Məhkəmə qərarları › İş №2(039)-1175/2021

Yevlax Rayon Məhkəməsi Qətnamə — İş №2(039)-1175/2021

14.07.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Yevlax Rayou İş № 2(039)-1175/2021 14.07.2021 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Cavadova Günay İsmayıl qızının sədrliyi, Qasımov Nurlan Asif oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi “doğum faktının müəyyən olunması tələbi barədə” ərizəsinə dair mülki işə Yevlax Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi, maraqlı şəxs olaraq Maraqlı şəxs qeyd etməklə, Yevlax Rayon Məhkəməsinə ərizə ilə müraciət edərək, qızı Səbinənin 22.03.2016-cı il tarixdə Yevlax rayonu Aran qəsəbəsində anadan olması faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. (iddia tələbinin həcmi azaldılmışdır) Ərizə onunla əsaslandırılmışdır ki, ərizəçi, Qurbanov Qüdrət Adil oğlu ilə 12 dekabr 2003-cü il tarixdə faktiki ailə qurub evlənmiş, nikahlarını 14 sentyabr 2013-cü il tarixdə Maraqlı şəxsndə rəsmiləşdirmişlər. Birgə yaşadıqları müddətdə 6 uşaqları anadan olmuşdur. Beş uşağın doğum haqqında şəhadətnaməsini almışlar. Sonuncu uşağı 22.03.2016-ci il təvəllüdlü Səbinə ev şəraitində doğulduğundan onun doğumu qeydiyyat orqanda qeydə alınmamışdır. Bu səbəbdən ərizəçi Maraqlı şəxsnə müraciət etmiş, lakin şəhadətnamənin verilməsindən ərizəçiyə imtina edilmişdir. Ərizəçi də məcburiyyət qarşısında qalaraq hazırki ərizə ilə məhkəməyə müraciət etmişdir. Ərizəçi məhkəmə baxışı zamanı ərizəsinin məzmununa uyğun izahat verərək ərizənin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar olunmuş maraqlı şəxsin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə, qeyd edilən halın işin baxılmasına mane olmadığını nəzərə alaraq, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin(MPM) 185-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Çünki qeyd edilən prosessual normanın tələbinə görə, işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş iş üzrə tərəflərin gəlməməsi işə baxılmasına mane olmur. Məhkəmə, ərizəçini və şahid ifadələrini dinləyərək, ərizəni və iş materiallarını araşdıraraq hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, AZE seriyalı ******** nömrəli şəxsiyyət vəsiqəsindən görünür ki, ərizəçi- Ərizəçi xx.xx.1987-ci ildə anadan olub. Maraqlı şəxs tərəfindən 14 sentyabr 2013-cü il tarixdə verilmiş AZ-İ 880555 №li nikah haqqında şəhadətnamədən görünür ki, X6 ilə Ərizəçi arasında bağlanmış nikah 2013-cü ilin sentyabr ayının 14-cü günündə akt qeydləri kitabında 414 nömrə ilə qeyd edilmişdir. Nikah bağlandıqdan sonra ərə Qurbanov, arvada isə Səmədova soyadı verilmişdir. Maraqlı şəxs ərizəçiyə ünvanladığı 804 №-li, 27.04.2021-ci il tarixli məktubdan görünür ki, doğum haqqında tibbi şəhadətnamənin təqdim edilməməsi əsası ilə qeydiyyat şöbəsi tərəfindən 22.03.2016-cı ildə anadan olmuş qız övladına doğum haqqında şəhadətnamənin verilməsindən imtina edilmişdir. Yevlax Rayon Mərkəzi X4 Şəxs tərəfindən verilmiş 09.07.2021-ci il tarixli məlumatdan görünür ki, 22.03.2016-cı il təvəllüdlü X3 müayinə olunmuş və sağlamdır. Məhkəmə tərəfindən şahid qismində dindirilmiş X1 və X2 ifadəsində bildirmişdir ki, ərizəçinin qaynanası və qaynının arvadıdır. Ərizəçi Səbinə adlı uşağını 22.03.2016-cı il tarixdə öz evində doğmuşdur. Beləliklə, işin araşdırılmış hallarından müəyyən edilir ki, ərizəçi Yevlax rayonu Aran qəsəbəsində 22.03.2016-ci il tarixdə bir qız uşağı doğmuşdur, lakin bununla bağlı tibbi şəhadətnamə mövcud olmadığından ərizəçi uşağın adına “doğum haqqında şəhadətnamə” əldə edə bilmir və onun həmin sənədi başqa qaydada əldə etmək imkanı yoxdur. Ərizəçinin uşağını yuxarıda qeyd olunan tarixdə doğması faktı iş materialları və şahid ifadələri ilə təsdiq olunur. MPM-nin 307.2.11-ci maddəsinə əsasən qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışsa, hüquqi əhəmiyyəti olan digər faktlar məhkəmə tərəfindən müəyyən edilir. MPM-nin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Qeyd edilənlərə qiymət verən məhkəmə hesab edir ki, ərizəçinin tələbi əsaslıdır və təmin edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 311-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. Ərizəçi 22.03.2016-cı il tarixdə bir qız uşağını Yevlax rayonu Aran qəsəbəsində doğması faktı müəyyən edilsin. Bu qətnamə doğum akt qeydinin müvafiq icra orqanı tərəfindən aparılması üçün əsasdır. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Yevlax Rayon Məhkəməsi vasitəsilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Günay Cavadova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar