Azərbaycan Respublikası adından QƏTNAMƏ Yevlax Rayou İş № 2(039)-1087/2021 01.06.2021 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əlizadə Ruslan Əliyar oğlunun sədrliyi Cəlilov Ruslan Elmi oğlunun katibliyi ilə, İddiaçı Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı «nikahın etibarsız sayılması» tələbinə dair işə Yevlax Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı «nikahın etibarsız sayılması» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onunla Cavabdeh arasında bağlanmış Yevlax rayonu Tanrıqulular icra nümayəndəliyi tərəfindən 25 aprel 1992-ci il tarixli 08 nömrəli nikahın etibarsız sayılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ünvanlayaraq, cavabdehlə onun arasında 25 aprel 1992-ci il tarixdə bağlanmış nikahın pozulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə edərək izah etdi ki, Cavabdeh ilə nikahlarını 25 aprel 1992-ci il tarixdə rəsmi qeyd etdirməklə evlənib ailə qurmuşlar. Birgə nikahlarından uşaqları olmamışdır. Cavabdehlə evləndikləri ilk vaxtlar ailə münasibətləri yaxşı olsa da, sonradan ailə münasibətləri pozulmuşdur. Ailədə bir-birlərini başa düşə bilmirlər və tez-tez mübahisələri düşməsi ailə münasibətlərinin pozulmasına səbəb olmuşdur. Belə olan halda boşanma qərarına gəlmişdir. İddiaçı məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh məhkəmə iclasında iddianı qəbul edərək izah etdi ki, İddiaçı ilə evlənmişlər. Birgə nikahlarından uşaqları olmamışdır. Hazırda nikahın pozulmasına razıdır. Cavabdeh iddianın təmin olunmasına etiraz etmədi. Məhkəmə iddiaçının və cavabdehin izahatlarını dinləyib, iş materiallarını nəzərdən keçirərək hesab edir ki, iddia təmin edilməlidir. İşə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilən Yasamal RPİ-si tərəfindən 20 sentyabr 2012-ci il tarixdə verilmiş AZE seriyalı 0******* saylı şəxsiyyət vəsiqəsinin surətindən məlum olur ki, İddiaçı xx xxxxx 1972-ci il tarixdə Yevlax rayonunda anadan olmuş, Bakı şəhəri, Alatava-1 ev 165-də qeydiyyatdadır. İşə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilən Yevlax rayon Qeydiyyat şöbəsinin 06 may 2020-ci il tarixli 911 saylı məktubundan məlum olur ki, İddiaçı nikahın pozulması ilə bağlı məhkəməyə müraciət etməsi məsləhət olunmuşdur. İşə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilən Yevlax rayon Qeydiyyat şöbəsinin 28 aprel 2021-ci il tarixli çıxarışından məlum olur ki, İddiaçı ilə X1 25 aprel 1992ci il tarixdə rəsmi nikaha daxil olmaqla evlənmişlər. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 16-ci maddəsinə əsasən nikaha xitam verilməsi müvafiq icra hakimiyyəti orqanı, bu Məcəllənin 19—21-ci maddələrində nəzərdə tutulmuş hallarda isə məhkəmə tərəfindən həyata keçirilir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 19.2-ci maddəsinə əsasən Ərarvadın razılığı olduqda, lakin onlardan biri müvafiq icra hakimiyyəti orqanında nikahın pozulmasından yayındıqda (ərizə verməkdən imtina etdikdə, nikahın pozulmasının dövlət qeydiyyatı üçün gəlmədikdə və s.) nikahın pozulması məhkəmə qaydasında həyata keçirilir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 20.1-ci maddəsinə əsasən Ərarvadın birgə yaşamasının və ailənin saxlanmasının qeyri-mümkünlüyü məhkəmə tərəfindən müəyyən edildikdə, nikah məhkəmə qaydasında pozulur. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 21.1-ci maddəsinə əsasən Yetkinlik yaşına çatmayan ümumi uşaqları olan ər-arvadın nikahın pozulmasına qarşılıqlı razılığı olduqda, eləcə də bu Məcəllənin 19.2-ci maddəsində göstərilən hallarda nikah onun pozulma səbəbləri məhkəmə qaydasında araşdırılmadan pozulur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə iş üzrə sübutlara Azərbaycan Respublikasının MPM-nin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Azərbaycan Respublikasının MPM-nin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Beləliklə, məhkəmədə aydın oldu ki, tərəflər 25 aprel 1992-ci il il tarixdə rəsmi nikah qeydindən keçməklə evlənmişlər. Birgə nikahlarından uşaqları olmamışdır. Ailə münasibətləri qeyri-normal hal aldığından ayrılıb ayrı yaşayırlar. İddiaçı nikahın pozulması tələbi ilə bağlı məhkəməyə iddia ərizəsi ünvanlayaraq nikahın pozulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Tərəflərin ailənin bərpa etməsi fikri yoxdur. Faktiki olaraq ailə mövcud deyildir. Aralarında qeyd edilmiş nikah formal xarakter daşıyır Məhkəmə iclasında araşdırılmış sübutlar əsasında məhkəmə belə nəticəyə gəlir ki, iddia təmin edilməli, tərəflər arasında 25 aprel 1992-ci il tarixdə bağlanmış nikah pozulmalıdır. Tərəflərə izah olunmalıdır ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 36.9-cu maddəsinə əsasən nikah pozulduqda ər-arvadın ümumi əmlakının bölünməsi haqqında onların tələbinə 3 illik iddia müddəti tətbiq olunur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227 və 360cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. İddiaçı ilə Cavabdeh arasında Yevlax rayon İHB-nın Tanrıqulular kənd İƏD üzrə nümayəndəliyində 25 aprel 1992-ci il tarixdə bağlanmış nikah pozulsun. Qətnamə rəsmi qaydada verildiyi gündən 01 (bir) ay müddətində Yevlax Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti vermək olar. Sədrlik edən Ruslan Əlizadə
Məhkəmə qərarları › İş №2(039)-1087/2021
Yevlax Rayon Məhkəməsi Qətnamə — İş №2(039)-1087/2021
01.06.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Nikahın etibarsız sayılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver