd S.Salmanov adına tam orta ümumtəhsil məktəbində məktəb sənədlərinin ekspertiza edilməsi, 2022-ci ildən başlayaraq “Təbiət” fənninə aid dərs saatlarının qanunsuz bölgüsünə, həmçinin 2024-2025-ci il tədris ilində 11-ci sinifdə sinif rəhbərliyinin qanunsuz ləğvi ilə əlaqədar cəmi 9300 (doqquz min üç yüz) manat məbləğində dəymiş zərərin cavabdeh şəxslərdən tutularaq ona ödənilməsi barədə ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. 04 mart 2024-cü il tarixli qəbzlə ödənilmiş 115 manat məbləğində dövlət rüsumu İddiaçı qaytarılsın. İddiaçıya izah edilsin ki, qeyd olunan nöqsanlar aradan qaldırıldıqdan sonra, təkrarən ərizə ilə məhkəməyə müraciət edə bilər. Qərardaddan 10 gün müddətində Yevlax Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Ruslan Əlizadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar