Azərbaycan Respublikası adından QƏTNAMƏ Yevlax Rayou İş № 2(039)-1137/2022 13.06.2022 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əlizadə Ruslan Əliyar oğlunun sədrliyi Məhkəmə iclasının katibi Cəlilov Ruslan Elmi oğlunun katibliyi Ərizəçi nümayəndəsi X7 iştirakı ilə, Ərizəçi maraqlı şəxs X16 xidmət mərkəzinin Notariat ofisinə qarşı «miras əmlakın qəbul edilməsi faktının müəyyən edilməsi» haqqında mülki işə Yevlax Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi maraqlı şəxs X16 xidmət mərkəzinin Notariat ofisinə qarşı «miras əmlakın qəbul edilməsi faktının müəyyən edilməsi» haqqında ərizə ilə məhkəməyə müraciət edərək, mərhum əri X2 miras qalmış Yevlax rayonu Xaldan kəndində yerləşən 0.06 ha torpaq sahəsinin yalnız onun tərəfindən bütöv şəkildə miras əmlak kimi qəbul etməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi nümayəndəsi X14 ərizəni müdafiə edərək izah etdi ki, ərizəçi, Yevlax rayonu Xaldan kənd sakini olmuş X6 ilə ailə həyatı qurmuşdur. Həyat yoldaşı X6 12 yanvar 2021ci il tarixdə vəfat etmişdir. Mərhum həyat yoldaşı X2 Yevlax rayon Xaldan kəndində yerləşən 0.06 hektar pay torpaq sahəsi miras qalmışdır. Mərhum həyat yoldaşı X3 vəfatından sonra miras qalmış torpaq sahəsinə faktiki sahiblik edir və hazırda torpaq sahələri ərizəçinin istifadəsindədir. Mərhum həyat yoldaşı X2 miras qalmış əmlaka vərəsəlik haqqında şəhadətnamə verilməsi tələbi ilə əlaqədar xahişi Mingəçevir Regional “ASAN xidmət” mərkəzində notariat ofisi tərəfindən təmin edilməmiş və ona mirasın qəbulu faktının təsdiq edilməsi üçün məhkəməyə müraciət etməyi bildirilmişdir. Ərizəçi məhkəmədən ərizənin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Maraqlı şəxs X16 xidmət mərkəzinin Notariat ofisinə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq maraqlı şəxsin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş və işə onun iştirakı olmadan baxılmasını xahiş etməmişdir. Məhkəmə, Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə maraqlı şəxs X16 xidmət mərkəzinin Notariat ofisinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə ərizəçinin nümayəndəsinin izahatını dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, ərizə təmin edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Azərbaycan Respublikası DİN-nin 31 mart 2022-ci il tarixli ******* saylı arayışından məlum olur ki, Ərizəçi Yevlax rayonu, Xaldan kəndində qeydiyyatdadır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən 10 mart 2021-ci il tarixli AZ-ll 161880 saylı arayışından məlum olur ki, X6 12 yanvar 2021-ci il tarixdə vəfat etmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən 23 sentyabr 2021-ci il tarixli ********** saylı çıxarışından məlum olur ki, X3 Yevlax rayon Xaldan kəndində 0.06 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi vardir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən X16 xidmət mərkəzinin Notariat ofisinin 05 fevral 2021-ci il tarixli 181 saylı məktubundan məlum olur ki, Ərizəçi mirasın qəbulu ilə bağlı məhkəməyə müraciət etməsi bildirilmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən **********894 saylı ərizədən məlum olur ki, X5 bildirmişdir ki, mərhum atası X6 12 yanvar 2021-ci il tarixində ölmüşdür. Onun tərəfindən mirasın qəbul edilməsi üçün qanunla müəyyənləşdirilmiş altı aylıq müddət ötürülmüşdür, yəni buraxılmışdır. Atasının ölümündən sonra mirası, nə də ifadə edilməsindən asılı olmayaraq qəbul etməmiş və buna görə də öz vərəsəlik hüququnu rəsmiləşdirmək niyyətində deyil. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən **********840 saylı ərizədən məlum olur ki, X8 bildirmidir ki, mərhum atası X6 12 yanvar 2021-ci il tarixində ölmüşdür. Onun tərəfindən mirasın qəbul edilməsi üçün qanunla müəyyənləşdirilmiş altı aylıq müddət ötürülmüşdür, yəni buraxılmışdır. Atasının ölümündən sonra mirası, nə də ifadə edilməsindən asılı olmayaraq qəbul etməmiş və buna görə də öz vərəsəlik hüququnu rəsmiləşdirmək niyyətində deyil. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən 24 sentyabr 2020-ci il tarixli AZ-lV 500642 saylı doğum haqqından şəhadətnamənin surətindən məlum olur ki, X9 01 avqust 2004-cü il tarixdə anadan olmuşdur. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən 20 oktyabr 2021-ci il tarixli AZ-T 164822 saylı doğum haqqından şəhadətnamənin surətindən məlum olur ki, X10 xx xxxxxxx 1977-ci il tarixdə anadan olmuşdur. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən 01 mart 1997-ci il tarixli XX-JQ 299401 saylı doğum haqqından şəhadətnamənin surətindən məlum olur ki, X5 27 yanvar 1997-ci il tarixdə anadan olmuşdur. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən 03 yanvar 2000-ci il tarixli l-AZ 096196 saylı doğum haqqından şəhadətnamənin surətindən məlum olur ki, X8 07 dekabr 1999-cu il tarixdə anadan olmuşdur. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Yevlax rayon Qeydiyyat şöbəsinin 08 sentyabr 2021-ci il tarixli 1872 saylı arayışından məlum olur ki, X3 X10 ilə 11 sentyabr 1996-cı il tarixdə nikahı haqqında aktı qeyd edilmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Yevlax rayon Qeydiyyat şöbəsinin 08 sentyabr 2021-ci il tarixli 1884 saylı arayışından məlum olur ki, X11 23 dekabr 2001-ci il tarixdə vəfat etmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Yevlax rayon Qeydiyyat şöbəsinin 08 sentyabr 2021-ci il tarixli 1884/1 saylı arayışından məlum olur ki, X12 10 sentyabr 1990-cı il tarixdə vəfat etmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Yevlax rayon Qeydiyyat şöbəsinin 08 sentyabr 2021-ci il tarixli 1884 saylı arayışından məlum olur ki, X6 13 yanvar 1973-cü il tarixdə anadan olmuşdur. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Yevlax rayon Qeydiyyat şöbəsinin 25 may 2022-ci il tarixli 625 saylı arayışından məlum olur ki, X6 və ailə üzvlərinin müəyyən edilməsi məqsədilə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sistemində həmin şəxsə dair yoxlama 25 may 2022-ci ilədək aparılmış və ailə tərkibi barədə aşağıdakı məlumatlar aşkar edilmişdir: həyat yoldaşı Ərizəçi xx.xx.1977, qızı X5 xx.xx.1997, qızı X9 xx.xx.2004. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Yevlax rayon Qeydiyyat şöbəsinin 25 may 2022-ci il tarixli 625 saylı arayışından məlum olur ki, X1 yaşayış yeri Yevlax rayonu, Xaldan kəndi olmuşdur. Beləliklə məhkəmə iclasında müəyyən edilmişdir ki, Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən 23 sentyabr 2021-ci il tarixli ********** saylı çıxarışına əsasən 0.06 ha torpaq sahəsi X4 məxsusdur. X6 12 yanvar 2021-ci il tarixdə vəfat etmişdir. Onun vəfatından sonra ərizəçi (vərəsə) həmin torpağı faktiki olaraq miras kimi qəbul etməklə həmin torpaqdan istifadə edir. Ərizəçi birinci növbə vərəsədir. Digər vərəsələr X5 və X8 bildirmişdir ki, mərhum atası X6 12 yanvar 2021-ci il tarixində ölmüşdür. Onun tərəfindən mirasın qəbul edilməsi üçün qanunla müəyyənləşdirilmiş altı aylıq müddət ötürülmüşdür, yəni buraxılmışdır. Atasının ölümündən sonra mirası, nə də ifadə edilməsindən asılı olmayaraq qəbul etməmiş və buna görə də öz vərəsəlik hüququnu rəsmiləşdirmək niyyətində deyil. Azərbaycan Respublikasının Konstitusiyasının 71-ci maddəsinin 1-ci bəndinə görə, konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında Avropa Konvensiyasının 6-cı maddəsinə, Azərbaycan Respublikasının Konstitusiyasının 60 və 71ci maddələrinə əsasən hər kəs qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 4 noyabr 2005-ci il tarixli, 4 saylı qərarının 6.3-cü bəndində göstərilir ki, məhkəmə qətnaməsinin əsaslandırıcı hissəsində sübutlar əlaqəli şəkildə şərh edilməli, bu və ya digər sübutların qəbul edilməməsinin səbəbləri orada aydın şəkildə izah edilməlidir. Hər hansı bir məhkəmə aktının qanuni və əsaslı hesab olunması üçün əsas şərtlərdən biri onun ədalətli olmasıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1159.1.1-ci maddəsindən məlum olur ki, ölənin uşaqları birinci növbə vərəsədir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1243.1-ci maddəsinə əsasən mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1243.2-ci maddəsinə əsasən mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1243.3-cü maddəsinə əsasən Vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1261-ci maddəsinə əsasən vərəsə mirası qəbul etməkdən qanun üzrə və ya vəsiyyət üzrə vərəsələr sırasından başqa şəxslərin xeyrinə imtina edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1255-ci maddəsinə əsasən qəbul edilmiş miras vərəsəlik açıldığı gündən vərəsənin mülkiyyəti sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1291-ci maddəsinə əsasən miras şərikləri arasında mirasın bölüşdürülməsi haqqında ixtilaflar olduqda, mübahisəyə məhkəmə baxır. Əmlakın bölüşdürülməsi zamanı məhkəmə bölüşdürülməli əmlakın xarakterini, miras şəriklərindən hər birinin fəaliyyətini və digər konkret halları nəzərə almalıdır. Məhkəmə toplanmış sübutlara qərəzsiz, obyektiv hüququ qiymət verərək hesab edir ki, ərizə təmin edilməli, X3 ölümündən sonra X4 məxsus Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən verilmiş 23 sentyabr 2021-ci il tarixli ********** çıxarışına əsasən 0.06 ha torpaq sahəsi miras əmlak kimi Ərizəçi tərəfindən qəbul edilməsi faktı müəyyən edilməlidir. Ödənilmiş dövlət rüsumu iddiaçılara aid edilməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Azərbaycan Respublikası MPM-nin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. Məhkəmə iş üzrə sübutlara Azərbaycan Respublikasının MPM-nin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Azərbaycan Respublikasının MPM-nin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Qeyd edilənlərə əsasən Azərbaycan Respublikası MPM-nin 213, 216-220-ci maddələrini rəhbər tutaraq QƏT ETDİ: Ərizə təmin edilsin. X3 ölümündən sonra X4 məxsus Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən verilmiş 23 sentyabr 2021-ci il tarixli ********** çıxarışına əsasən 0.06 ha torpaq sahələri miras əmlak kimi Ərizəçi tərəfindən qəbul edilməsi faktı müəyyən edilsin. Ödənilmiş dövlət rüsumu ərizəçiyə aid edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən bir ay müddətində Şəki Apellyasiya Məhkəməsinə Yevlax Rayon Məhkəməsi vasitəsilə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamə qanuni qüvvəyə mindikdən sonra icra edilir. Sədrlik edən Ruslan Əlizadə
Məhkəmə qərarları › İş №2(039)-1137/2022
Yevlax Rayon Məhkəməsi Qətnamə — İş №2(039)-1137/2022
13.06.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Mirasın qəbul edilməsi və vərəsəliyin açılma yerinin müəyyən edilməsi faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver