Məhkəmə qərarları › İş №2(039)-1186/2022

Yevlax Rayon Məhkəməsi Qətnamə — İş №2(039)-1186/2022

23.06.2022 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Yevlax Rayou İş № 2(039)-1186/2022 23.06.2022 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Toğrul Məhəmməd oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Məmmədəliyeva Səriyyə Qoca qızının katibliyi, İddiaçı və onun vəkili X2, Cavabdehlər Cavabdeh1, Cavabdeh2 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı evə köçürülmə tələbinə dair mülki işə, Yevlax Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə ünvan 1 ünvanında 0.05 ha həyətyanı torpaq sahəsi üzərində yerləşən fərdi yaşayış evinə köçürülməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İşin halları: İddia tələbi belə əsaslandırılmışdır ki, Cavabdeh1 doğma qardaşı, digər Cavabdeh2 doğma bacısıdır. Yevlax şəhəri, C.Kərimov küçəsi, mənzil 136 ünvanında Cavabdeh1 ailə üzvləri ilə birlikdə yaşayır. ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 79.4 kv.m olan fərdi yaşayış evi üzərində X1 mülkiyyət hüququ tam, 0.05 ha həyətyanı torpaq sahəsi üzərində isə X3 və Cavabdeh2 ümumi birgə mülkiyyət hüquqları DTXK Yevlax rayon şöbəsi tərəfindən verilmiş xx.xx.2006-cı il tarixli JN 2487 A nömrəli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnaməyə və Yevlax rayon Texniki İnventarlaşdırma Bürosu tərəfindən verilmiş xx.xx.1987-ci il tarixli 4838 nömrəli texniki pasporta əsasən xx.xx.2018ci il tarixində ********** nömrəsi ilə qeydiyyata alınmışdır. Yevlax şəhəri, C.Kərimov küçəsi, mənzil 136 ünvanında yerləşən ümumi sahəsi 79.4 kv.m olan fərdi yaşayış evi üzərində mülkiyyət hüququ qeydə alınmış X4 onun atasıdır X14 22 noyabr 1988-ci il tarixdə vəfat etmişdir. Bu ünvanda yerləşən 0.05 ha həyətyanı torpaq sahəsi üzərində ümumi birgə mülkiyyət hüquqi qeydə alınmış X7 onun anasıdır. X13 27 dekabr 2019-cu il tarixdə vəfat etmişdir. Hər iki valideynlərinə münasibətdə o, mirası qəbul etmiş qanun üzrə birinci növbəli vərəsəsidir. Həmin yaşayış evində anadan olmuş, orada böyümüş, əsas və daimi yaşayış yerin həmin ünvandır, habelə həmin ünvanda qeydiyyatdadır. Lakin cavabdehlər həmin ünvanda yaşamağına imkan vermirlər və onu həmin evə buraxmırlar. Onun isə daimi yaşamaq üçün başqa yeri yoxdur. Odur ki, hazırkı iddia tələbi ilə Məhkəməyə müraciət etmək məcburiyyətində olmuşdur. Tərəflərin izahatları: İddiaçı məhkəmə iclası zamanı iddia ərizəsinin məzmununa uyğun izahat verərək əlavə olaraq bildirmişdir ki, təxminən 6-7 ildir ki, məcburiyyət qarşısında atasına məxsus evi tərk edib, belə ki, onun faktiki nikah münasibətlərində yaşadığı ailəsi ilə qardaşının ailəsi arasında daimi mübahisələr olmuşdur. Həmin ev cəmi iki otaqdan ibarət olduğundan birgə yaşamaq mümkün olmamış və bu səbəbdən bir müddət fermada yaşamış, sonra isə kirayə ev tutub yaşamağa məcbur olmuşdur. Hazırda işləmir, qazancı yoxdur və bu səbəbdən kirayə haqqını da ödəyə bilmir. Evə qayıtmaq istəsə də, qardaşı Pərviz və bacısı Kəmalə buna əngəl törədirlər. İddianın təmin edilməsini xahiş etmişdir. Cavabdeh1 iddianı qəbul etməyərək bildirmişdir ki, Yevlax şəhəri, C.Kərimov küçəsi, mənzil 136 ünvanında yerləşən ev atasına məxsus olmuşdur. Atası 1988-ci ildə vəfat etsə də, ev hələ də, rəsmi olaraq onun adına qalmışdır. Qardaşı İddiaçı həmin evdə yaşamışdır. Lakin, sonrada qeyri-rəsmi olaraq ailə qurmuş və təxmini olaraq 7-8 il öncə ailəsi ilə birlikdə bu evi tərk edib qeyri-rəsmi yaşadığı qadının adına olan evə köçmüşdür. İddiaçı mütəmadi olaraq spirtli içki qəbul edir və mübahisə salaraq onun ailə üzvlərinə təhlükə yaradır. Ev cəmi iki otaqdan ibarət olduğundan onunla bir evdə yaşamaq mümkün deyil. İddianın təmin edilməməsini xahiş etmişdir. Cavabdeh2 iddianı qəbul etməyərək bildirmişdir ki, qardaşı İddiaçı həqiqətən atalarına məxsus evdə yaşamışdır. Lakin, 7-8 il bundan pncə evi tərk etmiş və qeyri-rəsmi ailə kimi yaşadığı qadına məxsus evə köçmüşdür. Öz ailəsində əri ilə problemləri olduğundan məcburiyyət qarşısında atasına məxsus evdə məskulaşmışdır. Bir otaqda qardaşı Pərviz ailəsi ilə, digər otaqda isə o özü yaşayır. Bu səbəbdən, habelə aalarında daimi mübahisə olduğundan İddiaçı həmin evə köçürülməsi mümkün deyildir. İddianın təmin edilməməsini xahiş etmişdir. Sübutlar: Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 17 saylı Yevlax Ərazi İdarəsinin 21 aprel 2022-ci il tarixli **********3 saylı məktubunda qeyd olunur ki, ünvan 3 ünvanda yerləşən ümumi sahəsi 79.4 kv.m olan fərdi yaşayış evi üzərində X1 mülkiyyət hüququ tam, 0.05 ha həyətyanı torpaq sahəsi üzərində isə X3 və Cavabdeh2 ümumi birgə mülkiyyət hüquqları DTXK Yevlax rayon şöbəsi tərəfindən verilmiş 28.01,2006-cı il tarixli JN-2487A nömrəli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnaməyə və Yevlax rayon Texniki İnventarlaşdırma Bürosu tərəfindən verilmiş xx.xx.1987-ci il tarixli 4838 nömrəli texniki pasporta əsasən xx.xx.2018-ci il tarixində ********** nömrəsi ilə qeydiyyata alımışdır. Təqdim edilmiş Yevlax rayon qeydiyyat şöbəsinin 23 aprel 2022-ci il tarixli 05/Q- 472/70 №-li arayışdan müəyyən olunur ki, İddiaçı xx.xx.1982-ci ildə Yevlax rayonunda anadan olmuş, atası X6, anası X5r. Yevlax rayon qeydiyyat şöbəsinin 23 aprel 2022-ci il tarixli 472 №-li arayışından müəyyən olunur ki, X6 22 noyabr 1988-ci il tarixdə ölmüşdür. Yevlax rayon qeydiyyat şöbəsinin 23 aprel 2022-ci il tarixli 472 №-li arayışdan müəyyən oolunur ki, X7 14 dekabr 2019-cu il tarixdə ölmüşdür. Hüquqi məsələlər: Mülki Prosessual Məcəllə: Maddə 217.2. qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır.i Tərəflər arasında hüquq münasibətləri yaranan zaman qüvvədə olan Mənzil Məcəlləsi: Maddə 53. İcarədar ilə birlikdə yaşayan ailə üzvləri onunla bərabər yaşayış sahəsini icarə müqaviləsindən irəli gələn bütün hüquqlara malikdirlər və bütün vəzifələri yerinə yetirməlidirlər. Həddi-buluğa çatmış ailə üzvləri göstərilən müqavilədən irəli gələn öhdəliklər üzrə icarədar ilə müştərək əmlak məsuliyyəti daşıyırlar. İcarədarın ailə üzvləri icarədarın arvadı (əri), onların uşaqları və valideynləri hesab olunur. İcarədar ilə birlikdə yaşayıb onunla ümumi təsərrüfat aparan digər şəxslər də icarədarın ailə üzvləri hesab edilə bilərlər. Bu maddənin üçüncü hissəsində göstərilən vətəndaşlar icarədarın ailə üzvləri sırasından çıxıb onun yaşayış sahəsində yaşamaqda davam etdikdə, icarədarın və onun ailə üzvlərinin eyni hüquq və vəzifələrinə onlar da malik olurlar. Maddə 60. İcarədar və ya onun ailə üzvləri müvəqqəti başqa yerə getdikdə onların yaşayış sahəsi altı ay saxlanır. Maddə 87. İcarədar və onun ailə üzvləri daimi yaşamaq üçün başqa yaşayış məntəqəsinə getdikdə və ya həmin yaşayış məntəqəsində digər yaşayış sahəsinə köçdükdə yaşayış sahəsini icarə müqaviləsi onların getdiyi və ya köçdüyü gündən pozulmuş hesab edilir. Maddə 123. Yaşayış evi mülkiyyətçisinin özünə məxsus olan evə köçürdüyü ailə üzvləri onların köçməsi zamanı başqa qeyd-şərt göstərilməmişsə, evdə yaşayış sahəsindən onunla bərabər istifadə etmək ixtiyarına malikdirlər. Bu Məcəllənin 53-cü maddəsində göstərilən şəxslər mülkiyyətçinin ;ailə üzvləri sayılırlar. Ailə üzvləri mülkiyyətçi tərəfindən onlara verilən yaşayış sahəsinə öz həddi-büluğa çatmamış uşaqlarını köçürmək ixtiyarına malikdirlər; digər ailə üzvlərinin köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış sahəsindən istifadə hüququ yaşayış evinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 60-cı maddəsi haqqında 12 mart 1999-cu il tarixli Qərarında qeyd edilir ki, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 60-cı maddəsinin İ hissəsi məhkəmələr tərəfindən tətbiq edilərkən nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 87-ci maddəsində və Azərbaycan Respublikasının digər qanunvericilik aktlarında göstərilən əsaslar müəyyən edilmədikdə, icarədar və ya onun ailə uzvlərinin müvəqqəti, o cümlədən altı ay və daha uzun müddətə başqa yerə getməsi həmin şəxsləri yaşayış sahəsinə olan hüquqlarından məhrum etmir. Məhkəmənin hüquqi mövqeyi: Mövcud sübutlar əsasında müəyyən edilmişdir ki, ünvan 4 ünvanında 0.05 ha həyətyanı torpaq sahəsi üzərində yerləşən fərdi yaşayış evi iş üzrə tərəflərin atası, mərhum İsmayıl Əliyevə gözlənilən mülkiyyət hüququ əsasında məxsus olmuş, sonuncu, 1988-ci ildə ölsə də, bu ev 2018-ci ildə həmin əsaslarla onun adına tam olaraq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmışdır. İddiaçı mərhum İsmayıl Əliyevin ailə üzvü kimi qeyd edilən ünvanda yaşamış, bununla həmin evdən istifadə hüququ əldə etmiş, daha sonra isə həmin evi tərk etmişdir. Cavabdehlər, İddiaçı daimi olaraq yaşamaq üçün başqa ünvana köçdüyünü bildirsələr də, buna dair hər hansı sübut təqdim etməmişlər. Bu səbəbdən məhkəmə hesab edir ki, İddiaçı Yevlax şəhəri, C.Kərimov küçəsi, mənzil 136 ünvanında yerləşən yaşayış evindən istifadə hüququ mövcuddur, bu hüquqa xitam verilməsinə əsaslar müəyyən olunmur və bu səbəbdən iddia əsaslı olduğundan təmin edilməlidir. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: İddia təmin edilsin. İddiaçı Əliyev X8 şəhəri, C.Kərimov küçəsi, 136 ünvanında, 0.05 ha torpaq sahəsi üzərində yerləşən yaşayış evinə köçürülsün. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Yevlax Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Toğrul Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar