Məhkəmə qərarları › İş №2(039)-1097/2022

Yevlax Rayon Məhkəməsi Qətnamə — İş №2(039)-1097/2022

13.06.2022 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Yevlax Rayou İş № 2(039)-1097/2022 13.06.2022 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əlizadə Ruslan Əliyar oğlunun sədrliyi Cəlilov Ruslan Elmi oğlunun katibliyi İddiaçı Cavabdeh1 iştirakı ilə İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və X3 qarşı «cavabdehlərə kompensasiya ödəməklə mülkiyyətində olan fərdi yaşayış evindən çıxarılma» tələbinə dair iddiası üzrə işə Yevlax Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və X3 qarşı «cavabdehlərə kompensasiya ödəməklə mülkiyyətində olan fərdi yaşayış evindən çıxarılma» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və X1 Yevlax rayonu, Qaramanlı kəndində mülkiyyətində olan fərdi yaşayış evindən onların hər birinə 1600 manat kompensasiya verməklə evdən çıxarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəməyə iddia tələbinin dəyişdirlməsinə dair ərizə ilə müraciət edərək, Əmlak Məsəlləri üzrə Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların X9 Daşınmaz Əmlakın Dövlət Reyestrindən İddiaçı adına 05 mart 2021-ci il tarixində ********** qeydiyyat nömrəli, **********35-10301 saylı çıxarışla, Yevlax rayonu, Qaramanlı kəndində 54,60 kv.m sahədə yerləşən 0,21 ha həyətyanı torpaq sahəsinə malik fərdi yaşayış evindən cavabdehlər X1, Cavabdeh1 və Cavabdeh2 hər birinə 2000 manat kompensasiya yolu ilə onların mülkiyyətində olan fərdi yaşayış evindən əşyaları ilə birlikdə istifadə hüquqlarına xitam verilməklə çıxarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəmə iclasında iddianı müdafiə edərək izah etdi ki, Əmlak Məsəllərin üzrə Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqlarının X9 Daşınmaz Əmlakın Dövlət Reyestrindən onun adına 05 mart 2021-ci il tarixində ********** qeydiyyat nömrəli **********35-10301 saylı çıxarışla Yevlax rayonu, Qaramanlı kəndində 54,60 kv.m sahədə yerləşən 0,21 ha həyətyanı torpaq sahəsinə malik fərdi yaşayış evi, evə münasibətdə tam olaraq onun, həyətyanı torpaq sahəsinə münasibətdə yarısı onun mülkiyyətindədir. Digər torpağın mülkiyyətçisi Cavabdeh2dur. O öz evinə və mülkiyyətinə daxil ola bilmir. Hazırki yaşayış evi cavabdehlərin qanunsuz hərəkətləri ucbatından onun tərəfindən idarə edilə bilmir. O öz evinə daxil ola bilmir. Yevlax Rayon Məhkəməsinin 19 avqust 2021-ci il tarixli 2(039)-1209/2021 saylı qətnaməsi ilə iddiası rədd edilmişdir. Həmin qətnamədən apelyasiya şikayəti vermişdir. Şəki Apellyasiya Məhkəməsi 09 dekabr 2021-ci il tarixli 2(107)-2094/2021 saylı qətnaməsi ilə apelyasiya şikayəti təmin edilməmişdir. Lakin həmin qətnamədə cavabdehlərə 2000 manat kompansasiya verilməsi ilə evindən çıxarılması mümkün olması qeyd edilmişdir. Ona görə də hazırda cavabdehlərin hər birinə 2000 manat kompensasiya ödəməklə evindən çıxarılmalarını tələb edir. İddiaçı məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh1 məhkəmə iclasında iddianı qəbul etməyərək izah etdi ki, həmin evdə daima yaşayıbdır. Onların həmin evdə yaşamaları ilə bağlı məhkəmə qərarı da mövcuddur. 2000 manat kompensasiya ilə razı deyil. Onların həmin evdə yaşamaq hüquqları Ali Məhkəmənin qərarı ilə təsdiq edilmişdir. Cavabdeh1 məhkəmədən iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdehlər Cavabdeh2 və X3 məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, onlar, məhkəmə iclasına gəlməmişlər, gəlməmələrinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən cavabdehlər Cavabdeh2 və X1 məhkəmə iclasına gəlməməsini üzrsüz hesab edir və işə onların iştirakı olmadan baxılmasını mümkün sayır. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Yevlax ŞİHB-nın Yevlax şəhər 1 nömrəli sahə inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin 21 fevral 2022-ci il tarixli 1021 saylı arayışından məlum olur ki, İddiaçı Yevlax şəhəri, X.Ələkbərov küçəsi 47-də yaşayır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən hüquqların X9 daşınmaz əmlakın Dövlət reyestrindən ********** saylı 05 mart 2021-ci il tarixli çıxarışının surətindən məlum olur ki, Yevlax rayonu, Qaramanlı kəndində İddiaçı yaşayış sahəsi 54.60 kv.mdən fərdi yaşayış evi, İddiaçı torpaq ümumi birgə və Cavabdeh2 ümumi birgə 0.21 ha torpaq sahələri vardır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Yevlax Rayon Məhkəməsinin 03 aprel 2019-cu il tarixli 2(039)-931/2019 saylı qətnaməsinin surətindən məlum olur ki, iddiaçılar X4, Cavabdeh2 və Cavabdeh1 X5 xüsusi mülkiyyətində olan Yevlax rayonu Qaramanlı kəndində yerləşən fərdi yaşayış evinə istifadə hüquqları tanınması və onlar həmin evə köçürülməsi; X5 qarşılıqlı iddiası təmin edilməsi və o, xüsusi mülkiyyətində olan Yevlax rayonu Qaramanlı kəndində yerləşən fərdi yaşayış evinə köçürülməsi qət edilmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Şəki Apellyasiya Məhkəməsinin 31 iyul 2019-cu il tarixli 2(107)-2272/2019 saylı qətnaməsinin surətindən məlum olur ki, Yevlax Rayon Məhkəməsinin 03 aprel 2019-cu il tarixli, 2(039)-931/2019 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Cavabdeh X6 tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Azərbaycan Respublikası Ali Məhkəməsinin 24 dekabr 2019-cu il tarixli 2(102)-8012/2019 saylı qərarının surətindən məlum olur ki, kasasiya şikayəti təmin edilməmişdir. Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 31 iyul 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Yevlax Rayon Məhkəməsinin 19 avqust 2021-ci il tarixli 2(039)-1209/2021 saylı qətnaməsinin surətindən məlum olur ki, İddiaçı cavabdehlər X3, Cavabdeh1, Cavabdeh2 və X2 qarşı «fərdi yaşayış evindən çıxarılma» tələbinə dair iddiası rədd edilməsi qət edilmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Şəki Apellyasiya Məhkəməsinin 09 dekabr 2021-ci il tarixli 2(107)-2094/2021 saylı qətnaməsinin surətindən məlum olur ki, iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinin qismən təmin edilməsi; iş üzrə Yevlax Rayon Məhkəməsinin 19 avqust 2021-ci il tarixli 2(039)-1209/2021 saylı qətnaməsinin ləğv edilməsi; yeni qətnamə qəbul edilməsi; İddiaçı cavabdehlər X3 və qeyrilərinə qarşı, cavabdehlərə 5000 manat kompensasiya ödəməklə istifadə hüquqlarına xitam verilməklə evdən çıxarılmaları barədə iddia ərizəsi təmin edilməməsi təmin edilməmişdir. Həmçinin qətnamədə formalaşmış bu hüquqi mövqe Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsində nəzərdə tutulmuş mülkiyyətçinin əmlakı barəsində sərəncam vermək hüququna təminat verməklə yanaşı onun real olaraq həyata keçirilməsi imkanına da şərait yaratmışdır. Bununla yanaşı, məhkəmə, iddiaçının cavabdehlərə təklif etdiyi 5000 manat məbləğində kompensasiya verməsini ədalətli və ağlabatan hesab etmir və həmin məbləğin 8000 manat, cavabdehlərin hər birinə 2000 manat civarında olmasını daha məqsədə müvafiq hesab edilmişdir. Məhkəmədə iclasında müəyyən olundu ki, Cavabdeh1 İddiaçı qardaşıdır. İddiaçı adına Yevlax rayonu Qaramanlı kəndində fərdi yaşayış evi vardır. Həmin evə cavabdehlər X1, Cavabdeh2 və Cavabdeh1 istifadə hüquqları tanınması və onlar həmin evə köçürülməsi barədə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi vardır. İddiaçı cavabdehlərin həmin evdən 2000 manat kompensasiya ödəməklə istifadə hüquqlarına xitam verilməsi və onların həmin evdən çıxarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdehlər iddianı qəbul etmir. Şəki Apellyasiya Məhkəməsi 09 dekabr 2021-ci il tarixli 2(107)-2094/2021 saylı qətnaməsində cavabdehlərin hər birinə 2000 manat civarında olmasını daha məqsədə müvafiq hesab edilmişdir. Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinin l və ll hissələrinə əsasən, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. Azərbaycan Respublikasının Konstitusiyasının 43-cü maddəsinin l hissəsinə əsasən, Heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz. Azərbaycan Respublikasının Konstitusiyasının 71-ci maddəsinin 1-ci bəndinə görə, konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.2-ci maddəsinin tələbinə görə, Yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinin tələbinə görə, Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri (əri, arvadı, valideynləri, uşaqları) yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin ailə üzvləri öz yetkinlik yaşına çatmayan uşaqlarını həmin yaşayış binasına köçürmək ixtiyarına malikdirlər. Digər ailə üzvlərinin (ərin, arvadın) köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış binasının tərkib hissəsindən istifadə hüququ mülkiyyətçi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Yaşayış binasının tərkib hissəsindən mülkiyyətçinin ailə üzvlərinin istifadə etmək hüququ bu məcəllənin qüvvəyə mindiyi gündən yaranır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «R.Ağalarovun şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki işlər üzrə məhkəmə kollegiyasının 31 mart 2006-cı il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyana və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 26 sentyabr 2007-ci il tarixli qərarında göstərilir ki, «…yaşayış sahəsindən istifadəyə xitam verilməsi məsələsi məhz yaşayış sahəsindən istifadə qaydasına aid olunan məsələlərdən biridir… Eyni zamanda, ailə üzvləri yaşadığı halda, onlardan birində mənzilə mülkiyyət hüququ, digərlərində isə yalnız yaşayış sahəsindən istifadə etmək hüququnun mövcud olması mümkündür. Bu şəxslər arasında yaranan mübahisələrin həlli zamanı mülkiyyət hüququ və yaşayış sahəsindən istifadə etmək hüququnun təbiəti, onların mütənasibliyi və həyata keçirilməsinə dair qüvvədə olan Azərbaycan Respublikası qanunvericiliyinin müddəaları nəzərə alınmalıdır… Kompensasiya institutu istifadəçiyə mənzilin bölünməsi və onun dəyərindən müəyyən payın ödənilməsini tələb etmək hüququ verməsə də, o, yaşayış sahəsindən istifadə etmək hüququnun adi xitamını deyil, onun elə bir əvəzləşdirilməsini nəzərdə tutur ki, mülkiyyətçinin hesabına istifadəçiyə davamlı surətdə və müəyyən müddət daxilində başqa yerdə əvvəlki mənzildə ona xas olmuş şəraitlə müqayisədə oxşar yaşamaq imkanı versin». Bütün bunlar tərəflərin hüquqlarının həyata keçirilməsi üçün daha imtiyazlı hüquqi rejim yaradır. Məhkəmə iddianın cavabdehlərin əmlakları ilə birlikdə çıxarılması hissəsində qeyd edir ki, həmin əmlakların xüsusiyyətləri göstərilmədiyindən iddia həmin hissədə təmin edilməməlidir. Ona görə də məhkəmə belə qənaətə gəlir ki, iddia qismən təmin edilməli, Əmlak Məsəlləri üzrə Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların X9 Daşınmaz Əmlakın Dövlət Reyestrindən 05 mart 2021-ci il tarixində ********** qeydiyyat nömrəli çıxarışa əsasən İddiaçı məxsus Yevlax rayonu, Qaramanlı kəndində yerləşən fərdi yaşayış evindən cavabdehlər X3, Cavabdeh1 və Cavabdeh2 hər birinə İddiaçı tərəfindən 2000 manat kompensasiya ödəməklə istifadə hüquqlarına xitam verilməklə çıxarılmalıdırlar. İddia qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə iş üzrə sübutlara Azərbaycan Respublikasının MPM-nin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Azərbaycan Respublikasının MPM-nin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Əmlak Məsəlləri üzrə Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların X9 Daşınmaz Əmlakın Dövlət Reyestrindən 05 mart 2021-ci il tarixində ********** qeydiyyat nömrəli çıxarışa əsasən İddiaçı məxsus Yevlax rayonu, Qaramanlı kəndində yerləşən fərdi yaşayış evindən cavabdehlər X3, Cavabdeh1 və Cavabdeh2 hər birinə İddiaçı tərəfindən 2000 manat kompensasiya ödəməklə istifadə hüquqlarına xitam verilsin. İddiaçı məxsus Yevlax rayonu, Qaramanlı kəndində yerləşən fərdi yaşayış evindən cavabdehlər X4, Cavabdeh1 və Cavabdeh2 çıxarılsınlar. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Yevlax Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən Ruslan Əlizadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar