Azərbaycan Respublikası adından QƏTNAMƏ Yevlax Rayou İş № 2(039)-1165/2021 22.10.2021 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Cavadova Günay İsmayıl qızının sədrliyi, Qasımov Nurlan Asif oğlunun katibliyi, ərizəçinin nümayəndəsi X2 iştirakı ilə, Ərizəçi “qohumluq münasibəti faktının müəyyən edilməsi” tələbinə dair ərizəsinə Yevlax şəhərində məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi maraqlı şəxs Yevlax rayon 1 saylı notariat ofisini qeyd etməklə “qohumluq münasibəti faktının müəyyən edilməsi” tələbinə dair ərizə ilə Yevlax Rayon Məhkəməsinə müraciət edərək, mərhum X5 bibisi olması faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. (iddia tələbinin həcmi azaldılmışdır) Ərizəçi ərizəsində göstərmişdir ki, X10 onun doğma bibisidir. Səfurə Nəcəfova təktənha yaşamış və 06 avqust 2018-ci il tarixdə Yevlax rayonu Xaldan kəndində vəfat etmişdir. Mərhum bibisi X12 rayonu Xaldan kəndində miras qalmış əmlaka vərəsəlik işi açılması ilə əlaqədar Yevlax rayon 1 saylı notariat ofisinə müraciət etmişdir. Lakin mərhum bibisi Səfurə Nəcəfova ilə qohumluğunu təsdiq edən sənədlər olmadığı üçün xahişi təmin edilməmiş və o da məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş maraqlı şəxsin nümayəndəsi məhkəmə iclasında iştirakını təmin etmədiyindən və bu barədə məhkəməyə heç bir məlumat vermədiyindən Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185-ci maddəsinin tələblərinə əsasən işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxır. Məhkəmə iclasında iştirak edən ərizəçinin nümayəndəsi X8 ərizəyə uyğun izahat verərək bildirmişdir ki, ərizəçi, mərhum Səfurə Nəcəfovanın qardaşı oğludur. X17 rayonu Xaldan kəndində yaşamış və evli olmamışdır. S.Nəcəfovanın övladı yoxdur. O, sağlığında ona məxsus torpaq sahəsini və yaşadığı evi ərizəçiyə vəsiyyət edəcəyini bildirmiş, lakin istəyini reallaşdıra bilməmişdir. Bu səbəbdən ərizəçi vərəsəlik işi açılması ilə əlaqədar notariusa müraciət etmiş, lakin qohumluq faktı öz təsdiqini tapmadığıdan tələbi təmin edilməmişdir. Ərizəşi bu faktı başqa cür müəyyən edə bilmədiyindən məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə ərizəçinin nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, ərizə təmin edilməməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. Belə ki, ünvan 1 ünvanladığı 247 №-li, 06.04.2021-ci il tarixli məktubdan görünür ki, mərhum bibisi X3 miras qalmış əmlaka dair təqdim edilən sənədlər araşdırılarkən qohumluq münasibətlərini təsdiq edən sənədlər olmadığından və miras əmlakın qəbuluna dair qanunla müəyyən edilmiş müddəti ötürdüyü üçün ona vərəsəlik hüququ haqqında şəhadətnamə verilə bilmir. İş materiallarında olan İ-ИЕ seriyalı 502278 nömrəli doğum haqqında şəhadətnamədən görünür ki, Ərizəçi 15.01.1957-ci il tarixdə Xaldan kəndində anadan olmuşdur. Atası – X7– anası Şəfiyeva Dostu Alı qızıdır. 02 oktyabr 2019-cu il tarixli, 2807 nömrəli ölüm haqqında şəhadətnamədən görünür ki, X7 05 mart 1961-ci il tarixdə ölmüşdür. AZ-İ seriyalı 954018 nömrəli ölüm haqqında şəhadətnamədən görünür ki, X10 06.08.2018-ci il tarixdə ölmüşdür. Yevlax şəhər İcra hakimiyyəti Başçısının Xaldan inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş arayışdan görünür ki, Ərizəçi həqiqətən mərhum X5 qardaşı oğludur. Azərbaycan Respublikası Dövlət Arxivinin Yevlax filialı tərəfindən 13.09.2021-ci il tarixdə verilmiş məktubdan görünür ki, X15 mühafizə olunan Yevlax rayon Xaldan kənd sovetliyinin 1960-1962-ci illlərə dair 1 saylı təsərrüfatbaşına kitabının 46-cı səhifəsinin 34 saylı qeydində Yevlax rayonu Xaldan kənd sakini X4 doğum tarixi 1928-ci il, bacısı X21 qızının doğum tarixli 1941-ci il yazılmışdır. Yevlax Rayon Qeydiyyat Şöbəsi tərəfindən 14.07.1921-ci il tarixdə verilmiş 1398 №li arayışdan görünür ki, xx.xx.1941-ci il tarixdə Yevlax rayonu Xaldan kəndində anadan olmuş və Xaldan kəndində qeydiyyatda olmuş mərhum X10 və ailə üzvlərinin müəyyən edilməsi məqsədilə vətəndaşlıq vəziyyəti aktları avtomatlaşdırılmış qeydiyyat informasiya sistemində həmin şəxsə dair yoxlama 14.07.2021-ci ilədək aparılmış və ailə tərkibi barəsində heç bir məlumat aşkar edilməmişdir. DƏDRX-n 17 saylı Ərazi İdarəsi tərəfindən məhkəməyə təqdim edilmiş sənədlərdən görünür ki, X5 adına Yevlax rayonu Xaldan kəndində 0,30 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsi və 0,07 hektar həyətyanı torpaq sahəsi mövcuddur. Məhkəmə iclasında şahid qismində dindirilmiş X11 ifadəsində bildirmişdir ki, mərhum Səfurə Nəcəfova onun bibisi qızı, mərhum Hacıkişi Şəfiyev isə bibisi oğludur. Səfurə Nəcəfovanın əri və övladı olmamışdır. O, uzun müddət Xaldan kənd orta məktəbində kimya-biologiya müəlliməsi işləmişdir. Ərizəçi həqiqətən Səfurə Nəcəfovanın qardaşı oğludur. Məhkəmə iclasında şahid qismində dindirilmiş X19 oğlu ifadəsində bildirmişdir ki, Səfurə Nəcəfova xalasıdır, Ərizəçi isə dayısı oğludur. Anası Tutu ailədə 3 uşaq olublar; anası Tutu, xalası Səfurə və dayısı Hacıkişi, hər üçü vəfat edib. Ərizəçi həqiqətən Səfurə Nəcəfovanın qardaşı oğludur. Səfurə Nəcəfovava əri və övladı yoxdur. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.1-ci maddəsinə görə məhkəmə şəxsin qohumluq münasibətlərinin müəyyən edilməsi barədə işlərə baxır. “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli Qərarının 2-ci bəndində qeyd olunur ki, Azərbaycan Respublikası MPM-nin 307.2.1-ci maddəsi qohumluq münasibətləri faktının, yalnız belə münasibətlər hüquqi nəticələrə səbəb olacağı təqdirdə (məsələn: həmin faktın təsdiq edilməsi ərizəçiyə mirasdan pay almaq üçün; ailə başçısının itirməyə görə pensiya və ya sosial müavinət almaq hüququnu rəsmiləşdirmək üçün və sair) müəyyən edilməsini nəzərdə tutur. Həmin Qərarın 2.1-ci bəndində qeyd olunur ki, məhkəmələr nəzərə almalıdırlar ki, qohumluq münasibətində olma faktının müəyyən edilməsi mirasdan pay almaq məqsədi daşıdıqda Mülki Məcəllənin vərəsələrin dairəsini müəyyən edən normaları, pensiya təminatı və sosial müavinət almaq məqsədi daşıdıqda, pensiya və sosial müavinət haqqında qanunvericilik rəhbər tutulmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1159.2-ci maddəsinə əsasən ölənin bacıları və qardaşları miras qoyanın ikinci növbə vərəsələri sayılırlar. Miras qoyanın bacısı uşaqları və qardaşı uşaqları və onların uşaqları o halda qanun üzrə vərəsə sayılırlar ki, mirasın açıldığı vaxt miras qoyanın vərəsəsi olacaq valideynləri sağ olmasın. Onlar qanun üzrə vərəsəlik zamanı onların ölmüş valideyninə çatası miras payını bərabər olaraq miras alırlar. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, ərizəçi, mərhum X5 mərhum qardaşı X1 oğludur. Səfurə Nəcəfovanın adına Yevlax rayonu Xaldan kəndində torpaq sahəsi var. Ərizəçi bibisindən miras qalmış əmlaka vərəsəlik işi açdırmaq istəsə də, qohumluq faktını müəyyən edə bilmədiyindən məhkəməyə müraciət etmişdir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Ərizəçi “qohumluq münasibəti faktının müəyyən edilməsi” tələbinə dair ərizəsi əsaslıdır və mərhum X5 onun bibisi olması faktı müəyyən edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220 və 311-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. 06.06.2018-ci ildə ölmüş X5 Ərizəçi bibisi olması faktı müəyyən. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Yevlax Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Günay Cavadova
Məhkəmə qərarları › İş №2(039)-1165/2021
Yevlax Rayon Məhkəməsi Qətnamə — İş №2(039)-1165/2021
22.10.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Digər hüquqi hallar
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver