Məhkəmə qərarları › İş №2(039)-1066/2024

Yevlax Rayon Məhkəməsi Qətnamə — İş №2(039)-1066/2024

08.05.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Yevlax Rayou İş № 2(039)-1066/2024 08.05.2024 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Kamil Çingiz oğlunun sədrliyi, Məmmədov Cavid Faiq oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi “doğum faktının müəyyən olunması tələbi barədə” ərizəsinə dair mülki işə mülki işə Yevlax Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi maraqlı şəxs olaraq Maraqlı şəxs qeyd etməklə, Yevlax Rayon Məhkəməsinə ərizə ilə müraciət edərək, övladı xx.xx.2016-cı il tarixdə anadan olmuş X2 Yevlax şəhərində doğum faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, onun X10 ilə birgə nikahlarından xx.xx.2016-cı il tarixdə X7 ev şəraitində anadan olmuşdur. Övladının doğum faktının tanınması zərurəti yaranmışdır və ona doğum haqqında şəhadətnamə verilməlidir. O, bununla bağlı Maraqlı şəxsnə müraciət etsə də, onun övladının tibbi sənədi olmadan ona doğum haqqında şəhadətnamənin verilməsinin mümkünsüz olduğunu və ona məhkəməyə müraciət etməli olduğunu bildirmişlər. Məhkəmə iclasında iştirak edən Ərizəçi məhkəmə baxışı zamanı ərizəsinin məzmununa uyğun izahat verərək ərizənin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar olunmuş maraqlı şəxsin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə, qeyd edilən halın işin baxılmasına mane olmadığını nəzərə alaraq, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəni və iş materiallarını araşdıraraq hesab edir ki, ərizə təmin edilməlidir. İş materiallarında olan və məhkəmə baxışı zamanı tədqiq edilmiş; Maraqlı şəxs ərizəçiyə ünvanladığı 2699 №-li, xx.xx.2023-cü il tarixli məktubdan görünür ki, doğum haqqında tibbi şəhadətnamənin təqdim edilməməsi əsası ilə qeydiyyat şöbəsi tərəfindən xx.xx.2016-cı il tarixdə anadan olmuş X4 doğum haqqında şəhadətnamənin verilməsindən imtina edilmişdir. Maraqlı şəxs tərəfindən xx.xx.2015-ci il tarixdə verilmiş AZ-İİ seriyalı 070103 №li nikah haqqında şəhadətnamədən görünür ki, X10 ilə Ərizəçi arasında xx.xx.2015-ci ildə nikah bağlanmışdır. Bu barədə akt qeydləri kitabında 365 nömrə ilə qeyd aparılmışdır. Nikah bağlandıqdan sonra ərə Kərimov, arvada Kərimova soyadı verilmişdir. Yevlax şəhər 1 saylı inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 4817 saylı xx.xx.2023-cü il tarixli aktdan görünür ki, adları göstərilən küçə sakinləri Şəlalə Kərimova, Nəzakət Kərimova, Nazilə Şəmilova, Könül Kərimova və Sevinc Kərimovanın iştirakları ilə akt tərtib edilərək X2 doğum haqqında şəhadətnaməki məlumatlar və fotoşəkil həmin şəxsə aiddir. Yevlax rayon X1 Hüquqi Şəxsinin tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli arayışdan görünür ki, xx.xx.2016-cı il tarixdə anadan olmuş X7 həmin xəstəxanada müayinədən keçmiş və sağlamdır. Maraqlı şəxs tərəfindən verilmiş xx.xx.2015-ci il tarixli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X5 xx.xx.2013-cü ildə Yevlax şəhərində doğulmuşdur və bu barədə 2023-cü il noyabr ayının 26-cı günündə 1009 saylı doğum haqqında akt qeydi tərtib olunmuşdur atası: X10; anası: Ərizəçidır. Maraqlı şəxs tərəfindən verilmiş xx.xx.2015-ci il tarixli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X6 xx.xx.2015-ci ildə Yevlax şəhərində doğulmuşdur və bu barədə 2015-ci il noyabr ayının 26-cı günündə 1010 saylı doğum haqqında akt qeydi tərtib olunmuşdur; atası: X10; anası: Ərizəçidır. Maraqlı şəxs tərəfindən verilmiş xx.xx.2017-ci il tarixli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X11 xx.xx.2017-ci ildə Yevlax şəhərində doğulmuşdur və bu barədə 2018-ci il iyun ayının 5-ci günündə 399 saylı doğum haqqında akt qeydi tərtib olunmuşdur atası: X10; anası: Ərizəçidır. Maraqlı şəxs tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X12 xx.xx.2019-cu ildə Yevlax şəhərində doğulmuşdur və bu barədə 2019-cu il sentyabr ayının 19-cu günündə 719 saylı doğum haqqında akt qeydi tərtib olunmuşdur; atası: X10; anası: Ərizəçidır. Maraqlı şəxs tərəfindən verilmiş xx.xx.2022-cü il tarixli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X8 xx.xx.2021-ci ildə Yevlax şəhərində doğulmuşdur və bu barədə 2019-cu il yanvar ayının 19-cu günündə 57 saylı doğum haqqında akt qeydi tərtib olunmuşdur; atası: X10; anası: Ərizəçidır. Maraqlı şəxs tərəfindən verilmiş xx.xx.2024-ci il tarixli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X14 xx.xx.2024-cü ildə Yevlax şəhərində doğulmuşdur və bu barədə 2024-cü il fevral ayının 24-cü günündə 139 saylı doğum haqqında akt qeydi tərtib olunmuşdur; atası: X10; anası: Ərizəçidır. Məhkəmə tərəfindən şahid qismində dindirilmiş X10 ifadəsində bildirmişdir ki, ərizəçi onun həyat yoldaşıdır. Qızı Məryəm xx.xx.2016-cı il tarixdə ev şəraitində doğulmuşdur. Məhkəmə tərəfindən şahid qismində dindirilmiş X3 və X13 ifadələrində bildirmişdir ki, ərizəçinin qonşusu və anası olduğunu bildirmişdirlər. Ərizəçinin yeddi uşağı olduğunun onlardan biri xx.xx.2016-cı il tarixdə bir qız uşağı ev şəraitində doğmuşdur. Beləliklə, işin araşdırılmış hallarından müəyyən edilir ki, ərizəçi Yevlax şəhərində xx.xx.2016-cı il tarixdə bir qız uşağı doğmuşdur, lakin doğuş ev şəraitində baş verdiyindən və bununla bağlı tibbi sənəd mövcud olmadığından ərizəçi uşağın adına “doğum haqqında şəhadətnamə” əldə edə bilmir və onun həmin sənədi başqa qaydada əldə etmək imkanı yoxdur. Ərizəçinin uşağını yuxarıda qeyd olunan tarixdə Yevlax şəhərində doğması faktı iş materialları və şahid ifadələri ilə təsdiq olunur. Məhkəmə hesab edir ki, ərizəçinin tələbinin başqa sənədlərlə sübuta yetirilməsi ərizəçinin iradəsindən asılı olmayan səbəblərdən mümkün olmadığından hüquqi faktın müəyyən edilməsi üçün şahid ifadələri kifayətdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.11-ci maddəsinə əsasən qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışsa, hüquqi əhəmiyyəti olan digər faktlar məhkəmə tərəfindən müəyyən edilir. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Qeyd edilənlərə qiymət verən məhkəmə hesab edir ki, ərizəçinin tələbi əsaslıdır və təmin edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 311-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. Ərizəçi xx.xx.2016-cı il tarixdə bir qız uşağını Yevlax şəhərində doğması faktı müəyyən edilsin. Bu qətnamə doğum akt qeydinin müvafiq icra orqanı tərəfindən aparılması üçün əsasdır. Qətnamədən, rəsmi qaydada verildiyi gündən bir ay müddətində Yevlax Rayon Məhkəməsi vasitəs ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Kamil Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar