Azərbaycan Respublikası adından QƏTNAMƏ Yevlax Rayou İş № 2(039)-107/2025 15.01.2025 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Kamil Çingiz oğlunun sədrliyi, Məmmədov Ruslan Fehruz oğlunun katibliyi, İddiaçı, Cavabdeh Yevlax şəhəri Mənzil Kommunal Təsərrüfat İstehsalat Birliyinin nümayəndəsi X5 iştirakları ilə, İddiaçı cavabdeh Yevlax şəhəri Mənzil Kommunal X2rşı xx.xx.2014-cü il tarixdən xx.xx.2020-ci illər üzrə 5 il 11 ay ərzində istifadə edilməyən məzuniyyət günləri üçün pul əvəzinin ödənilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Yevlax şəhəri Mənzil Kommunal X2rşı “xx.xx.2014-cü il tarixdən xx.xx.2020-ci illər üzrə 5 il 11 ay ərzində istifadə edilməyən məzuniyyət günləri üçün pul əvəzinin ödənilməsi tələbinə dair iddia ərizəsi ilə Yevlax Rayon Məhkəməsinə müraciət edərək, “xx.xx.2014-cü il tarixdən xx.xx.2020-ci illər üzrə 5 il 11 ay ərzində istifadə edilməyən məzuniyyət günləri üçün pul əvəzinin Mənzil Kommunal Təsərrüfat İstehsalat Birliyi tərəfindən ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmiş, sonradan məhkəmə hazırlıq iclası zamanı iddia həcminin artırılması tələbinə dair ərizə təqdim edərək onun iddia tələbinin həcminin hər gecikdirilmiş gün üçün ümumi məbləğə azı 1% olmaqla 189 manat 15 qəpik məbləğində artırılması və cavabdehdən cəmi 1643,95 manat tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, xx.xx.2014-cü il tarixdə 2/03 nömrəli əmrlə Yevlax şəhəri Mənzil Kommunal Təsərrüfat İstehsalat Birliyinə avtoqreyder sürücü vəzifəsinə təyin edilmiş və xx.xx.2014-cü il tarixli 259 N-li əmr ilə əmək Məcəlləsinin 10- 1.1-ci və 68-ci il maddəsinin 2-ci hissəsinin “a” bəndində onunla bağlanmış əmək müqaviləsinə xitam verilmişdir. Ümumi iş stajı 10 il 5 ay təşkil etmişdir. xx.xx.2020-ci il tarixdə Yevlax şəhəri İcra Hakimiyyətinin Başçısının 37 nömrəli sərəncamı ilə struktur dəyişikliyi ilə əlaqədar İcra Hakimiyyətinin tabeliyində olan MKTİB-ni bazasında İcra Hakimiyyətinin tabeliyində olan yeni MKTİB yaradılmış, əmr № 002/069 ilə Əmək Məcəlləsinin 70-ci maddəsinin “a” bəndinə əsasən onunla bağlanmış əmək müqaviləsinə xitam verilmişdir və həmin tarixdən, yəni xx.xx.2020-ci il tarixdən 033/057 nömrəli əmrlə yeni yaradılmış struktur olan MKTİB-ə avtopreyder sürücüsü vəzifəsinə təyin edilmişdir. Yevlax şəhəri İcra Hakimiyyəti Başçısının sözügedən sərəncamı ilə struktur dəyişikliyi ilə əlaqədar olaraq keçmiş MKTİB-nin bazasında yaradılmış yeni struktur olan MKTİB onun hüquqi varisidir, müssisə balansının Passivinin İİ. Hesablanmalar və s. Passivlər bölməsinin cəmi üzrə, o cümlədən əmək ödənişləri üzrə yeni yaradılmış MKTİB öhdəliklərini yerinə yetirməlidir. xx.xx.2024-cü il tarixdə işdən çıxarıldıqdan sonra ona yazılmış xx.xx.2020-ci il xx.xx.2024-cü illər üzrə 4 il 6 ay üzrə istifadə edilməyən məzuniyyətlər üçün pul əvəzinin ödənilməsi təmin edilmişdir. Ümumi stajı 10 il 5 ay olmasına baxmayara ona xx.xx.2014-cü il xx.xx.2020-ci illər üzrə 5 il 11 ay üzrə istifadə edilməyən məzuniyyətlər üçün pul əvəzinin ödənilməsindən imtina edilmişdir. Ona ödəniləcək ümumi məbləğin 43.2% (54 ay: 125 ay)-i ödənilmiş, 56.8% (71 ay: 125 ay)-dən isə imtina edilmişdir. Eyni zamanda hər gecikdirilmiş gün üçün ümumi məbləğə azı 1% ödənilməsi ilə bağlı bildiir ki, ona 5 il 11 ay ərzində ödənilməli olan hesablanmış 1454,82 manat pula əlavə 13 gün üçün 189,15 manat pul olmaqla cəmi 1643,95 manat pul ödənilməlidir. Əmək Məcəlləsinin 144.2-ci maddəsinə əsaslaraq, həmin məcəllənin 140.1ci maddəsində istinada edərək işə götürən tərəfindən xx.xx.2014-cü xx.xx.2020-ci illlər üzrə 5 ay 11 ay üzrə istifadə edilməyən məzuniyyətlər üçün ödənilməyən pul əvəzi hesablanmalı və MKTİB tərəfindən ona ödənilməlidir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edərək və iddia ərizəsinə uyğun izahat verərək məhkəmədən iddianın təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdeh Yevlax şəhəri Mənzil Kommunal Təsərrüfat İstehsalat Birliyinin nümayəndəsi X6 iddia tələbini qismən qəbul etdiyini, iddiaçıya ödənilməli olan xx.xx.2018-ci il tarixdən xx.xx.2020-ci il tarixədək 2 il 23 gün üçün məzuniyyət pulunun və xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixdək gecikdirilmiş hər gün üçün hesablanmış pulun ödənilməsinə razı olduqlarını bildirərək və məhkəmədən iddianın qismən qəbul edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, iş materiallarını araşdırıb, toplanmış və məhkəmə iclasında araşdırılmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. İş materiallarında olan və məhkəmə baxışı zamanı tədqiq edilmiş; Yevlax şəhər İcra Hakimiyyəti Mənzil Kommunal Təsərrüfatı Birliyinin 002 saylı, xx.xx.2020-ci il tarixli əmrin surətindən görünür ki, İddiaçı xx.xx.2020-ci il tarixdən əmək müqaviləsinə xitam verilməsinə əsas Əmək Məcəlləsinin 70-ci maddəsinin "a" bəndi olmuşdur. Yevlax şəhər İcra Hakimiyyəti Mənzil Kommunal Təsərrüfatı Birliyinin 003 saylı, xx.xx.2020-ci il tarixli əmrin surətindən görünür ki, İddiaçı xx.xx.2020-ci il tarixdən struktur dəyişikliyi ilə əlaqədar olaraq xx.xx.2020-ci il tarixindən ANTOQREYDER markalı 66-T-928 dövlət qeydiyyat nişanlı maşına sürücü vəzifəsinə təyin edilsin və maşın ona təhkim olunsun. Əmək haqqı ştat cədvəli üzrə ödənilsin. Yevlax şəhər İcra Hakimiyyəti Mənzil Kommunal Təsərrüfatı Birliyinin 029 saylı, xx.xx.2024-cü il tarixli əmrin surətindən görünür ki, Yevlax şəhər Mənzil Kommunal Təsərrüfatı Birliyinin Kommunal Təsərrüfatı Müəssisəsində sürücü vəzifəsində işləyən İddiaçı xx.xx.2020-ci il tarixdən xx.xx.2021-ci ili üçün əmək məzuniyyətinə buraxılsın. Yevlax şəhər İcra Hakimiyyəti Mənzil Kommunal Təsərrüfatı Birliyinin 259 saylı, xx.xx.2024-cü il tarixli əmrin surətindən görünür ki, Yevlax şəhər Mənzil Kommunal Təsərrüfatı Birliyinin Kommunal Təsərrüfatı Müəssisəsinin sürücüsü İddiaçı tutduğu vəzifəsindən azad edilsin. Yevlax şəhər İcra Hakimiyyəti MKTB-nin baş mühəsibi Əyyub Qaulyev axırıncı haqq-hesabın verilməsini təmin etsin. Yevlax şəhər İcra Hakimiyyəti Mənzil Kommunal Təsərrüfatı Birliyinin 5-9-22/2- 096/2024 saylı, xx.xx.2024-cü il tarixli məktundan görünür ki, İddiaçı ərizəsinə əsasən xx.xx.2014-cü il tarixdə Yevlax şəhər İcra Hakimiyyəti Kommunal X3 Avtoqreyder HD 215 markalı avtomaşına sürücü vəzifəsində təyin edilmişdir. xx.xx.2018-ci ildə isə öz ərizəsinə əsasən tutduğu vəzifədən azad edilmiş və son haqq-hesab hesablanıb ödənilmişdir. xx.xx.2018-ci il taxidə İddiaçı yenidən ərizəsinə əsasən Avtoqreyder HD-215 markalı avtomaşına sürücü vəzifəsinə təyin edilmişdir. xx.xx.2020-ci il tarixdə yaranmış Yevlax Şəhər İcra Hakimiyyəti Mənzil Kommunal Təsərrüfatı Birliyinin, Kommunal Təsərrüfatı Müəssisəsində işlədiyi dövr ərzində İddiaçı 2020-2021-ci il dövr üçün 30 yanvar 2024-cü il tarixdə mənzuniyyətdən istifadə etmişdir. xx.xx.2024-cü il tarixdə isə öz ərizəsinə əsasən işdən azad edilmiş və həmin dövr ərzində son haqq- hesab tərəfindən ödənilmişdir. Ləğv olunmuş Yevlax şəhəri Kommunal Təsərrüfatlı İstesalatı Birliyində köhnə illərə aid sənədlər MKTB-nə təqdim edilmiş və aparılmış araşdırma nəticəsində məlum olur ki, 09 mart 2018-ci ildən 01 aprel 2020-ci il tarixə qədər ləğv olunmuş Yevlax şəhər İcra Hakimiyyəti Kommunal X4 tərəfindən istifadə edilməmiş məzuniyyət günləri üçün son haqq- hesab ödənilməmiş qalır. Yevlax şəhər İcra Hakimiyyəti Mənzil Kommunal Təsərrüfatı Birliyinin 27 saylı, xx.xx.2024-cü il tarixli məktundan görünür ki, İddiaçı ödəniş kart hesabına xx.xx.2014-cü il tarixdən xx.xx.2020-ci ilə qədər olan dövürdə cədvəl üzrə əmək haqqı və istifadə etmədiyyi məzuniyyət günlərinə görə pul əvəzi olaraq son haqq-hesab köçürülmüşdür. Yevlax şəhər İcra Hakimiyyəti Mənzil Kommunal Təsərrüfatı Birliyinin 27 saylı, xx.xx.2024-cü il tarixli məktuna əlavə olunmuş ödəniş cədvəlindən və İddiaçı məxsus olmuş Kapitalbank kart hesabından xx.xx.2024-cü il tarixli çıxarışdan görünür ki, 2018-ci ilin mart ayında iddiaçıya 440,95 manat məbləğində istifadə edilməmiş məzuniyyət günləri üçün son haqq-hesab ödənilmişdir. Yevlax şəhər İcra Hakimiyyəti Mənzil Kommunal Təsərrüfatı Birliyinin 5-9-22/2- 001/2025 saylı, xx.xx.2025-ci il tarixli məktundan görünür ki, birliyin avtoqreyder sürücüsü işləmiş İddiaçı xx.xx.2024-cü il tarixində keçmiş Yevlax Kommunal Təsərrüfatı İstesalat birliyinə sürücü qəbul edilmiş, xx.xx.2018-ci il tarixdən işdən azad edilmiş və ona həmin iş illəri üçün istifadə etmədiyi məzunuyyəti günləri müqavilində pul əvəzi olaraq son haq hesab ödənilmişdir. xx.xx.2018-ci il tarixindən yenidən həmin müəssisəyə sürücü qəbul edilmiş və xx.xx.2020-ci ildə işdən azad edilmişdir. Vətəndaş İddiaçı xx.xx.2018-ci il xx.xx.2020-ci il iş illəri üçün istifadə edilməmiş məzuniyyət günləri üzrə yəni 2 il 23 gün üçün ona pul əvəzi olaraq son haqq-hesab edilməsini tələb edir. İddiaçı işdən çıxdığı tarixdən yəni xx.xx.2020-ci ildən etibarən keçmiş Yevlax Kommunal X1rşı istifadə etmədiyi məzunuyyət günləri üçün pul əvəzinin ödənilməsi barədə bir il keçdikdən sonra iddia qaldıra bilməz. Yevlax rayon İcra Hakimiyyəti Başcısının xx.xx.2020-ci il tarixli 37 saylı sərəncamı əsasında ləğv edilmiş Yevlax Kommunal Təsərrüfat Birliyinin varisi olaraq Yevlax şəhər Mənzil Kommunal Təssərrüfat Birliyi onun işdən çıxdığı tarixdən yəni xx.xx.2024-cü ildən Yevlax Rayon Məhkəməsinə müraciət etdiyi tarixədək olan dövr üçün onun bu tələbi üzrə həmin ödənc hesablanıb verilə bilər. xx.xx.2018-ci il xx.xx.2020-ci il tarixdə olan dövr üçün ödənilməmiş 2 il 23 gün müqavilində istifadə edilməyən məzuniyyət günlərinə uyğun olaraq son haqq hesabına ödənilməsinə etiraz etmir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 83.2-ci maddəsinə əsasən əmək müqaviləsinə xitam verilməsi barədə işəgötürənin əmri (sərəncamı, qərarı) onun tərəfindən imzalanmalı və müəssisənin möhürü ilə təsdiqlənməlidir. Bu əmrin surəti, işçinin əmək kitabçası və işəgötürənin son haqq-hesabı (istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi, işçiyə ödənilməli əmək haqqı və digər ödəmələr) ilə birlikdə sonuncu iş günü işçiyə verilməlidir. Həmin Məcəllənin 144.2-ci maddəsinə əsasən əmək müqaviləsinə xitam verilməsinin səbəbindən və əsasından asılı olmayaraq işçiyə işdən çıxan günədək hər hansı şərt və ya məhdudiyyət qoyulmadan istifadə etmədiyi bütün iş illərinin əsas məzuniyyətlərinə görə pul əvəzi ödənilməlidir. Həmin Məcəllənin 296-cı maddəsinin 4-cü bəndinə əsasən Pul və digər əmlak tələbləri ilə əlaqədar, həmçinin ziyan vurulmaqla bağlı yaranmış əmək mübahisələrinin həlli üçün işçi, hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 il ərzində məhkəməyə müraciət edə bilər. İşçilərin həyatına və sağlamlığına vurulmuş zərərin ödənilməsi haqqında tələblərə iddia müddəti şamil edilmir. Həmin Məcəllənin 296-cı maddəsinin 5-ci bəndinə əsasən Əmək haqqının verilməsi işəgötürənin təqsiri üzündən gecikdirildikdə və bu hal fərdi əmək mübahisəsi yaratmayıbsa, hər gecikdirilmiş gün üçün işçiyə əmək haqqının azı bir faizi məbləğində ödənc verilməlidir. Bu hal əmək mübahisəsi yaratdıqda həmin mübahisə bu Məcəllənin «Əmək mübahisələri» bölməsində nəzərdə tutulan qaydada həll edilir. “Azərbaycan Respublikası Əmək Məcəlləsinin 172-ci maddəsinin 5-ci hissəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 11 aprel 2023-cü il tarixli Qərarına əsasən 1. Əmək münasibətlərinin subyektlərin hüquq və mənafelərinin bərabərliyi prinsipi əsasında nizamlanmasını nəzərə alaraq, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 172-ci maddəsinin 5-ci hissəsində nəzərdə tutulmuş “hər gecikdirilmiş gün üçün işçiyə əmək haqqının azı bir faizi məbləğində ödənc verilməlidir” müddəası fərdi əmək mübahisəsinin yarandığı hala da şamil edilir. 2. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 296-cı maddəsinin 4-cü hissəsinə uyğun olaraq, işçi, hüququnun pozulduğunu aşkar etdiyi gündən 1 il ərzində ödəncin verilməsi barədə məhkəməyə müraciət edə bilər. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin təcrübəsində əməyin ödənilməsi ilə bağlı mübahisələrə baxılarkən mülkiyyət hüququnun müdafiəsini təmin edən “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyanın” 1 saylı Protokolunun 1-ci maddəsinə istinad edilir. Məhkəmə tərəfindən işə baxılması ona əsaslanır ki, əmək haqqının ödənilməsi mülkiyyətin əldə edilməsinin “qanuni gözlənti”sini təşkil edir. Bununla bağlı mübahisələndirilən ödəmə müqavilə və ya normativ aktla müəyyən edilməli və işəgötürənin müvafiq öhdəlikləri yaranmış olmalıdır. Əmək Məcəlləsinin 178-ci maddəsinin 1-ci hissəsində işəgötürənin maliyyə vəziyyətindən asılı olmayaraq işçiyə onun gördüyü işin müqabilində müəyyən edilmiş əmək haqqının bu Məcəllənin 172-ci maddəsi ilə müəyyən edilmiş müddətlərdə ödəməyə borclu olduğunu təsbit etmişdir. Mülki işin materiallarından və tərəflərin izahatlarından müəyyən olunur ki, iddiaçı xx.xx.2014-cü il tarixdən xx.xx.2018-ci il tarixədək Yevlax şəhəri Mənzil Kommunal Təsərrüfat İstehsalat Birliyində sürücü vəzifələrdə işləmiş, iddiaçı xx.xx.2018-ci il tarixindən yenidən həmin müəssisəyə sürücü qəbul edilmiş və xx.xx.2020-ci il tarixdə struktur dəyişikliyi ilə bağlı onunla bağlanmış əmək müqaviləsinə xitam verilmiş, həmin tarixdən də Yevlax şəhər Mənzil Kommunal Təssərrüfat Birliyində sürücü vəzifəsinə təyin edilmiş və xx.xx.2024-cü il tarixdə işdən azad edilmişdir. Yevlax rayon İcra Hakimiyyəti Başcısının xx.xx.2020-ci il tarixli 37 saylı sərəncamı əsasında Yevlax Kommunal Təsərrüfat Birliyi ləğv edilmiş və onun varisi olaraq Yevlax şəhər Mənzil Kommunal Təssərrüfat Birliyi yaradılmışdır. Eyni zamanda cavabdehin iddiaçının xx.xx.2018-ci ildən xx.xx.2020-ci il tarixdək istifadə edilməyən məzuniyyəti üçün ödənilməmiş borcu yaranmışdır. Belə ki, iş materiallarında olan sənədlərdən də müəyyən olunur ki, 2018-ci ilin mart ayında yəni işdən azad olunub 8 gün sonra yenidən işə qəbul olunduğu zaman iddiaçıya 440,95 manat məbləğində 2014-2018-ci illər ərzində istifadə edilməmiş məzuniyyət günləri üçün son haqq - hesab ödənilmişdir. Məhkəmə hesab edir ki, iddia tələbi qismən yəni “ödənilməmiş xx.xx.2018-ci ildən xx.xx.2020-ci il tarixdək istifadə edilməyən məzuniyyət günləri pulu və gecikdirilmiş əmək haqqına görə xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixdək olan dövr üçün bir faiz ödəncin verilməsi hissəsində qismən əsaslıdır və qismən təmin edilməlidir. Məhkəmə qeyd edir ki, işəgötürənin təqsiri üzündən gecikdirilmiş əmək haqqına görə müvafiq dövr üçün bir faiz ödəncin verilməsi tələbinin məsələ ilə bağlı fərdi əmək mübahisəsinin yaranmış olması əsası ilə rədd olunması Əmək Məcəlləsinin 172-ci maddəsinin 5-ci hissəsində müəyyən olunan müddəanın məqsədinə zidd olmaqla, işçiləri gecikdirilən vaxta görə qanunla təsbit edilmiş ödənci tələb etmək hüququndan da məhrum edir. Odur ki, əmək haqqının gecikdirilməsinə görə ödəncin verilməsi qaydası fərdi əmək mübahisəsi yarandığı halda da tətbiq edilməlidir. Əmək Məcəlləsinin 172-ci maddəsinin 5ci hissəsinin ikinci cümləsi onu ifadə edir ki, ödənc verilməsi mübahisə yaradarsa, onun həlli Əmək Məcəlləsinin “Əmək mübahisələri” bölməsində nəzərdə tutulan qaydada həll edilir. Yəni ödəncin verilməsi barədə mübahisəyə xüsusi qaydada “Əmək mübahisələri” bölməsində müəyyən edilmiş prosedura uyğun baxılmalıdır. İşçinin əmək haqqının gecikdirilməsinə görə ödənc barədə işəgötürənə qarşı tələbinə pul xarakterli tələb olaraq Əmək Məcəlləsinin 296-cı maddəsinin 4-cü hissəsində göstərilən bir illik müddət tətbiq olunmalıdır. Yuxarıda sadalanlara görə məhkəmə hesab edir ki, xx.xx.2018-ci ildən xx.xx.2020-ci il tarixdək istifadə edilməyən məzuniyyətə görə pul əvəzi və xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixdək hər gecikdirilmiş gün üçün işçiyə əmək haqqının azı bir faizi məbləğində ödənc cavabdeh Yevlax şəhəri Mənzil Kommunal Təsərrüfat İstehsalat Birliyi tərəfindən hesablanmalı və həmin məbbləğlər İddiaçı xeyrinə ödənilməlidir. İddia qalan hissədə təmin edilməməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. xx.xx.2018-ci ildən xx.xx.2020-ci il tarixdək istifadə edilməyən məzuniyyətə görə pul əvəzi və xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixdək hər gecikdirilmiş gün üçün işçiyə əmək haqqının azı bir faizi məbləğində ödənc cavabdeh Yevlax şəhəri Mənzil Kommunal Təsərrüfat İstehsalat Birliyi tərəfindən hesablansın və həmin məbbləğlər İddiaçı xeyrinə ödənilsin. Qalan hissədə iddia təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Yevlax Rayon Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Kamil Əliyev
Məhkəmə qərarları › İş №2(039)-107/2025
Yevlax Rayon Məhkəməsi Qətnamə — İş №2(039)-107/2025
15.01.2025 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver