Azərbaycan Respublikası adından QƏTNAMƏ Yevlax Rayou İş № 2(039)-1190/2020 11.09.2020 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Cavadova Günay İsmayıl qızının sədrliyi, Qasımov Nurlan Asif oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi doğum faktının müəyyən edilməsinə dair ərizəsinə Yevlax şəhərində məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi, Maraqlı şəxs qeyd etməklə, doğum faktının müəyyən edilməsinə dair ərizə ilə Yevlax Rayon Məhkəməsinə müraciət edərək, uşaqları xx xxxxxxx 2007-ci il təvəllüdlü Sevinc, xx xxxxxx 2008-ci il təvəllüdlü Musa, xx xxxxxx 2010-cu il təvəllüdlü Səbinə və xx xxxxxx 2012-ci il təvəllüdlü Nüşabənin Yevlax şəhərində anadan olması, anasının Ərizəçi və atasının X1 olması faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi ərizəsində göstərmişdir ki, o, X1 ilə 2005-ci ilin avqust ayının 30-da faktiki ailə qurub evlənmiş və rəsmi nikahları olmamışdır. Birgə yaşadıqları müddətdə xx xxxxxxx 2007-ci il təvəllüdlü Sevinc, xx xxxxxx 2008-ci il təvəllüdlü Musa, xx xxxxxx 2010-cu il təvəllüdlü Səbinə və xx xxxxxx 2012-ci il təvəllüdlü Nüşabə adlı uşaqları anadan olmuşdur. Uşaqları ev şəraitində doğulduğundan onlara doğumu qeydiyyat orqanında qeydə alınmamışdır.Bu barədə Maraqlı şəxsnə müraciət etmişdir. Qeydiyyat şöbəsi tərəfindən tələbi təmin edilmədiyinə görə, ərizəçi hazırkı ərizə ilə məhkəməyə müraciət etmək məcburiyətində qalmışdır. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş Maraqlı şəxs nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etmədiyindən və bu barədə məhkəməyə heç bir məlumat vermədiyindən Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185-ci maddəsinin tələblərinə əsasən işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxır. Məhkəmə iclasında iştirak edən Ərizəçi ərizəsinə uyğun izahat verərək məhkəmədən ərizənin təmin olunmasını xahiş etdi. Məhkəmə hesab edir ki, ərizə təmin edilməməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. İş materiallarında olan Maraqlı şəxs ərizəçiyə ünvanladığı 863 №-li, xx.xx.2020-ci il tarixli məktubdan görünür ki, doğum haqqında tibbi şəhadətnamələrin təqdim edilməməsi əsası ilə Qeydiyyat şöbəsi tərəfindən xx.xx.2007-ci ildə anadan olmuş qız, xx.xx.2008-ci ildə anadan olmuş oğlan, xx.xx.2010-cu ildə anadan olmuş qız və xx.xx.2012-ci ildə anadan olmuş qız uşaqlarına doğum haqqında şəhadətnamənin verilməsindən imtina edilmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 307.2.11-ci maddəsinə əsasən qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışsa, hüquqi əhəmiyyəti olan digər faktlar məhkəmə tərəfindən müəyyən edilir. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Ərizəçi uşaqlarının ev şəraitində doğulduğunu bildirsə də, bu halı təsdiq edə biləcək sübutları məhkəməyə təqdim edə bilməmiş və iş materialları ilə də bu hal öz təsdiqini tapmamışdır. Halbuki Azərbaycan Res-pub-li--ka-sı Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Ərizəçi doğum faktının müəyyən edilməsinə dair ərizəsi təmin edilməməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizəçi doğum faktının müəyyən edilməsinə dair ərizəsi təmin edilməsin. Qətnamədən məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən bir ay müddətində Yevlax Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Günay Cavadova
Məhkəmə qərarları › İş №2(039)-1190/2020
Yevlax Rayon Məhkəməsi Qətnamə — İş №2(039)-1190/2020
11.09.2020 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver