Azərbaycan Respublikası adından QƏTNAMƏ Yevlax Rayou İş № 2(039)-1086/2021 17.08.2021 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əlizadə Ruslan Əliyar oğlunun sədrliyi Məhkəmə iclasının katibi Cəlilov Ruslan Elmi oğlunun katibliyi Ərizəçi iştirakı ilə Ərizəçi maraqlı orqan Maraqlı şəxsnə qarşı «şəxsin xəbərsiz itkin düşmüş elan edilməsi» haqqında ərizəsi üzrə mülki işə Yevlax Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Ərizəçi maraqlı orqan Maraqlı şəxsnə qarşı «şəxsin xəbərsiz itkin düşmüş elan edilməsi» haqqında ərizə ilə məhkəməyə müraciət edərək, oğlu 04 dekabr 1991-ci il təvəllüdlü X1 ölmüş elan edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi məhkəməyə dəqiqləşdirmə ərizəsi ünvanlayaraq, 04 dekabr 1991-ci il təvəllüdlü X1 itkin düşmüş elan edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi ərizəni müdafiə edərək izah etdi ki, 04 dekabr 1991-ci il təvəllüdlü X4 onun oğludur. O, 2015-ci ilin dekabr ayının 20-də işə Suriya Dövlətinə getmək adı ilə evdən çıxmış, həmin vaxtdan bir daha evə qayıtmayaraq itkin düşmüşdür. 2013-cü ilin mart ayında bu barədə Suriyanın Azərbaycandakı rəsmi səfirliyinə və Qızıl Aypara Cəmiyyətinə müraciət edilmiş, onun haqqında axtarış verilsə də, heç bir məlumat olmamışdır. Oğlu onda olan məlumatlara görə Suriyaya getmiş, orada özü müdafiə qüvvələrinə qoşulmuş, döyüşlərdə iştirak etmiş və həlak olmuşdur. Ailəsi və uşaqları orada qalmış, sonra isə İraq Respublikasına gətirilmiş oradan çox çətinliklə onun uşaqları Azərbaycana gətirilmiş və Tibbi Müəssisəyə yerləşdirilmişdir. Oğlu isə Suriyada döyüşlərində iştirak edərək ölmüşdür. Onun ölüm xəbərini 2014-cü ilin may ayında bildilər. Həmin vaxt buradan çoxsaylı adamlar ora getmişdir. Oğlunun da ölməsini internetdə görmüşdür. 2014-cü ilin may ayının 30-da bu xəbəri eşitmiş və görmüşdür. Həmin tarixdən oğlundan heç bir xəbər və məlumat yoxdur. Aldığı məlumat odur ki, döyüşə gedən zaman başından və sinəsindən çox saylı qəlpə yarasından ölmüşdür. Onun arvadı hazırda İrak Respublikasında həbsdədir. Ağır vərəm xəstəsi olduğundan ondan belə xəbərləri hazırda yoxdur. Bütün əlaqələri kəsilmişdir. Oğlundan isə 7 ildir ki, heç bir məlumat, xəbər yoxdur. Bildiyi odur ki, Rusiya Hərbi hava qüvvələri oranı bombardıman edəndən sonra oğlu da çox saylı qəlpə yarasından ölmüşdür. Hazırda o sosial hüquqlarını həyata keçirə bilmir. Evini sənədləşdirməkdə maneələrlə üzləşir. Ərizəçi məhkəmədən ərizənin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Maraqlı orqan Maraqlı şəxsnə məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, maraqlı orqanın nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişlər. Məhkəmə, Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə maraqlı orqanın nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə ərizəçinin izahatını dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, ərizə təmin edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Yevlax ŞOHB-nın 16 mart 2020-ci il tarixli 29 saylı sərəncamının surətindən məlum olur ki, Ərizəçi ərizəsi nəzərə alınmşıdır. O, valideyn himayəsindən mərhum olmuş azyaşlı nəvələri 06 fevral 2009-cu il təvəllüdlü X2 və 2017-ci il təvəllüdlü X3 üzərində qəyyum təyin edilmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Yevlax ŞİHB-nın 1 saylı İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyi tərəfindən 08 iyun 2021-ci il tarixdə verilmiş 158 saylı arayışından məlum olur ki, ünvan 1 evdə yaşamış X4, ailə üzvlərinin və qonşuların deməsinə görə uzun illər bundan əvvəl yaşadığı ünvandan getmiş və hal hazırda harada olması barədə nümayəndəlikdə məlumat yoxdur. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Azərbaycan Respublikası Yevlax RPŞ-nin 11 iyun 2021-ci il tarixli 195-12901-1121 saylı məktubundan məlum olur ki, X1 barəsində Yevlax RPŞ-də heç bir axtarış işi mövcud deyil. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti Sərhəd Nəzarətinin 06 iyul 2021-ci il tarixli 33/2289 saylı məktubundan məlum olur ki, X1 dövlət sərhədindən hərəkəti barədə İAMAS bazasında aşağıdakı məlumat qeydə alınmışdır: 24 aprel 2015-ci il tarixdə ölkədən çıxış. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Azərbaycan Qızıl Aypara Cəmiyyətinin 23 iyun 2021-ci il tarixli 16/146 saylı məktubundan məlum olur ki, X1 axtarışı ilə bağlı Azərbaycan Qızıl Aypara Cəmiyyəti Axtarış şöbəsinə heç bir müraciət daxil olmamışdır. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, X4 24 aprel 2015-ci il tarixdə yaşadığı ünvan 1 ünvandan çıxıb naməlum istiqamətdə getmiş, indiyədək onun barəsində heç bir məlumat yoxdur. X1 barəsində yerli icra hakimiyyəti orqanlarında da (Yevlax RPŞ-də Səmədabad kənd icra nümayəndəliyində) hər hansı bir məlumat yoxdur. X4 dövlət sərhədini 24 aprel 2015-ci il tarixdə keçmişdir. X4 olmadığından və onun harada olması barədə rəsmi sənəd olmadığına görə onun adına olan əmlakların vərəsələrinin adına rəsmiləşdirilməsi və ya həmin əmlakı idarə etmək mümkün olmamışdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 40.1-ci maddəsinə əsasən Əgər fiziki şəxsin olduğu yer məlum deyildirsə və iki il ərzində o, yaşayış yerində görünməmişsə, maraqlı şəxslərin ərizəsinə əsasən məhkəmə fiziki şəxsi xəbərsiz itkin düşmüş hesab edə bilər. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 40.2-ci maddəsinə əsasən İtkin düşmə haqqında son məlumatların alındığı günü müəyyənləşdirmək mümkün olmadıqda, xəbərsiz itkin düşmüş sayılma üçün müddətin hesablanması itkin düşmüş haqqında son məlumatların alındığı aydan sonrakı ayın birinci günündən, həmin ayı müəyyənləşdirmək mümkün olmadıqda isə növbəti ilin yanvar ayının 1-dən başlanır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 312-ci maddəsinə əsasən Şəxsin xəbərsiz itkin düşmüş hesab edilməsi və şəxsin ölmüş elan edilməsi haqqında ərizə ərizəçinin yaşadığı yer üzrə məhkəməyə verilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 314.1-ci maddəsinə əsasən Hakim işi məhkəmə baxışına hazırladıqda hansı şəxslərin itkin düşən barədə məlumat verə biləcəyini aydınlaşdırır, habelə itkin düşənin məlum son yaşayış yeri və iş yeri üzrə müvafiq təşkilatlardan, polis orqanlarından onun haqqında olan məlumatları alır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 315.1-ci maddəsinə əsasən Şəxsin xəbərsiz itkin düşmüş hesab edilməsi barədə məhkəmə qətnaməsi itkin düşənin əmlakının idarə olunması üçün müvafiq icra hakimiyyəti orqanının müqavilə bağladığı şəxsə verilməsi üçün (zəruri halda daimi idarə üçün) əsasdır. Ona görə də, məhkəmə hesab edir ki, ərizə təmin edilməli, 04 dekabr 1991-ci il tarixdə Yevlax şəhərində anadan olmuş X4 xəbərsiz itkin düşmüş hesab edilməlidir. Ödənilmiş dövlət rüsumu ərizəçiyə aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 315.1-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. 04 dekabr 1991-ci il tarixdə Yevlax şəhərində anadan olmuş X4 xəbərsiz itkin düşmüş hesab edilsin. Ödənilmiş dövlət rüsumu ərizəçiyə aid edilsin. Məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 01 (bir) ay müddətində qətnamədən Yevlax rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişsə, qəbul edildiyi gündən 01 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Ruslan Əlizadə
Məhkəmə qərarları › İş №2(039)-1086/2021
Yevlax Rayon Məhkəməsi Qətnamə — İş №2(039)-1086/2021
17.08.2021 · Şəxsin ölmüş elan edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver