Azərbaycan Respublikası adından QƏRARDAD Yevlax Rayou İş № 2(039)-1231/2021 26.08.2021 YEVLAX RAYON MƏHKƏMƏSİ X11 İsmayıl qızının sədrliyi, Qasımov Nurlan Asif oğlunun katibliyi, İddiaçı nümayəndəsi-sədri X5 və vəkili Vəkil1, Cavabdeh nümayəndəsi X7 və vəkili Vəkil2 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı icarə müqaviləsinin və çıxarışın ləğv edilməsi tələbinə dair iddiası üzrə mülki işə Yevlax Rayon Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə Yevlax Rayon Məhkəməsinə müraciət edərək, Aran Bələdiyyəsi ilə mərhum X9 arasında heyvandarlıq üçün 50 ha örüş torpaq sahəsinin 30 il müddətinə icarəyə verilməsi ilə əlaqədar bağlanmış 06.01.2002-ci il tarixli, 02 nömrəli torpaq icarə müqaviləsinin, Hüquqların Dövlət Qeydiyyat Haqqında Daşınmaz Əmlakın dövlət reyestrindən Cavabdeh adına icarə hüquqi əsasında sənədləşdirilmiş 21.08.2019-cu il tarixli, ********** qeydiyyat nömrəli, **********07 reyest nömrəli, həmçinin 21.08.2019-cu il tarixli, ********** qeydiyyat nömrəli, **********10 reyest nömrəli çıxarışların ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. (iddia tələbinin həcmi artırılmışdır) İddiaçı tələbini belə əsaslandırmışdır ki, Yevlax rayon Aran Bələdiyyəsinin 03.01.2002-ci il tarixli, 03 nömrəli qərarı ilə və 06.01.2002-ci il tarixli, 02 saylı icarə müqaviləsinə əsasən X2 təsərrüfatı istehsalı məqsədilə 50 ha örüş torpaq sahəsi 30 il müddətinə icarəyə verilmişdir. Qeyd olunana torpaq sahəsinin icarə müddəti 06.01.2017-ci il tarixində başa çatsa da, sonradan həmin torpaq sahəsi ilə bağlı Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən mərhum X3 Cəfərovun adına çıxarışlar alınmışdır. Cavabdeh, “X4 Edilməsi Haqqında" Azərbaycan Respublikası Qanunun tələblərinə əməl etməyərək Aran bələdiyyəsinin mülkiyyətində olan torpaq sahəsinə hüquqlarını qeydiyyata aldıran zaman bələdiyyənin razılığını almamışdır. 2002-cı ildə Aran Bələdiyyəsinin qərarı ilə 50 hektar torpaq sahəsi 30 illik icarəyə verilmişdir. Halbuki, örüş torpaq sahəsi fiziki və hüquqi şəxslərə 15 ildən artıq müddətə icarəyə verilə bilməzdir. Bu torpaq sahəsi 10.10.2017-ci il tarixdən qeydiyyata alındıqdan bu günə kimi mübahisəli olmuşdur. X1 adına verilmiş çıxarışların plan və ölçülərinin koordinatları sonradan mərhumun oğlanlarının marağı nəticəsində dəyişiklik edilməklə icarədə və mülkiyyətdə olan torpaq sahələrinə tərəf sürüşdürülərək vətəndaşların icarə və pay torpaqlarının bir hissəsi ilə üst-üstə düşmüşdür. Aran Bələdiyyəsinin 05.04.2021-ci il tarixli, 08 saylı iclası ilə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Bərdə Regional Ədliyyə İdarəsinin Aran bələdiyyəsinə göndərdiyi 31 mart 2021-ci il tarixli məktubu ilə X6 adına 50 hektar örüş-torpaq sahəsinin 30 il müddətində icarəyə verilməsinə dair 03.01.2002-ci il tarixli bələdiyyənin qərarı verilərkən qanunvericiliyin tələblərinin pozulduğu rəsmən bildirilmiş və bu səbəbdən qeyd olunan qərar ləğv edilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi Əbülfət Rzayev iddia ərizəsinin mahiyyəti üzrə izahat verərək, məhkəmədən iddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi Eldar Cəfərov iddia tələbinin tamamilə əsassız olduğunu, mübahisələndirilən çıxarışların qanunvericiliyin tələblərinə əsasən cavabdehin adına rəsmiləşdirildiyini bildirərək məhkəmədən iddia tələbinin təmin olunmamasını xahiş etmişdir. Məhkəmə aşağıdakı əsaslara görə hesab edir ki, ərizə baxılmamış saxlanılmalıdır. İş materiallarında olan 06 yanvar 2002-ci il tarixli 02 saylı müqavilənin 2.14 bəndinə əsasən tərəflərin hər hansı biri bu müqavilədə göstərilmiş öhdəlikləri pozduqda o biri tərəf rəsmi olaraq qaydaları pozmuş tərəfə faktlar haqqında məlumat verir. Pozulmuş qaydalar 60 gün müddətində düzəlməsə mövcud qanunlar əsasında müvafiq orqanlar və ya məhkəmə qarşısında iddia qaldırır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 421-ci maddəsinin tələblərinə əsasən müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür. Tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Müqavilənin tamamilə və ya hissə-hissə icrasından birtərəfli imtina edildikdə və belə imtinaya bu Məcəllə ilə və ya tərəflərin razılaşması ilə yol verildikdə müqavilə müvafiq surətdə ləğv edilmiş və ya dəyişdirilmiş sayılır. Qanunvericiliyin tələbinə görə müqavilənin ləğv edilməsi və ya dəyişdirilməsinin əsasları qanunda, müqavilədə və ya işgüzar adətlərdə müəyyən edilə bilər. Yəni tərəflərin iradəsinə əsasən bağlanmış müqavilə başlıca olaraq onların iradələrinə əsaslanan razılaşmaları ilə də dəyişdirilə və ya ləğv edilə bilər ki, bu da müqavilə azadlığı prinsipindən irəli gəlir. Məhkəmə qeyd edir ki, müqavilədə pretenziya qaydası 60 gün olaraq müəyyən edilmişdir. İddiaçı pretenziya qaydasına riayət etməmiş, “icarə müqaviləsinin və çıxarışın ləğv edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 259.0.1. məhkəməyə müraciət etmiş iddiaçı mübahisənin qabaqcadan məhkəmədən kənar (pretenziya qaydasında) həll edilməsi barəsində müəyyən kateqoriyadan olan işlər üçün qanunla müəyyən edilmiş, yaxud tərəflər arasında müqavilə ilə nəzərdə tutulmuş qaydaya əməl etməmişsə və bu qaydanı tətbiq etmək imkanı itirilməmişsə məhkəmə ərizəni baxılmamış saxlayır. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 259.0.1, 263-264-cü maddələrini rəhbər tutub, məhkəmə Q Ə R A R A A L D İ: İddiaçı Cavabdeh qarşı icarə müqaviləsinin və çıxarışın ləğv edilməsi tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın. İddiaçıya izah edilsin ki, iddia ərizəsində göstərilən nöqsanlar aradan qaldırıldıqdan sonra, təkrar məhkəməyə müraciət edə bilər. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Yevlax Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Günay Cavadova
Məhkəmə qərarları › İş №2(039)-1231/2021
Yevlax Rayon Məhkəməsi Qərardad — İş №2(039)-1231/2021
26.08.2021 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver