Azərbaycan Respublikası adından QƏTNAMƏ Yevlax Rayou İş № 2(039)-1119/2021 03.12.2021 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Cavadova Günay İsmayıl qızının sədrliyi, Qasımov Nurlan Asif oğlunun katibliyi, İddiaçı, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı cavabdehin zəbt etdiyi torpaq sahəsindən çıxarılması tələbinə dair mülki işə Yevlax Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən verilmiş 19.01.2021-ci il tarixli, ********** qeydiyyat nömrəli çıxarışla mülkiyyətinə verilmiş, Yevlax rayonu Nəmərli kəndi ərazisində yerləşən kənd təsərrüfatı təyinatlı 1,5036 ha torpaq sahəsindən cavabdehin çıxarılmasını, ona vurulmuş maddi ziyanın əvəzi olaraq 40.000 manat pulun cavabdehdən alınıb ona verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini belə əsaslandırmışdır ki, 1,50 ha torpaq sahəsi ********** qeydiyyat nömrəli çıxarışla onun mülkiyyətinə verilmişdir. Həmin torpaq sahəsini bütövlükdə cavabdeh zəbt edərək 20 ildir ki, özündə saxlayır. O, həmin torpaq sahəsindən istifadə edə bilmir. Cavabdehin zəbt etdiyi torpaq sahəsini boşatmasını və ona təhvil verməsini, həmçinin ona 20 il ərzində vurmuş olduğu maddi ziyanın ödənilməsini istəyir. 20 il ərzində hər ilə 2000 manat olmaqla ona 40.000 manat ziyan dəymişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddianı müdafiə edərək və iddia ərizəsinə uyğun izahat verərək, məhkəmədən iddianın təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddia tələbini qəbul etmədiyini və iddia tələbinin təmin olunmaması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdırıb, toplanmış və məhkəmə iclasında araşdırılmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən çıxarışdan görünür ki, Yevlax rayonu Nəmərli kəndində 1,5036 ha kənd təsərrüfatlı təyinatlı torpaq sahəsi xüsusi mülkiyyət hüququ əsasında İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin 16 noyabr 2021-ci il tarixli rəyindən görünür ki, Yevlax rayonu Nəmərli kəndində yerləşən mübahisəli torpaq sahəsinə baxış keçirilərək, mübahisələndirilən və cavabdeh tərəfindən faktiki istifadə edən torpaq sahəsinin koordinatları naturada təyin edilmişdir. Həmin koordinatları Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrində **********59 reyestr nömrəli çıxarışla iddiaçının xüsusi mülkiyyət hüquqi ilə hüquqları qeydiyyata alınmış 1,50 ha torpaq sahəsinin “Torpaq sahəsinin planı və ölçüsü” sənədindəki koordinatlarla tutuşdurduqdan məlum olmuşdur ki, iddiaçının mülkiyyətində olan 1,50 ha torpaq sahəsinin 0,53 ha hissəsi cavabdeh tərəfindən istifadə edilir. Beləliklə, qeyd olunanlardan müəyyən olunur ki, iddiaçıya məxsus torpaq sahəsinin 0,53 ha hissəsi hər hansı qanuni əsas olmadan cavabdehin istifadə və sahibliyindədir. Buna görə də iddiaçı həmin torpaq sahəsi ilə bağlı hüquqlarını həyata keçirə bilmir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Məhkəmə hesab edir ki, cavabdeh, iddiaçın mülkiyyətində olan torpaq sahəsinin 0,53 ha hissəsini hər hansı qanuni əsas olmadan istifadə etdiyindən iddiaçın tələbi həmin hissədə haqlıdır və cavabdeh iddiaçın mülkiyyətində olan Yevlax rayonu Nəmərli kəndində yerləşən torpaq sahəsinin həmin-0,53 ha hissəsindən çıxarılmalıdır. İddia tələbinin maddi ziyanla bağlı hissəsi ilə əlaqədar isə məhkəmə qeyd edir ki, iddiaçı, vurulmuş maddi ziyanla bağlı məhkəməyə hər hansı sübut təqdim edə bilmədiyindən həmin hissədə iddia təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən mütəxəssis rəyinin alınması üçün ödənilmiş 311 manat cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh İddiaçı mülkiyyətində olan Yevlax rayonu Nəmərli kəndində yerləşən 1,50 hektar torpaq sahəsinin 0,53 hektar hissəsindən çıxarılsın. İddia qalan hissədə təmin edilməsin. Mütəxəssis rəyinin əldə olunması üçün ödənilmiş 311 (üç yüz on bir) manat Cavabdeh İddiaçı xeyrinə tutulsun. Qətnamədən, rəsmi qaydada verildiyi gündən bir ay müddətində Yevlax Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Günay Cavadova
Məhkəmə qərarları › İş №2(039)-1119/2021
Yevlax Rayon Məhkəməsi Qətnamə — İş №2(039)-1119/2021
03.12.2021 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver