Məhkəmə qərarları › İş №2(039)-108/2020

Yevlax Rayon Məhkəməsi Qətnamə — İş №2(039)-108/2020

20.05.2020 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Yevlax Rayou İş № 2(039)-108/2020 20.05.2020 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Cavadova Günay İsmayıl qızının sədrliyi, Qasımov Nurlan Asif oğlunun katiblii, İddiaçı nümayəndəsi X2, cavabdehlər X8, X13 və onun vəkili X4, maraqlı şəxs Yevlax rayon Varvara Bələdiyyəsinin sədri X5 iştirakları ilə, İddiaçı cavabdehlər X14, X16 və X10 qarşı qanunsuz aparılmış tikililərin sökülməsi tələbinə dair mülki iş üzrə keçirilən açıq məhkəmə iclasında MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər X14, X16 və X10 qarşı qanunsuz aparılmış tikililərin sökülməsi tələbinə dair iddia ərizəsi ilə Yevlax Rayon Məhkəməsinə müraciət edərək, cavabdehlər tərəfindən Yevlax rayonu Varvara kənd qəsəbəsində yerləşən 8 mənzilli, 3 nömrəli binanın 2-ci girişində qanunsuz aparılmış tikililər-hamam, mal tövləsi və dəmir konstruksiyalı çardağın cavabdehlərin hesabına sökülməsi və yaşayış mənzilinə giriş-çıxış yolunun açılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırılmışdır ki, o, Yevlax rayonu Varvara kəndində yerləşən 8 mənzilli, 3 nömrəli binanın 2-ci girişində yerləşən 8 nömrəli evdə ailə üzvləri ilə birlikdə yaşayır. Həmin mənzil xüsusi mülkiyyətindədir. Binanın 1-ci mərtəbəsində yaşayan cavabdehlər yaşadıqları mənzilin giriş hissəsini tamamilə hasara almışlar. Hasarın içərisində qanunsuz olaraq qeyri-qanuni mal tövləsi, hamam və onun evinin pəncərəsini tamamilə kəsən dəmir konstruksiyasiyalı çardaq inşa etmişlər. Ona məxsus evə giriş, dolayı yolla gediş-gəliş çətin olduğu üçün hazırda həmin evdə yaşamır. Müvəqqəti olaraq kirayədə qalır. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi X3 iddianın məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehlər Cavabdeh, Razi Əliyev və Nailə Məmmədova izahat verərək iddia tələbini qəbul etmədiklərini bildirdilər və məhkəmədən iddia tələbinin rədd edilməsini xahiş etdilər. Məhkəmə iclasında iştirak edən cavabdeh Razi Əliyevin vəkili Hüseyn Abbasov qeyd olunan ünvanda tikilən tikililərin iddiaçının gediş-gəliş yoluna heç bir maneə törətmədiyini, həmin tikililərin iddiaçıya məxsus torpaq sahəsində tikilmədiyini, iddiaçının hazırkı iddia tələbini irəli sürməyə subyektiv hüququnun olmamasını əsas gətirərək məhkəmədən iddia tələbinin rədd edilməsini xahiş etdi. Məhkəmə iclasında maraqlı şəxs Yevlax rayon Varvara Bələdiyyəsinin sədri X15 izahatında bildirdi ki, tərəflərin yaşadıqları mənzillər onların xüsusi mülkiyyətindədir, həmin mənzillərin yerləşdiyi torpaq sahəsi isə bələdiyyə mülkiyyətinə aid deyil. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, iş materiallarını araşdırıb, toplanmış və məhkəmə iclasında araşdırılmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarında olan Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş RX seriyalı, ******* saylı çıxarışdan müəyyən olunur ki, İddiaçı Yevlax rayonu Varvara kəndində yerləşən 3 saylı evin, 8 saylı mənzilinə xüsusu mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin MA seriyalı,0365019 №li, çıxarışdan görünür ki, Cavabdeh Yevlax rayonu Varvara kəndində yerləşən 3 saylı evin 6 saylı mənzilinə xüsusi mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestirində qeydiyyata alınmışdır. İş materiallarında olan Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx xxxx 2020-ci il tarixli 23586 saylı rəyindən görünür ki,Yevlax rayonu Varvara kəndində yerləşən 3 saylı binanın 2-ci girişində yaşayış binasına bitişik 7,0 m enində 11,0 m uzunluğunda və 3,6 enində 16,7 m uzunluğunda quraşdırılmış talvar, 2,2 m enində 3,55 m uzunluğunda hamam və 6,7m enində, 8,0 m uzunluğunda inşa olunmuş tövlə dair hər-hansı bir icazə sənədləri olmadığı üçün həmin tikinti işlərini Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2000-ci il tarixli 160 №-li qərarı ilə təsdiq edilmiş “Təsdiq olunmuş şəhərsalma sənədləri üzrə yeni obyektlərin yerləşdirilməsi, bina və qurğularda yenidən planlaşdırma aparılması, mövcud şəhərsalma obyektlərində dəyişikliklər edilməsinin tərtibatçılarla və sənədləri təsdiq edən müvafiq icra hakimiyyəti orqanları ilə razılaşdırılması qaydalarının 4.1 və 4.2. bəndlərinin tələblərinə, şəhərsalma və tikinti norma qaydalarına uyğun inşa olunmadığı müəyyən edilmişdir. Beləliklə məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, iddiaçı və Cavabdeh Yevlax rayonu, Varvara kəndində yerləşən 3 saylı evin müxtəlif mənzillərinin mülkiyyətçiləridir və onlar ailə üzvləri ilə birlikdə həmin mənzillərdə yaşayırlar. Cavabdehlər qeyd olunan yaşayış evinin ümumi istifadədə olan həyətyanı torpaq sahəsində heç bir icazə sənədi olmadan hamam, mal tövləsi və dəmir konstruksiyalı çardaq quraşdırmışlar. Qeyd olunan tikililər iddiaçının öz mənzilinə giriş-çıxışının məhdudlaşdırılmasına səbəb olmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinə əsasən, mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur(maddə 152.1). Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın(maddə 152.5). Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər(maddə 157.4). Sahiblik qadağan edilmiş özbaşınalıq yolu ilə pozulduqda sahib pozucudan pozuntulara son qoymağı tələb edə bilər(maddə 165) Sadalanan əsaslarla iddiaçı yaşayış evinin yerləşdiyi və ümumi istifadədə olan torpaq sahəsi üzərindəki hüquqlarından istifadə edərək orada tikilmiş özbaşına tikililərin sökülməsini tələb etməkdə haqlıdır. Çünkü Mülki Məcəllənin 180.4-cü maddəsinə görə tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarım və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, cavabdehlər tərəfindən Yevlax rayonu Varvara kənd qəsəbəsində yerləşən 8 mənzilli, 3 nömrəli binanın 2-ci girişində qanunsuz inşa edilmiş tikililər-hamam, mal tövləsi və dəmir konstruksiyalı çardaq cavabdehlərin hesabına sökülməli və həmin ünvanda yerləşən 8 saylı yaşayış mənzilinə giriş-çıxış yolu açılmalı və iddia təmin edildiyindən 100 manat ekspertiza xərci cavabdehlərdən tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdehlər X19, X20 və X17 tərəfindən Yevlax rayonu Varvara kəndində yerləşən 3 saylı binanın 2-ci girişində inşa edilmiş hamam, mal tövləsi və dəmir konstruksiyalı çardaq onların vəsaiti hesabına sökülsün və həmin ünvanda yerləşən 8 saylı mənzilə giriş-çıxış yolu açılsın. Cаvаbdеhlər X9, X11 və X6 müştərək qayada 100 manat ekspertiza xərci tutularaq Dövlət xəzinədarlığı Agentliyi; Kodu 210005; VÖEN**********; Müxbir hesab AZ41NABZ********************; SFİFT BİK CTREAZ22; Məhkəmə Ekspertizası Mərkəzi VÖEN **********; Hesab AZ34CTRE******************** hesaba ödənilsin. Qətnamədən məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən bir ay müddətində Yevlax Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Günay Cavadova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar