Məhkəmə qərarları › İş №2(039)-1103/2025

Yevlax Rayon Məhkəməsi Qətnamə — İş №2(039)-1103/2025

21.07.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Yevlax Rayou İş № 2(039)-1103/2025 21.07.2025 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əlizadə Ruslan Əliyar oğlunun sədrliyi, Vəliyev Rövşən Rafail oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi “doğum faktının müəyyən olunması tələbi barədə” ərizəsinə dair mülki işə mülki işə Yevlax Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi maraqlı şəxs olaraq Maraqlı şəxs qeyd etməklə, Yevlax Rayon Məhkəməsinə ərizə ilə müraciət edərək, ərizənin təmin edilməsi, o,Ərizəçi xx.xx.1939-cu il tarixdə Yevlax rayon Nurallar kəndində anadan olması faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, o, Ərizəçi iğlu xx.xx.1939-cu iltarixdə Yevlax rayonu, Nurallar kəndində anadan olmuşdur. Lakin hazırki tarixədək onun adına doğum haqqında şəhadətnamə alınmamışdır. Bu halın özü də hazırda vərəsəlik və digər müəyyən sənədləşmə işlərinin aparılmasında ona faktiki olaraq maneəçilik törədir. Göründüyü kimi o, Ərizəçi doğum faktının müəyyən olunması zərurəti yaranmışdır və ona müvafiq doğum haqqında şəhadətnamə verilməlidir. Lakin o, Maraqlı şəxsnə bu barədə müraciət etsə də, ona müvafiq doğum haqqında şəhadətnaməni verməmişlər və məhkəməyə müraciət etməyi tövsiyyə etmişlər. Məhkəmə iclasında iştirak edən Ərizəçi məhkəmə baxışı zamanı ərizəsinin məzmununa uyğun izahat verərək ərizənin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar olunmuş maraqlı şəxsin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə, qeyd edilən halın işin baxılmasına mane olmadığını nəzərə alaraq, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəni və iş materiallarını araşdıraraq hesab edir ki, ərizə təmin edilməlidir. İş materiallarında olan və məhkəmə baxışı zamanı tədqiq edilmiş; Azərbaycan Respublikası Milli Arxiv İdarəsi Azərbaycan Respublikası Dövlət Arxivinin Yevlax Rayon Məhkəməsinə ünvanladığı 3-48-DA/2-533/2025 №-li, xx.xx.2025-ci il tarixli məktubdan görünür ki, X4 mühafizə olunan Maraqlı şəxs “doğum aktı qeydi” kitabları yoxlanılmış, Ərizəçi doğumu haqqında sənəd aşkarlanmamışdır. Ədliyyə Nazirliyi Maraqlı şəxs tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli, 604 saylı məktubda qeyd olunur ki, Ərizəçi doğum haqqında akt qeydi şöbənin arxivində, eləcə Vətəndaşlıq vəziyyəti aktlarının “X1 Sistemi”ndə aşkar edilməmişdir. xx.xx.2025-ci il tarixli, 5-9-2/2-34/2025 saylı Arayışda qeyd olunur ki, Ərizəçi həqiqətən xx.xx.1939-cu il tarixdə Yevlax rayonu, Nurallar kəndində anadan olmuşdur. Hazırda Yevlax rayonu, Nurallar kəndində yaşayır və qeydiyyatdadır. 0590369 saylı hərbi biletin surətindən görünür ki, Yevlax rayonunda anadan olmuşdur, 1961-ci il tarixdən hərbi xidmət keçmişdir. AZE 0******* Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsindən görünür ki, Ərizəçi xx.xx.1939-cu il tarixdə Yevlax rayonunun Nurallar kəndində anadan olmuşdur. Məhkəmə tərəfindən şahid qismində dindirilmiş X2 və X3 ifadələrində bildirmişdir ki, ərizəçi onların həmkəndlisi olduğunu bildirmişdirlər. Ərizəçi Yevlax rayonunun Nurallar kəndində anadan olmuşdur. Belə ki, ərizəçi ilə uşaqlıqdan həmin kənddə bir yerdə böyümüşlər. Məhkəmə hesab edir ki, ərizəçinin tələbinin başqa sənədlərlə sübuta yetirilməsi ərizəçinin iradəsindən asılı olmayan səbəblərdən mümkün olmadığından hüquqi faktın müəyyən edilməsi üçün şahid ifadələri kifayətdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.11-ci maddəsinə əsasən qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışsa, hüquqi əhəmiyyəti olan digər faktlar məhkəmə tərəfindən müəyyən edilir. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Qeyd edilənlərə qiymət verən məhkəmə hesab edir ki, ərizəçinin tələbi əsaslıdır və təmin edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 311-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. xx.xx.1939-cu il tarixdə Yevlax rayonu, Nurallar kəndində doğulmuş Ərizəçi doğulması faktı müəyyən edilsin. Bu qətnamə doğum akt qeydinin müvafiq icra orqanı tərəfindən aparılması üçün əsasdır. Qətnamədən, rəsmi qaydada verildiyi gündən bir ay müddətində Yevlax Rayon Məhkəməsi vasitəs ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Əlizadə Ruslan

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar