Məhkəmə qərarları › İş №2(039)-1242/2021

Yevlax Rayon Məhkəməsi Qətnamə — İş №2(039)-1242/2021

22.07.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Mirasın qəbul edilməsi və vərəsəliyin açılma yerinin müəyyən edilməsi faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Yevlax Rayou İş № 2(039)-1242/2021 22.07.2021 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Cavadova Günay İsmayıl qızının sədrliyi, Qasımov Nurlan Asif oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi “mirasın qəbul edilməsi faktının müəyyən edilməsi tələbi” haqqında ərizəsinə Yevlax şəhərində məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi Maraqlı şəxsnə qeyd etməklə, “mirasın qəbul edilməsi faktının müəyyən edilməsi tələbi” haqqında ərizə ilə Yevlax Rayon Məhkəməsinə müraciət edərək, 25 aprel 2006-cı il tarixdə vəfat etmiş ögey anası X8 qalmış mirasın onun tərəfindən qəbul edilməsi faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi ərizəsində bildirmişdir ki, xx.xx.1960-ci ildə Yevlax rayonu Tanrıqulular kəndində anadan olmuşdur. Hazırda da həmin kənddə yaşayır. Onun atası Atakişiyev Cəfər Lələkişi oğlu anası isə X7 olmuşdur. X20 ilə anası Cahan Atakiyeveva 02 aprel 1962-ci il tarixdə nikah bağlamışlar. X1 26 fevral 1982-ci il tarixdə vəfat etmişdir. Anası vəfat etdikdən sonra X20 Saçlı Əliyeva ilə evlənmişdir. X20 ilə ögey anası Saçlı Əliyeva 02.02.1991-ci il tarixdə nikah bağlamışlar. X20 09.09.1999-cu il tarixdə vəfat etmişdir. Ögey anası Saçlı Əliyeva 25.04.2006-ci il tarixdə vəfat etmişdir. JN-237 saylı (kod ********) torpağın mülkiyyət hüququna dair dövlət aktına əsasən Yevlax rayonu Aqrar İslahat Komissiyasının 25.04.1998-ci il tarixli 30 nömrəli qərarı ilə 3,70 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi X2 və onun ailə üzvlərinin mülkiyyətinə verilmişdir. 14.04.2015-ci il tarixli RX seriyalı ******* №-li çıxarışa əsasən, Yevlax rayonu Tanrıqulular kəndində yerləşən 3,7028 ha kənd təsərrüfatlı təyinatlı torpaq sahəsi ümumi birgə mülkiyyət hüququna əsasən Ərizəçi, X4, İmanova Hicran Kərim qızı, Atakişiyev Valeh Nurəddin oğlu, X6 və X12 məxsusdur. X17 və ögey anası Saçlı Əliyeva vəfat etmişlər. Bərdə regional “Asan-Xidmət” mərkəzində notariat ofisinin 26.04.2021-ci il tarixli qərar ilə miras qoyan Saçlı Əliyevanın əmlakına dair ərizəçiyə qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsi üzrə notariat hərəkətlərinin aparılmasından imtina edilmişdir. Maraqlı şəxs xüsusi notariusu M.Həsənzadə ərizə ilə məhkəməyə müraciət edərək, məhkəmə iclasında iştirak edə biıməyəcəyini bildirmiş və mülki iş üzrə qanunamüvafiq qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən ərizəçinin Ərizəçi ərizəsinə uyğun izahat verərək məhkəmədən ərizənin təmin olunmasını xahiş etmişdir. Məhkəmə hesab edir ki, ərizə təmin edilməməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. Belə ki, iş materiallarında olan Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrinin RX seriyalı ******* №li çıxarışdan görünür ki, Yevlax rayonu Tanrıqullar kəndində yerləşən 3,7028 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi ümumi birgə mülkiyyət hüququ əsasında iddiaçı Ərizəçi və başqalarının, o cümlədən X9(miras qoyanın) adına daşınmaz əmlakın dövlət reyestrində müvafiq olaraq 52 nömrəli reyestr kitabının 16 nömrəli vərəqində qeydiyyata alınmışdır. Yevlax rayon Qeydiyyat Şöbəsi tərəfindən 30 iyun 2021-ci il tarixdə verilmiş nikah haqqında çıxarışdan görünür ki, X4 ilə Şəldiyeva Cahan Muxtar qızı arasında bağlanmış nikah 1962-ci ilin aprel ayının 02-ci günündə akt qeydləri kitabında 13 nömrə ilə qeyd edilmişdir. Nikah bağlandıqdan sonra ərə Atakişiyev, arvada isə Atakişiyeva soyadı verilmişdir. Yevlax Rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş 30.06.2021-ci il tarixli ölüm haqqında arayışdan görünür ki, X7 26.02.1982-ci ildə vəfat etmişdir. Yevlax rayon Qeydiyyat Şöbəsi tərəfindən 30 iyun 2021-ci il tarixdə verilmiş nikah haqqında çıxarışdan görünür ki, X4 ilə Əliyeva Saçlı Məmiş qızı arasında bağlanmış nikah 1991-ci ilin fevral ayının 2-ci günündə akt qeydləri kitabında 35 nömrə ilə qeyd edilmişdir. Nikah bağlandıqdan sonra ərə Atakişiyev, arvada isə Atakişiyeva soyadı verilmişdir. Yevlax Rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş 30.06.2021-ci il tarixli ölüm haqqında arayışdan görünür ki, X4 09.09.1999-cu ildə vəfat etmişdir. Yevlax Rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş 30.06.2021-ci il tarixli ölüm haqqında arayışdan görünür ki, X18 25.04.2006-cı ildə vəfat etmişdir. Yevlax Rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş 30.06.2021-ci il tarixli doğum haqqında arayışdan görünür ki, xx.xx.1960-ci il təvəllüdlü Ərizəçi atası X4 anası, X3r. Maraqlı şəxs notariat hərəkətlərinin aparılmasından imtina edilməsi barədə 26.04.2021-ci il tarixli qərardan görünür ki, miras qoyan Əliyeva Saçlı Məmiş qızının əmlakına dair Ərizəçi qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsi üzrə notariat hərəkətlərinin aparılmasından imtina edilməsi qərara alınmışdır. Beləliklə məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, ərizəçinin X20 Saçlı Əliyeva (miras qoyan) ilə 1991-ci ildə rəsmi nikaha daxil olmuş, atası C.Atakişiyev 1999cu ildə, miras qoyan S.Əliyeva isə 2006-cı ildə vəfat etmişdir. Məhkəmə ilk növbədə onu qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəllənin 1159.1-ci maddəsində qanun üzrə vərəsəlik zamanı bərabər pay hüququ olan vərəsələrin növbəlilik üzrə vərəsə olmaq hüquqları təsbit edilmişdir. Həmin normanın tələblərinə görə isə hazırkı iş üzrə Ərizəçi miras qoyan S.Əliyevanın vərəsəsi sayılmır. Bu səbəbdən məhkəmə hesab edir ki, ərizəçi, 25.04.20006-ci il tarixdə vəfat etmiş Saçlı Əliyevadan miras qalmış əmlakın faktiki qəbul edilməsi ilə bağlı tələb irəli sürməsi üçün subyektiv hüquqa malik deyildir. Bununla bağlı məhkəmə qeyd edir ki, hər kəs özünün subyektiv hüququnun həyata keçirilməsi və ya bərpası üçün iddia irəli sürmək yolu ilə məhkəmə müdafiəsi vasitələrindən istifadə edə bilər. Lakin bu zaman mütləq nəzərə almaq lazımdır ki, iddia etmək hüququ öz daxilində iddianı təqdim etmə və iddianın təmin olunması hüquqlarını ehtiva edir. Birinci hüquq məhkəmədən yaranmış mübahisəyə baxılmasını və müvafiq prosessual qaydada həll edilməsini tələb etmək hüququdur. İkinci hüquq iddia tələblərinin məhkəmə vasitəsi ilə məcburi şəkildə həyata keçirilməsinin mümkünlüyünü nəzərdə tutur. Buna görə, məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olubolmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır. Yalnız belə subyektiv hüququn mövcudluğu və onun cavabdeh tərəfindən pozulması faktı müəyyən edildikdən sonra pozulmuş hüququn məhkəmə tərəfindən bərpa edilməsinə yol verilə bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 04.05.2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 30.07.2008-ci il tarixli qərarında da oxşar hüquqi mövqe nümayiş etdirilməklə aşağıdakılar qeyd edilmişdir: “Mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv mənada hüquq normativ hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimləmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ”. Göstərilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, “mirasın qəbul edilməsi faktının müəyyən edilməsi tələbi” buna müvafiq subyektiv hüququ olmayan şəxs tərəfindən qaldırıldığına görə təmin edilməməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizəçi “mirasın qəbul edilməsi faktının müəyyən edilməsi tələbi” haqqında ərizəsi təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Yevlax Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Günay Cavadova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar