Azərbaycan Respublikası adından QƏTNAMƏ Yevlax Rayou İş № 2(039)-1076/2024 01.08.2024 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əlizadə Ruslan Əliyar oğlunun sədrliyi Cəlilov Ruslan Elmi oğlunun katibliyi İlkin iddia üzrə iddiaçı qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı və vəkili X12 İlkin iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh və vəkili X13 iştirakı ilə İlkin iddia üzrə iddiaçı qarşılıqlı iddia üzrə cavabdeh (bundan sonra iddiaçı) İddiaçı ilkin iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddiaçı (bundan sonra cavabdeh) Cavabdeh qarşı «cavabdehin ona məxsus torpaq sahəsindən çıxarılması» və Cavabdeh İddiaçı qarşı «pul» tələbinə dair işə Yevlax Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı «cavabdehin ona məxsus torpaq sahəsindən çıxarılması» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, JN-0028 saylı (kod ********) torpağa mülkiyyət hüququna dair dövlət aktına əsasən onun və ailə üzvlərinin (əri X9, qızı X6 və oğlu X10) xüsusi mülkiyyətinə verilmiş Yevlax rayonu, Malbinəsi kəndində yerləşən 2.61 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən Cavabdeh çıxarılması, həmin torpaq sahəsindən istifadə etməyinə cavabdeh tərəfindən törədilən maneələrin aradan qaldırılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh İddiaçı qarşı «pul» iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh İddiaçı 40000 manat pul vəsaitinin və məhkəmə məsrəfləri təşkil edən 210 manat dövlət rüsumu və 320 manat vəkilə ödənilmiş haqqın cavabdehdən tutularaq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Qarşılıqlı iddia ərizəsi icraata götürülmüşdür. İddiaçı iddia tələbinə etirazla məhkəməyə müraciət edərək, 2(039)-1076/2024 saylı mülki iş üzrə Cavabdeh qarşılıqlı iddia ərizəsi tamamilə əsassız olduğu üçün rədd edilməsini xahiş etmişdir. Cavabdeh məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ünvanlayaraq, hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən 26 mart 2015-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəsi olan, **********89 reyestr nömrəsi olan ******* nömrəli çıxarışa əsasən Yevlax rayonu, Malbinəsi kəndində yerləşən 2.6065 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin hazırki bazar qiyməti ilə dəyərinin, yəni 31581 manat pul vəsatinin, 8000 manat əldən çıxmış faydanın, məhkəmə məsrəfləri təşkil edən 1010 manatın cavabdeh İddiaçı onun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəməyə iddia müddətinin tətbiq edilməsi barədə ərizə ünvanlayaraq, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh ona qarşı ümumilikdə 40591 manat mıbləğində pul tələbinə dair qarşılıqlı iddia ərizəsi bir illik iddia müddətinin keçməsinə görə rədd edilməsini xahiş etmişdir. İddiaçı izah etdi ki, torpaq ona və ailə üzvlərinə məxsusdur. 2007-ci ildə 4000 manat müqabilində torpağı Cavabdeh icarəyə vermişlər. Lakin icarə müddəti bitdikdən sonra dəfələrlə Cavabdeh torpaqdan çıxmasını xahiş etsələr də, torpaqdan çıxmamışdır. Hazırda torpağını tələb edir. Cavabdeh torpaqdan istifadə edərək, gəlir götürmüşdür. Bu səbəbdən də Ənvərə pul verməli deyil. İddiaçı vəkili X19 iddia tələbini müdafiə edərək izah etdi ki, iddiaçının və ailə üzvlərinin Yevlax rayonu, Malbinəsi kəndində 2.61 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi var. Həmin torpaq sahəsini cavabdehə 2007-ci ildə 10 il müddətinə icarəyə vermişlər. İcarə müddəti 2017-ci ildə bitsə də, cavabdeh torpaq sahəsindən çıxmamışdır. Hazırda iddiaçı cavabdehin ona və ailə üzvlərinə məxsus torpaq sahəsindən çıxarılmasını istəyir. Qarşılıqlı iddianı qəbul etmirlər. Çünki tərəflər arasında heç vaxt alqı-satqı münasibəti olmamışdır. Aralarında yalnız icarə münasibəti olmuşdur. Alqı-satqı müqaviləsi olsaydı belə cavabdeh iddia müddətini ötürmüşdür. Cavabdehin hazırki tələbi kəsici müddətə aiddir. Yəni bildiyi vaxtdan bir illik müddət ötmüşdür. Bu səbəblərdən də qarşılıqlı iddia rədd edilməlidir. Cavabdeh məhkəmə iclasında izah etdi ki, 2007-ci ildə Xanlar Mustafayevlə torpağın alqı-satqısı ilə bağlı razılığa gəlmişlər. Kəndin digər ərazisində, yəni ona əlverişli olmayan hissəsində özünə məxsus torpaq sahəsini sataraq, iddiaçının torpağını almışdır. 6000 manat pulu qızı ilə birlikdə İddiaçı vermişdir. Aralarında yalnız alqı-satqı olmuşdur. Lakin müqavilə lazımı qaydada rəsmiləşdirilməmişdir. Belə ki, torpaq sənədlərində natamamlıq olduğundan notariat ofisinə gedərək, alqı-satqını rəsmiləşdirməmişlər. Həmin torpaqdan da hazırda istifadə edir. Torpağın hazırki dəyərinin iddiaçıdan tutularaq ona verilməsini istəyir. Cavabdeh vəkili X20 məhkəmə iclasında izah etdi ki, tərəflər arasında olan razılığa əsasən Cavabdeh İddiaçı 2007-ci ildə 6000 manat ödəməklə ona və ailə üzvlərinə məxsus 2.61 ha torpaq sahəsini almışdır. Lakin müəyyən səbəblərdən alqı-satqı notariat ofisində rəsmiləşdirilməmişdir. Məhkəmə iclasında dindirilmiş şahidlər də, tərəflər arasında alqısatqı münasibəti olduğunu bildirmişlər. İddia müddəti ilə bağlı qeyd edir ki, iddia müddəti şəxsin hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu vaxtdan hesablanır. Cavabdeh vicdanlı alıcı kimi torpağı alıb, hüququnun pozulduğunu isə iddiaçı məhkəməyə müraicət etdiyi vaxt bilib. Bu səbəbdən də hər hansı bir müddət ötürülməmişdir. Məhkəmənin əvvəlki iclasında şahid qismində dindirilmiş X32 ifadə verərək göstərdi ki, qayınatasında məxsus fermer təsərrüfatının içində Cavabdeh məxsus torpaq sahəsi var idi. O Cavabdeh torpağın ona satmasını xahiş etmişdir. Həmin vaxt torpağın qiyməti 1500 manat idi. Onun xahişindən 5-6 ay sonra Cavabdeh ona bildirdi ki, kənddə satılan torpaq sahəsi tapmışdır və həmin torpağı almaq üçün 3.31 ha torpaq sahəsini ona satmışdır. Məlahət xanımı tanımır. Lakin Cavabdeh pulu hissə-hissə vermək istəyəndə, Cavabdeh razılaşmadı ki, o da torpaq alır və pulunu tam şəkildə verdim. Tərəflər arasında olan söhbəti eşitməmişdir. Məhkəmənin əvvəlki iclasında şahid qismində dindirilmiş X15 ifadə verərək göstərdi ki, Məlahət onun bacısıdır. Ənvər isə qaynıdır. Ənvər gilə qonaq gedərkən, Ənvər ona bildirdi ki, bacısı gildən torpaq almşdır. Lakin torpağı neçəyə alıb, necə razılaşıblar bilmir. Ənvərdən eşitmişdir ki, torpağı satın alıb, lakin aralarında nə danışıq olub onun dəqiqini bilmir. Aralarında narazılıq olanda bacısından soruşanda bacısı ona torpağı icarəyə verdiyini bildirmişdir. Məhkəmənin əvvəlki iclasında şahid qismində dindirilmiş X27 ifadə verərək göstərdi ki, iddiaçı və cavabdeh onun həmkəndliləridir. Həmin torpaq sahəsi bir neçə il onun icarəsində olmuşdur. Xanlar torpağı onun icarəsindən götürüb Ənvərə satmışdır. Belə ki, Xanlarla kənddə rastlaşmış və torpağı neynədiyini soruşmuş və Xanlar da torpağı Ənvərə satdığını bildirmişdir. O da “Allah xeyir versin” demişdir. Sonradan Ənvər həmin torpaq sahəsinə yonca bitkisi əkmişdir. Heç kəs o müddətə o pulu verib icarəyə torpaq götürməz. Torpaq satılmışdır. Ənvərdən soruşmuşdur ki, torpağı rəsmiləşdiribdir mi, Ənvər yox demişdir. Rəsmiləşdirilmənin problemini Xanlar yaradıb. Torpağın satılmasında və pulun verilməsində iştirak etməmişdir. Məhkəmənin əvvəlki iclasında şahid qismində dindirilmiş X24 ifadə verərək göstərdi ki, iddiaçı və cavabdeh onun həmkəndliləridir. Ənvərlə birlikdə mal otaranda, Ənvər ona demişdir ki, Xanların torpağını almışdır. Hansı qaydada aldığını soruşarkən, Ənvər bir yolluq aldığını bildirmişdir. Lakin Ənvər səhlənkarlıq edərək torpağı rəsmiləşdirməmişdir. Hazırda niyə bu vəziyyət yarandığını bilmir. Torpağın satılmasını və ya icarəyə verilməsi məsələsini bilmir. Lakin kənd camahatı deyir ki, Ənvər Xanların torpağını biryolluq almışdır. Torpağın satılmasında və pulun verilməsində iştirak etməmişdir. Məhkəmənin əvvəlki iclasında şahid qismində dindirilmiş X28 ifadə verərək göstərdi ki, iddiaçı və cavabdeh onun həmkəndliləridir. Təxminən 15 il öncə onun torpağı kənddən aralı olduğu üçün Ənvərdən xahiş etmidir ki, kəndə yaxın ərazidə torpaq satan olsa ona xəbər etsin. Ənvər də ona bildirdi ki, Xanların torpağını almışdır. Xanlarda 0.9 hektar torpaq sahəsi var onu da satır. Həmin 0.90 ha torpaq sahəsini də Xanlardan o almışdır. Lakin rəsmiləşdirmədilər. Oğlunun müalicəsi üçün pul lazım olduğundan həmin torpaq sahəsini 2100 manata Ənvərə yenə də sənədsiz satmışdır. Həmin torpaq sahəsi Xanların anasının və nənəsinin adına olan torpaq idi. Torpağın satılmasında və pulun verilməsində iştirak etməmişdir. Məhkəmənin əvvəlki iclasında şahid qismində dindirilmiş X25 ifadə verərək göstərdi ki, Ənvər onun qardaşıdır. Ənvərin torpağı kənddən uzaq olduğu üçün öz torpağını satıb Məlahətin torpağını almışdır. Məlahətin torpağı kəndə yaxın körpünün yaxınında yerləşir. Ənvər torpağı almamışdan ona Xanların torpağını almaq istədiyini bildirmişdir. Məhkəmənin əvvəlki iclasında şahid qismində dindirilmiş X16 ifadə verərək göstərdi ki, Ənvər onun əmisi oğludur. Məlahət torpağı satıb Ənvər də alıb. Bu məsələni bütün kənd bilir. Torpağın satılmasında və pulun verilməsində iştirak etməmişdir. Məhkəmənin əvvəlki iclasında şahid qismində dindirilmiş X17 ifadə verərək göstərdi ki, iddiaçı və cavabdeh onun həmkəndliləridir. Onların fermer kartı var. 2022-ci ildə kartın müddəti bitdi. Həmin vaxt kartları dəyişmədilər. Lakin kartın müddətinin uzadılması üçün Kapital Bank ASC-yə yaxınlaşmalı idilər. Banka gedərkən Xanlar da maşında idi. Bankda növbə götürən zaman, bir növbə özünə, bir növbə Ənvərə bir növbə də Xanlara dötürmüşdür. Növbə kağızını Xanlara verərkən Xanlar onun torpağının olmadığını və növbə istəmədiyini bildirmişdir. Həmin vaxt Xanlar dedi ki, “mən torpağı neyniyirəm. Torpağı Ənvərə satıb canımı qurtarmışam”. Məhkəmənin əvvəlki iclasında şahid qismində dindirilmiş X14 ifadə verərək göstərdi ki, əvvəllər kəndin məktəbində direktor vəzifəsinə işləyirdi. Ənvər ona yaxınlaşaraq, uşaqları barəsində arayış istəmişdir. Ənvərdən arayışın nə üçün lazım olduğunu soruşarkən, Ənvər torpağı uzaq olduğundan torpağını satıb kəndə yaxın ərazidən torpaq alacağını bildirmişdir. Sonradan kənddə eşitmişdir ki, Ənvər Xanların torpağını almışdır. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, ilkin iddia təmin, qarşılıqlı iddia qismən təmin edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş 26 mart 2015-ci il qeydiyyat tarixli ********** qeydiyyat nömrəli çıxarışın surətindən məlum olur ki, X1, İddiaçı, X7 və X2 Yevlax rayonu, Malbinəsi kəndi ərazisində mülkiyyətində 2.6065 hektar torpaq sahəsi vardır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş 26 mart 2015-ci il qeydiyyat tarixli ********** qeydiyyat nömrəli çıxarışın surətindən məlum olur ki, X8 Yevlax rayonu, Malbinəsi kəndi ərazisində mülkiyyətində 0.65 hektar torpaq sahəsi vardır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş 26 mart 2015-ci il qeydiyyat tarixli ********** qeydiyyat nömrəli çıxarışın surətindən məlum olur ki, X3 Yevlax rayonu, Malbinəsi kəndi ərazisində mülkiyyətində 0.65 hektar torpaq sahəsi vardır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən 04 aprel 2024-cü il tarxli qəbzdən məlum olur ki, Cavabdeh 210 manat dövlət rüsumu ödəmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən 04 aprel 2024-cü il tarxli qəbzdən məlum olur ki, Cavabdeh Yevlax şəhər Vəkil Bürosuna 320 manat xidmət haqqı ödəmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi Yevlax X38 Mərkəzinin 24 iyun 2024-cü il tarxli məktubundan məlum olur ki, Yevlax rayonu, ərazisində 1 hektar yonca sahəsini rayonun torpaq iqlim şəraitinə uyğun olaraq mövsüm ərzində 4-5 dəfə biçmək olur. Biçin sayına uyğun olaraq orta hesabla hər hektar sahədən 150-200 ədəd ot kipi götürmək mümkün olur. Bir ədəd ot kipinin çəkisinin orta hesabla 20-22 kq olduğunu nəzərə alsaq, 1 hektar yonca sahəsindən bir təsərrüfat ili ərzində 14-15 ton məhsul götürmək olur. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş 24 may 2024-cü il qeydiyyat tarixli ********** qeydiyyat nömrəli çıxarışın surətindən məlum olur ki, X1 Yevlax rayonu, Malbinəsi kəndi ərazisində mülkiyyətində 0.6516 hektar torpaq sahəsi vardır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş 29 aprel 2024-cü il qeydiyyat tarixli ********** qeydiyyat nömrəli çıxarışın surətindən məlum olur ki, X1 Yevlax rayonu, Malbinəsi kəndi ərazisində mülkiyyətində 0.65 hektar torpaq sahəsi vardır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Əmlakın Qiymətləndirirlməsi MMC-nin 03 may 2024-cü il tarixli ƏQ-331/2024 saylı rəyindən məlum olur ki, X4 məxsus Yevlax rayonu, Malbinəsi kəndində yerləşən 2.61 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin likvid dəyəri 28710 manat, real bazar dəyəri 31581 manat müəyyən edilmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Əmlakın Qiymətləndirirlməsi MMC-nin 03 may 2024-cü il tarixli ƏQ-330/2024 saylı rəyindən məlum olur ki, X11 məxsus Yevlax rayonu, Malbinəsi kəndində yerləşən 0.65 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin likvid dəyəri 7150 manat, real bazar dəyəri 7865 manat müəyyən edilmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Əmlakın Qiymətləndirirlməsi MMC-nin 03 may 2024-cü il tarixli ƏQ-332/2024 saylı rəyindən məlum olur ki, X5 məxsus Yevlax rayonu, Malbinəsi kəndində yerləşən 0.65 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin likvid dəyəri 7150 manat, real bazar dəyəri 7865 manat müəyyən edilmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Əmlakın Qiymətləndirmə 2021 MMC-nin 29 iyul 2024-cü il tarixli ƏQ-106/2024 saylı rəyindən məlum olur ki, Yevlax rayonu, Malbinəsi kəndində yerləşən 2.61 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin orta bazar dəyəri 25400 manat müəyyən edilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ bəndində görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 110-cu maddəsinə əsasən, torpaq sahələrini özbaşına tutmuş şəxslər qanunvericiliklə müəyyən edilmiş qaydada məsuliyyət daşıyırlar. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 111.1-ci maddəsinə əsasən torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.1.4-cü maddəsinə əsasən, mülki qanunvericiliyin prinsiplərindən biri də, məhz mülkiyyətin toxunulmazlığıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 354.2-ci maddəsinə əsasən Bu Məcəllənin 347.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, maraqlı şəxs əqdin bağlanmasına təsir etmiş zorakılığa və ya hədəyə son qoyulduğu gündən və ya əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. Vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış əqd mübahisəyə əsasən məlum olduğu andan bir ay ərzində mübahisə edilə bilər. Azərbaycan Respublikası MM-nin 372.1-ci maddəsinə əsasən, Başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Azərbaycan Respublikası MM-nin 372.2-ci maddəsinə əsasən, hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. Azərbaycan Respublikası MM-nin 373.1-ci maddəsinə əsasən, Ümumi iddia müddəti on il təşkil edir. Azərbaycan Respublikası MM-nin 373.3-cü maddəsinə əsasən, Vaxt aşırı icra edilməli öhdəliklərdən irəli gələn tələblər üzrə iddia müddəti üç ildir. Azərbaycan Respublikası MM-nin 374.1-ci maddəsinə əsasən, Əgər müqavilədə başqa hal nəzərdə tutulmayıbsa, iddia müddətləri və onların hesablanması qaydası bu Məcəllə ilə müəyyənləşdirilir. Azərbaycan Respublikası MM-nin 374.2-ci maddəsinə əsasən, İddia müddətləri axımının dayandırılması və kəsilməsi əsasları bu Məcəllə ilə müəyyənləşdirilir. Azərbaycan Respublikası MM-nin 375.1-ci maddəsinə əsasən, hüququn müdafiəsi haqqında tələb iddia müddətinin keçməsindən asılı olmayaraq məhkəmə tərəfindən baxılmağa qəbul edilir. Azərbaycan Respublikası MM-nin 375.2-ci maddəsinə əsasən, Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Azərbaycan Respublikası MM-nin 377.1-ci maddəsinə əsasən, İddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Bu qaydadan istisnalar bu Məcəllə ilə müəyyənləşdirilir. Azərbaycan Respublikası MM-nin 560.1-ci maddəsinə əsasən, Mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. Azərbaycan Respublikası MM-nin 560.2-ci maddəsinə əsasən, Hüquqdan suiistifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1091.1-ci maddəsinə əsasən Əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1092.1-ci maddəsinə əsasən Varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1093.1-ci maddəsinə əsasən Öhdəliyin icrası üçün deyil, varlanmış şəxsin hər hansı hərəkəti yerinə yetirməsi və ya yerinə yetirməməsi üçün varlanmış şəxsə nə isə verən məhrum olan, varlanmış şəxsin əməli gözlənilən məqsədə uyğun olmadıqda verdiyini geri tələb edə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 13.7-ci maddəsinə əsasən, Azərbaycan Respublikası Konstitusiyasının və qanunlarının şərhi məhkəmə üçün o halda məcburidir ki, bu şərh Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin qərarında verilmiş olsun. «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair» 27 dekabr 2001-ci il tarixli qərarında Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi qeyd etmişdir ki, qanun və məhkəmə qarşısında bərabərlik hər bir mülki işə eyni qaydada, eyni prosessual formalarda, onlarda iştirak edən şəxslər üçün eyni təminatlarla baxılması ilə təmin edilir. Bununla işin nəticələrində maraqlı olan şəxslərin qanuni tələblərinin bərabər ödənilməsinə nail olunur, bütün vətəndaşlara məhkəmə qarşısında öz mənafelərini qorumaq üçün bərabər imkanlar yaradılır. Prosessual hüquq bərabərliyinə görə tərəflər öz hüquq və mənafelərini müdafiə etmək üçün prosessual vasitələrdən real istifadə etmək imkanına malikdirlər. Həmin imkanlar qanunla və məhkəmə ilə təmin edilir. Bu müddəalar həmçinin iddia müddətinə də aiddir. İddia müddətinin əhəmiyyəti aşağıdakılardan ibarətdir: birinci, o, hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını vaxtında müdafiə etməyə məcbur edir, müqavilə və maliyyə intizamının nizamlanmasına kömək edir; ikinci, iddia müddəti institutu mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir; üçüncü, iddia müddəti tərəflərə üzərindən çox vaxt ötmüş mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır. Məhkəmə iclasında müəyyən edildi ki, hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş 26 mart 2015-ci il qeydiyyat tarixli ********** saylı qeydiyyat nömrəli çıxarış əsasında X1, İddiaçı, X7 və X2 Yevlax rayonu, Malbinəsi kəndi ərazisində mülkiyyətində 2.6065 hektar torpaq sahəsi vardır. 2007-ci ildə tərəfələr arasında olan razılığa əsasən iddiaçıya və ailə üzvlərinə məxsus torpaq sahəsini cavabdeh almışdır. Lakin alqı-satqı lazimi qaydada rəsmiləşdirilməmişdir. İddiaçı Cavabdeh qarşı «cavabdehin ona məxsus torpaq sahəsindən çıxarılması» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, JN-0028 saylı (kod ********) torpağa mülkiyyət hüququna dair dövlət aktına əsasən onun və ailə üzvlərinin (əri X9, qızı X6 və oğlu X10) xüsusi mülkiyyətinə verilmiş Yevlax rayonu, Malbinəsi kəndində yerləşən 2.61 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən Cavabdeh çıxarılması, həmin torpaq sahəsindən istifadə etməyinə cavabdeh tərəfindən törədilən maneələrin aradan qaldırılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh qarşılıqı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçıdan 31581 manat pul vəsatinin, 8000 manat əldən çıxmış faydanın, məhkəmə məsrəfləri təşkil edən 1010 manatın cavabdeh İddiaçı onun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə qeyd edir ki, qarşılıqlı iddia üzrə Azərbaycan Respublikası Mülki Məcəllənin 135.10 və 157.7-ci maddələrinə əsaslanaraq bildirir ki, əşyanın yaxşılaşdırılması üçün edilmiş əlavələri ondan ayırmaq mümkün deyilsə, vicdanlı sahib əşyanın dəyərindən artıq olmamaq şərti ilə onu yaxşılaşdırmaq üçün çəkdiyi xərcin ödənilməsini tələb edə bilər. Çünki əşyadan ayrıla bilməyən əlavələr sıx fiziki bağlılıq və ya qarışma nəticəsində əsas əşyanın tərkib hissəsi kimi onun mülkiyyətçisinə məxsus olur. Həmçinin məhkəmə qeyd edir ki, işdə olan sənədlərdən və tərəflərin məhkəmələrə verdikləri məlumatlardan işin mübahisəsiz halları kimi müəyyən olunur ki, iddiaçı özünə və ailə üzvlərinə məxsus torpaq sahəsini cavabdehə 4000 manat pul qarşılığında satmışdır, sənədlərdə natamalıq olduğundan həmin torpaq sahəsini cavabdehin adına rəsmiləşdirmək mümkün olmamışdır. Tərəflər arasında qanunvericiliyin tələbinə uyğun əqd (alğı-satqı müqaviləsi) olmadığından, cavabdeh iddiaçıya əsassız olaraq pul vəsaiti vermiş, bunun müqabilində istifadəsinə verilmiş torpaq sahəsində özgə işlərini tapşırıqsız vicdanla aparmışdır. Mülki qanunvericiliyə əsasən əşyanın tərkibinə daxil olan və dağıdılmadan, zədələnmədən və ya dəyişdirilmədən ondan ayrıla bilməyən hər şey əşyanın tərkib hissəsidir. Əşyanın mülkiyyətçisi onun bütün tərkib hissələrinin mülkiyyətçisidir. Məhkəmə qarşılıqlı iddia tələbinin torpaq sahəsinin real bazar dəyərinin iddiaçıdan alınmasına dair hissəsinə münasibətdə bildirir ki, "xxxx" MMC-nin 29 iyul 2024-cü il tarixli rəyinə əsasən Yevlax rayonu Malbinəsi kəndi ərazisində yerləşən 2.6065 ha torpaq sahəsinin orta bazar qiyməti 25400 manat təşkil edir. Qarşılıqlı idia üzrə iddiaçı Cavabdeh qarşılıqlı iddia tələbində cavabdehdən 31581 manat məbləğində pul tələb edir ki, həmin vəsait torpağa görə ödənilmiş 4000 manatı, yaxşılaşdarma ilə bağlı xərclənmiş vəsait torpağın hazırki real bazar dəyərini 25400 manatı özündə ehtiva edir. Göstərilənlərlə bağlı Məhkəmə qeyd edir ki, 2007-ci ildə torpaq sahəsinin dəyərinin 4000 manatdan hazırki 25400 manata qədər qalxması yalnız bazar qiymətlərinin dəyişməsi ilə deyil, həm də torpağa yaxşılaşdırmalar olaraq çəkilmiş xərclər ilə əlaqədardır. Yəni torpağın qiyməti hazırki real bazar dəyəri 25400 manat müəyyən edilməklə torpağa çəkilmiş xərclər bu məbləğə daxil edilir. Əşyaya əlavə edilmiş yaxşılaşdırmalar onun ümumi dəyərini artırdığı üçün mülkiyyətçi dəyərin artdığı həcmdə varlanmış olur. Başqa sözlə, artmış dəyər müvafiq yaxşılaşdırmaları ona çəkilmiş xərclərlə birlikdə özündə ehtiva edir. Ona görə də yaxşılaşdırmaları götürə bilməyən sahib (Cavabdeh) həm yaxşılaşdırmanın dəyərini, həm də bu dəyərin əmələ gəlməsi üçün çəkilmiş xərci mülkiyyətçilərdən tələb edə bilməz. Məhkəmə hesab edir ki, qarşılıqlı iddia üzrə cavabdehlərdən iddiaçının xeyrinə tutulacaq vəsaitin ümumi miqdarı müəyyən edilərkən, mütəxəssis rəyi və mübahisəli torpaq sahəsinin hazırkı bazar iqtisadiyyatında tələb və təklifə uyğun olaraq dəyəri əsas götürülməli, yaxşılaşdırmalarla bağlı çəkilmiş xərc nəzərə alınmamalıdır. Məhkəmə qeyd edir ki, cavabdeh torpaqdan istifadə etməsini məhkəmə iclasında etiraf etmişdir. Həmçinin məhkəmə qeyd edir ki, iddiaçı qarşılıqlı iddia üzrə iddia müddətinin tətbiq edilməsini xahiş etsə də, cavabdehə qarşı torpaqdan çıxarılma tələbi ilə məhkəməyə ilk dəfə 2024-cü il tarixdə müraciət etdiyindən və cavabdeh torpağı aldığını bildiyindən iddia müddəti tətbiq edilə bilməz. Belə ki, cavabdehin hüququnun pozulmasını 2024-cü ildə bilmiş yəni onun iddiaçıdan pul tələb etmək hüququ MM-nin 377.1-ci maddəsinin tələbinə uyğun olaraq 2024-cü ildə yaranmışdır. İddiaçı məhkəmə iclasında torpağın icarəyə verildiyini və onlara 4000 manat pul verildiyini bildirsə də, buna dair məhkəməyə sübut təqdim etməmişdir. Məhkəmə iclasında dindirilmiş şahidlərin ifadıri ilə iddiaçının pulu alarkən torpağı icarəyə vermək yox, torpağı satmaq niyyətləri olması öz əksini tapmışdır. Bundan başqa məhkəmə qeyd edir ki, 2007-ci il üzrə həmin ərazidə, həmin ölçüdə və həmin qiymətə torpaq sahəsinin alması mümkün olduğundan, cavabdehin eyni pulu ödəyərək torpaq sahəsini icarəyə götürməsi ağılabatan deyil. Ona görə də məhkəmə hesab edir ki, ilkin iddia təmin edilməli, İddiaçı və ailə üzvlərinin mülkiyyətində olan 2.61 ha torpaq sahəsindən Cavabdeh çıxarılmalı və həmin torpaq sahəsindən istifadə etməyinə cavabdeh tərəfindən törədilən maneələrin aradan qaldırılmalıdır. Qarşılıqlı iddia qismən təmin edilməli, İddiaçı 25400 manat pul, 240 manat ödənilmiş dövlət rüsumu, 450 manat mütəxəssis rəyinin alınması haqqı və 320 manat vəkil haqqı alınaraq Cavabdeh verilməlidir. Qarşılıqlı iddia qalan hissədə rədd edilməlidir. İddiaçı 150 manat ekspertiza xərci tutularaq "xxxx" MMC-nə ödənilməlidir Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 191.3-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 220.6-cı maddəsinə əsasən Məhkəmə qətnamənin icra qaydası və müddətini müəyyən etdiyi və ya onun icrasının təmin edilməsi üçün tədbirlər gördüyü hallarda, bunu qətnamənin nəticə hissəsində göstərməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 223.3-cü maddəsinə əsasən Həmin hərəkətlər yalnız cavabdeh tərəfindən edilə bilərsə, məhkəmə qətnamənin icra edilmə müddətini qətnamədə göstərir. İnsan hüquqlarinin və əsas azadlıqlarinin müdafiəsi haqqinda Avropa Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsində göstərilir: «Hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç bir kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Məhkəmə iş üzrə sübutlara Azərbaycan Respublikasının MPM-nin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, ərizədə qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Azərbaycan Respublikasının MPM-nin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Məhkəmə, şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İlkin iddia təmin edilsin. İddiaçı və ailə üzvlərinin mülkiyyətində olan 2.61 ha torpaq sahəsindən Cavabdeh çıxarılsın. Həmin torpaq sahəsindən istifadə etməyinə cavabdeh tərəfindən törədilən maneələrin aradan qaldırılsın. Qarşılıqlı iddia qismən təmin edilsin. İddiaçı 25400 manat pul, 240 manat ödənilmiş dövlət rüsumu, 450 manat mütəxəssis rəyinin alınması haqqı və 320 manat vəkil haqqı alınaraq Cavabdeh verilsin. Qarşılıqlı iddia qalan hissədə rədd edilsin. İddiaçı 150 manat ekspertiza xərci tutularaq "xxxx" MMC-nə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Yevlax Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə (Elektorn Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) apelyasiya şikayəti verilə bilər. Sədrlik edən Ruslan Əlizadə
Məhkəmə qərarları › İş №2(039)-1076/2024
Yevlax Rayon Məhkəməsi Qətnamə — İş №2(039)-1076/2024
01.08.2024 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver