Azərbaycan Respublikası adından QƏRARDAD Yevlax Rayou İş № 2(039)-106/2021 01.02.2021 YEVLAX RAYON MƏHKƏMƏSİ Əlizadə Ruslan Əliyar oğlunun sədrliyi Cəlilov Ruslan Elmi oğlunun katibliyi ilə İddiaçı Cavabdeh qarşı «zəbt edilmiş torpaq sahəsindən cavabdehin çıxarılması» tələbinə dair işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı «zəbt edilmiş torpaq sahəsindən cavabdehin çıxarılması» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddia tələbinin təmin edilməsini, hüquqların Dövlət qeydiyyatı daşınmaz əmlakın dövlət reyestirindən xx.xx.2011-ci il qeydiyyat tarixlli, ********** qeydiyyat nömrəli, ******* nömrəli çıxarışla İddiaçı tam mülkiyyətinə verilmiş Yevlax şəhəri ,R. Behbudov küçəsi 63 saylı ünvanda yerləşən 0.045 ha torpaq sahəsinin Cavabdeh qonşu sərhəddi hissəsindən zəbt edilmiş 24 m2 torpaq sahəsindən onun çıxarılmasına, qonşu sərhədlərinin çıxarılmış hissəsinin cavabdeh tərəfindən bərpa edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı xx xxxxxx 2021-ci il tarixdə məhkəməyə ərizə təqdim edərək, işə hazırda baxılmasını istəmədiyi üçün iddia ərizəsini və ona əlavə edilmiş sənədlərin ona geri qaytarılmasını xahiş etmişdir. Cavabdeh xx xxxxxx 2021-ci il tarixdə məhkəməyə ərizə təqdim edərək, işə mahiyyəti üzrə baxılmasını tələb etmədiyini bildirdi. İddiaçı iddia ərizəsinin və ona əlavə edilmiş sənədlərin geri qaytarılmasına dair ərizəsinin dəlillərini, cavabdehin isə işə mahiyyəti üzrə baxılmasını tələb etməməsini nəzərdən keçirib hesab edirəm ki, iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 259.0.11-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması barədə ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. Hesab edirəm ki, İddiaçı Cavabdeh oğluna qarşı «zəbt edilmiş torpaq sahəsindən cavabdehin çıxarılması» tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 259, 259.0.11, 260, 263-264, 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı Cavabdeh oğluna qarşı «zəbt edilmiş torpaq sahəsindən cavabdehin çıxarılması» tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın. İddia ərizəsi və ona əlavə edilmiş sənədlər İddiaçı qaytarılsın. Qərardaddan qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Yevlax rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Ruslan Əlizadə
Məhkəmə qərarları › İş №2(039)-106/2021
Yevlax Rayon Məhkəməsi Qərardad — İş №2(039)-106/2021
01.02.2021 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver