Məhkəmə qərarları › İş №2(039)-1195/2020

Yevlax Rayon Məhkəməsi Qərardad — İş №2(039)-1195/2020

01.06.2020 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Yevlax Rayou İş № 2(039)-1195/2020 01.06.2020 YEVLAX RAYON MƏHKƏMƏSİ Yevlax rayon Məhkəməsinin Hakimi Əlizadə Ruslan Əliyar oğlu Cəlilov Ruslan Elmi oğlunun katibliyi ilə İddiaçı Cavabdeh qarşı “mənzildən cehiz əşyalarının məcburi çıxarılması” tələbinə dair işə xx xxxx 2020-ci il tarixdə Yevlax rayon məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİM : İddiaçı Cavabdeh qarşı “mənzildən cehiz əşyalarının məcburi çıxarılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh məxsus 49 (qırx doqquz) sayda cehiz əşyalarını Yevlax rayonu Aeroport qəsəbəsində yerləşən atasına məxsus fərdi yaşayış evindən məcburi çıxarılması ilə bağlı qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı xx xxxx 2020-ci il tarixdə məhkəməyəərizəünvanlayaraq, ərizəni və ona əlavə edilmiş sənədləri geri qaytarılmasını xahiş etmişdir. İddiaçı ərizəsinin və ona əlavə edilmiş sənədlərin geri qaytarılmasına dair ərizəsinin dəlillərini nəzərdən keçirib məhkəmə hesab edir ki, ərizə baxılmamış saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 259.0.11-ci maddəsinəəsasən iddia ərizəsinin qaytarılması barədəərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə məhkəməərizəni baxılmamış saxlayır. Hesab edirəm ki, İddiaçı Cavabdeh qarşı “mənzildən cehiz əşyalarının məcburi çıxarılması” tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 259, 259.0.11, 260, 263-264, 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDI: İddiaçı Cavabdeh qarşı “mənzildən cehiz əşyalarının məcburi çıxarılması” tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın. İddia ərizəsi və ona əlavə edilmiş sənədlər İddiaçı qaytarılsın. Qərardaddan qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Yevlax rayon Məhkəməsinəşikayət verilə bilər. Hakim Ruslan Əlizadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar