Azərbaycan Respublikası adından QƏTNAMƏ Yevlax Rayou İş № 2(039)-1122/2021 02.07.2021 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Cavadova Günay İsmayıl qızının sədrliyi, Qasımov Nurlan Asif oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “yaşayış evinə cavabdeh tərəfindən törədilən qəsdə son qoyulması” tələbinə dair iddiası üzrə mülki işə Yevlax Rayon Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə Yevlax Rayon Məhkəməsinə müraciət edərək, cavabdeh tərəfindən Yevlax rayonu Hacımahmudlu kəndində cavabdehə aid olmayan torpaq sahəsində yerləşən fərdi yaşayış evinə edilən hər cür qəsd, o cümlədən evin yerləşdiyi torpaq sahəsinə yaşayış evinə və digər yardımçı sahələrinə özbaşına daxil olmaq kimi hərəkətlərinə son qoyulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, cavabdehlə 18.01.1984-cü il tarixdə rəsmi nikahlarını qeyd etdirib evlənmişlər. Cavabdehlə birgə nikah dövründə ümumi birgə mülkiyyətinə 0,10 ha və 0.03 ha həyətyanı torpaq sahələri verilmişdir. Bir müddət sonra aralarında ailə səmimiyyəti pozulmuş və onlar Yevlax Rayon Məhkəməsinin 22.05.2000-ci il tarixli ilə boşanmışlar. Bundan sonra o, 2002-ci il tarixdə Yeganə adlı qadınla nikaha girərək evlənmiş və bu nikahdan 3 övladları doğulmuşdur. Cavabdehin xasiyyətində olan mənfi xüsusiyyətləri nəzərə alaraq, onlar ikinci ailəsi ilə birlikdə 2011ci ildə cavabdehlə birgə nikah dövründə əldə etdikləri 0.10 ha və 0.03 ha həyətyanı torpaq sahələrindən təxminən 100 metr aralıda fərdi ev tikməyə başlamışlar və halhazırda da evdə tikinti işləri davam etdirilir. Lakin cavabdeh oğlu İslam ilə birlikdə 2011-ci il tarixdə inşasına başlanılmış evinə qanunsuz qəsd edərək onların əmlak, mənzil, təhlükəsiz yaşamaq hüquqlarını pozmuşdur. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edərək iddia ərizəsinə uyğun izahat verərək məhkəmədən iddianın təmin olunmasını xahiş etmişdir. Əvvəlki məhkəmə iclasında iştirak edən Cavabdeh izahatında bildirmişdir ki, Yevlax Rayon Məhkəməsinin 30.09.2019-cu il tarixli qətnaməsi ilə onun, iddiaçı ilə birgə nikah dövründə tikdirmiş olduqları yaşayış evinə köçürülməsi qət edilmişdir. Bu səbəbdən onun həmin evə getməsi və orada yaşaması qanunidir, çünki bununla bağlı qüvvəyə minmiş məhkəmə qətnaməsi mövcuddur. İddia tələbi tamamilə əsassızdır və məhkəmədən tələbin təmin edilməməsini xahiş etmişdir. Məhkəmə iş materiallarını araşdırıb və tərəflərin izahatlarını dinləyib hesab edir ki, iddia təmin olunmalıdır. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. İş materiallarında olan JN:022A KOD 90107058 saylı “torpağın mülkiyyətə verilməsinə” dair şəhadətnamədən müəyyən edilir ki, Yevlax rayonu Aqrar İslahat Komissiyasının 20.06.1998-ci il tarixli 20 nömrəli qərarı ilə Yevlax rayonu, Hacımahmudlu yerləşən 0,03 hektar həyətyanı torpaq sahəsi İddiaçı və onun ailə üzvlərinin, o cümlədən cavabdeh Leyli (Novruzovanın) Vəliyevanın ümumi birgə mülkiyyətinə verilmişdir. İş materiallarında olan JN:022B KOD 90107058 saylı “torpağın mülkiyyətə verilməsinə” dair şəhadətnamədən müəyyən edilir ki, Yevlax rayonu Aqrar İslahat Komissiyasının 20.06.1998-ci il tarixli 20 nömrəli qərarı ilə Yevlax rayonu, Hacımahmudlu yerləşən 0,10 hektar həyətyanı torpaq sahəsi İddiaçı və onun ailə üzvlərinin, o cümlədən cavabdeh Leyli (Novruzovanın) Vəliyevanın ümumi birgə mülkiyyətinə verilmişdir. İş materiallarında olan Yevlax Rayon Məhkəməsinin 30.09.2019-cu il tarixli, 2(039)- 2166/2019 saylı qətnaməsindən müəyyən olunur ki, Cavabdeh Yevlax rayonu Hacımahmudlu kəndində yerləşən və tərəflərin ümumi birgə mülkiyyətində olan 0,10 hektar həyətyanı torpaq sahəsində tikilmiş yaşayış evinə köçürülməsi qət edilmişdir. Şəki Apelyasiya Məhkəməsinin 10.02.2021-ci il tarixli, 2(107)-28/2021-ci il saylı qətnaməsi ilə cavabdeh İddiaçı apelyasiya şikayəti təmin edilməyərək, Yevlax Rayon Məhkəməsinin 30.09.2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Tərəflərin izahatları və iş materialları ilə müəyyən olunmuşdur ki, iddiaçının və cavabdehin ümumi birgə mülkiyyətində 0,03 və 0,10 hektar həyətyanı torpaq sahələri var. Tərəflər 1984-cü ildən 2000-ci ilədək rəsmi nikah münasibətlərində olmuşlar. İddiaçı mübahisələndirdiyi fərdi yaşayış evinin cavabdehlə birgə nikah dövründə və cavabdehlə birgə mülkiyyətində olan torpaq sahələrində tikilmədiyini iddia edir. Halbuki, Yevlax Rayon Məhkəməsinin yuxarıda qeyd olunan qətnaməsi ilə Cavabdeh həmin evə köçürülməsi və həmin evdən istifadə qaydaları müəyyən edilmişdir. Yaşayış evinin cavabdehlə birgə mülkiyyətində olan torpaq sahələrində yerləşməməsi ilə bağlı iddiaçının dəlilinə münasibətdə isə Məhkəmə qeyd edir ki, Şəki Apelyasiya Məhkəməsinin 10.02.2021-ci il tarixli, 2(107)-28/2021-ci il qətnaməsi ilə iddiaçının bu dəlilinə qiymət verilmişdir. Belə ki, həmin mülki iş üzrə keçirilmiş ekspert rəyi ilə Yevlax rayonu Hacımahmudlu kəndində yerləşən iki otaqlı fərdi yaşayış evinin(iddiaçının hazırda mübahisələndirdiyi) şəhadətnamələrdə göstərilən 10 sot və 0,3 sot torpaq sahələrində yerləşib yerləşməməsini aydınlaşdırmaq mümkün olmamışdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.4-cü maddəsinə əsasən gər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Cavabdeh Yevlax rayonu Hacımahmudlu kəndində yerləşən fərdi yaşayış evinə köçürülməsi və həmin evdən istifadə qaydalarının müəyyən edilməsi ilə bağlı qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi mövcuddur və bu səbəbdən cavabdehin həmin yaşayış evinə daxil olması mülkiyyətə qanunsuz müdaxilə kimi qiymətləndirilə bilməz. Göstərilənləri əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216- 220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı “yaşayış evinə cavabdeh tərəfindən törədilən qəsdə son qoyulması” tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Yevlax Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Günay Cavadova
Məhkəmə qərarları › İş №2(039)-1122/2021
Yevlax Rayon Məhkəməsi Qətnamə — İş №2(039)-1122/2021
02.07.2021 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver