Azərbaycan Respublikası adından QƏTNAMƏ Yevlax Rayou İş № 2(039)-1143/2021 02.06.2021 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əlizadə Ruslan Əliyar oğlunun sədrliyi Məhkəmə iclasının katibi Cəlilov Ruslan Elmi oğlunun katibliyi Ərizəçi iştirakı ilə, Ərizəçi Maraqlı şəxsnə qarşı «doğumun qeyd edilmə faktının müəyyən edilməsi» haqqında işə Yevlax Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi Maraqlı şəxsnə qarşı «doğumun qeyd edilmə faktının müəyyən edilməsi» haqqında ərizə ilə məhkəməyə müraciət edərək, övladları X7 09 noyabr 2009-cu il tarixdə, X8 27 iyun 2012-ci il tarixdə, X9 02 iyul 2015-ci il tarixdə, X12 14 mart 2017-ci il tarixdə, X10 15 aprel 2018-ci il tarixdə və X11 23 avqust 2019-cu il tarixdə anadan olması faktının, yəni doğumun qeyd etmə faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi məhkəmədə ərizəsini müdafiə edərək izah etdi ki, o, X27 ilə faktiki ailə qurmuşdur. Birgə nikahlarından altı uşaqları olmuşdur. Uşaqlar ev şəraitində olmuşdur. Lakin onlara doğum haqqında şəhadətnamə alınmamışdır. Bu barədə Maraqlı şəxsnə müraciət etsə də, ona məhkəməyə müraciət etməsi bildirilmişdir. Bu səbəbdən də hazırki ərizə ilə məhkəməyə müraciət etmişdir. Maraqlı şəxsnə məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, maraqlı orqanın nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişlər. Məhkəmə, Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə maraqlı orqanın nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iclasında şahid qismində dindirilən X28 ifadə verərək göstərdi ki, ərizəçi onun qonşusudur. Ərizəçi X27 ilə el adəti ilə ailə qurmuşdur. Onların birgə yaşayışlarından ev şəraitində 6 uşaqları olmuşdur. Məhkəmə ərizəçinin və şahidin ifadələrini dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, ərizə qismən təmin edilməlidir. Mülki işdə olan və məhkəmə iclasında tədqiq edilən AA******* saylı şəxsiyyət vəsiqəsinin surətindən məlum olur ki, Ərizəçi xx xxxxx 1992-ci il tarixdə anadan olmuşdur. Mülki işdə olan və məhkəmə iclasında tədqiq edilən Yevlax rayon X22 hüquqi şəxs tərəfindən verilmiş, 09 aprel 2021-ci il tarixli 2413 saylı arayışdan məlum olur ki, X20 həkim müayinəsindən keçmişdir, hal-hazırda uşaq sağlamdır. Mülki işdə olan və məhkəmə iclasında tədqiq edilən Yevlax rayon X22 hüquqi şəxs tərəfindən verilmiş, 09 aprel 2021-ci il tarixli 2415 saylı arayışdan məlum olur ki, Əmiraslanov XXX Şahin qızı həkim müayinəsindən keçmişdir, hal-hazırda uşaq sağlamdır. Mülki işdə olan və məhkəmə iclasında tədqiq edilən Yevlax rayon X22 hüquqi şəxs tərəfindən verilmiş, 13 aprel 2021-ci il tarixli 2530 saylı arayışdan məlum olur ki, X17 həkim müayinəsindən keçmişdir, hal-hazırda uşaq sağlamdır. Mülki işdə olan və məhkəmə iclasında tədqiq edilən Yevlax rayon X22 hüquqi şəxs tərəfindən verilmiş, 09 aprel 2021-ci il tarixli 2417 saylı arayışdan məlum olur ki, Əmiraslanov XXX Şahin qızı həkim müayinəsindən keçmişdir, hal-hazırda uşaq sağlamdır. Mülki işdə olan və məhkəmə iclasında tədqiq edilən Yevlax rayon X22 hüquqi şəxs tərəfindən verilmiş, 09 aprel 2021-ci il tarixli 2416 saylı arayışdan məlum olur ki, Əmiraslanov XXX Şahin qızı həkim müayinəsindən keçmişdir, hal-hazırda uşaq sağlamdır. Mülki işdə olan və məhkəmə iclasında tədqiq edilən Yevlax rayon X22 hüquqi şəxs tərəfindən verilmiş, 09 aprel 2021-ci il tarixli 2414 saylı arayışdan məlum olur ki, X21 həkim müayinəsindən keçmişdir, hal-hazırda uşaq sağlamdır. Mülki işdə olan və məhkəmə iclasında tədqiq edilən Maraqlı şəxs tərəfindən verilmiş 03 aprel 2021-ci il tarixli 659 saylı məktubdan məlum olur ki, Ərizəçi övladlarının doğumu haqqında tibbi şəhadətnaməsi təqdim edildikdən sonra doğum haqqında şəhadətnamə verilə bilər. Əks halda məhkəməyə müraciət edə bilər. Mülki işdə olan və məhkəmə iclasında tədqiq edilən Yevlax RİHB-nın Yevlax şəhər 1 nömrəli sahə İƏD-si üzrə nümayəndəliyi tərəfindən 01 aprel 2021-ci il tarixdə verilmiş 1735 saylı arayışdan məlum olur ki, X1 şəhəri, R.Məmmədov küçəsi ev 8-də yaşayır. Mülki işdə olan və məhkəmə iclasında tədqiq edilən Yevlax RİHB-nın Yevlax şəhər 1 nömrəli sahə İƏD-si üzrə nümayəndəliyi tərəfindən 01 aprel 2021-ci il tarixdə verilmiş 1737 saylı arayışdan məlum olur ki, X5 şəhəri, R.Məmmədov küçəsi ev 8-də yaşayır. Mülki işdə olan və məhkəmə iclasında tədqiq edilən Yevlax RİHB-nın Yevlax şəhər 1 nömrəli sahə İƏD-si üzrə nümayəndəliyi tərəfindən 01 aprel 2021-ci il tarixdə verilmiş 1734 saylı arayışdan məlum olur ki, X2 şəhəri, R.Məmmədov küçəsi ev 8-də yaşayır. Mülki işdə olan və məhkəmə iclasında tədqiq edilən Yevlax RİHB-nın Yevlax şəhər 1 nömrəli sahə İƏD-si üzrə nümayəndəliyi tərəfindən 01 aprel 2021-ci il tarixdə verilmiş 1736 saylı arayışdan məlum olur ki, X3 şəhəri, R.Məmmədov küçəsi ev 8-də yaşayır. Mülki işdə olan və məhkəmə iclasında tədqiq edilən Yevlax RİHB-nın Yevlax şəhər 1 nömrəli sahə İƏD-si üzrə nümayəndəliyi tərəfindən 01 aprel 2021-ci il tarixdə verilmiş 1733 saylı arayışdan məlum olur ki, X6 şəhəri, R.Məmmədov küçəsi ev 8-də yaşayır. Mülki işdə olan və məhkəmə iclasında tədqiq edilən Yevlax RİHB-nın Yevlax şəhər 1 nömrəli sahə İƏD-si üzrə nümayəndəliyi tərəfindən 01 aprel 2021-ci il tarixdə verilmiş 1738 saylı arayışdan məlum olur ki, X4 şəhəri, R.Məmmədov küçəsi ev 8-də yaşayır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 158.1-ci maddəsinə əsasən vətəndaşlıq vəziyyəti aktlarının qeydə alınması həm dövlət mənafeyi və ictimai mənafe üçün, həm də vətəndaşların şəxsi və əmlak hüquqlarının qorunması məqsədilə aparılır. Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı haqqında məlumatlar ailə həyatına dair məlumat hesab olunur və onların əldə edilməsinə məhdudiyyət qoyulur. Bu məlumatlar yalnız qanunvericiliklə nəzərdə tutulmuş hallarda və bu məlumatı əldə etmək hüququna malik şəxslərə təqdim edilir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 158.2-ci maddəsinə əsasən doğum, ölüm, nikahın bağlanması, nikahın pozulması, övladlığa götürmə, atalığın müəyyən edilməsi, adın, ata adının və soyadın dəyişdirilməsi müvafiq icra hakimiyyəti orqanlarında qeydiyyatdan keçirilməlidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 159.2-ci maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanları öz səlahiyyətləri daxilində doğumun, nikahın bağlanmasının, nikahın pozulmasının, övladlığa götürmənin, atalığın müəyyən edilməsinin, adın, ata adının və soyadının dəyişdirilməsinin, ölümün qeydiyyatını aparır, vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatını dəyişir, tamamlayır, düzəldir və ləğv edir, itmiş qeydləri bərpa edir, akt kitablarını saxlayır və vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı haqqında şəhadətnamələr verirlər. Beləliklə, məhkəmədə aydın olur ki, Ərizəçi qeyri rəsmi olaraq ailə qurmuşdur. Birgə yaşayışlarından ev şəraitində 6 uşaqları olmuşdur. Müvafiq Dövlət orqanına müraciət olunaraq lazımi sənədlər alınmamışdır. Bu səbəbdən ərizəçi qeyd edilən ərizə ilə məhkəməyə müraciət etmişdir. Ona görə də məhkəmə, toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, ərizə qismən təmin edilməli, Ərizəçi 09 noyabr 2009-cu il tarixdə bir qız, 27 iyun 2012-ci il tarixdə bir qız, 02 iyul 2015-ci il tarixdə bir qız, 14 mart 2017-ci il tarixdə bir oğlan, 15 aprel 2018-ci il tarixdə bir qız və 23 avqust 2019-cu il tarixdə bir qız uşağının doğması faktı müəyyən edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 307.2 və 307.2.3-cü maddələrinə əsasən məhkəmə doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsi barədə işlərə baxır. Məhkəmə iş üzrə sübutlara Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, ərizədə qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Azərbaycan Respublikasının MPM-nin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Məhkəmə, şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, maddələrini rəhbər tutaraq, QƏT ETDİ: Ərizə qismən təmin edilsin. Ərizəçi 09 noyabr 2009-cu il tarixdə bir qız, 27 iyun 2012-ci il tarixdə bir qız, 02 iyul 2015-ci il tarixdə bir qız, 14 mart 2017-ci il tarixdə bir oğlan, 15 aprel 2018-ci il tarixdə bir qız və 23 avqust 2019-cu il tarixdə bir qız uşağının doğması faktı müəyyən edilsin. Bu qətnamə müvafiq doğum akt qeydinin Maraqlı şəxs tərəfindən aparılması üçün əsasdır. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Yevlax Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 01 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamə qanuni qüvvəyə mindikdən sonra icra edilsin. Sədrlik edən Ruslan Əlizadə
Məhkəmə qərarları › İş №2(039)-1143/2021
Yevlax Rayon Məhkəməsi Qətnamə — İş №2(039)-1143/2021
02.06.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver