Azərbaycan Respublikası adından QƏTNAMƏ Yevlax Rayou İş № 2(039)-118/2020 04.02.2020 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Cavadova Günay İsmayıl qızının sədrliyi, Qasımov Nurlan Asif oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı zəbt edilmiş torpaq sahəsindən çıxarılma tələbinə dair mülki işə Yevlax Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Yevlax rayonu, Yuxarı Qarxun kəndində yerləşən, torpağın mülkiyyət hüququna dair JN-0075KOD 90114018 saylı Dövlət Aktı, Yevlax rayon X1 xx xxxxxxxx 1997-ci il tarixli 22 nömrəli qərara ilə onun mülkiyyətinə verilmiş 1.55 ha pay torpaq sahəsindən çıxarılmasına dair qətnaməçıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini belə əsaslandırmışdır ki, Yevlax rayon X1 xx xxxxxxxx 1997-ci il tarixli 22 saylı qərarı ilə Yevlax rayonu Yuxarı Qarxun kənd ərazisində onun və ailəüzvlərinin mülkiyyətinə 1.55 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi verilmişdir. Cavabdeh onlara məxsus torpaq sahəsinin yarısını qanunsuz olaraq zəbt etmişdir. Dəfələrlə cavabdehdən torpaq sahəsindən çıxmasını tələb etsə də, cavabdeh tələblərinə məhəl qoymamışdır. Məhkəmə iclasında iştirak edən İddiaçı iddianı müdafiə edərək və iddia ərizəsinə uyğun izahat verərək, məhkəmədən iddianın təmin olunmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada xəbərdar edilmiş Cavabdeh məhkəmə iclasına gəlmədiyindən və gəlmədiyi barədə məhkəməyə heç bir məlumat vermədiyindən məhkəmə Azərbaycan Respublikası Mülki- Prosessual Məcəlləsinin 185-ci maddəsinin tələblərinəəsasən işə onun iştirakı olmadan baxmışdır. Məhkəmə iş materiallarını araşdırıb, iddiaçının izahatını dinləyib hesab edir ki, aşağıda qeyd olunan əsaslara görə iddia təmin edilməməlidir. Belə ki, torpağa mülkiyyət hüququna dair JN-0075, kod 90114018 saylı dövlət aktından müəyyən olunur ki, Yevlax rayon X1 xx.xx.1997-ci il tarixli qərarı ilə 1,55 ha torpaq sahəsi iddiaçıya və onun ailəüzvlərinə verilmişdir. Azərbaycan RespublikasıƏmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin xx xxxxxx 2019-cu il tarixli, **********88 saylı rəyindən görünür ki, İddiaçı JN-0075 nömrəli Dövlət aktıəsasında mülkiyyətində olan, Yevlax rayonu Yuxarı Qarxun kəndi “Yuxarı Qarxun” təsərrüfatıərazisində aparılan torpaq islahatına dair kompleks yerquruluşu lahiyəsində göstərilən 1.55 ha torpaq sahəsinin məkan göstəriciləri ilə onun istifadə etdiyi torpaq sahəsinin məkan göstəriciləri arasında uyğunsuzluqlar və konfiqurasiya fərqi mövcud olduğundan, məhkəmə tərəfindən mütəxəssis qarşısında qoyulmuş sualların cavabdlandırılması mümkün deyildir. Azərbaycan RespublikasıMülki Məcəlləsinin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. İddiaçı mülkiyyətində olan torpaq sahəsinin cavabdeh tərəfindən zəbt edildiyini bildirsə də, verilmiş mütəxəssis rəyində iddiaçının ona ayrılmış torpaq sahəsindən məkan və konfiqurasiya göstəricilərinə uyğun istifadə etmədiyindən cavabdeh tərəfindən iddiaçıya məxsus torpaq sahəsinin zəbt olunub olunmamasını müəyyən etmək mümkün olmamışdır. İddiaçı bu halı təsdiq edə biləcək sübutları məhkəməyə təqdim edə bilməmiş və iş materialları ilə də bu hal öz təsdiqini tapmamışdır. Azərbaycan Res-pub-li--ka-sıMülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı zəbt edilmiş torpaq sahəsindən çıxarılma tələbinə dair iddiası təmin edilməsin. Qətnamə tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Yevlax Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti veriləbilər. Hakim Günay Cavadova
Məhkəmə qərarları › İş №2(039)-118/2020
Yevlax Rayon Məhkəməsi Qətnamə — İş №2(039)-118/2020
04.02.2020 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver