Azərbaycan Respublikası adından QƏTNAMƏ Yevlax Rayou İş № 2(039)-120/2024 15.01.2024 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əlizadə Ruslan Əliyar oğlunun sədrliyi Cəlilov Ruslan Elmi oğlunun katibliyi İddiaçı iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və üçüncü şəxs Yevlax rayon Polis şöbəsinə qarşı «istifadə hüququnun itirilmiş hesab edilməsi və qeydiyyatdan çıxarılma» tələbinə dair işə Yevlax Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və üçüncü şəxs Yevlax rayon Polis şöbəsinə qarşı «istifadə hüququnun itirilmiş hesab edilməsi və qeydiyyatdan çıxarılma» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 onun xüsusi mülkiyyətində olan Yevlax şəhəri, 28 May küçəsi 32 ünvanında yerləşən fərdi yaşayış evindən istifadə hüquqlarının itirilmiş hesab edilməsi və onların həmin evdən qeydiyyatdan çıxarılmaları barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ünvanlayaraq, cavabdehlərin ünvan 1ilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə edərək izah etdi ki, Yevlax şəhəri, 28 May küçəsi 32 onun xüsusi mülkiyyətindədir. Cavabdehlər həmin evdə heç vaxt yaşamayıblar. Qeydiyyatda olsalar da, Bakı şəhərində yaşayırlar. Özlərinin şəxsi evi var. İddiaçı məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh1, Cavabdeh2 və üçüncü şəxs Yevlax rayon Polis şöbəsinə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, onlar məhkəmə iclasına gəlməmişlər, gəlməmələrinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən cavabdehlərin və üçüncü şəxsin nümayəndəsinin məhkəmə iclasına gəlməmələrini üzrsüz hesab edir və işə onların iştirakı olmadan baxılmasını mümkün sayır. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən 25 iyul 2002-ci il tarixli 2842A saylı qeydiyyat vəsiqəsinin surətindən məlum olur ki, Yevlax şəhəri, 28 May küçəsi 32 tam mülkiyyət hüququ üzrə İddiaçı məxsusdur. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Yevlax rayon Polis şöbəsi tərəfindən 28 avqust 2023-cü il tarixdə verilmiş 3-13-117/2-M-15061/11/23 saylı arayışdan məlum olur ki, İddiaçı Yevlax şəhəri, 28 May küçəsi 32 ünvanında yerləşən fərdi yaşayış evində qeydiyyatda olan Cavabdeh1 və Cavabdeh2 pasport qeydiyyatından çıxarılmaları üçün məhkəmə orqanlarına müraciət etmək hüququ olması izah edilmişdir. Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinin l və ll hissələrinə əsasən, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İ hissəsinə əsasən, hər kəsin mülkiyyət hüququ vardır. Həmin maddənin 2-ci hissəsinə əsasən, mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Mülki Məcəllə: Maddə 228.2. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. 01 oktyabr 2009-cu il tarixədək qüvvədə olmuş Mənzil Məcəlləsi: Maddə 53. İcarədar ilə birlikdə yaşayan ailə üzvləri onunla bərabər yaşayış sahəsini icarə müqaviləsindən irəli gələn bütün hüquqlara malikdirlər və bütün vəzifələri yerinə yetirməlidirlər. İcarədarın ailə üzvləri icarədarın arvadı (əri), onların uşaqları və valideynləri hesab olunur. İcarədar ilə birlikdə yaşayıb onunla ümumi təsərrüfat aparan digər şəxslər də icarədarın ailə üzvləri hesab edilə bilərlər. Hazırda qüvvədə olan Mənzil Məcəlləsi: Maddə 30.1. Yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanunu: Maddə 1. Azərbaycan Respublikasının vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Azərbaycan Respublikasında yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alınmalıdırlar. Maddə 2. şəxsin yaşayış yeri – tam həcmdə fəaliyyət qabiliyyətli şəxsin mülkiyyətçi kimi icarə və kirayə müqaviləsi üzrə, yaxud Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslarla daimi və ya daha çox yaşadığı ev, mənzil, xidməti yaşayış sahəsi, yataqxana, qoca və əlil evləri və digər bu kimi yaşayış yerləri başa düşülür. Beləliklə, təqdim edilmiş sübutlarla təsdiq olunur ki, İddiaçı Yevlax şəhəri, 28 May küçəsi 32 saylı fərdi yaşayış evinin mülkiyyətçisidir. Cavabdehlərin həmin mənzilə istifadə hüququnun yaranması, yəni notariat qaydasında təsdiqlənən yazılı razılaşma əldə etməsi, məhz mülkiyyətçinin razılığı ilə həmin mənzilə köçməsi və ümumiyyətlə o ünvanda yaşaması müəyyən olunmur. Belə ki, cavabdehin həmin mənzildən istifadə hüququnun yaranması üçün onlar tərəfindən qanunvericiliyin yuxarıda istinad edilən normalarına əməl edilməlidir ki, hazırkı halda bu hal təsdiqini tapmır. Bu səbəbdən məhkəmə hesab edir ki, cavabdehlərin Yevlax şəhəri, 28 May küçəsi 32 saylı fərdi yaşayış evindən istifadə hüququnun əmələ gəlməsi müəyyən edilmədiyindən onların olmayan hüququna xitam verilməsi barədə iddia təmin edilə bilməz. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227 və 360cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və üçüncü şəxs Yevlax rayon Polis şöbəsinə qarşı «istifadə hüququnun itirilmiş hesab edilməsi və qeydiyyatdan çıxarılma» tələbinə dair iddia ərizəsi təmin edilməsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Yevlax Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) apelyasiya şikayəti verilə bilər. Sədrlik edən Ruslan Əlizadə
Məhkəmə qərarları › İş №2(039)-120/2024
Yevlax Rayon Məhkəməsi Qətnamə — İş №2(039)-120/2024
15.01.2024 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver