Azərbaycan Respublikası adından QƏRARDAD Yevlax Rayou İş № 2(039)-1211/2020 11.08.2020 YEVLAX RAYON MƏHKƏMƏSİ Yevlax rayon Məhkəməsinin Hakimi Əlizadə Ruslan Əliyar oğlu Cəlilov Ruslan Elmi oğlunun katibliyi ilə, İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı vəsiyyətnamə üzrə verilmiş fərdi yaşayış evinin bir hissəsindən cavabdehlərin çıxarılması və əmlak üzərində hüquqlarına edilən məhdudiyyətlərə son qoyulması tələbinə dair işə Yevlax rayon məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİM İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı vəsiyyətnamə üzrə verilmiş fərdi yaşayış evinin bir hissəsindən cavabdhlərin çıxarılması və əmlak üzərində hüquqlarına edilən məhdudiyyətlərə son qoyulması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərin atalarından qalmış onlara aid yəni JN-124F saylı 90102068 saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnaməyə əsasən 029 ha həyatyanı torpaq sahəsi üzərində yerləşən mərhum atası X1 adına olan Yevlax rayonu Xanabad kəndində yerləşən fərdi yaşayış evində həmin evin onların yaşadıqları hissəsindən cavabdehlərin çıxarılmasına və vəsiyyətnamə üzrə verilmiş fərdi yaşayış evinə daxil olan zaman edilən hər cür məhdudiyyətlərə son qoyulmasına dair məhkəmə qətnaməsinin çıxarılmasını xahiş etmişlər. İşə mahiyyəti üzrə baxılması xx xxxxxx 2020-ci il tarixə saat 09:30-a təyin edilmiş, məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada tərəflərə məlumat verilməsinə baxmayaraq, tərəflər məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş və işə onların iştirakları olmadan baxılmasını xahiş etməmişlər. Azərbaycan Respublikası MPM-nin 259.0 və 259.0.6-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxmağı xahiş etməmiş tərəflər məhkəməyə gəlmədikdə, məhkəmə ərizəni baxılmamış saxlayır. Hesab edirəm ki, iddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı vəsiyyətnamə üzrə verilmiş fərdi yaşayış evinin bir hissəsindən cavabdehlərin çıxarılması və əmlak üzərində hüquqlarına edilən məhdudiyyətlərə son qoyulması tələbinə dair iş üzrə tərəflər üzürsüz səbəbdən məhkəmə iclasına gəlmədiyindən, gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat vermədiyindən və işə onların iştirakı olmadan baxılmasını xahiş etmədiklərindən, iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-nin 260.1 və 260.4-cü maddələrinə əsasən iddianın baxılmamış saxlanması haqqında məhkəmə qərardad çıxarır. İddianın baxılmamış saxlanması üçün səbəb olan şərait aradan qaldırıldıqdan sonra, maraqlı şəxs ümumi qaydada ərizə ilə məhkəməyə yenidən müraciət etməyə haqlıdır. «Ərizənin baxılmamış saxlanılması barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun xx xxxx 2011-ci il tarixli, 03 saylı Qərarının 9.2-ci bəndində göstərilir ki, qanunla müəyyən edilmiş qaydada işə baxılmasının vaxtı və yeri barədə xəbərdar edilmiş iddiaçı, üzürsüz səbəbdən məhkəmə iclasına gəlmədikdə və buna görə ərizə baxılmamış saxlanıldıqda, məhkəmə iddiaçının ərizəsi ilə icraatı təzələməyə və işə baxmağa haqlı deyildir. Həmin şəxs ümumi qaydada ərizə ilə məhkəməyə müraciət etməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 259.0, 259.0.6, 260, 263-264, 267-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ M : İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı vəsiyyətnamə üzrə verilmiş fərdi yaşayış evinin bir hissəsindən cavabdehlərin çıxarılması və əmlak üzərində hüquqlarına edilən məhdudiyyətlərə son qoyulması tələbinə dair iş üzrə tərəflər üzürsüz səbəbdən məhkəmə iclasına gəlmədiklərindən, gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat vermədiklərindən və işə onların iştirakı olmadan baxılmasını xahiş etmədiklərindən, ərizə baxılmamış saxlanılsın. İddiaçılara izah edilsin ki, ümumi qaydada ərizə ilə məhkəməyə müraciət edə bilər. Qərardaddan 10 (on) gün müddətində Yevlax rayon məhkəməsinə şikayət verilə bilər. Hakim Ruslan Əlizadə
Məhkəmə qərarları › İş №2(039)-1211/2020
Yevlax Rayon Məhkəməsi Qərardad — İş №2(039)-1211/2020
11.08.2020 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver