Azərbaycan Respublikası adından QƏTNAMƏ Yevlax Rayou İş № 2(039)-1144/2020 22.07.2020 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əlizadə Ruslan Əliyar oğlunun sədrliyi Məhkəmə iclasının katibi Cəlilov Ruslan Elmi oğlunun katibliyi Ərizəçilər Ərizəçi1 və Ərizəçi2 iştirakı ilə, Ərizəçilər Ərizəçi1, Ərizəçi2 və Ərizəçi3 maraqlı orqan Maraqlı şəxs1nə qarşı «akt qeydinin düzgün olmamasının müəyyən edilməsi» haqqında işə Yevlax Rayon məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçilər Ərizəçi1, Ərizəçi2 və Ərizəçi3 maraqlı orqan Maraqlı şəxs1nə qarşı «akt qeydinin düzgün olmamasının müəyyən edilməsi» haqqında ərizə ilə müraciət edərək, mərhum X4 ölüm şəhadətnaməsində və mülkiyyət sənədində X5 yazılmasını, lakin nikah haqqında şəhadətnaməsində X8 yazılması; nikah şəhadətnaməsində Ərizəçi1 adı, Təkminə yazılmasını; Ərizəçi2 qızının doğum haqqında şəhadətnaməsində “ata qrafasında” X9, şəxsiyyət vəsiqəsində isə ata adı Abubəkir yazılması; Ərizəçi3 doğum haqqında şəhadətnaməsində “atası qarfasında” X10, şəxsiyyət vəsiqəsində isə ata adı Abubəkir yazılmasını nəzərə alaraq vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı kitabında qeydlərin düşgün olmamasının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi1 məhkəmədə ərizəsini müdafiə edərək izah etdi ki, X3 qalmış mirasın qəbulu üçün Notariat ofisinə müraciət etmişlər. Lakin sənədlərində bəzi uyğunsuzluqlar var. Bu səbəbdən də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışlar. Ərizəçi2 məhkəmədə ərizəsini müdafiə edərək izah etdi ki, X3 qalmış mirasın qəbulu üçün sənədlərində müəyyən anlaşılmamazlıqlar var. Vətəndaşlıq vəziyyəti aktlarında bu səbəbdən düzəlişlər edilməlidir. Ərizəçi3 və maraqlı orqan Maraqlı şəxs1nə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada məlumat verilməsinə baxmayaraq, onlar məhkəmə iclasına gəlməmişlər, gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər və işə onların iştirakı olmadan baxılmasını xahiş etməmişlər. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən, işə Ərizəçi3 və maraqlı orqan Maraqlı şəxs1 nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün sayır. Məhkəmə ərizəçilərin izahatını dinləyib, iş materiallarını nəzərdən keçərərək hesab edir ki, ərizə təmin edilməlidir. Mülki işdə olan və məhkəmə iclasında tədqiq edilən Yevlax RPŞ-si tərəfindən xx xxxxxxxx 2005-ci il tarixdə verilmiş AZE seriyalı 0******* saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi1 xx xxxxxxxx 1937-ci ildə Ağdaş rayonu, Ocaq kəndində anadan olub, Yevlax şəhəri, Xoyski küçəsi 15-də qeydiyyatdadır. Mülki işdə olan və məhkəmə iclasında tədqiq edilən Yevlax RPŞ-si tərəfindən xx xxxxxx 2013-cü il tarixdə verilmiş AZE seriyalı ******** saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi2 xx xxx 1961-ci ildə Yevlax şəhərində anadan olub, Yevlax şəhəri, Xoyski küçəsi 15-də qeydiyyatdadır. Mülki işdə olan və məhkəmə iclasında tədqiq edilən Yevlax RPŞ-si tərəfindən xx xxxxxx 2015-ci il tarixdə verilmiş AZE seriyalı ******** saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi3 xx xxxx 1979-cu ildə Yevlax şəhərində anadan olub, Yevlax şəhəri, Xoyski küçəsi 15-də qeydiyyatdadır. Mülki işdə olan və məhkəmə iclasında tədqiq edilən Maraqlı şəxs1 xx xxxx 2020-ci il tarixli 194-05/Q saylı məktubundan görünür ki, Ərizəçi2 məhkəməyə müraciət etməsi bildirilmişdir. Mülki işdə olan və məhkəmə iclasında tədqiq edilən Maraqlı şəxs2 xx xxxxxx 2019cu il tarixli 996 saylı məktubundan görünür ki, Ərizəçi2 məhkəməyə müraciət etməsi bildirilmişdir. Mülki işdə olan və məhkəmə iclasında tədqiq edilən doğum haqqında akt qeydinin surətindən məlum olur ki, Ərizəçi3 xx xxxxxx 1933-cü il tarixdə anadan olmuşdur. Mülki işdə olan və məhkəmə iclasında tədqiq edilən doğum haqqında akt qeydinin surətindən məlum olur ki, Ərizəçi2 xx xxx 1961-cü il tarixdə anadan olmuşdur. Mülki işdə olan və məhkəmə iclasında tədqiq edilən evlənmə haqqında akt qeydinin surətindən məlum olur ki, X6 ilə X11 xx xxxxx 1958-ci il tarixdə evlənmişlər. Mülki işdə olan və məhkəmə iclasında tədqiq edilən olüm haqqında akt qeydinin surətindən məlum olur ki, X7 xx xxxx 2001-ci il tarixdə vəfat etmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 158.1-ci maddəsinə əsasən vətəndaşlıq vəziyyəti aktlarının qeydə alınması həm dövlət mənafeyi və ictimai mənafe üçün, həm də vətəndaşların şəxsi və əmlak hüquqlarının qorunması məqsədilə aparılır. Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı haqqında məlumatlar ailə həyatına dair məlumat hesab olunur və onların əldə edilməsinə məhdudiyyət qoyulur. Bu məlumatlar yalnız qanunvericiliklə nəzərdə tutulmuş hallarda və bu məlumatı əldə etmək hüququna malik şəxslərə təqdim edilir. Həmin Məcəllənin 158.2-ci maddəsinə əsasən doğum, ölüm, nikahın bağlanması, nikahın pozulması, övladlığa götürmə, atalığın müəyyən edilməsi, adın, ata adının və soyadın dəyişdirilməsi müvafiq icra hakimiyyəti orqanlarında qeydiyyatdan keçirilməlidir. Həmin Məcəllənin 159.2-ci maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanları öz səlahiyyətləri daxilində doğumun, nikahın bağlanmasının, nikahın pozulmasının, övladlığa götürmənin, atalığın müəyyən edilməsinin, adın, ata adının və soyadının dəyişdirilməsinin, ölümün qeydiyyatını aparır, vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatını dəyişir, tamamlayır, düzəldir və ləğv edir, itmiş qeydləri bərpa edir, akt kitablarını saxlayır və vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı haqqında şəhadətnamələr verirlər. Beləliklə, məhkəmədə aydın olur ki, X6 ilə Ərizəçi1 xx xxxxx 1958-ci il tarixdə evlənmişlər. Onların birgə nikahlarından Ərizəçi2 və Ərizəçi3 dünyaya gəlmişlər. Nikah haqqında akt qeydində Ərizəçi1 adı səhvən Təkminə kimi qeyd edirmişdir. X6 xx xxxx 2001-ci il tarixdə vəfat etmişdir. Ölüm akt qeydində mərhumun adı səhvən X1 qeyd edilmişdir. Ərizəçi2 doğum akt qeydində isə ata adı səhvən Abubbəkir kimi qeyd edilmişdir. Həmçinin Ərizəçi3 doğum akt qeydində ata haqqında məlumat qrafasında səhvən X2 qeyd edilmişdir. Səhvlərin məhkəmədən kənar düzəldilməsi mümkün deyil. Ona görə də məhkəmə, toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək, belə nəticəyə gəlir ki, ərizə təmin edilməli, xx xxxx 2001-ci ildə vəfat etmiş X4 ölüm akt qeydi kitabında düzgün olmaması müəyyən edilməli, həmin qeyddə düzəliş edilərək “X6” kimi; xx xxxxx 1958-ci ildə X6 ilə X11 arasında bağlanmış nikah akt qeydi kitabında düzgün olmaması müəyyən edilməli, həmin qeyddə düzəliş edilərək adı “Təhminə” kimi; xx xxx 1961-ci ildə anadan olmuş Ərizəçi2 Abubbəkir qızının doğum akt qeydi kitabında düzgün olmaması müəyyən edilməli, həmin qeyddə düzəliş edilərək ata adı “Abubəkir” kimi; xx xxxxxx 1979-cu ildə anadan olmuş Ərizəçi3 doğum akt qeydi kitabında düzgün olmaması müəyyən edilməli, həmin qeyddə düzəliş edilərək ata haqqında məlimat qrafasında “X6” kimi qeyd edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəllənin 305.1 və 305.1.7-ci maddəsinə əsasən məhkəmə xüsusi icraat qaydasında vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatının düzgün olmamasının müəyyən edilməsi haqqında iləşrə baxır. Həmin Məcəllənin 307.2 və 307.2.3-cü maddələrinə əsasən məhkəmə doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 339.1-ci maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanları hüquq haqqında mübahisə olmadıqda, edilmiş qeydə düzəliş və ya dəyişikliklər etməkdən imtina etdikdə hakim vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı kitablarında (akt kitablarında) qeydlərin düzgün olmamasının müəyyən edilməsi haqqında işlərə baxır. Həmin Məcəllənin 339.2-ci maddəsinə əsasən vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı kitabında qeydlərin düzgün olmamasının müəyyən edilməsi haqqında ərizə ərizəçinin yaşadığı yerin məhkəməsinə verilir. Məhkəmə iş üzrə sübutlara Azərbaycan Respublikasının MPM-nin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, ərizədə qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Azərbaycan Respublikasının MPM-nin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Məhkəmə, şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, maddələrini rəhbər tutaraq, Q Ə T E T D İ: Ərizə təmin edilsin. xx xxxx 2001-ci ildə vəfat etmiş X4 ölüm akt qeydi kitabında düzgün olmaması müəyyən edilsin və həmin qeyddə düzəliş edilərək “X6” kimi qeyd edilsin. xx xxxxx 1958-ci ildə X6 ilə X11 arasında bağlanmış nikah akt qeydi kitabında düzgün olmaması müəyyən edilsin və həmin qeyddə düzəliş edilərək adı “Təhminə” kimi qeyd edilsin. xx xxx 1961-ci ildə anadan olmuş Ərizəçi2 Abubbəkir qızının doğum akt qeydi kitabında düzgün olmaması müəyyən edilsin və həmin qeyddə düzəliş edilərək ata adı “Abubəkir” kimi qeyd edilsin. xx xxxxxx 1979-cu ildə anadan olmuş Ərizəçi3 doğum akt qeydi kitabında düzgün olmaması müəyyən edilsin və həmin qeyddə düzəliş edilərək ata haqqında məlimat qrafasında “X6” kimi qeyd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Yevlax Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamə qanuni qüvvəyə mindikdən sonra icra edilsin. Sədrlik edən Ruslan Əlizadə
Məhkəmə qərarları › İş №2(039)-1144/2020
Yevlax Rayon Məhkəməsi Qətnamə — İş №2(039)-1144/2020
22.07.2020 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Digər hüquqi hallar
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver