Azərbaycan Respublikası adından QƏTNAMƏ Yevlax Rayou İş № 2(039)-1158/2025 16.07.2025 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əlizadə Ruslan Əliyar oğlunun sədrliyi, Hakim köməkçisi Vəliyev Rövşən Rafail oğlunun katibliyi, İddiaçı, onun vəkili X3, Cavabdeh Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Mərkəzi Regional Təhsil İdarəsinin nümayəndəsi X9 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Təhsil Nazirliyi Cavabdehnə qarşı “Əmrin ləğv edilməsi, əvvəlki vəzifəyə bərpa edilmə, habelə boş dayanma müddəti üçün əmək haqqının ödənilməsi” tələbinə dair işə 18 iyul 2025-ci il tarixdə Yevlax Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin tabeliyində Mərkəzi Regional Təhsil İdarəsinin 3-29-69/3-1-36k/2025 nömrəli xx.xx.2025-ci il tarixli əmrinin ləğv edilməsini, onun əvvəlki direktor vəzifəsinə bərpa edilməsinə, habelə boş dayanma müddətinin, işləlmədiyi ayların əvəzinin ödənilməsinə dair məhkəmə qətnaməsinin çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X11 Xidmətini X15 şöbəsi iş üzrə maraqlı şəxs qismində cəlb edilmişlər. İddiaçı iddia tələbini müdafiə edərək izah etdi ki, o, Mingəçevir şəhəri M.Hüseynzadə adına 3 nömrəli tam orta məktəbinə xx.xx.2019-cu il tarixdə direktor vəzifəsinə təyin olunmuşdur. Bundan əvvəl isə Mingəçevir şəhəri 19 nömrəli tam orta məktəbin direktoru işləmişdir. yəni 2013-cü il tarixindən 2019-cu il tarixinədək bu vəzifədə işləmişdir. Həmişə işlədiyi tədris müəssisəsini irəli aparmışdır. Tədris səviyyəsi onun rəhbərlik etdiyi müəssisədən daim fərqlənmişdir. O, məktəb direktoru olduğu üçün kifayət qədər dünya görüşünün və siyasi səviyyəsinin mövcudluğu səbəbindən xx.xx.2024-cü il tarixindən o, 3 saylı X1 40 saylı məntəqəsinin sədri olmuşdur. Məsələ odur ki, o, dövlət əhəmiyyətli bir sahəyə cəlb olunduğu halda əmək qanunvericiliyinə uyğun olaraq onun iş yeri və əmək haqqının saxlanmasına baxmayaraq işdən çıxarılmışdır. Onun işdən çıxarılmasının hazırki cavabdeh etmişdir. O, qanunvericiliyə zidd olaraq işdən çıxarılmışdır. Bütün bunlarda onun hüquqlarını kobud şəkildə pozmuşdur. Əmək qanunvericliyinə görə seçki orqanlarına cəlb olunmuş şəxslərin işi və əmək haqqı saxlanır. Bu qanunun inperativ normasıdır. Onun bu seçki orqanında fəaliyyət müddəti xx.xx.2024cü il tarixdən xx.xx.2025-ci il tarixədək müəyyən edilmişdir. Onu isə hazırki cavabdeh seçkili orqanda fəaliyyətinin olmasına baxmayaraq direktor vəzifəsindən tam qanunsuz şəkildə azad etmişdir. İşdən çıxarılma tarixi xx.xx.2025-ci il tarixində qeyd edilməklə, xx.xx.2025-ci il tarixində işdən azad edilmişdir. cavabdeh Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin tabeliyində Mərkəzi Regional Təhsil İdarəsinin 3-29-69/3-1-36k/2025 nömrəli xx.xx.2025-ci il tarixli əmrinin ləğv edilməsini, onun əvvəlki direktor vəzifəsinə bərpa edilməsinə, habelə boş dayanma müddətinin ödənməmiş əmək haqqının ona ödənilməsini istəyir. İddiaçı məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. İddiaçı vəkili X6 iddiaçının göstərdiyi xüsusatları bir daha təsdiq edərək iddianın təmin olunmasını xahiş etdi. Cavabdeh Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Mərkəzi Regional Təhsil İdarəsinin nümayəndəsi X12 məhkəmə iclasında izah etdi ki, Cavabdeh maliyyə sistemi xəzinədarlıqla bağlı olduğuna görə onların erkən xitamla bağlı əməkhaqqının ödənməsi üçün hüquqi əsas lazım idi. Odur ki, məhkəmənin qətnaməsi lazımdır. Gültəkin xanımın əmək münasibətlərinə gəldikdə, qanunvericiliyin tələblərinə əsasən iş yerinin orta əmək haqqı saxlanılmaqla əmək məcəlləsinin müvafiq maddələrində göstərilən hallara əsasən əmək müqaviləsinə xitam verilməsi yol verilməzdir. Ancaq prosesin hüquqiliyi, kontingentliyinin və əhatəliyinin çox olmasını nəzərə alaraq təqribən burada 550-yə yaxın müəssisələrinin rəhbərlərinin nəzarətinin olmasından söhbət gedir. Əmək qanunvericiliyi bizə o halda deyir ki, əmək münasibətləri ilə bağlı əmək müqaviləsinin hər hansı qanunun pozulduğu əmək məcəlləsinin qərarı əsasında pozulduğu iddia edilirsə, müvafiq qərar qəbul olunduğundan 1 ay müddətində, əgər yaxın ailə üzvünün itirilməsi, öz səhhətində narahatlıq hallarının olması zamanı 1 il müddətində müraciət edə bilər. Gültəkin xanımda bu hal olmadığına görə əmək müfəttişliyinə və dövlətin məhkəməsinə əmək hüquqlarının pozulması ilə bağlı həmin müddət ərzində müraciət edə bilər. Odur ki, iddianın qismən təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Mərkəzi Regional Təhsil İdarəsinin nümayəndəsi X12 məhkəmədən iddianın qismən təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə tərəflərin izahatını dinləyərək, iş üzrə toplanmış sübutlara tam, hərtərəfli və obyektiv qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq xx.xx.2025-ci il tarixli MŞY/MT034/2024-00077 saylı arayışdan məlum olur ki, İddiaçı Əmrin ləğv edilməsi, əvvəlki vəzifəyə bərpa edilmə, habelə boş dayanma müddəti üçün əmək haqqının ödənilməsi ilə bağlı mediasiyaya müraciət etmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Mərkəzi Regional Təhsil İdarəsinin 3-29-69/3-1- 36k/2025 nömrəli xx.xx.2025-ci il tarixli əmrindən məlum olur ki, İddiaçı əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin “e” bəndinə əsasən çalışmanın yaş həddinə çatdığı üçün xitam verilmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən 3-11-53/2-22/2025 saylı, 12 iyun 2025-ci il tarixli Arayışdan məlum olur ki, İddiaçı seçki komissiyasının xx.xx.2023-cü il tarixli, 07/16 saylı qərarı ilə 40 saylı məntəqə seçki komissiyasının sədri vəzifəsində işləmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən ИТ-İ ******* saylı, xx.xx.1984-cü il tarixli əmək kitabçasının surətindən görünür ki, İddiaçı 1984-cü il tarixdən əmək fəaliyyətinə başlamışdır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyası 53 saylı X1 Dairə Seçki Komissiyasının Cavabdehnə ünvanladığı 28 noyabr 2024-cü il tarixli, 3-11-53/2-43/2024 nömrəli məktubdan görünür ki, 29 yanvar 2025-ci il tarixdə keçiriləcək “Bələdiyyə seçkiləri” ilə əlaqədar Azərbaycan Respublikası Seçki Məcəlləsinin 38.1-ci maddəsinə əsasən X4 üzvlərin 29 noyabr 2024-cü il tarixdən, 01 fevral 2025-ci il tarixə kimi (65 təqvim günü) əsas iş yeri üzrə əmək haqqı saxlanılmaqla müvəqqəti olaraq işdən azad olunmalıdırlar. Həmin idarəyə ünvanlanan məktubda qeyd olunan soyad, ad, ata qrafasında olan şəxslərdən biri də İddiaçıdır. Beləliklə məhkəmədə müəyyən edildi ki, Quliyeva X2 şəhər 3 saylı tam orta məktəbinin direktoru vəzifəsində çalışmışdır. Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyası 53 saylı X1 Dairə Seçki Komissiyasının sədri vəzifəsində çalışmış, seçkili orqanda fəaliyyət müddəti xx.xx.2024-cü il tarixdən xx.xx.2025-ci il tarixədək müddətə olmuşdur (əsas: Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyası 53 saylı X1 Dairə Seçki Komissiyasının 28 noyabr 2024-cü il tarixli, 3-11-53/2-43/2024 nömrəli məktubu). Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Mərkəzi Regional Təhsil İdarəsinin xx.xx.2025-ci il tarixli 3-29-69/3-1-36k/2025 nömrəli əmri ilə 17 yanvar 2025-ci il tarixdən İddiaçı çalışmanın yaş həddinə çatdığı üçün Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “e” bəndinə əsasən işdən azad edilmişdir. Cavabdehin nümayəndəsi iddiaçının X5 Komissiyasının sədri vəzifəsini yerinə yetirdiyi, yəni 17 yanvar 2025-ci il tarixdən, 03 fevral 2025-ci il tarixədək olan müddət ərzində əmək haqqının ödənilməsinə etiraz etmir. Ona görə də məhkəmə, toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməli, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Mərkəzi Regional Təhsil İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli 3-29-69/3-1-36k/2025 nömrəli əmr ləğv edilməli, İddiaçı seçkili orqanda xx.xx.2025-ci il tarixədək sədr fəaliyyət göstərdiyi üçün ona 17 yanvar 2025-ci il tarixdən 03 fevral 2025-ci il tarixədək olan müddətdə orta əmək haqqı ödənilməlidir. İddia qalan hissədə əsassız olduğundan rədd edilməlidir. Azərbaycan Respublikasının Konstitusiyasının 60-cı maddəsində isə qeyd olunur ki, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “e” bəndinə əsasən, dövlət büdcəsindən maliyyələşən müəssisənin işçisi çalışmanın yaş həddinə çatdıqda, əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilə bilər. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 10-1.1-ci maddəsinə əsasən, dövlət büdcəsindən maliyyələşən müəssisələrdə çalışmanın yaş həddi 65-dir. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 4-cü maddəsinin 3-cü bəndinə əsasən, Azərbaycan Respublikasının qanunlarında müəyyən edilmiş dövlət büdcəsindən maliyyələşən müəssisələrdə çalışmanın yaş həddi elmi müəssisə və təşkilatlar, ali təhsil müəssisələrinə şamil edilmir. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 156.1-ci maddəsinə görə, Əmək haqqı, əmək müqaviləsi ilə müəyyən edilmiş məbləğdən, habelə bağlanmış kollektiv müqavilədə nəzərdə tutulan tarif (vəzifə) maaşları əsasında müəyyən edilən məbləğdən az olmayaraq ödənilir. Göründüyü kimi, işəgötürən tərəfindən işçi ilə bağlanmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin “e” bəndində nəzərdə tutulan əsasla xitam verilməsi üçün iki şərtin eyni vaxtda mövcud olması tələb olunur: birincisi, işçi dövlət büdcəsindən maliyyələşən müəssisədə çalışmalıdır; ikincisi, işçi çalışmanın son yaş həddinə, yəni 65 yaşa çatmalıdır. Bu iki şərt mövcud olduğu halda işəgötürən, işçi ilə bağlanmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin “e” bəndinə əsasən xitam verə bilər. Yəni, “dövlət büdcəsindən maliyyələşən müəssisənin işçisi çalışmanın son yaş həddinə, yəni 65 yaşına çatdıqda” əmək müqaviləsinə xitam vermək (çalışma müddətinin uzadılması istisna olmaqla) işəgötürənin hüququ deyil, vəzifəsidir. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 79-cu maddəsinə əsasən, əmək müqaviləsinin ləğv olunması qadağan edilən işçilər və hallar işə götürən tərəfindən: - hamilə, habelə üç yaşınadək uşağı olan qadınların, üç yaşınadək uşağını təkbaşına böyüdən kişilərin; - yeganə qazanc yeri işlədiyi müəssisə olub məktəb yaşınadək uşağını təkbaşına böyüdən işçilərin; - əmək qabiliyyətini müvəqqəti itirən işçilərin; - işçinin şəkərli diabetlə və ya dağınıq sklerozla xəstə olması səbəbinə görə; -həmkarlar ittifaqları təşkilatının və ya hər hansı siyasi partiyanın üzvü olması motivinə görə; - öhdəsində əlilliyi olan uşaq və ya orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş digər ailə üzvü olan işçilərin məzuniyyətdə, ezamiyyətdə olduğu vaxtda, habelə kollektiv danışıqlarda iştirak etdiyi müddət ərzində işçilərin bu Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsaslarla əmək müqaviləsinin ləğv edilməsi qadağandır. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 179-cu maddəsinə əsasən, işçi qanunvericiliklə nəzərdə tutulmuş hallarda və qaydada dövlət və ictimai vəzifələrin yerinə yetirilməsinə cəlb edildiyi müddət ərzində iş yeri, vəzifəsi (peşəsi) saxlanılmaqla ona orta əmək haqqı ödənilməlidir.
2. Aşağıdakı hallarda işçinin iş yeri və orta əmək haqqı saxlanılır: a) şahid, zərərçəkmiş şəxs, ekspert, mütəxəssis, tərcüməçi, hal şahidi sifəti ilə təhqiqat, ibtidai istintaq və məhkəmə orqanlarına çağırıldıqda; b) ictimai ittihamçı və müdafiəçi, ictimai təşkilatların və əmək kollektivlərinin, habelə qanuni və ya etibarnamə əsasında işçilərin nümayəndəsi qismində məhkəmə iclaslarında iştirak etmək üçün cəlb edildikdə; Azərbaycan Respublikasının Seçki Məcəlləsinin 38.1-ci maddəsinə əsasən, məntəqə seçki komissiyasının sədri, katibləri və üzvləri seçkilərin (referendumun) təyin edilməsi haqqında səlahiyyətli dövlət orqanının qərarının (sərəncamının) dərc edildiyi gündən seçkilərin (referendumun) nəticələrinin dərc edildiyi günədək olan müddətdə, habelə hər il seçici siyahılarının hazırlandığı dövrdə dövlət büdcəsi hesabına pul təminatı alırlar. Məntəqə seçki komissiyasının tərkibinə seçilən, dövlət və ya yerli büdcələrdən maliyyələşdirilən orqanlarda, müəssisələrdə, təşkilatlarda və ya təsisatlarda qulluq edən şəxsin əsas iş yeri üzrə aldığı əmək haqqı saxlanılır. Məhkəmə qeyd edir ki, İddiaçı çalışmanın son yaş həddinə çatmasında Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Mərkəzi Regional Təhsil İdarəsi tərəfindən düzgün qənaətə gəlsə də seçkili orqanda xx.xx.2025-ci il tarixədək fəaliyyətini nəzərə almamışdır. Məhkəmə işə bərpaya münasibətdə qeyd edir ki, işəgötürən iddiaçı ilə əmək münasibətini davam etdirməmək barədə iradəsini açıq-aşkar ifadə etdiyindən, bu iradə ifadəsi əlavə heç bir şərtdən asılı olmadan əmək müqaviləsinə xitam verilməsi üçün əsasdır. Ona görə də artıq 65 yaşına çatmış iddiaçının sözügedən məktəbdə çalışma müddəti 03 fevral 2025-ci il tarixədək uzadıldığından və bundan sonra tərəflər arasında faktiki əmək münasibətləri əmələ gəlmədiyindən, işəgötürənin iradəsinə zidd olaraq iddiaçının əvvəlki işinə bərpa olunması, onunla yeni əmək müqaviləsinin bağlanması və işə bərpa olunduğu bütün müddət üçün ona boş dayanma üçün əmək haqqının ödənilməsi də düzgün yanaşma olmaz və bu yanaşma açıq-aşkar qeyri-mütənasib olmaqla, iddiaçının haqqı çatmayanları əldə etməsinə və nəticədə işəgötürənin ağır iqtisadi sanksiyaya məruz qalmasına səbəb olar. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi özünün bir çox qərarlarında (“Delcourt Belçikaya qarşı” iş üzrə 17 yanvar 1970-ci il tarixli qərarı; (“Piersack Belçikaya qarşı” iş üzrə 01 oktyabr 1982-ci il tarixli qərarı; “X14rşı” iş üzrə 26 oktyabr 1984-cü il tarixli qərarı) bunu belə ifadə etmişdir: “Ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir”. Məhkəmə iş üzrə sübutlara Azərbaycan Respublikasının MPM-nin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, ərizədə qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Azərbaycan Respublikasının MPM-nin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Məhkəmə, şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, maddələrini rəhbər tutaraq, QƏT ETDİ : İddia qismən təmin edilsin. Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Mərkəzi Regional Təhsil İdarəsinin xx.xx.2025-ci il tarixli 3-29-69/3-1-36k/2025 nömrəli əmri ləğv edilsin. Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyası 53 saylı X1 Dairə Seçki Komissiyasının sədri vəzifəsini yerinə yetirdiyi müddət, yəni 17 yanvar 2025-ci il tarixdən, 03 fevral 2025-ci il tarixədək olan müddətə görə İddiaçı orta əmək haqqı ödənilsin. İddia qalan hissədə edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Yevlax Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) apelyasiya şikayəti verilə bilər.
Sədrlik edən Ruslan Əlizadə