Məhkəmə qərarları › İş №2(039)-1164/2021

Yevlax Rayon Məhkəməsi Qətnamə — İş №2(039)-1164/2021

17.06.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Digər hüquqi hallar
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Yevlax Rayou İş № 2(039)-1164/2021 17.06.2021 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əlizadə Ruslan Əliyar oğlunun sədrliyi Məhkəmə iclasının katibi Cəlilov Ruslan Elmi oğlunun katibliyi Ərizəçilər Ərizəçi1, Ərizəçi3, Ərizəçi5 və Ərizəçi7 iştirakı ilə, Ərizəçilər Ərizəçi1, Ərizəçi2, Ərizəçi3, Ərizəçi4, Ərizəçi5, Ərizəçi6 və Ərizəçi7 maraqlı şəxs Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 17 saylı Ərazi İdarəsinə qarşı «sənədin məxsusluğu faktının müəyyən edilməsi» haqqında mülki işə Yevlax Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçilər Ərizəçi1, Ərizəçi2, Ərizəçi3, Ərizəçi4, Ərizəçi5, Ərizəçi6 və Ərizəçi7 maraqlı şəxs Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 17 saylı Ərazi İdarəsinə qarşı «sənədin məxsusluğu faktının müəyyən edilməsi» haqqında ərizə ilə məhkəməyə müraciət edərək, X1, X2, X5, X3, X4, X6 və X12 adına verilmiş Yevlax rayon Aqrar İslahat Komissiyası tərəfindən tərtib edilmiş JN-246 KOD 90108018 saylı torpağa mülkiyyət hüququna dair dövlət aktının Ərizəçi1, Ərizəçi2, Ərizəçi3, Ərizəçi4, Ərizəçi5, Ərizəçi6, Ərizəçi7 məxsusluğu faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçilər ərizəni onunla əsaslandırmışlar ki, Yevlax rayon Aqrar İslahat Komissiyasının 20 iyun 1998-ci il tarixli 32 sayı qərarı ilə onlara Yevlax rayonu, Qaraməmmədli kəndində kənd təsərrüfatı təyinatlı 5,24 hektar torpaq sahəsi verilmişdir. Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Yevlax rayon Şöbəsi tərəfindən tərtib edilmiş JN-246 saylı kod 90108018 torpağa mülkiyyət hüququna dair Dövlət aktında əsasən soy adları Əliyev kimi, Səyaf isə Səyyab kimi qeyd edilmişdir. Hazırda Yevlax rayonu, Qaraməmmədli kəndində yerləşən 5,24 hektar torpaq sahəsinə dair Dövlət Reyestrindən çıxarışın alınması tələbi ilə DƏDRX-nin 17 Saylı Ərazi İdarəsinə müraciət etmişlər, lakin torpağa mülkiyyət hüququna dair Dövlət aktında olan uyğunsuzluqlarla bağlı ərizənin icrasının mümkün olmadığı barədə onlara bildiriş göndərilmişdir. Hazırda qeyd edilən faktın başqa formada bərpası mümkün olmadığından ərizə ilə məhkəməyə müraciət edirlər. Ərizəçilər Ərizəçi1, Ərizəçi3, Ərizəçi5 və Ərizəçi7 məhkəmə iclasında ərizənin məzmununa uyğun ifadə verərək ərizənin təmin edilməsini xahiş etdilər. Maraqlı şəxs Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 17 saylı Ərazi İdarəsinə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq maraqlı şəxsın nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş və işə onun iştrakı olmadan baxılmasını xahiş etməmişdir. Məhkəmə, Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə maraqlı şəxsın Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 17 saylı Ərazi İdarəsinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə ərizəçilərin izahatını dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, ərizə təmin edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən İmişli RPŞ-si tərəfindən 04 oktyabr 2013-cü il tarixdə verilmiş AZE seriyalı 13829327 saylı şəxsiyyət vəsiqəsinin surətindən məlum olur ki, Ərizəçi6 09 mart 1975-cı il tarixdə İsmayıllı rayonu, Diyalı kəndində anadan olmuş, İmişli şəhəri, M.Müşfiq küçəsi ev 92-də qeydiyyatdadır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Asan-Bərdə tərəfindən 24 dekabr 2016-cı il tarixdə verilmiş AZE seriyalı 16854903 saylı şəxsiyyət vəsiqəsinin surətindən məlum olur ki, Ərizəçi5 10 sentyabr 1979-cu il tarixdə Yevlax rayonu, Qaraməmmədli kəndində anadan olmuş, Yevlax rayonu, Qaraməmmədli kəndində qeydiyyatdadır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən İmişli RPŞ-si tərəfindən 04 oktyabr 2013-cü il tarixdə verilmiş AZE seriyalı 13829332 saylı şəxsiyyət vəsiqəsinin surətindən məlum olur ki, Ərizəçi4 17 may 1976-cı il tarixdə Yevlax rayonu, Qaraməmmədli kəndində anadan olmuş, İmişli şəhəri, M.Müşfiq küçəsi ev 92-də qeydiyyatdadır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Yevlax RPŞ-si tərəfindən 28 sentyabr 2013-cü il tarixdə verilmiş AZE seriyalı ******** saylı şəxsiyyət vəsiqəsinin surətindən məlum olur ki, Ərizəçi3 20 avqust 1970-ci il tarixdə Yevlax rayonu, Qaraməmmədli kəndində anadan olmuş, Yevlax rayonu, Qaraməmmədli kəndində qeydiyyatdadır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Yevlax RPŞ-si tərəfindən 29 oktyabr 2005-ci il tarixdə verilmiş AZE seriyalı 04534013 saylı şəxsiyyət vəsiqəsinin surətindən məlum olur ki, Ərizəçi2 XX.XX 1940-cı il tarixdə Yevlax rayonu, Qaraməmmədli kəndində anadan olmuş, Yevlax rayonu, Qaraməmmədli kəndində qeydiyyatdadır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Yevlax RPŞ-si tərəfindən 28 sentyabr 2005-ci il tarixdə verilmiş AZE seriyalı 0******* saylı şəxsiyyət vəsiqəsinin surətindən məlum olur ki, Ərizəçi1 XX.XX 1938-ci il tarixdə Kəlbəcər rayonu, Zərqulu kəndində anadan olmuş, Yevlax rayonu, Qaraməmmədli kəndində qeydiyyatdadır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Yevlax ŞİHB-nın Qaraməmmədli kənd İƏD-si üzrə nümayəndəliyi tərəfindən 03 mart 2021-ci il tarixdə verilmiş 479 saylı arayışdan məlum olur ki, Əsədov X15 rayonu, Qaraməmmədli kəndində yaşayır və aşağıdakı ailə tərkibinə malikdir: Ərizəçi1 - atası, Ərizəçi2 - anası, Ərizəçi5 – bacısı, Ərizəçi7 – qardaşı, Ərizəçi4 – qardaşı, Ərizəçi6 – qardaşı arvadı. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən torpağa mülkiyyət hüququna dair JN-246 KOD 90108018 saylı dövlət aktının surətindən məlum olur ki, Yevlax rayon Aqrar İslahat Komissiyasının 20 iyun 1998-ci il tarixli 32 saylı qərarı ilə X7, X8, X9, X10, X11, X13 və X14 5.24 hektar torpaq sahəsi verilmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Yevlax ŞİHB-nın Qaraməmmədli kənd İƏD-si üzrə nümayəndəliyi tərəfindən 17 iyun 2021-ci il tarixdə verilmiş 584 saylı arayışdan məlum olur ki, JN-246 kod 90108018 saylı torpaq mülkiyyət hüququna dair dövlət aktında bütün ailə üzvlərinin soyadları səhvən Əsədov əvəzinə Əliyev yazılmışdır. Odur ki, sənəddə göstərilən soy adlar aşağıdakı kimi oxunmalıdır: Ərizəçi1, Ərizəçi2, Ərizəçi3, Ərizəçi4, Ərizəçi5, Ərizəçi6, Ərizəçi7. Azərbaycan Respublikası MPM-nin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Azərbaycan Respublikası MPM-nin 305.1 və 305.1.1-ci maddələrinin tələbinə görə məhkəmə xüsusi icraat qaydasında hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə baxır. Azərbaycan Respublikası MPM-nin 307.1 və 307.2.11-ci maddələrinin tələbinə görə qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışsa, hüquqi əhəmiyyəti olan digər faktları məhkəmə həmin şəxsə məxsus olması fatkını müəyyən edir. «Torpaq islahatı haqqında» Azərbaycan Respublikasının Qanununun 9 və 10-cu maddələrinə və Azərbaycan Respublikası Prezidentinin 1997-ci il tarixli 534 №-li Fərmanı ilə təsdiq edilmiş «Vətandaşların qanuni istifadəsindəki (fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların) torpaqların onların mülkiyyətinə verilməsi haqqında» Əsasnamənin 1-ci bəndinə əsasən vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Məhkəmə iclasında təkzib edilməz sübutlarla müəyyən edilir ki, Yevlax rayon Aqrar İslahat Komissiyasının 20 iyun 1998-ci il tarixli, 32 saylı qərarı əsasında ərizəçilərə 5.24 hektar torpaq sahəsi verilmişdir. Torpağa mülkiyyət hüququna dair JN-246 KOD 90108018 saylı dövlət aktında texniki səhvə yol verilimiş ərizəçilərin soyadı adı Əliyev kimi, həmçinin Səyaf adı Səəyab kimi qeyd edilmişdir. Məhkəmə hesab edir ki, ərizə təmin edilməli, X1, X2, X5, X3, X4, X6 və X12 adına verilmiş Yevlax rayon Aqrar İslahat Komissiyası tərəfindən tərtib edilmiş JN-246 KOD 90108018 saylı torpağa mülkiyyət hüququna dair dövlət aktının 09 mart 1975-ci il tarixdə İsmayıllı rayonu, Diyalı kəndində anadan olmuş, İmişli şəhəri, M.Müşfiq küçəsi ev 92-də qeydiyyatda olan Ərizəçi6, 10 sentyabr 1979-cu il tarixdə Yevlax rayonu, Qaraməmmədli kəndində anadan olmuş, Yevlax rayonu, Qaraməmmədli kəndində qeydiyyatda olan Ərizəçi5, 17 may 1976-cı il tarixdə Yevlax rayonu, Qaraməmmədli kəndində anadan olmuş, İmişli şəhəri, M.Müşfiq küçəsi ev 92-də qeydiyyatda olan Ərizəçi4, 20 avqust 1970ci il tarixdə Yevlax rayonu, Qaraməmmədli kəndində anadan olmuş, Yevlax rayonu, Qaraməmmədli kəndində qeydiyyatda olan Ərizəçi3, XX.XX 1940-cı il tarixdə Yevlax rayonu, Qaraməmmədli kəndində anadan olmuş, Yevlax rayonu, Qaraməmmədli kəndində qeydiyyatda olan Ərizəçi2, XX.XX 1938-ci il tarixdə Kəlbəcər rayonu, Zərqulu kəndində anadan olmuş, Yevlax rayonu, Qaraməmmədli kəndində qeydiyyatda olan Ərizəçi1 və 01 yanvar 1986-cı il tarixdə Yevlax rayonu, Qaraməmmədli kəndində anadan olmuş, Yevlax rayonu, Qaraməmmədli kəndində qeydiyyatda olan Ərizəçi7 məxsusluğu faktı müəyyən edilməlidir. Ödənilmiş dövlət rüsumu ərizəçilərə aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233, 312-316 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. X1, X2, X5, X3, X4, X6 və X12 adına verilmiş Yevlax rayon Aqrar İslahat Komissiyası tərəfindən tərtib edilmiş JN-246 KOD 90108018 saylı torpağa mülkiyyət hüququna dair dövlət aktının 09 mart 1975-ci il tarixdə İsmayıllı rayonu, Diyalı kəndində anadan olmuş, İmişli şəhəri, M.Müşfiq küçəsi ev 92-də qeydiyyatda olan Ərizəçi6, 10 sentyabr 1979-cu il tarixdə Yevlax rayonu, Qaraməmmədli kəndində anadan olmuş, Yevlax rayonu, Qaraməmmədli kəndində qeydiyyatda olan Ərizəçi5, 17 may 1976-cı il tarixdə Yevlax rayonu, Qaraməmmədli kəndində anadan olmuş, İmişli şəhəri, M.Müşfiq küçəsi ev 92-də qeydiyyatda olan Ərizəçi4, 20 avqust 1970-ci il tarixdə Yevlax rayonu, Qaraməmmədli kəndində anadan olmuş, Yevlax rayonu, Qaraməmmədli kəndində qeydiyyatda olan Ərizəçi3, XX.XX 1940-cı il tarixdə Yevlax rayonu, Qaraməmmədli kəndində anadan olmuş, Yevlax rayonu, Qaraməmmədli kəndində qeydiyyatda olan Ərizəçi2, XX.XX 1938-ci il tarixdə Kəlbəcər rayonu, Zərqulu kəndində anadan olmuş, Yevlax rayonu, Qaraməmmədli kəndində qeydiyyatda olan Ərizəçi1 və 01 yanvar 1986-cı il tarixdə Yevlax rayonu, Qaraməmmədli kəndində anadan olmuş, Yevlax rayonu, Qaraməmmədli kəndində qeydiyyatda olan Ərizəçi7 məxsusluğu faktı müəyyən edilsin. Ödənilmiş dövlət rüsumu ərizəçilərə aid edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən bir ay müddətində Şəki Apellyasiya Məhkəməsinə Yevlax Rayon Məhkəməsi vasitəsilə apelyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamə qanuni qüvvəyə mindikdən sonra icra edilir. Sədrlik edən Ruslan Əlizadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar