Məhkəmə qərarları › İş №2(039)-118/2025

Yevlax Rayon Məhkəməsi Qətnamə — İş №2(039)-118/2025

11.02.2025 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Yevlax Rayou İş № 2(039)-118/2025 11.02.2025 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Kamil Çingiz oğlunun sədrliyi, Məmmədov Ruslan Fehruz oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və üçüncü şəxs Yevlax Rayon Polis Şöbəsinə qarşı istifadə hüququnun itirilmiş hesab edilməsi və qeydiyyatdan çıxarılması tələbi haqqında iddiası üzrə mülki işə Yevlax şəhərində məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və üçüncü şəxs Yevlax Rayon Polis Şöbəsinə qarşı istifadə hüququnun itirilmiş hesab edilməsi və qeydiyyatdan çıxarılması tələbi haqqında iddia ərizəsi ilə Yevlax Rayon Məhkəməsinə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 onun xüsusi mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən 4 saylı mənzildən istifadə hüquqularının itirilmiş hesab edilməsi və onların həmin evdən qeydiyyatdan çıxarılmaları barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırır ki, hazırda o, Yevlax şəhəri, M.F.Axundov küçəsi ev 23-də yaşayır. xx.xx.2023-cü il tarixli çıxarışın surətindən görünür ki, ünvan 1 ünvanında yerləşən 4 saylı mənzil ona məxsusdur. Hazırkı iş üzrə Cavabdeh1 onun qızı, Cavabdeh2 isə Ülviyyənin oğlu olmaqla onun nəvəsidir. Qızı Cavabdeh1 1996-cı ildə ərə gedən zaman həmin evdən gəlin köçərək ər evinə getmişdir. Artıq 28 ildir ki, qızı Cavabdeh1 mübahisəli evdən çıxaraq getmiş və bir daha da o, evə qayıtmamışdır. Nəvəsi Bəxtiyar isə ümumiyyətlə öz ata evində doğularaq 1997-ci ildə orada yaşamışdır. O, bir gün də olsun ona məxsus olan evdə yaşamamışdır. Lakin onlar onun evinə də ondan xəbərsiz, onun razılığı olmadan qeydiyyata düşüblər. Ona görə də o, hazırda həmin şəxslərin onun mülkiyyətində olan mənzildən istifadə hüquqlarının itirilmiş hesab edilməklə. Onların həmin evdən qeydiyyatdan çıxarılmasını xahiş edir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edərək və iddia ərizəsinə uyğun izahat verərək məhkəmədən iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə cavabdehlər Cavabdeh1 və Cavabdeh2nın ünvanına göndərilən məhkəmə bildirişi “bu ünvanda yaşamır” qeydi ilə məhkəməyə geri qaytarılmışdır. Məhkəmə bildirişi cavabdehə çatdırılması üçün Yevlax şəhəri 1 nömrəli sahə inzibati ərazi dairəsi üzrə nümayəndəliyinə göndərilmiş, lakin sonuncunun məhkəməyə ünvanladığı arayışda ünvan 3 olan Cavabdeh1 və Cavabdeh2 barədə məhkəmə bildirişini göstərilən ünvanda yaşamadıqlarına görə ona çatdırmaq mümkün olmamışdır. Vətəndaşın hansı ünvanda yaşaması barədə nümayəndəlikdə heç bir məlumat yoxdur. Cavabdehin faktiki olduğu yer məlum olmadığından Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (MPM) 147-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxmışdır. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş üçüncü şəxsin nümayəndəsi məhkəmə iclasına gəlmədiyindən və gəlmədiyi barədə məhkəməyə heç bir məlumat vermədiyindən məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185-ci maddəsinin tələblərinə əsasən işə onun iştirakı olmadan baxmışdır. İş materiallarında olan və məhkəmə baxışı zamanı tədqiq edilmiş; Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəsxin Hüquqların dövlət qeydiyyat haqqında daşınmaz əmlakın dövlət reyestrindən ********** №li, xx.xx.2023-cü il tarixli çıxarışdan görünür ki, ünvan 1, mənzil 4 nömrəli tam mülkiyyət hüquq üzrə İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində 1 nömrəli reyestr kitabının 96 nömrəli vərəqində qeydiyyata alınmışıdır. Yevlax Rayon Polis Şöbəsinin İddiaçı ünvanladığı xx.xx.2024-cü il tarixli, 53-3-13- 117/2-N-18807/24 saylı məktubundan görünür ki, şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsinə əsasən mümkündür. Cavabdeh1 xx.xx.2025-ci il tarixdə məhkəməyə ərizə ilə müraciət edərək hazırda cavabdeh olaraq məhkəmə iclasında iştirak edə bilməyəcəyini, bunun üzürlü hesab edilməsini və iddia tələbini tamamilə qəbul edərək iddiaçının iddia ərizəsinin təmin olunmasına etirazı olmadığını bildirmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 217.2-ci maddəsinin tələblərinə görə qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Məhkəmə qeyd edir ki, mövcud olmayan hüquqa xitam verilə bilməyəci üçün hazırkı iş üzrə iddia təmin edilməməlidir. Məhkəmə həmçinin qeyd etməyi zəruri hesab edir ki, iddiaçı cavabdehlərdən qızının həmin dövrdə və hazırda mülkiyyətində olan mübahisəli evdə 1996-cı ilədək yaşadığını, digər cavabdeh olan nəvəsinin isə ümumiyyətlə həmin mənzildə yaşamadığını bildirmiş, cavabdehlərdən Cavabdeh1 isə iddia tələbini qəbul etdiyini məhkəməyə ünvanladığı ərizəsində göstərmişdir. Həmin hüquq münasibətlərinin yarandığı vaxt nəzərə alınmaqla Azərbaycan Respublikasının xx.xx.2009-cu il tarixədək qüvvədə olan Mənzil Məcəlləsinin 53-cü maddəsinə əsasən icarədar ilə birlikdə yaşayan ailə üzvləri onunla bərabər yaşayış sahəsinin icarə müqaviləsindən irəli gələn bütün hüquqlara malikdirlər və bütün vəzifələri yerinə yetirməlidirlər. İcarədarın ailə üzvləri icarədarın arvadı (əri), onların uşaqları və valideynləri hesab olunur. İcarədar ilə birlikdə yaşayıb onunla ümumi təsərrüfat aparan digər şəxslər də icarədarın ailə üzvləri hesab edilə bilərlər; Həmin Məcəllənin 60-cı maddəsinin tələbinə görə, icarədar və ya onun ailə üzvləri müvəqqəti başqa yerə getdikdə onların yaşayış sahəsi altı ay saxlanır. Şəxsin müəyyən edildiyindən artıq müddətə başqa yerə getməsi nəticəsində yaşayış sahəsindən istifadə hüququnu itirmiş hesab edilməsi kirayədarın və ya həmin sahədə yaşamağa qalmış digər daimi istifadəçilərin iddiası üzrə məhkəmə qaydasında həyata keçirilir; Həmin Məcəllənin 87-ci maddəsinin 2-ci hissəsinə əsasən, icarədar və onun ailə üzvləri daimi yaşamaq üçün başqa yaşayış məntəqəsinə getdikdə və ya həmin yaşayış məntəqəsində digər yaşayış məntəqəsinə köçdükdə, yaşayış sahəsinin icarə müqaviləsi onların getdiyi və ya köçdüyü gündən pozulmuş hesab edilir. «Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 60-cı maddəsinin şərh olunması haqqında» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 12 mart 1999-cu il tarixli qərarında qeyd edilir ki, mənzil qanunvericiliyinə əsasən, tərəflər arasında yaranmış bu mübahisələrə məhkəmələr tərəfindən baxılarkən yaşayış sahəsində altı ay və daha uzun müddətdə yaşamamağın səbəbləri araşdırılmalı, bu xüsusat digər hallarla birlikdə məcmu qaydada tədqiq olunmalı və məhkəmənin müvafiq qərarında əsaslandırılmalıdır. Məhkəmə həmçinin qeyd etməyi zəruri hesabedir ki, mübahisəli evi Cavabdeh1 özünə başqa yaşayış yeri seçməklə, 1996-cı ildə könüllü olaraq tərk etmiş və həmin tarixdən etibarən digər ünvanda yaşamış, digər Cavabdeh2 isə ümumiyyətlə mübahisəli mənzildə yaşamamışdır. Beləliklə, cavabdehin mübahisəli evi başqa yaşayış yerinə köçməsi ilə əlaqədar tərk etməsi və uzun illər ərzində orada yaşamamış olması cavabdehlərin ünvan 1 ünvanında yerləşən 4 saylı mənzildən istifadə hüququnun itirilməsi üçün əsasdır. Qeyd edilənlərə əsasən, məhkəmə hesab edir ki, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və üçüncü şəxs Yevlax Rayon Polis Şöbəsinə qarşı istifadə hüququnun itirilmiş hesab edilməsi və qeydiyyatdan çıxarılması tələbinə dair iddiası təmin edilməməlidir. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 307-311 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və üçüncü şəxs Yevlax Rayon Polis Şöbəsinə qarşı istifadə hüququnun itirilmiş hesab edilməsi və qeydiyyatdan çıxarılması tələbi haqqında iddiası təmin edilməsin. Ödənilmiş dövlət rüsumu İddiaçı aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Yevlax Rayon Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Kamil Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar