Azərbaycan Respublikası adından QƏTNAMƏ Yevlax Rayou İş № 2(039)-117/2021 23.02.2021 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Cavadova Günay İsmayıl qızının sədrliyi, Qasımov Nurlan Asif oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçinın “hüquqi əhəmiyyətli olan faktın müəyyən edilməsinə” dair ərizəsi üzrə mülki işə Yevlax Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi, maraqlı şəxs olaraq Maraqlı şəxs qeyd etməklə, Yevlax Rayon Məhkəməsinə ərizə ilə müraciət edərək, xx.xx.2010-cu il tarixdə bir qız, xx.xx.2012-ci il tarixdə bir qız, xx.xx.2014-cü il tarixdə bir qız, xx.xx.2016-ci il tarixdə bir qız və xx.xx.2018-ci il tarixdə bir oğlan uşağının Yevlax şəhərində anadan olmalarının, atalarının X6 və analarının ərizəçi, yəni Ərizəçi olması faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, ərizəçi X6 ilə 2009-cu ildə ailə həyatı qurmuşlar. Birgə nikah dövründə xx.xx.2010-cu il tarixdə bir qız, xx.xx.2012-ci il tarixdə bir qız, xx.xx.2014-cü il tarixdə bir qız, xx.xx.2016-ci il tarixdə bir qız və xx.xx.2018-ci il tarixdə bir oğlan uşaqları anadan olmuşlar. Hüquqi savadsızlıq ucbatından onların doğum haqında şəhadətnamə ala bilməmişdir. Ərizəçi həmin sənədin alınması ilə bağlı Maraqlı şəxsnə müraciət etmişdir. Qeydiyyat şöbəsi tərəfindən sənədlərin verilməsindən imtina edildiyinə görə, ərizəçi hazırki ərizə ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Ərizəçi məhkəmə baxışı zamanı ərizəsinin məzmununa uyğun izahat verərək bildirmişdir ki, uşaqlarının doğum haqqında şəhadətnaməsi olmadığı üçün uşaqlarını məktəbə göndərə bilmir. Uşaqların atası Sadiq Hüseynov hazırda Bakı şəhərində yaşayır və xəstəliyi ilə əlaqədar məhkəmə iclasına gələ bilmir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar olunmuş maraqlı şəxsin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə, qeyd edilən halın işin baxılmasına mane olmadığını nəzərə alaraq, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin(MPM) 185-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Çünki qeyd edilən prosessual normanın tələbinə görə, işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş iş üzrə tərəflərin gəlməməsi işə baxılmasına mane olmur. Məhkəmə ərizəni və iş materiallarını araşdıraraq hesab edir ki, ərizə qismən təmin edilməlidir. Belə ki, Maraqlı şəxs ərizəçiyə ünvanladığı 1280 №-li, xx.xx.2020-ci il tarixli məktubdan görünür ki, doğum haqqında tibbi şəhadətnamələrin təqdim edilməməsi əsası ilə Qeydiyyat şöbəsi tərəfindən xx.xx.2010-cu ildə anadan olmuş bir qız, xx.xx.2012-ci ildə anadan olmuş bir qız, xx.xx.2014-cü ildə anadan olmuş bir qız, xx.xx.2016-ci ildə anadan olmuş bir qız və xx.xx.2018-ci ildə anadan olmuş bir oğlan uşaqlarına doğum haqqında şəhadətnamənin verilməsindən imtina edilmişdir. Yevlax şəhər İcra Hakimiyyəti Başçısının 23 saylı evlər komtəsinin tərəfindən verilmiş arayışlardan görünür ki, xx.xx.2010-cu il təvəllüdlü X2, xx.xx.2013-ci il təvəllüdlü X3, xx.xx.2014-cü il təvəllüdlü X4, xx.xx.2016-cı il təvəllüdlü X7 və xx.xx.2018-ci il təvəllüdlü X1 şəhəri E.Məmmədov küçəsi 142 saylı evdə yaşayırlar. Məhkəmə tərəfindən şahid qismində dindirilmiş X5 ifadəsində bildirmişdir ki, o ərizəçinin qonşusudur. Ərizəçi 4 qız və bir oğlan övladını xatırlamadığı tarixlərdə ev şəraitində doğmuşdur. Beləliklə də, işin araşdırılmış hallarından müəyyən edilir ki, ərizəçinin X6 ilə faktiki nikah münasibətlərindən Yevlax şəhərində 4 qız və bir oğlan övladları anadan olmuşdur. Lakin doğulmaları ilə bağlı tibbi şəhadətnamə olmadığından ərizəçi uşaqların adına “doğum haqqında şəhadətnamə” əldə edə bilmir və onun həmin sənədi başqa qaydada əldə etmək imkanı yoxdur. Ərizəçinin uşaqlarının yuxarıda qeyd olunan tarixdə Yevlax şəhərində doğulması faktı iş materialları və şahid ifadələri ilə təsdiq olunur. Məhkəmə hesab edir ki, ərizəçinin tələbinin başqa sənədlərlə sübuta yetirilməsi ərizəçinin iradəsindən asılı olmayan səbəblərdən mümkün olmadığından hüquqi faktın müəyyən edilməsi üçün şahid ifadəsi kifayətdir. MPM-in 307.2.11-ci maddəsinə əsasən qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışsa, hüquqi əhəmiyyəti olan digər faktlar məhkəmə tərəfindən müəyyən edilir. MPM-in 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Qeyd edilənlərə qiymət verən Məhkəmə hesab edir ki, ərizəçinin tələbi qismən, yəni xx.xx.2010-cu ildə anadan olmuş bir qız, xx.xx.2012-ci ildə anadan olmuş bir qız, xx.xx.2014-cü ildə anadan olmuş bir qız, xx.xx.2016-ci ildə anadan olmuş bir qız və xx.xx.2018-ci ildə anadan olmuş bir oğlan uşağını Yevlax şəhərində doğması faktının müəyyən edilməsi hissəsində əsaslıdır və təmin edilməlidir. Məhkəmə, eyni zamanda qeyd edir ki, uşaqların anasının Ərizəçi, atasının isə X6 olması faktının müəyyən edilməsi hissəsində ərizə əsassızdır və təmin edilməməlidir. Çünki yuxarıda qeyd edildiyi kimi, məhkəmə qaydasında hüquqi əhəmiyyəti olan faktlar yalnız o zaman müəyyən edilə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 311-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə qismən təmin edilsin. Ərizəçi xx.xx.2010-cu il tarixdə bir qız, xx.xx.2012-ci il tarixdə bir qız, xx.xx.2014cü il tarixdə bir qız, xx.xx.2016-ci il tarixdə bir qız və xx.xx.2018-ci il tarixdə bir oğlan uşağını Yevlax şəhərində doğması faktı müəyyən edilsin. Bu qətnamə müvafiq doğum akt qeydinin müvafiq icra orqanı tərəfindən aparılması üçün əsasdır. Ərizə qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Yevlax Rayon Məhkəməsi vasitəsilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Günay Cavadova
Məhkəmə qərarları › İş №2(039)-117/2021
Yevlax Rayon Məhkəməsi Qətnamə — İş №2(039)-117/2021
23.02.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver