Azərbaycan Respublikası adından QƏTNAMƏ Yevlax Rayou İş № 2(039)-1050/2021 27.05.2021 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əlizadə Ruslan Əliyar oğlunun sədrliyi Cəlilov Ruslan Elmi oğlunun katibliyi ilə, İddiaçı nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdeh qarşı «nikahın etibarsız sayılması» tələbinə dair işə Yevlax Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı «nikahın etibarsız sayılması» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ilə onun arasında məcburiyyət qarşısında qalma, yanılma nəticəsində 05 may 2020-ci il tarixdə bağlanmış rəsmi nikahlarının etibarsız sayılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ünvanlayaraq, Cavabdeh ilə onun arasında 05 may 2020-ci il tarixdə bağlanmış nikahlarının pozulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı nümayəndəsi və vəkili Nümayəndə məhkəmə iclasında iddia tələbini müdafiə edərək izah etdi ki, tərəflər 05 may 2020-ci il tarixdə rəsmi nikah qeydindən keçməklə evlənmişlər. Lakin ailə kimi birgə yaşamamışlar. Hazırda nikahları formal xarakter daşıdığından iddiaçı məhkəməyə müraciət etmişdir. İddiaçı məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh məhkəməyə ərizə ünvanlayaraq, Bakı şəhərində yaşayır və işi ilə əlaqədar məhkəmə prosesində iştirak edə bilməyəcəyini nəzərə alınmasını; İddiaçı ilə 05 may 2020-ci il tarixli rəsmi nikahlarının tez bir zamanda pozulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iddiaçının nümayəndəsi və vəkilinin izahatını dinləyib, iş materiallarını nəzərdən keçirərək hesab edir ki, iddia təmin edilməlidir. İşə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilən AA******* saylı şəxsiyyət vəsiqəsinin surətindən məlum olur ki, İddiaçı xx xxxxxxxx 1982-ci il tarixdə anadan olmuşdur. İşə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilən DİN-nin BPQMİ-nin MAPS şöbəsi tərəfindən 31 mart 2021-ci il tarixdə verilmiş arayışdan məlum olur ki, Cavabdeh 08 noyabr 1986-cı il tarixdə Yevlax rayonu, Aran qəsəbəsində anadan olmuş, Yevlax rayonu, Aran qəsəbəsində qeydiyyatdadır. İşə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilən Bakı şəhəri Yasamal rayon Qeydiyyat şöbəsinin 12 mart 2021-ci il tarixli arayışından məlum olur ki, İddiaçı ilə X1 05 may 2020-ci il tarixdə rəsmi nikaha daxil olmaqla evlənmişlər. İşə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilən 5 saylı Bakı “ASAN xidmət” mərkəzində Qeydiyyat şöbəsinin 02 mart 2021-ci il tarixli 05/75-318 saylı məktubundan məlum olur ki, İddiaçı nikahın pozulması üçün məhkəməyə müraciət etməsi tövsiyyə olunmuşdur. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 16-ci maddəsinə əsasən nikaha xitam verilməsi müvafiq icra hakimiyyəti orqanı, bu Məcəllənin 19—21-ci maddələrində nəzərdə tutulmuş hallarda isə məhkəmə tərəfindən həyata keçirilir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 19.2-ci maddəsinə əsasən Ərarvadın razılığı olduqda, lakin onlardan biri müvafiq icra hakimiyyəti orqanında nikahın pozulmasından yayındıqda (ərizə verməkdən imtina etdikdə, nikahın pozulmasının dövlət qeydiyyatı üçün gəlmədikdə və s.) nikahın pozulması məhkəmə qaydasında həyata keçirilir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 20.1-ci maddəsinə əsasən Ərarvadın birgə yaşamasının və ailənin saxlanmasının qeyri-mümkünlüyü məhkəmə tərəfindən müəyyən edildikdə, nikah məhkəmə qaydasında pozulur. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 21.1-ci maddəsinə əsasən Yetkinlik yaşına çatmayan ümumi uşaqları olan ər-arvadın nikahın pozulmasına qarşılıqlı razılığı olduqda, eləcə də bu Məcəllənin 19.2-ci maddəsində göstərilən hallarda nikah onun pozulma səbəbləri məhkəmə qaydasında araşdırılmadan pozulur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə iş üzrə sübutlara Azərbaycan Respublikasının MPM-nin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Azərbaycan Respublikasının MPM-nin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Beləliklə, məhkəmədə aydın oldu ki, tərəflər 05 may 2020-ci il il tarixdə rəsmi nikah qeydindən keçməklə evlənmişlər. Birgə nikahlarından uşaqları olmamışdır. Ailə münasibətləri qeyri-normal hal aldığından ayrılıb ayrı yaşayırlar. İddiaçı nikahın pozulması tələbi ilə bağlı məhkəməyə iddia ərizəsi ünvanlayaraq nikahın pozulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Faktiki olaraq ailə mövcud deyildir. Aralarında qeyd edilmiş nikah formal xarakter daşıyır. Cavabdeh iddianı qəbul edir. Məhkəmə iclasında araşdırılmış sübutlar əsasında məhkəmə belə nəticəyə gəlir ki, iddia təmin edilməli, tərəflər arasında 05 may 2020-ci il tarixdə bağlanmış nikah pozulmalıdır. Tərəflərə izah olunmalıdır ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 36.9-cu maddəsinə əsasən nikah pozulduqda ər-arvadın ümumi əmlakının bölünməsi haqqında onların tələbinə 3 illik iddia müddəti tətbiq olunur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227 və 360cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. İddiaçı ilə Cavabdeh arasında Bakı şəhəri Yasamal rayon Qeydiyyat şöbəsində 05 may 2020-ci il tarixdə bağlanmış nikah pozulsun. Qətnamə rəsmi qaydada verildiyi gündən 01 (bir) ay müddətində Yevlax Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti vermək olar. Sədrlik edən Ruslan Əlizadə
Məhkəmə qərarları › İş №2(039)-1050/2021
Yevlax Rayon Məhkəməsi Qətnamə — İş №2(039)-1050/2021
27.05.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Nikahın etibarsız sayılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver