Məhkəmə qərarları › İş №2(039)-1202/2023

Yevlax Rayon Məhkəməsi Qətnamə — İş №2(039)-1202/2023

27.04.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Mirasın qəbul edilməsi və vərəsəliyin açılma yerinin müəyyən edilməsi faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Yevlax Rayou İş № 2(039)-1202/2023 27.04.2023 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əlizadə Ruslan Əliyar oğlunun sədrliyi Məhkəmə iclasının katibi Cəlilov Ruslan Elmi oğlunun katibliyi Ərizəçi iştirakı ilə, Ərizəçi maraqlı şəxslər Yevlax rayon 1 saylı Notariat ofisinə, Maraqlı şəxs2, Maraqlı şəxs3, Maraqlı şəxs4, X7 və Maraqlı şəxs5 qarşı «mirasın qəbul edilməsi və adına qeydə alınması» haqqında mülki işə Yevlax Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi maraqlı şəxslər Yevlax rayon 1 saylı Notariat ofisinə, Maraqlı şəxs2, Maraqlı şəxs3, Maraqlı şəxs4, X7 və Maraqlı şəxs5 qarşı «mirasın qəbul edilməsi və adına qeydə alınması» haqqında ərizə ilə məhkəməyə müraciət edərək, 05 avqust 2018-ci il tarixdə vəfat etmiş X1 miras qalmış, ünvan 1 ünvanında yerləşən mənzilin tərəfindən qəbul edilməsi faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi ərizəni müdafiə edərək izah etdi ki, X8 onun bacısı olmuşdur. Bacısı ölən günü ailəli olmamış və övladları olmamışdır. X8 05 avqust 2018-ci il tarixdə vəfat etmiş və ondan ünvan 1 ünvanında yerləşən mənzil miras qalmışdır. Mirası faktiki qəbul etsə də, rəsmi qəbul etmək üçün notariat ofisinə müraciət etməmişdir. Ərizəçi məhkəmədən ərizənin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Maraqlı şəxslər Maraqlı şəxs2, Maraqlı şəxs3 və Maraqlı şəxs4 məhkəməyə ərizə ünvanlayaraq bildirmişlər ki, bacısı Səriyyə Süleymanovadan miras qalmış ev Ərizəçi tərəfindən qəbul edilmişdir. Evin Salehin adına keçməsinə razıdırlar. Maraqlı şəxs X10 məhkəməyə teleqram ünvanlayaraq, bacısı X3 məxsus mənzilin qardaşı Ərizəçi bağışlanmasına heç bir narazıçılığı yoxdur, razıdır. X13 məhkəməyə teleqram ünvanlayaraq, bibisinə məxsus evin atası Ərizəçi adına keçməsinə (bağışlanmasına) heç bir narazıçılığı yoxdur, razıdır. Maraqlı şəxslər Yevlax rayon 1 saylı Notariat ofisinə, Maraqlı şəxs2, Maraqlı şəxs3, Maraqlı şəxs4, X7 və Maraqlı şəxs5 məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq onlar məhkəmə iclasına gəlməmişlər, gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər və işə onların iştirakı olmadan baxılmasını xahiş etməmişlər. Məhkəmə, Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə maraqlı şəxslər Yevlax rayon 1 saylı Notariat ofisinin, Maraqlı şəxs2, Maraqlı şəxs3, Maraqlı şəxs4, X5 və Maraqlı şəxs5 nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə ərizəçinin izahatını dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, ərizə təmin edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən 02 iyun 1965-ci il tarixli AZ ******* saylı doğum haqqından şəhadətnamənin surətindən məlum olur ki, Ərizəçi xx xxxxx 1965-ci il tarixdə anadan olmuşdur. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən 11 mart 1963-cü il tarixli AZ 697434 saylı doğum haqqından şəhadətnamənin surətindən məlum olur ki, X8 12 may 1947-ci il tarixdə anadan olmuşdur. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən 15 iyun 1977-ci il tarixli l-JQ 426946 saylı nikahın bağlanması haqqından şəhadətnamənin surətindən məlum olur ki, X21 ilə X11 15 iyun 1977-ci il tarixdə evlənmişlər. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən 13 aprel 1990-cı il tarixli V-JQ 306327 saylı nikahın bağlanması haqqından şəhadətnamənin surətindən məlum olur ki, X27 ilə X9 13 aprel 1990-cı il tarixdə evlənmişlər. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən 10 noyabr 1969-cu il tarixli AZ 120614 saylı nikahın bağlanması haqqından şəhadətnamənin surətindən məlum olur ki, X23 ilə X12 10 noyabr 1969-cu il tarixdə evlənmişlər. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən 09 sentyabr 2001-ci il tarixli AZ 121562 saylı ölüm haqqından şəhadətnamənin surətindən məlum olur ki, X6 30 avqust 2001-ci il tarixdə vəfat etmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən 03 mart 2009-cu il tarixli AZ-l 088358 saylı nikahın pozulması haqqından şəhadətnamənin surətindən məlum olur ki, X28 ilə X14 nikahı ləğv edilmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən 24 noyabr 2003-cü il tarixli AZ-l 035679 saylı ölüm haqqından şəhadətnamənin surətindən məlum olur ki, X15 22 noyabr 2003-cü il tarixdə vəfat etmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən 24 avqust 2018-ci il tarixli AZ-l 954162 saylı ölüm haqqından şəhadətnamənin surətindən məlum olur ki, X8 05 avqust 2018-ci il tarixdə vəfat etmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Yevlax rayon 1 saylı Notariat ofisinin 06 mart 2023-cü il tarixli 13 saylı məktubundan məlum olur ki, Ərizəçi mirasın qəbulu ilə bağlı məhkəməyə müraciət etməsi bildirilmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Yevlax rayon Qeydiyyat şöbəsinin 01 mart 2023-cü il tarixli 05/09lS/083388-23 saylı arayışından məlum olur ki, “vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sistemində 12 may 1947-ci il təvəllüdlü X4 dair yoxlama 05 avqust 2018-ci ilədək aparılmış və ailə tərkibi barədə aşağıdakı məlumatlar aşkar edilmişdir: atası X16 (xx.xx.1920 vəfat edib), anası X15 (xx.xx.1925, vəfat edib), bacısı Maraqlı şəxs3 (xx.xx.1949), bacısı X6 (xx.xx.1955 vəfat edib), bacısı Maraqlı şəxs4 (xx.xx.1958), qardaşı Maraqlı şəxs5 (xx.xx.1960), bacısı X17 (xx.xx.1963), qardaşı Ərizəçi (xx.xx.1965), bacısı Maraqlı şəxs2 (xx.xx.1968). İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən 16 mart 2023-cü il tarixli ********** saylı çıxarışın surətindən məlum olur ki, Yevlax şəhəri, Qarxunlu Əşrəfbəy küçəsi ev 10, mənzil 9, yeni qaydada AZ 6605, ünvan 2 ünvanında yerləşən mənzil X4 məxsusdur. Beləliklə məhkəmə iclasında müəyyən edilmişdir ki, hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən 16 mart 2023-cü il tarixli ********** saylı çıxarışa əsasən Yevlax şəhəri, Qarxunlu Əşrəfbəy küçəsi ev 10, mənzil 9, yeni qaydada AZ 6605, ünvan 2 ünvanında yerləşən mənzil X4 məxsusdur. X8 05 avqust 2018-ci il tarixdə vəfat etmişdir. Onun vəfatından sonra ərizəçi (vərəsə) həmin mənzili faktiki olaraq miras kimi qəbul etməklə həmin mənzildən istifadə edir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 4 noyabr 2005-ci il tarixli, 4 saylı qərarının 6.3-cü bəndində göstərilir ki, məhkəmə qətnaməsinin əsaslandırıcı hissəsində sübutlar əlaqəli şəkildə şərh edilməli, bu və ya digər sübutların qəbul edilməməsinin səbəbləri orada aydın şəkildə izah edilməlidir. Hər hansı bir məhkəmə aktının qanuni və əsaslı hesab olunması üçün əsas şərtlərdən biri onun ədalətli olmasıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1159.1.1-ci maddəsindən məlum olur ki, Birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) ölənin uşaqları birinci növbə vərəsədir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1159.1.3-cü maddəsindən məlum olur ki, Bu sonuncuların nəvələri, nəticələri və uşaqları o halda qanun üzrə vərəsə sayılırlar ki, mirasın açıldığı vaxt miras qoyanın vərəsələri olacaq valideynləri sağ olmasın. Onlar qanun üzrə vərəsəlik zamanı onların ölmüş valideyninə çatası paydan bərabər miras alırlar. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1243.1-ci maddəsinə əsasən mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1243.2-ci maddəsinə əsasən mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1243.3-cü maddəsinə əsasən Vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1261-ci maddəsinə əsasən vərəsə mirası qəbul etməkdən qanun üzrə və ya vəsiyyət üzrə vərəsələr sırasından başqa şəxslərin xeyrinə imtina edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1255-ci maddəsinə əsasən qəbul edilmiş miras vərəsəlik açıldığı gündən vərəsənin mülkiyyəti sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1291-ci maddəsinə əsasən miras şərikləri arasında mirasın bölüşdürülməsi haqqında ixtilaflar olduqda, mübahisəyə məhkəmə baxır. Əmlakın bölüşdürülməsi zamanı məhkəmə bölüşdürülməli əmlakın xarakterini, miras şəriklərindən hər birinin fəaliyyətini və digər konkret halları nəzərə almalıdır. Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli 03 saylı qərarının 10-cu bəndində Məhkəməyə Azərbaycan Respublikası MPM-nin 307.2.9-cu maddəsində mirasın qəbul edilməsi faktının və vərəsəliyin açılma yerinin müəyyən edilməsinə dair ərizə notariat orqanı vərəsəlik şəhadətnaməsi verməkdən imtina etdiyi halda (məsələn: mirasın qəbulu müddətinin ötürülməsinə, mirasın faktiki qəbulunu təsdiq edən sübutların olmamasına görə və sair) verilə bilər. Mirasın qəbul edilməsi faktına əsasən vərəsəlik şəhadətnaməsinin verilməsi üçün şərt vərəsənin faktiki olaraq miras əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə başlamasını və bununla da mirası qəbul etməsini şəksiz nümayiş etdirdiyini təsdiq edən sübutların mövcud olmasıdır. Həmin sübutların dairəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 11 sentyabr tarixli, 167 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında Təlimat”ın 99-cu bəndinin beşinci hissəsində, vərəsəliyin (mirasın) açıldığı yerin müəyyən edilməsinə dair sənədlərin dairəsi isə həmin Təlimatın 102-ci bəndinin 3-cü hissəsində təsbit edilmişdir. Mirasın vərəsə tərəfindən faktiki qəbul olunması birbaşa, mötəbər sübutlarla təsdiq olunursa, lakin notarius vərəsəlik şəhadətnaməsi verməkdən imtina edibsə, belə olan halda şəxs məhkəməyə mirasın qəbulu faktının müəyyən olunması üçün ərizə deyil, notariusun imtina qərarından qanunla müəyyən edilmiş qaydada şikayət verməlidir. 10.1. Mirasın qəbul edilməsi faktının və vərəsəliyin açılma yerinin müəyyən edilməsinə dair işlərə baxarkən məhkəmə hüquqi əhəmiyyət kəsb edən hallara, yəni ərizəçi ilə digər vərəsələr arasında miras əmlaka dair hüquqla bağlı mübahisənin mövcud olub-olmamasına; mirasın qəbul edilməsi üçün müddətin uzadılması imkanının itirilibitirilməməsinə və sair aydınlıq gətirməlidir. 10.2. Nəzərə alınmalıdır ki, mirasın qəbulu faktını müəyyən edən qətnamədə eyni zamanda, ərizəçinin həmin əmlak üzərində mülkiyyət hüququnun tanınması müəyyən edilə bilməz. Belə ki, məhkəmənin mirasın qəbulu faktının müəyyən edilməsi barədə qətnaməsi heç bir halda notariusun verdiyi vərəsəlik şəhadətnaməsini əvəz etmir. Məhkəmə nəzərə almalıdır ki, bir vərəsə barəsində mirasın qəbulu faktının müəyyən edilməsi, hələ digər vərəsələrin bu hüquqdan məhrum olunması demək deyildir. Vərəsələrin miras əmlakdakı payları, nə qədər ki, bununla bağlı məhkəmə mübahisəsi yoxdur, notarius tərəfindən verilən vərəsəlik şəhadətnaməsi ilə müəyyən olunmalıdır. Məhkəmə toplanmış sübutlara qərəzsiz, obyektiv hüququ qiymət verərək hesab edir ki, ərizə təmin edilməli, X2 ölümündən sonra X4 məxsus hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən 16 mart 2023-cü il tarixli ********** saylı çıxarışa əsasən Yevlax şəhəri, Qarxunlu Əşrəfbəy küçəsi ev 10, mənzil 9, yeni qaydada AZ 6605, ünvan 2 ünvanında yerləşən mənzilin miras əmlak kimi Ərizəçi tərəfindən qəbul edilməsi faktı müəyyən edilməlidir. Ödənilmiş dövlət rüsumu iddiaçılara aid edilməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Azərbaycan Respublikası MPM-nin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. Məhkəmə iş üzrə sübutlara Azərbaycan Respublikasının MPM-nin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Azərbaycan Respublikasının MPM-nin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Qeyd edilənlərə əsasən Azərbaycan Respublikası MPM-nin 213, 216-220-ci maddələrini rəhbər tutaraq QƏT ETDİ: Ərizə təmin edilsin. X2 ölümündən sonra X4 məxsus hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən 16 mart 2023-cü il tarixli ********** saylı çıxarışa əsasən Yevlax şəhəri, Qarxunlu Əşrəfbəy küçəsi ev 10, mənzil 9, yeni qaydada AZ 6605, ünvan 2 ünvanında yerləşən mənzili miras əmlak kimi Ərizəçi tərəfindən qəbul edilməsi faktı müəyyən edilsin. Ödənilmiş dövlət rüsumu ərizəçiyə aid edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən bir ay müddətində Şəki Apellyasiya Məhkəməsinə Yevlax Rayon Məhkəməsi vasitəsilə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamə qanuni qüvvəyə mindikdən sonra icra edilir. Sədrlik edən Ruslan Əlizadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar