Azərbaycan Respublikası adından QƏTNAMƏ Yevlax Rayou İş № 2(039)-1157/2021 27.05.2021 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Toğrul Məhəmməd oğlunun sədrliyi, Məhkəmə iclas katibi Məmmədəliyeva Səriyyə Qoca qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi doğum faktının müəyyən edilməsinə dair mülki işə, Yevlax Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Ərizəçi maraqlı şəxs olaraq Maraqlı şəxs qeyd etməklə, Yevlax Rayon Məhkəməsinə ərizə ilə müraciət edərək, faktiki münasibətdə olduğu, o cümlədən Dağıstan Respublikasının vətəndaşı olan Zinat Bukavadzedən 25.06.2020-ci il tarixdə dünyaya gəlmiş qız övladının, ev şəraitində baş tutmuş doğum faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəni belə əsaslandırmışdır ki, xx.xx.2000-ci təvəllüdlüdür. Qazaxstan Respublikasının vətəndaşı Zinat Bukavadze ilə ailəlidir. Nikahlarını rəsmiləşdirməmişlər. 25.06.2020-ci il tarixdə onun Zinat Bukavadzedən qız övladı dünyaya gəlmişdir. Uşaq ev şəraitində dünyaya gəlmişdir. Həmin övladına doğum haqqında şəhadətnamə əldə etmək üçün Maraqlı şəxsnə müraciət etmişdir, lakin xahişi təmin edilmədi və ona məhkəməyə müraciət etmək tövsiyyə etdilər. Daha sonra iddia ərizəsinə əlavə ərizə təqdim edərək 25.07.2020-ci il tarixdə dünyaya gəlmiş qız övladının, ev şəraitində baş tutmuş doğum faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclası zamanı Ərizəçi ərizənin məzmununa uyğun izahat verərək ərizəsinin təmin edilməsini xahiş etmişdir. Maraqlı şəxs Yevlax şəhər qeydiyyat şöbəsinə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq nümayəndəsinin iştirakını təmin etməmiş və bunun səbəbi barədə məlumat verməmişdir. Məhkəmə, qeydiyyat şöbəsinin nümayəndəsinin iştirakı olmadan iclasın keçirilməsini mümkün hesab etmişdir. X2 bildirmişdir ki, Akif onun qaynının oğludur. Ərizəçi ilə Zinat Bukavadzenin nikahlarını qeyd etdirmədən evlənib bir yerdə yaşayırlar. Birgə yaşadıqları müddətdə Zinat Bukavadze 25.07.2020-ci il tarixdə, ev şəraitində qız övladı doğulmuşdur. Həmin uşağa Nigar adı vermişlər. Uşaq sağlamdır. X1 bildirmişdir ki, Ərizəçi ilə qonşudur. Ərizəçi Zinat Bukavadze ilə nikah münasibətlərindədir. 25.07.2020-ci il tarixdə Zinat Bukavadze ev şəraitində bir qız uşağı doğmuşdur. Həmin uşaq sağlamdır. X9 Mahmudovna (Mahmud qızı) bildirmişdir ki, Qzaxstan Respublikası vətəndaşıdır. 2020-ci ildə müvəqqəti icazə əsasında Azərbaycan Respublikasına gəlmiş və burada Ərizəçila ailə qurmuşdur. Lakin, nikahlarını rəsmi qeyd etdirməmişlər. Bu münasibətlərdən 25 iyul 2020-ci il tarixdə ev şəraitində onun bir qız uşağını doğmuşdur. Uşaq hazırda sağlamdır. Lakin, uşaq ev şəraitində doğulduğundan ona doğum haqqında şəhadətnamə əldə edə bilmirlər. Qeydiyyat şöbəsi tərəfindən Ərizəçi ünvanlanmış məktubunda qeyd edilir ki, 25 06.2020-ci ildə anadan olmuş qız övladına doğum haqqında şəhadətnamə verilməsi barədə tibbi şəhadətnamələrini təqdim edildikdən sonra doğum haqqında şəhadətnamələr verilə bilər. MYİ ******* saylı müvəqqəti yaşamaq üçün icazə vəsiqəsinin surətindən müəyyən olunur ki, Bukavadze Zinat 12.01.1999-ci il tarixdə Qazaxstan Respublikasında anadan olmuşdur. İcbari Tibbi Sığorta üzrə Dövlət Aqentliyi “Yevlax Rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsi tərəfindən verilmiş 25 may 2021-ci il tarixli, 6099 №-li arayışda qeyd olunur ki, Yevlax şəhəri, Nizami prospekti, 202 ünvanında yaşayan 25 iyul 2020-ci il təvəllüdlü X7 müayinədək keçmişdir, sağlamdır. Mülki Prosesual Məcəllə: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. İşə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 104.1. Şahid ona məlum olan məlumatları və halları məhkəməyə şifahi bildirir. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 305.1.1 məhkəmə xüsusi icraat qaydasında hüquqi əhəmiyyət olan faktların müəyyən edilməsi haqqında işlərə baxır. Maddə 307.2.3. doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsi barədə işlərə baxa bilər. Maddə 308 məhkəmə hüquqi əhəmiyyətli olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımı sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli, 03 saylı qərarı: Bənd 4. Məhkəmələrə izah olunur ki, Azərbaycan Respublikası MPM-nin 307.2.3-cü maddəsi doğum, övladlığa götürmə, nikah, boşanma, ölüm faktının deyil, vətəndaşlıq vəziyyəti aktlarının, yəni doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsini nəzərdə tutur. Məhkəmə qaydasında bu faktlar o halda müəyyən edilir ki, vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan orqanlarda müvafiq qeydlər saxlanılmamışdır və onların bərpası (vətəndaşlıq vəziyyəti aktlarının qeydləri saxlanılan arxivin itməsi, müharibə, təbii fəlakət, yanğın və sair nəticəsində arxivin məhv olması və sair səbəbdən) mümkün deyildir və belə qeyd yalnız vətəndaşlıq vəziyyəti aktının qeyd edilməsi faktının məhkəmə qaydasında müəyyən edilməsi barədə qətnamə əsasında bərpa edilə bilər. Bənd 4.3. Uşağın tibb müəssisəsindən kənarda doğulması ilə əlaqədar doğum haqqında arayış verilməsi mümkün olmadıqda və vətəndaşlıq vəziyyəti aktlarını qeydə alan orqan uşağın doğumunu qeydə almaqdan imtina etdikdə, məhkəmə uşağın doğum faktının müəyyən edilməsi barədə ərizəyə baxmaqda haqlıdır. Belə ərizələrə baxılarkən məhkəmə ananın hamiləliyi və doğuşla bağlı bütün halları aydınlaşdırmalı, ərizəni doğum faktının mövcudluğunu təsdiq edən mötəbər və təkzibedilməz sübutlar əsasında həll etməlidir. Qətnamənin nəticə hissəsində ananın soyadı, adı, atasının adı, uşağın cinsi, doğulduğu tarix və doğumun vətəndaşlıq vəziyyəti aktlarını qeydə alan orqanda qeydiyyatı üçün zəruri olan bütün digər məlumatlar öz əksini tapmalıdır. Məhkəmə ərizəçinin izahatını, şahidlərin ifadələrini dinləyib, iş materiallarını nəzərdən keçirərək belə qənaətə gəlir ki, şahidlərin ifadəsini və digər sübutları təkzib edən, onların mötəbərliliyini sübut növü kimi şübhə altına alan hallar müəyyən edilmədiyindən istinad edilən normanın tələbləri baxımından həmin ifadələr mötəbər sübut kimi qəbul edilməlidir. Məhkəmə təqdim edilmiş sübutlara hüquqi qiymət verərək belə qənaətə gəlir ki, həmin sübutlarla ərizəçinin faktiki nikah münasibətlərində olduğu Zinat Bukavadze tərəfindən, 25.07.2020-ci il tarixdə bir qız uşağını Yevlax şəhərində ev şəraitində doğması təsdiqini tapır, bu faktın təsdiq edilməsi ərizəçiyə uşaq üçün doğum, habelə atalığın müəyyən edilməsi haqqında şəhadətnamənin alınması üçün gərəkdir, ərizəçi həmin faktı təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməz və bu faktın qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışdır. Bu səbəbdən ərizə həmin hissədə təmin edilməlidir. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: Ərizə təmin edilsin. X4 (Mahmud qızı) 25 iyul 2020-ci il tarixdə Yevlax şəhərində bir qız uşağını doğması faktı müəyyən edilsin. Bu qətnamə müvafiq doğum akt qeydinin Maraqlı şəxs tərəfindən aparılması üçün əsasdır. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Yevlax Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: imza Toğrul Əliyev
Məhkəmə qərarları › İş №2(039)-1157/2021
Yevlax Rayon Məhkəməsi Qətnamə — İş №2(039)-1157/2021
27.05.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver