Məhkəmə qərarları › İş №2(039)-1225/2020

Yevlax Rayon Məhkəməsi Qətnamə — İş №2(039)-1225/2020

03.09.2020 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi - Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Yevlax Rayou İş № 2(039)-1225/2020 03.09.2020 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əlizadə Ruslan Əliyar oğlunun sədrliyi Məhkəmə iclasının katibi Cəlilov Ruslan Elmi oğlunun katibliyi ilə, İddiaçı «xxxxxxx» KB ASC-nin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı «xxxxxxx» KB ASC-nin Cavabdeh qarşı «istifadə hüququna xitam verilməsi və mənzilin boşaldılması» tələbinə dair işə Yevlax Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı «xxxxxxx» KB ASC Cavabdeh qarşı «istifadə hüququna xitam verilməsi və mənzilin boşaldılması» tələbinə dair iddiaərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçı «xxxxxxx» KB ASC-nin mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən 25 saylı mənzilindən Cavabdeh istifadə hüquqlarına xitam verilməsi; Cavabdeh ünvan 1 ünvanında yerləşən 25 saylı mənzilindən çıxarılmaqla həmin mənzilin boşaldılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı «xxxxxxx» KB ASC iddia tələbini onunla əsaslandırmışdır ki, iddiaçı «xxxxxxx» KB ASC hərrac vasitəsi ilə ünvan 2 ünvanında yerləşən 25 saylı mənzili almışdır. Bu barədə Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin 17 saylı X9 tərəfindən xx xxxxxx 2020-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat aparılmış, eləcə də ********** nömrəli çıxarışla iddiaçı «xxxxxxx» KB ASC-nin mülkiyyət hüququ təsdiq edilmişdir. xx xxxx 2020-ci il tarixdə “Elektron notariat” X1 əldə etdiyimiz çıxarışa (Forma № 2) əsasən iddiaçı «xxxxxxx» KB ASC-nin mükiyyətində olan ünvan 2 ünvanında yerləşən 25 saylı mənzilində hal-hazırda iş üzrə Cavabdeh qeydiyyatdadır və bu şəxs mübahisəli evdə qeydiyyatda qalması iddiaçı «xxxxxxx» KB ASC-nin mülkiyyət hüquqlarının icrasına müəyyən məhdudiyyətlər yaradır. Belə ki, həmin əmlakın qanuni özgəninkiləşdirilməsi bu şəxsin iradəsindən asılı edilməkdədir. Lakin, qeyd olunan mənzilin hazırda mülkiyyətçisi olan iddiaçı «xxxxxxx» KB ASC ilə keçmiş mülkiyyətçi Cavabdeh ilə nə qanunla müəyyən edilmiş qaydada razılaşma var, nə də ki, belə bir razılaşmanın rəsmi reyestrdə qeydi var. Belə olduğu təqdirdə, hazırki iş üzrə Cavabdeh həmin mənzilə heç bir hüququ yoxdur. Bu səbəbdən keçmiş mülkiyyətçi Cavabdeh ünvan 2 ünvanında yerləşən 25 saylı mənzilində qeydiyyatda olması və orada yaşaması qeyriqanunidir. ünvan 2 ünvanında yerləşən 25 saylı mənzili kredit öhdəliyinin təminatı qismində ipoteka ilə yüklü edildiyindən hərrac vasitəsilə satılmışdır. İddiaçı «xxxxxxx» KB ASC-nin nümayəndəsi X4 iddianı müdafiə edərək, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq o, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən Cavabdeh məhkəmə iclasına gəlməməsini üzrsüz hesab edir və işə onun iştirakı olmadan baxılmasını mümkün sayır. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən, DİN-nin BPQMİ-nin MAPS şöbəsi tərəfindən xx xxxx 2018-ci il tarixdə verilmiş arayışdan məlum olur ki, Cavabdeh xx xxxxxx 1994-cü il tarixdə Yevlax şəhərində anadan olmuş, Yevlax şəhəri, Q.Quliyev küçəsi ev 1A, mənzil 25-də qeydiyyatdadır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən, mədaxil qəbzindən məlum olur ki, «xxxxxxx» KB ASC 10 manat dövlət rüsumu ödəmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət reyestrindən ********** saylı xx xxxxxx 2020-ci il tarixli çıxarışın surətindən məlum olur ki, ünvan 2 ünvanında yerləşən 25 saylı mənzil «xxxxxxx» KB ASC-nə məxsusdur. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilənxx xxxx 2020-ci il tarixli “Elektron notariat” X1 çıxarışın surətindən məlum olur ki, Cavabdeh Yevlax şəhəri, Q.Quliyev küçəsi ev 1A, mənzil 25-də qeydiyyatdadır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən X3 Mərkəzinin hərracın nəticələri haqqındaxx xxxxxx 2018-ci il tarixli Y-431 saylı yekun protokolunun surətindən məlum olur ki, X5 məxsus ünvan 2 ünvanında yerləşən 25 saylı mənzil ilə bağlı hərrac keçirilmiş və keçirilmiş hərracda qeyd olunan mənzil ipoteka saxlayan «xxxxxxx» KB ASCnə 35062.50manata satılmışdır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədəxx xxxxxx 2018-ci il tarixli müqavilənin surətindən məlum olur ki, X5 məxsus ünvan 2 ünvanında yerləşən 25 saylı mənzili «xxxxxxx» KB ASC 35062.50manata almışdır. «İpoteka haqqında» Azərbaycan Respublikası Qanunünun 42.8-ci maddəsinə əsasən, hərracın nəticələri haqqında protokol ipotekanın dövlət qeydiyyatı orqanına ipotekaya xitam verilməsi və yeni mülkiyyətçi haqqında qeydlərin müvafiq reyestrə daxil edilməsi üçün əsas hesab olunur. Sözügedən Qanunun 59.3-cü madhdəsinə əsasən İpoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldikdə və o satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və dicər şəxslər tutduqları yaşayış sahəsini Ən geci bir ay ərzində tərk etməlidirlər, bu şərtlə ki; 59.3.1 yaşayış evi və ya mənzil ipoteka müqaviləsi üzrə kreditin qaytarılması üçün ipoteka qoyulmuş olsun; və ya 59.3.2 ipoteka qoyanla birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvləri və digər şəxslər ipoteka müqaviləsi bağlanarkən həmin evə (mənzilə) tutma yönəlşdildikdə və o satıldıqda onu tərk etmək barədə notariat qaydasında təsdiq edilmiş öhdəlik götürmüş olsunlar. İpoteka müqaviləsi bağlandıqdan sonra həmin ev əvə a mənzilə qeydiyyata alınmış şəxslər belə öhdəlik götürmüş sayılırlar. Həmin qanunun 59.4-cü maddəsinə əsasən, bu qanunun 59.3-cü maddəsində nəzərdə tutulmuş müddətdə ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər ipoteka qoulmuş yaşayış sahəsindən çıxmadıqda həmin şəxslər evdən və ya mənzildən müvafiq olaraq tutmanın yönəldilməsi barədə notariusun icra qeydi və ya məhkəmə qərarı əsasında məcburi qaydada çıxarılırlar. 1999-cu il 8 dekabr tarixli «Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» Azərbaycan Respublikası Qanununun 10-cu bəndinə şəxs yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüqquna xitam verilikdə - məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında şəxsi yaşayış yeri üzrə qeydiyyatdan çıxarılır. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə əsasən mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsində göstərilir ki, hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikasının tərəfdar çıxdığı «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən «hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna omaqla, öz mülkiyyətindən məhrum edilə bilməz». Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «insan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» avropa Konvensiyası presedentlərinin tətbiqi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxx 2006-cı il tarixli qərarında göstərilir ki, Azərbaycan Respublikası «İnsan Hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyasının iştirakçısı və onu ratifikasiya etmiş dövlət kimi 2002-ci ilin aprel ayının 15-dən Konvensiya və onun Protokollarının təfsiri və tətbiqi məsələləri üzrə X10 Avropa Məhkəməsinin yurisdiksiyasının məcburiliyini tanıyır. Azərbaycan Respublikası Konvensiyanı ratifikasiya etdiyi dövrdən sonra yurisdiksiyası altında olan insanların Konvensiyada nəzərdə tutulan hüquqlarını təmin etməlidir. İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının pozulması ilə bağlı məhkəmələrə Konvensiya müddəalarını rəhbər tutmalı və bu zaman X10 Avropa Məhkəməsinin təcrübəsinə istinad etməlidirlər. X10 Avropa Məhkəməsi əmlakdan maneəsiz istifadə hüququnun konkret məzmunu ilə bağlı ilk dəfə 1979-cu ildə «Marksın Belçikaya qarşı» işində şərh verərək göstərmişdir ki, «əmlakdan maneəsiz istifadə hüququ mahiyyət etibarilə mülkiyyət hüququna təminat verir». Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında Avropa Konvensiyası presedentlərinin tətbiqi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxx 2006-cı il tarixli qərarında göstərilən mülkiyyət toxunulmazlığı təkcə başqalarının şəxsin subyektiv hüquqlarına qəsd etməməsini tələb etmək hüququnu deyil, həm də dövlətin mülkiyyəti qeyri-qanuni qəsdlərdən mühafizə etmək vəzifəsini nəzərdə tutur. Mülkiyyət hüququnun məhdudlaşdırılmasına qayda kimi deyil, qaydadan istisna kimi baxılmalıdır. Yuxarıda qeyd olunan Konstitusiya normalarını özündə ehtiva edən və onu daha da inkişaf etdirən Azərbaycan Respublikasının Mülki Məcəlləsi və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsi mülkiyyət hüququnun tanınması və müdafiə olunması üçün hüquqi mexanizmləri, ədalət mühakiməsinin həyata keçirilməsinin əsas prinsip və şərtlərini müəyyənləşdirmişdir. Mülki Məcəllənin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən.tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. 153.3-cü maddəyə görə isə əmlakın fiziki və ya hüquqi şəxsin mülkiyyətində Azərbaycan Respublikasının və ya bələdiyyələrin mülkiyyətində olmasından asılı olaraq əmlaka mülkiyyət hüququnun, əmlaka sahiblik, ondan istifadə və ona dair sərəncam hüququnun əldə edilməsi və ona xitam verilməsi xüsusiyyətləri yalnız qanunla müəyyənləşdirilə bilər. Məhkəmə tədqiq olunmuş sübutların məcmuna hüquqi qiymət verərək hesab edir ki, Cavabdeh iddiaçı «xxxxxxx» KB ASC-nin xüsusi mülkiyyətində olan mənzildə yaşaması, sonuncunun öz əmlakına istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və üzərində sərəncam vermək hüquqlarını kobud surətdə pozur. Odur ki, məhkəmə hesab edir ki, iddia tələbi qanuni və əsaslı olduğu üçün təmin edilməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsində göstərilir ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsində göstərilir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. . Həmin Məcəllənin 88-ci maddəsində göstərilir ki, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 217.4-cü maddəsində göstərilir ki, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında təsdiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 213, 216- 220-ci maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İddia təmin edilsin. İddiaçı «xxxxxxx» KB ASC-nin mülkiyyətində olan ünvan 2 ünvanında yerləşən 25 saylı mənzilindən Cavabdeh istifadə hüquqlarına xitam verilsin. Cavabdeh ünvan 1 ünvanında yerləşən 25 saylı mənzilindən çıxarılmaqla həmin mənzilin boşaldılsın. Qətnamə rəsmi qaydada verildiyi gündən 01 (bir) ay müddətində Yevlax Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti vermək olar. Sədrlik edən Ruslan Əlizadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar