Azərbaycan Respublikası adından QƏTNAMƏ Yevlax Rayou İş № 2(039)-1055/2021 01.06.2021 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Cavadova Günay İsmayıl qızının sədrliyi, Qasımov Nurlan Asif oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “nikahın pozulması” tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “nikahın pozulması” tələbinə dair iddia ərizəsi ilə Yevlax Rayon Məhkəməsinə müraciət edərək, cavabdeh ilə aralarında olan 08.01.2002-ci il tarixli rəsmi nikah qeydinin pozulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, Cavabdeh ilə faktiki ailə quraraq evlənmiş, 08.01.2002-ci il tarixdə Yevlax rayon Qeydiyyat Şöbəsində qeydiyyatdan keçməklə nikahlarını rəsmiləşdirmişlər. Onların birgə evliliyindən 16.04.1999-cu il təvəllüdlü X1 və 09.04.2000-ci il təvəllüdlü X2 adlı uşaqları anadan olmuşdur. Cavabdehlə evləndiyi ilk günlərdən mehriban olsalar da, sonradan münasibətlərində soyuqluq yaranmağa başlamışdır. Cavabdeh ailədə onu bir qadın kimi saymamış, ona hörmət etməmiş, qayğı göstərməmişdir. Dəfələrlə cavabdehlə aralarında kəskin mübahisələr olmuşdur. Bir-birilərini başa düşmədiklərindən ayrılaraq ayrı yaşayırlar. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edərək və iddia ərizəsinə uyğun izahat verərək məhkəmədən iddianın təmin olunmasını xahiş etdi. Cavabdeh ərizə ilə məhkəməyə müraciət edərək, məhkəmə prosesinin onun iştirakı olmadan keçirilməsini, İddiaçı ona qarşı nikahın pozulması tələbinə dair iddasını qəbul etdiyini və vaxt verilmədən aralarındakı nikah qeydinin pozulmasını xahiş etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq və tərəflərin iddia tələbinə münasibətini nəzərə alaraq hesab edir ki, iddia təmin edilməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. İş materiallarında olan Yevlax rayon Qeydiyyat Şöbəsi tərəfindən 08 yanvar 2002cu il tarixdə verilmiş Vİİ-ЖГ 391536 №li nikah haqqında şəhadətnamədən görünür ki, Cavabdeh ilə X3 arasında bağlanmış nikah 2002-ci ilin yanvar ayının 08-ci günündə akt qeydləri kitabında 03 nömrə ilə qeyd edilmişdir. Nikah bağlandıqdan sonra ərə Abbasov, arvada isə Abbasova soyadı verilmişdir. Yevlax rayon qeydiyyat şöbəsi tərəfindən İddiaçı ünvanlanmış 770 №li, 22.04.2021ci il tarixli məktubla tərəflərdən biri gəlmədiyinə görə nikahın pozulmasının məhkəmə qaydasında həyata keçirilməli olduğu bildirilmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 19.1-ci maddəsinə əsasən bu Məcəllənin 17.2-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, ər-arvadın yetkinlik yaşına çatmayan ümumi uşaqları olduqda və ya ər (arvad) nikahın pozulmasına razı olmadıqda nikah məhkəmə qaydasında pozulur. Həmin Məcəllənin 20.1-ci maddəsinə əsasən ər-arvadın birgə yaşamasının və ailənin saxlanmasının qeyri-mümkünlüyü məhkəmə tərəfindən müəyyən edildikdə, nikah məhkəmə qaydasında pozulur. Hazırda, məhkəmə tərəflərin nikahın pozulmasında israrlı olduğunu və ailənin faktiki olaraq dağıldığını nəzərə alaraq hesab edir ki, tərəflərin birgə yaşaması və ailənin saxlanması qeyri-mümkündür. Həmçinin qeyd olunmalıdır ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 2.3-cü maddəsinə görə nikah kişi ilə qadının ailə qurmaq məqsədi ilə müvafiq icra hakimiyyəti orqanında qeydiyyata alınan könüllü ittifaqıdır. Odur ki, heç kəs iradəsinə zidd olaraq nikahda qalmağa məcbur edilə bilməz. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 22.1-ci maddəsinə əsasən nikah məhkəmə qaydasında pozularkən, ər-arvad məhkəməyə yetkinlik yaşına çatmayan uşaqlarının kiminlə qaldığını, uşaqların və (və ya) ehtiyacı olan və əmək qabiliyyəti olmayan ərin (arvadın) saxlanması üçün vəsaitin ödənilmə qaydasını, bu vəsaitin miqdarını və ər-arvadın ümumi birgə mülkiyyətinin bölünməsini müəyyən edən saziş təqdim edə bilərlər. Tərəflər məhkəməyə belə saziş təqdim etməmiş, tərəflərin birgə nikahdan olan uşaqları yetkinlik yaşına çatmışdır. Tərəflərə izah edilir ki, nikah pozulduqda ər-arvadın ümumi əmlakının bölünməsi haqqında onların tələbinə Azərbaycan Respublikası Ailə Məcəlləsinin 36.9-cu maddəsinə əsasən 3 illik iddia müddəti tətbiq olunur. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Abbasova (Səfərova) Elnarə Əzbər qızı ilə Cavabdeh arasında Yevlax rayon Qeydiyyat Şöbəsində 2002-ci ilin yanvar ayının 08-ci günündə akt qeydləri kitabında 03 nömrə ilə qeydə alınmış nikah pozulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Yevlax Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Günay Gavadova
Məhkəmə qərarları › İş №2(039)-1055/2021
Yevlax Rayon Məhkəməsi Qətnamə — İş №2(039)-1055/2021
01.06.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Nikahın etibarsız sayılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver