Məhkəmə qərarları › İş №2(039)-1070/2020

Yevlax Rayon Məhkəməsi Qətnamə — İş №2(039)-1070/2020

05.10.2020 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Yevlax Rayou İş № 2(039)-1070/2020 05.10.2020 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əlizadə Ruslan Əliyar oğlunun sədrliyi Cəlilov Ruslan Elmi oğlunun katibliyi İddiaçı iştirakı ilə İddiaçı Cavabdeh qarşı «mənzildən cehiz əşyalarının çıxarılması» tələbinə dair mülki işə Yevlax Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı «mənzildən cehiz əşyalarının çıxarılması» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh məxsus olan cehiz əşyalarından ibarət olan əmlakın onun mülkiyyətində olan Yevlax şəhəri, Dəmiryolu binası 17, mənzil 5də yerləşən evindən çıxarılması barədə qətnamə çıxarılmasını xahiş etmişlər. Yevlax Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli 2(039)-1070/2020 saylı qiyabi qətnaməsi ilə iddia təmin edilmişdir. Cavabheh Cavabdeh məhkəmənin qiyabi qətnaməsinin ləğv olunması barədə etirazla məhkəməyə müraciət etmiş, qiyabi qətnamənin ləğv olunmasını və işə yenidən baxılmasını xahiş etmişdir. Yevlax Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli 2(039)-1070/2020 saylı qərardadı ilə məhkəmənin xx xxxx 2020-ci il tarixli 2(039)- 1070/2020 saylı qiyabi qətnaməsi ləğv edilmişdir. İddiaçı iddia tələbini müdafiə edərək izah etdi ki, oğlu İlqar Mahmudov cavabdehlə xx xxxxxx 2018-ci ildə faktiki ailə qurmaqla evlənmişlər. Nikahlarını xx xxxx 2019-cu il tarixdə rəsmiləşdirmişlər. Onlar bir ilə yaxın birlikdə yaşasalar da ailə münasibətləri baş tutmadığından ayrılmışlar. Nikahları məhkəmə qaydasında pozulmuşdur. Cavabdeh oğlu ilə ailə qurarkən özünə məxsus cehiz əşyalarını ona məxsus evə gətirmişdir. Lakin oğlu ilə ayrılıb gedərkən öz əmlaklarını aparmamışdır. Cavabdehin cehiz əşyalarının onun evində qalmasını istəmir. Evi darısqal olduğuna görə əşyalar çox yer tutur. Cavabdeh onun evindən cehiz əşyalarını könüllü olaraq çıxarmır. Hazırda cavabdeh Rusiya Federasiyasına getmişdir. İddiaçı məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh məhkəməyə teleqram ünvanlayaraq, işə onun iştirakı olmadan baxılmasını və iddianın rədd edilməsini xahiş etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib və iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarına əlavə olunmuş və məhkəmə iclasında tədqiq edilən Yevlax Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli 2(039)-145/2020 saylı qətnaməsinin surətindən məlum olur ki, X1 ilə Cavabdeh arasında xx xxxx 2019-cu il tarixdə bağlanmış nikah pozulmuşdur. İş materiallarına əlavə olunmuş və məhkəmə iclasında tədqiq edilən xx xxxx 2020ci il tarixli ********** saylı çıxarışdan məlum olur ki, ünvan 1 İddiaçı məxsusdur. Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsinin İ hissəsinə görə, Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsinin İİ hissəsinə görə insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsini heç kəs məhdudlaşdıra bilməz. İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyanın 1 saylı protokolunun «Mülkiyyətin müdafiəsi» haqqında 1-ci maddəsinin birinci bəndinin tələbinə görə, hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.1.4-cü maddəsinə əsasən, mülki qanunvericiliyin prinsiplərindən biri də, məhz mülkiyyətin toxunulmazlığıdır. Həmin Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Beləliklə məhkəmədə müəyyən edildi ki, X1 ilə Cavabdeh 2018-ci ildə evlənmişlər. Evləndikdən sonra Cavabdeh özünə məxsus cehiz əşyaları ilə birlikdə iddiaçıya məxsus ünvan 1 ünvanına köçmüşdür. X1 ilə Cavabdeh ayrılmışlar. Cavabdeh əmlakları iddiaçıya məxsus evdə qalmışdır. Cavabdeh məhkəməyə teleqram ünvanlayaraq iddianın rədd edilməsini xahiş etmişdir. Məhkəmə toplanmış sübutlara qərəzsiz, obyektiv hüququ qiymət verərək hesab edir ki, iddia təmin edilməli, Cavabdeh məxsus və ünvan 1 ünvanında yerləşən İddiaçı məxsus mənzildən yataq dəsti (taxt, tumbalar, şifoner və termo), Yataq otağı üçün pərdə, 1 ədəd balaca gəbə, 3 ədəd ayaqaltı, 1 ədəd sandıq, 2 ədəd güldan, termonun stolu, 1 ədəd taxt döşəyi, 1 ədəd yorğan, 1 ədəd pakrıval, 2 ədəd yastıq, 4 ədəd lüstur, 2 ədəd tək döşək, 1 ədəd tək yorğan, 4 ədəd yastıq, 5 ədəd döşəkçə üstünün pakrıvalı, 1 ədəd tozsovran, pərdə, 1 ədəd güldan içində 5 ədəd gül, 1 ədəd kamot üstünün qabları, 4 ədəd meyvə qabı, 2 ədəd giləmeyvə qabı, 2 ədəd güldan, 1 ədəd ikimərtəbə, 1 ədəd ləpə qabı, güzgü və bakalları, 1 ədəd tumba üstü nakidka, 1 ədəd karobkada pakrıval, ütü, gəbə, duxovka, multivarka, ütü stolu, paltarsərilən, 2 ədəd plastmas süzgənc, 4 ədəd plastmas ləyən, 1 ədəd tuj, 2 ədəd dəmir ləyən, 2 ədəd giləmeyvə qabı, 12 ədəd boşqab dəsti, 1 ədəd salfetka qabı, 4 ədəd bulud, 4 ədəd kasa, 5 ədəd qaraş kruşka, 2 ədəd su stəkanı tək, paltaryuyan, paltar səbəti, polsilən, süpürgə, uqlavoy divan, uqlavoy balaca masa, 1 ədəd stol, 3 gözlü ləpə qabı, süfrə, 6 ədəd oturacaq, suvenir, 1 ədəd yekə gəbə, 1 ədəd balaca gəbə, televizor, televizor altı, 3 ədəd meyvə qabı, 1 ədəd güldan, 1 ədəd servant, 1 ədəd bar, 3 ədəd kamotun dəsti, 5 ədəd bakal dəsti, 2 ədəd yekə meyvə qabı, 2 ədəd balaca meyvə qabı, 6 ədəd dəstlik servis, 3 gözlü qətdan, dividi, zal üçün pərdə, 3 ədəd karniz, saat, 1 ədəd güldan, mətbəxt mebeli, soyuduci, mikrodalğa, qaz, aspirator, su filtiri, mətbəxt üçün karniz və pərdə, 1 ədəd bıçaq dəsti, qazan dəsti, 2 ədəd qazanaltı, 3 taxta, 3 ədəd yekə ədviyyat qabı, 4 ədəd balaca ədviyyat qabı, 2 ədəd giləmeyvə qabı, tuj qazan dəsti (3 ədədli), 2 ədəd çaşka dəsti, 1 ədəd çaynik, soğandoğruyan, çaydan, tefal, mikser, ət maşını, 1 ədəd tək tuj qazan, 1 dəst tuj qazan, dolmabükən, 6 ədəd nəlbəki, 6 ədəd stakan, 3 ədəd ayaqlı rumka, 3 ədəd bakal, 2 ədəd yekə çaşka, 2 ədəd ayaqlı mürəbbə qabı, 6 ədəd giləmeyvə qabı, 2 ədəd limon qabı, 1 ədəd ləpə qabı adlı əşyaları çıxarılmalıdır. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh məxsus və ünvan 1 ünvanında yerləşən İddiaçı məxsus mənzildən yataq dəsti (taxt, tumbalar, şifoner və termo), Yataq otağı üçün pərdə, 1 ədəd balaca gəbə, 3 ədəd ayaqaltı, 1 ədəd sandıq, 2 ədəd güldan, termonun stolu, 1 ədəd taxt döşəyi, 1 ədəd yorğan, 1 ədəd pakrıval, 2 ədəd yastıq, 4 ədəd lüstur, 2 ədəd tək döşək, 1 ədəd tək yorğan, 4 ədəd yastıq, 5 ədəd döşəkçə üstünün pakrıvalı, 1 ədəd tozsovran, pərdə, 1 ədəd güldan içində 5 ədəd gül, 1 ədəd kamot üstünün qabları, 4 ədəd meyvə qabı, 2 ədəd giləmeyvə qabı, 2 ədəd güldan, 1 ədəd ikimərtəbə, 1 ədəd ləpə qabı, güzgü və bakalları, 1 ədəd tumba üstü nakidka, 1 ədəd karobkada pakrıval, ütü, gəbə, duxovka, multivarka, ütü stolu, paltarsərilən, 2 ədəd plastmas süzgənc, 4 ədəd plastmas ləyən, 1 ədəd tuj, 2 ədəd dəmir ləyən, 2 ədəd giləmeyvə qabı, 12 ədəd boşqab dəsti, 1 ədəd salfetka qabı, 4 ədəd bulud, 4 ədəd kasa, 5 ədəd qaraş kruşka, 2 ədəd su stəkanı tək, paltaryuyan, paltar səbəti, polsilən, süpürgə, uqlavoy divan, uqlavoy balaca masa, 1 ədəd stol, 3 gözlü ləpə qabı, süfrə, 6 ədəd oturacaq, suvenir, 1 ədəd yekə gəbə, 1 ədəd balaca gəbə, televizor, televizor altı, 3 ədəd meyvə qabı, 1 ədəd güldan, 1 ədəd servant, 1 ədəd bar, 3 ədəd kamotun dəsti, 5 ədəd bakal dəsti, 2 ədəd yekə meyvə qabı, 2 ədəd balaca meyvə qabı, 6 ədəd dəstlik servis, 3 gözlü qətdan, dividi, zal üçün pərdə, 3 ədəd karniz, saat, 1 ədəd güldan, mətbəxt mebeli, soyuduci, mikrodalğa, qaz, aspirator, su filtiri, mətbəxt üçün karniz və pərdə, 1 ədəd bıçaq dəsti, qazan dəsti, 2 ədəd qazanaltı, 3 taxta, 3 ədəd yekə ədviyyat qabı, 4 ədəd balaca ədviyyat qabı, 2 ədəd giləmeyvə qabı, tuj qazan dəsti (3 ədədli), 2 ədəd çaşka dəsti, 1 ədəd çaynik, soğandoğruyan, çaydan, tefal, mikser, ət maşını, 1 ədəd tək tuj qazan, 1 dəst tuj qazan, dolmabükən, 6 ədəd nəlbəki, 6 ədəd stakan, 3 ədəd ayaqlı rumka, 3 ədəd bakal, 2 ədəd yekə çaşka, 2 ədəd ayaqlı mürəbbə qabı, 6 ədəd giləmeyvə qabı, 2 ədəd limon qabı, 1 ədəd ləpə qabı qabı adlı əşyaları çıxarılsın. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Yevlax Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Ruslan Əlizadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar